Yazılanlara
görə Yunan şahları öz kökünü Allahdan götürür və bu nəslin banisi Neoptolem,
yaxud Pirr adlanırdı. Neoptolem adı Niftalı deməkdir. Onun Pirr olması, «Pir
günəşi»” fikrini ifadə edir ki, bu da Allahlar Atası mənasındadır. Neoptolem
Xillin oğludur və bu ad, Xillə, Xəlilulla mənasında Şirvan şahlarına aiddir.
Xillə sözü sufiliyə görə «iki elin ağası»” fikrini ifadə edir. Neoptolemin
anası Diademiya adlanır ki, bu da Dədəm sözü ilə eyni mənadadır. Qədim Misirdə
bu söz iki tac mənasında iki dünyanın şahına işarədir. Deməli, Neoptolem, yəni
Fəti eli, Pirlər nəsli olub, iki elin ağası, atası və şahıdir. Əgər biz qədim
Misir yazısına nəzər salsaq görərik ki, həqiqətən Əman Allahına iki dünyanın
atası, ağası və şahı deyirmişlər.
Digər tərəfdən mənbələrdə Axillə
«pontarx»”, yəni «pontun sahibi»” adı şamil edilir ki, bu onun Pont elində Qor
Allahı rolunu oynaması ilə əlaqədarlır. Pirrin, yəni Neoptolemin anasının nəslinin
Fessaliyadan olması və Ftiya adı ilə bağlılığı yazdıqlarımızın həqiqiliyini
sübut edir. Pirr adının Pirra adı ilə eyniliyi onu göstərir ki, o, eyni zamanda
bütün ellinlərin anası və Devkalionun arvadıdır. Bu isə o deməkdir ki, qədim
Yunan rəvayətləri bu və digər formada birbaşa Əman Allaha, onun yaratdıqlarına
və onun tarixinə aiddir. Devkalionun, yəni «qam gilan»ın” Prometeyin oğlu
olması Midiyanın «Gel» eli, yəni «Ağa eli» olması deməkdir. Rəvayətlərdə
Medeya, yəni Midiya eyni zamanda Kolxida şahı Eetanın qızıdır. Kolxida -
GelXuda adının «Ağa elinin Allahı»” mənasında olması və onun şahınin Eeta, yəni
Ata adlanması, bu elin «ad»”, «aid»” - ruhlar dünyası olması deməkdir. Çünki
«aid»” eyni zamanda «kades”»dir. Eyni zamanda Ata/Ada adlı dağların Azərbaycanda
olması alimlərə məlumdur. Yazılanlara görə İsgəndər (Aleksandr), yəni Paris
doğulandan sonra İda dağlarına atılmış və onu ayı balası saxlamışdır. «Kitabı Dədə
Qorqud»”da bu rolu Arzu oğlu Basat oynayır. Rəvayətdə Paris Priamın oğludur ki,
burada Paris adı «Pir ruhu»” mənasındadır. Belə çıxır ki, Paris «Tövrat»dakı İsmaillə
eynidir və o çox qədimdən yaranmış, göydə Xator oğlu Ağa, Məryəm oğlu İsa və s.
obrazlarında axirətə qədər qalmışdır. Parisin, çay Allahı Kebrenin qızı Enona
ilə evlənməsi, onun Qaba aləmin bütün Allahlarını təşkil edən Enneadanı özünə
birləşdirməsi deməkdir. Nəhayət, Parisin, yəni İsgəndərin Yelenanı oğurlaması
Troya müharibəsinə gətirib çıxarır ki, bu da «Kitabi Dədə Qorqud”»da «Salur
Qazanın evinin yağmalandığı boy»la” eyni mənada olub, axirət günündə olacaq
qırğına işarədir. İsgəndərin həm Dərbənd qapısını tikməsi və həm də axirət günü
Paris rolunda Troya müharibəsinə səbəb olması, İsgəndərin Nuh kimi tək Allah və
axırıncı peyğəmbər rolunda göstərilməsi deməkdir. N. Gəncəvi İsgəndəri «Ruhülqüds»”
adlandırır ki, bu da «Kadus elinin ruhu”» fikrini ifadə edir. Deməli, İsgəndər,
yunanların Kurios adlandırdıqları Allah, yəni Qor Allahıdır. Ruslar isə bu
Allaha Qospod deyirlər ki, bu da həyat enerjisi” mənasında olan qos/ğuz və
yuxarıda qeyd etdiyimiz Pta Allahının adı ilə əlaqədardır. Deməli, Qospod sözü
«Oğuz Pta»” deməkdir. «Əhdi ətiq»”də yəhudilər Allaha Savaot deyirlər ki, bunun
da tərcüməsi Səba Atadır. Savaot adı «Septuaqint»”də Pantokrator kimi tərcümə
edilmişdir. Bu isə Səba elinin Pont eli olması, Allahın isə Qor Ata olması mənasındadır.
Maraqlı haldır ki, qədim Misir yazılarında Əman Allahın baş məbədgahı Liviya
vahəsi olan Siva/Savada yerləşir. Digər yerdə isə midiyalılar, (qədim Misir yazılarında macaylar) Liviya
tayfası hesab edilir. Səba elinin adı Azərbaycanda Savalan, Şabran, Sabail və
s. adlarda qalmışdır və dilimizdə də Rəhman, yəni Ra-Əman Allah, Sühban Allahla
eyni məna daşıyır. Bu isə o deməkdir ki, Liviya adı «vilayə», Baal, Albi adları
kimi sufi dilində «əcdad eli»” deməkdir. Belə çıxır ki, Allahlar yurdu olan
Pont həqiqətən Liviya vahəsi, yəni vilayəti Səbadır.
Pont, Pind eyni zamanda Fessaliya,
Makedoniya və Epir arasındakı dağdır. Pontun Allahlar yurdu olması haqqındakı
ilk məlumat hələ qədim Misir yazılarında qeyd olunur. B.A.Turayev bildirir ki,
bu yazılarda Allah torpağı əlçatmaz ölkə kimi göstərilir və bu haqda məlumatlar
babaların nağılları ilə nəsillərə ötürülür. Deyr - əl - Bəhrin məbəd
divarındakı yazıda Punta, yəni Ponta gölənə təəccüblə sual verilir: «Siz
misirlilərin bilmədikləri bu ölkəyə necə gəldiniz? Siz bura göy yolu iləmi,
yaxud Allah torpaqlarının dənizi ilə üzüb gəldiniz? Yaxud siz təntənə ilə Ra-nın
yolu ilə gəldiniz?»”. Qədim Misir yazılarında Əman (Amon) Allahının, «Puntun
saqqallı madayı» adlandırılması və onun hansısa bir şaha bütöv Puntu verməsi,
Əmanın həqiqətən Allah olmasını sübüt edir. «İncil»də, axirət günündə gələn İsa
peyğəmbəri, Ponti Pilat, yəni Pontun sahibi olan «Müdrik el Atası»”, bütöv xaç
ağacına - ruhlar dünyası olan dünya ağacına bağlayır. Belə çıxır ki, Allah,
«torpaqların dəyişdirildi»yi” vaxt Pontun taxtını İsa peyğəmbərə verir.
Qədim yazılarda göydə yaradılmış ruhlar
dünyasının bəzən mağaraya bənzədilməsi və eyni zamanda misirlilərdə «Ölülər
kitabı»”, «Qapılar kitabı»” ilə yanaşı «Mağaralar kitabı”»nın olması, bizi digər
abidələrdəki mağaralara da yeni məntiqlə yanaşmağa sövq edir. Strabon, Knidli
Evdoksa əsaslanaraq yazır ki, «Qirkaniyada mağara var ki, oradan çaylar dənizə
tökülür və yerli xalq ora qurban kəsməyə gəlir»”. Nizami Gəncəvi isə yazır ki,
Dərbənd yaxınlığındakı Sərirdəki mağarada Key Xosrovun taxt-tacı yerləşir.
«Quran»da 18-ci surə «Mağara” surəsi» adlanır və burada İsgəndərin Dərbənd səddini
düzəltməsindən və o dünya ilə bağlı deyimlərdən söhbət gedir. «Tövrat»da qeyd
olunur ki, Avraam Saranı Xaanan torpağında, Xevrondakı mağarada basdırır və
s.(Bıtie 23.9; II, 17). Əvvəla qeyd edək ki, Key Xosrov da, İsgəndər də, Kir də,
İbrahim də və s. qədim dühaların hamısı Əman Allahının obrazlarıdır. İkinci
dünya, ümman dənizinin içində olduğuna görə mağaraya oxşayır ki, bu mağaranın
qapısı da bilavasitə Kadus elindəki dağın altında 5000 il bundan əvvəl gizlədilmiş
Babil qalasının qapısıdır. Göydəki elin Xaanan adlanması, işıq dənizinin, yəni
Platon materiyasının qədim Misirdə «nun»” adlanması ilə əlaqədardır. Materiyanı
özünə tabe edən Əman, göydəki elini xaanan, xunn adlandırır. Arran ərazisində
Xunan şəhərinin olması mənbələrdən bizə məlumdur. Xaanan adı sonradan qunn, yəni
hunn şəklinə düşmüşdür. Digər tərəfdən Xevron adı «Qaba ərən» fikrini ifadə
edir ki, bu da Qaba elinin ərənləri mənasındadır. Mənbələrdə yazılır ki, yuxarı
Mesopotamiyada, Xaburun Fərata töküldüyü yerdə kassitlərin Xaney şahlıqı
mövcuddur və bu ətrafda idamares, orta Fəratda isə bini simi el, xaney və bini
yamin tayfaları yaşayır. Xabur çayı Nil çayı timsalında, həyat enerjisi mənasındadır.
Xaburun göydən yerə tökülməsi «Quran»da belə qeyd olunur: «Biz göydən yerə qədərincə
su göndərdik və onu yerdə yerləşdirdik və biz bunu ləğv edə bilərik»” (23, 18).
Kassi sözünün həyat enerjisi, yəni Platon materiyası olduğunu biz qeyd etmişik.
Bini simiel adı səma övladları, bini yamin adı isə Yəmən, yəni Əmən övladları mənasını
ifadə edir ki, bunlar da Allah nəsli olan Pir, gel, şıx və s. müqəddəsləridir.
Tit Liviy yazır ki, Askaniy Albaniyanın ətrafında
Albi-Lonqa şəhərini saldı. C.Frezer isə bildirir ki, Rim şəhəri Alban
dağlarından köçüb gəlmiş Albi-Lonqa şəhərinin sakinləri tərəfindən tikilmişdir.
Deyilənlərə görə Alba şəhərinin Silvi şahlarından biri özünü Allah hesab
etmişdir. Bu nəslin banisi isə öləndən sonra Allaha çevrilmiş və Alban
dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (C.Frezer «Zolotaya vetv» M.1986”
s.147). Haşiyə çıxaraq məlumat verək ki, eyni süjetə biz Firdovsinin «Şahnamə»”sində
də rast gəlirik. Cəmşid hansısa dənizi keçərək, göyə ilk ayaq açır. O, göydə kəyan
taxtı qurub, fəzada günəştək qərar tutur. «Quran» ayələrinin birində deyilir: «Allah
göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi, ayı özünə
tabe etdi”» (13.2). Bu məzmunda daha maraqlı yazı isə Şərqi Türküstanın Turfan əyalətindən
tapılmış Uyğur ədəbiyyat nümunəsində var: «Ey, igidlər, bu bir oyanan din, səadət
tanrısı ki, sizin üzərinizdə göründü. Bu, canlı varlıq ki, sizin başınızın
üstündə dayanıb, ona baxın, dua edin”» və s. Deməli, Alban şəhərinin üstündə qərar
tutmuş Allah, hansısa xəyali bir şey olmayıb, konkret canlı varlıqdır.
Silvlərin Alban dağları ətrafında
yaşamaları haqqında Böyük Pliniy, Favst Buzand, Aqafanqel və s. tarixçilər
yazmışlar. Silv adı Sel Abi fikrini ifadə edir ki, bu da «El ruhlu», əcdad” deməkdir.
Biz qeyd etdik ki, «Kitabi Dədə Qorqud»da Qorqud «vilayət issi»”, yəni «issi
el»” kimi adlandırılır. Deməli, sel sözü göydəki ruhlar ölkəsi deməkdir ki, qədim
Azərbaycan və Yəhudi dillərində bu söz «şeol»” kimi işlənmişdir. Albi, yəni
Baal sözünün vilayə/övliya sözü ilə eyni olub, ruhlar dünyası mənasını verməsi
haqda artıq yazdıq. Buradakı Lonqa (Aluank) sözü isə qədim dilimizdə «öləng»” şəklində
işlənmişdir. Dahi Azərbaycan mifoloqu M.Seyidov yazır: «öləng otlaq, su, çəmənlik
deməkdir və eyni zamanda bu söz yaşıllıq ilahəsinə çevrilmiş və ailə qurmaq,
nikahla əlaqələndirilir. Bu söz digər tərəfdən mahnı oxumaq və şerləşməyə də
aid edilmişdir… Ölkə sözü də «öləng» sözündən yaranmışdır»”. Öləngin şer,
mahnı, yəni söz qüvvəsi ilə assosiasiya olunması, onun söz qüvvəsinə tabe
olması mənasındadır. Qədim Misirin məşhur «İlan adası»” nağılında ruhlar
dünyası «böyük yaşıllıq»” adlandırılır ki, bu da öləng fikrini ifadə edir. Belə
çıxır ki, Albi-Lonqa sözü, «vilayəti cənnət»” deməkdir. Çünki yalnız «cənnət»”,
şerin əsasını təşkil edən söz qüvvəsini, həyat enerjisi mənasını verən nigahı və
yaşıl ölkə mövhumunu özündə birləşdirir. Öləng sözü elimizdə «Əlincə»” qala
adında, Lənkəran «öləng ərən”lər»i adında və s. qalmışdır. Deməli, Albanların
Albi-Lonqa şəhərini salması, onların Taş Oğuzda İç Oğuzu yaratması mənasındadır.
B.A.Turayev yazır ki, Assurbanipal
kitabxanasından tapılan mətnlərdə Romul, Kir, Musa və Sarqonun oxşarlığını
sübut edən çox maraqlı faktlar var. Persey, Odissey, Zeus, Oziri və s. bütün qəhrəmanların
eyni obrazda çıxış etmələri, Platonun bütün rəvayətləri bir hadisə ilə
bağlamağının sübutuna işarədir. Bütün bunlar o deməkdir ki, Rim haqqındakı
yazılarda da söhbət, «Kitabi Dədə Qorqud»” abidəsindəki kimi, Azər oğlu Qorqud
Allahının yaranmasından və onun tarixindən gedir.
Misirin Naq Hammadi ərazisindən 1945-ci
ildə tapılmış müxtəlif tip ilahiyyat, traktat, yevangel və nəsihət dolu kopt
yazıları, bütün xristian aləminin qəbul etdiyi dini dünyagörüşünü alt-üst
etmişdir. Çünki bu yazılarda İsa peyğəmbərin obrazında, Sif peyğəmbər, digər
«mö”min müəllim»” və s. müqəddəslər çıxış edir. Burada Foma Psevdo-Matveyin
«Yevangel»”i, eyni zamanda «Ərəb Yevangeli» adlanır. Misirlilərin «Yevangel»”i
isə «Gözəgörünməz dahi ruhun müqəddəs kitabı” kəlamı ilə başlayır. Bu
kitabların çoxunda, Sufilik təliminin banisi Sifdən söhbət açılır ki, burada
Sif, göydən yerə göndərilib həqiqətləri xalqa çatdırır və nəhayət yenidən göyə
qalxır. Deməli, bütün bu obrazlarda Sif də, «mömin müəllim» ”də İsa kimi peyğəmbər
rolunda çıxış edir. Xristian alimləri 50 ildən artıq bir müddət keçməsinə baxmayaraq,
tapılmış bu yazılara cavab verə bilmirlər və beləcə qəbul olunmuş adətləri
davam etdirirlər.
Xristianlığın yayıldığı ilk məkanlardan
birinin Ermənistan olması onu göstərir ki, Yunanıstan ölkəsi kimi Ermənistan
adı da ruhlar dünyası ilə bağlıdır. Hər şeydən əvvəl, xüsusi qeyd edək ki,
indiki ermənilərin Qafqaz Ermənistanına və Qafqaza heç bir aidiyyəti yoxdur.
18-ci əsrə qədər Qafqazda erməni adlı millət olmamışdır. Onlar son iki əsrdə
bura köçürülmüşlər. Alimlər bildirirlər ki, erməni ədəbiyyatı faktiki olaraq
erməni dövləti mövcud olmadığı bir dövrdə yaranmışdır. Deməli, erməni dili də
latın,şumer,assur və s. dillər kimi sufiliklə bağlıdır. Ərmən sözü Rəhman sözü
kimi, sufilikdə Ra-Əman” mənasını verdiyi üçün müdriklər rəmzi mənada Əman Ra (Amon
Ra) adını Ər-Əman kimi yazmış və bu ad altında, başı göylərə çatan Adəm-Atum
Allahını nəzərdə tutmuşlar. Lakin Amon Ra-nın eyni zamanda Qor Allahı olması və
bütün ölənlərin ruhunun onun bədəninə, yəni ruhlar ölkəsinə köçməsi, bu
ruhların Qor Allahının ruhunda yaşaması deməkdir. Tövratda İbrahimin, İsaakın və
s. müqəddəslərin ölümlərini qeyd etdikdə yazılır ki, «İbrahim öldü və öz elinə
qovuşdu»” (Bıtie 35, 29). «Quran»da isə bu belə ifadə olunur: «Qorxun Allahdan
və bilin ki, onda cəm olacaqsınız”» (2.203). Allaha qovuşmaq, onda cəm olmaq,
Qor Allahının bədəninə köçmək deməkdir. Çünki Qor Allahı Adəm/Atum Allahı
timsalında cəbərut və mələkütü özündə birləşdirir. Deməli, ikinci dünya olan
Qorun bədəninə köçən hər bir ruh, yəni «iss»”, Qoriss/Xriss/Xristian adlanır.
Belə çıxır ki, ən qədim yazılarda, xristian dedikdə, ruhlar dünyasında yaşayan
ruh nəzərdə tutulmalıdır. Moisey Xorenski ölkəsində Ermənistana qədər olan hər
şeyi Semiramidaya aid edir. Bu isə Semiramidanın Ermənistan olması deməkdir.
Semiramidanın asma bağlarının cənnət, yəni ruhlar dünyası olduğunu nəzərə alsaq
görərik ki, erməni yazıları da göydəki aləmə həsr olunmuşdur.
İstəhri
qeyd edir ki, «biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirib ona
bir ölkə kimi baxırıq». Azərbaycanın Taş Oğuz, Ermənistanın isə İç Oğuz
olduğunu qəbul etsək, onda Arran, yerdə və göydəki bu elləri özündə birləşdirmiş,
«iki elin günəşi»” olan Əman Allahı mənasında olar. Deməli, əl Qəzəlinin dili
ilə desək, Azərbaycan mülk, Ermənistan mələküt, Arran isə cəbərutdur. Nəzərə
alsaq ki, ruhlar dünyası, eyni zamanda, başı göylərə çatan dünya ağacıdır, onda
başa düşərik ki, bu dünya ağacının kökləri müqəddəslər nəsli, gövdəsi ruhlar
dünyasının giriş qapısı, budaqları isə ruhlar dünyasıdır.
Qədim Misir mətnlərindəki «Sinuxetin
nağılı»n”da Puntun sahibəsinin Ureret, yəni Arrat/Ararat adlandırılması məhz
bununla əlaqədardır. Arratın Xator, Balaat, Aşera və s. qadın allahları rolunda
çıxış etməsi, onun Arranla eyniliyi deməkdir. Qeyd edək ki, dünyanın yaradılması
prosesində qadın və kişi rolunun hər ikisində, Əman müxtəlif variantlarda çıxış
etdiyi üçün, bütün obrazlar onundur. Burada «bənzər qanunu»”ndan istifadə isə
Əman Allahın elinə və varlıqlara «həyat enerjisi”» verməsindən ötrüdür.
Misirlilərin əzəmətli «Ramses şəhəri»”
adlı qala tikintisi haqqındakı mənbədə deyilir: «Əlahəzrət özü üçün qala
ucaltdı: onun adı onaxtu idi. O, Finikiya və Tameri arasında idi. O, Ermontun
planı üzrə Memfis kimi uzunömürlü idi. Şu onun üfiqinə qalxır və ona daxil olurdu.
Bütün insanlar öz şəhərini tərk edib, nəhayət, onun ərazisinə köçürlər» və s.”
İnsanların öldükdən sonra köçdükləri son mənzilin ruhlar dünyası olduğunu nəzərə
alsaq, qəbul edərik ki, bu ruhlar dünyası adi adam tərəfindən yox, məhz «Ra
Amon Ata»”, yəni Ermont tərəfindən planlaşdırılmışdır. Ermont adı e. ə. VIII əsrə
aid olan Assiriya yazısında Rimanuti kimi qeyd olunmuşdur. Lakin burada
Rimanuti ölkəsi ilə yanaşı «şərqin ərəbləri»” ölkəsinin də adı çəkilir. E.ə.
VIII əsrə aid mənbələrdə Midiya ərazisində, «dağ və səhralarda dolaşan qüdrətli
midiyalı”lar»dan başqa, «şərqin ərəbləri”» ölkəsinin də mövcud olması onu göstərir
ki, Midiya ərəblərinin Ərəbistan ərəblərinə dəxli ola bilməz. «Dağ səhralarda
dolaşan qüdrətli midiyalılar»” dedikdə, təbii ki, yerdəki dağlara və ruhlar
dünyası olan səhralara ekstaz vəziyyətində səyahət edən maq, pir, canlı işan,
palçı, şaman və s. adlandırılan müqəddəslər nəzərdə tutulmalıdır. «Şərq ərəbi”»
adı isə göydəki ruhlar dünyasının ərəbi deməkdir. Ərəblər öz ölkəsinə «Cəzirət
- ül-ərəb”» deyirlər ki, buradakı «cəzirə»” sözü ərəbcə ada mənasındadır. Digər
tərəfdən əgər «Kadus» eli Yunun mifologiyasına görə ölüm şahlığı sayılırsa, burada «Ərəb» – ölüm şahlığının yaradıldığı sahə, yəni «xaos» mənasındadır. Sufi dilində cəzirət
sözü «Xızır/Xəzər Ata»” mənasını verir ki, «Cəzirət-ül-ərəb»” sözü «göyün Xızır
Ata eli»” fikrini ifadə edir. Bildiyimiz kimi, Xızır peyğəmbər dirilik suyu
içib əbədiləşmiş, yəni Xıdır kimi
ölümsüzlük qazanmışdır. M.Seyidov
Xızırın həm yaşıllıq, öləng, həm də istilik
mənasını verməsini sübut etmişdir. Xıdırla əlaqədar isə Firuzabadi
yazır: «Xıdır Əbül-Abbas ən-Nəbi Əleyhissəlam həzrətləridir. Deyirlər ki, adı
Əhməd və yaxud Bilya (Vilayə - F.G.) idi. Gəzdiyi yerlər yaşıllıq olmuşdur. Elə
buna görə də Xıdır ləqəbini
almışdır. Tədqiqatçıların əksəriyyəti
indi də onun diri olmasına işarə edirlər»”. Belə çıxır ki, «Cəzirət-ül-ərəb»”
dedikdə, işıq dənizində yaradılmış ruhlar dünyası başa düşülməlidir. Ruhlar
dünyasının adaya bənzədilməsi adi haldır. Qeyd edək ki, Bəlazuri Alban
şahlığının paytaxtı olan Qəbələ şəhərini Xəzər adlandırır. Göydəki Qaba aləmin
Xəzər, yəni Xızır adlandırılması, onun ruhlar dünyası olmasına işarədir. Bu isə
o deməkdir ki, «Cəzirət-ül-ərəb»” sözü eyni zamanda «ərəblərin Xəzər ölkəsi»”
fikrini ifadə edir. Əl Müqəddəsi Arran haqqında məlumat verərək yazır: «Arrana
gəldikdə bu ərazi bütün vilayətin üçdə birini təşkil edir və dəniz ilə Araz
çayı arasında bir yarım cəzirəyə bənzəyir. Malik çayı vilayəti uzununa iki yerə
bölür”» (Əl Müqəddəsi 374). Yəqubi isə Arranı «Yuxarı Azərbaycan»” (Azərbaycan əl
ülya) adlandırır (Yəqubi. «Buldan» səh. 271). Arranın Yuxarı Azərbaycan
adlandırılması, onun yuxarı Mesopotamiya, yuxarı Misir və s. kimi göydəki
ruhlar dünyası mənasında olması deməkdir. Malik çayı isə Nil çayı mənasında,
yerdəki mülk elini göydəki mələküt aləmindən ayıran «ölülər çayı»”dır.
Bildiyimiz kimi Azərbaycan əhalisinin bəzi
hissələri özlərinin Yəməndən gəlmələrini qeyd edirlər. Alimlər Assiriya mənbələrindəki
Yəmən adını təəccüblə Yunanıstanla, Kipr adası ilə əlaqələndirirlər. «Sağ tərəfdəki
ölkə”» mənasını verən Yəmənə «xoşbəxt ölkə»” deyilməsi təbii ki, onun «ruhlar
dünyası»” mənasını verməsinə işarədir. Çünki, qədim Misir mənbələrində ruhlar
dünyası «xoşbəxt, rahatlıq ölkəsi”» adlandırılır. Ərəblər, ümumiyyətlə, Orta
Asiyaya «çaydan o biri sahildə olan»” deyirlər ki, bu da o biri dünya mənasındadır.
Yəmən ətrafında Ümman adlı ölkənin varlığı, Əqəba körfəzindən Mədinəyə gələn tək
bir yolun isə xüsusi qeyd olunması onu göstərir ki, Qaba aləm burada Əqəba adı
ilə, Midiya isə Mədinə kimi göstərilir.
N. Gəncəvi «İsgəndərnamə»”də Yəməni İsgəndərin
vətəni adlandırır və millətimizə İsgəndərin övladları deyir. Katib Çələbi isə
qeyd edir ki, Zülqərneyn Makedoniyalı İsgəndər yox, Yəmənin Himyar şahıdır və İbrahim
peyğəmbərin dövründə yaşamışdır. Əl Məsudi yazır ki, Misir piramidaları Yəmən
tayfası sayılan Ad oğlu Şəddadın nəsli tərəfindən tikilmişdir. Qeyd edək ki,
Himyar adı, Homer, yəni «Qamər»” fikrini ifadə edir ki, buradakı «Qam əri”»,
ruhlar dünyasını yaradan Əman mənasındadır. Deməli, Yəmənin Himyar şahı dedikdə
«qamlar günəşi» Əman” fikri nəzərdə tutulmalıdır. Onun İbrahim peyğəmbərin
dövründə yaşaması isə, Əmanın eyni zamanda «Əvrə-qam»”, yəni bütün seçilmişlər-yəhudilərin
də «baş qamı”» olması deməkdir. Bütün bu məlumatlar onu göstərir ki, qədim
yazıların hamısı Allaha həsr olunmuşdur və hər bir yazıda müxtəlif adlar
altında Əman Allahı və onun bu dünyada gördüyü işlər rəmzləşdirilmişdir.
İslama
qədərki bütpərəstlik haqqında yazılmış üç kitabdan dövrümüzə gəlib çatmış Əl Kəlbinin
«Bütlər haqqında kitab»a görə, Əl-Axqaf dağında Xadramaut vadisi yerləşir və bu
dağda Ad tayfasının Xud peyğəmbəri yaşamışdır. Əl Kəlbi yazır ki, «möminlərin
ruhu Əl-Cəbiyədə, Suriyada, çoxallahlıların ruhu isə Xadramaut vadisindəki Tina
kəndinin yanındakı Baraxutda olur» (Əl Kəlbi. «Kniqa ob idolax»”. M,
84.s.34,48). Əl Kəlbinin ölənlərin ruhunun o dünyada hansı ərazidə yaşamasını
qeyd etməsi, söhbətin ruhlar dünyasından getməsi deməkdir. Xadramaut sözü
Xıdır-Maday fikrini ifadə edir ki, bu da qədim Misirin «Xator Maat”» Allahı deməkdir.
Qədim Misirdə Xator Allahı həyat ağacı ilə assosiasiya olunaraq bərəkət rəmzində
göstərilir. Eyni zamanda o, üstündə iki başı olan sütunla (Herakl sütunu -
F.G.) eyniləşdirilir. Deməli, Xıdır, yəni Xator Allahı elə ikinci dünyanın
qapısı, yəni yoludur. Bu yolun Qaf dağında olması haqda biz artıq yazmışdıq.
Buradakı Ad tayfasının adı, Ada-Ata mənasındadır ki, şifahi xalq ədəbiyyatımızda
Ada-Ada deyimləri qalmaqdadır. Dərbənd və Fessaliya ərazisində Ata-Eta dağ
adınının olması da məhz bu mənadadır. Qədim Misirdə Ata sözü Allah, müqəddəs mənasında
işlənmişdir. Digər xalqlarda Ad-Aid sözünün ölüm şahlığı, cəhənnəm mənasında
olması da bununla əlaqədardır. Xadramaut vadisindəki Tina kəndinin adı qədim mənbələrdə
Oten, Udin, Uti və s. kimi göstərilir ki, bunlar da Ermənistan və Alban kimi qəbul
edilmiş Qaba Aləmin yer adı sayılır. Yəmənin Xuza tayfasının adı isə təbii ki,
Oğuz fikrini ifadə edir. Əl Kəlbinin kitabının digər yerində qeyd olunur ki, cənubi
Ərəbistanın Əl-Əşar tayfası Yəmənlə Bab-El-Mandeb arasında yerləşir.
Bab-El-Mandeb qədim Misir mənbələrindəki Allahlar yurdu olan Punt ölkəsidir və
bu ölkənin qapısı da Dərbənd qapısıdır. Əşar tayfası isə Assir/Aşur deməkdir
ki, bu da ikinci dünyadakı el hesab olunmalıdır. Ksenofonta görə Assiriya
Midiya ilə Kadus və saklar ölkəsi arasında yerləşir. Assiriya şahlarının «dünyanın
dörd tərəfinnin şahı»”, «bütün canlıların şahı”» titullarını daşıması, onların
Aşur/Aşirat, dənizin Aşiratı kimi kosmik Allahlarla eyniliyi deməkdir. Çünki
yalnız təbiət üzərində hakim olan Azər Allahı bütün canlıların da şahıdır. Mənbələrin
araşdırması onu göstərir ki, bizim Aşura adlı yas mərasimimiz ən qədim zamanda
Babildə də eyni ilə keçirilirmiş. Lakin orada Həsən, Hüseyn əvəzinə Adonisin
adı çəkilir. Maraqlıdır ki, bizim «ələm»” adlandırdığımız əl, mənbələrdə «Aşiratın
barmaqları»” adlanır. Qədim Misirdə isə bir cüt əl, insanların qoruyucu ruhu
olan «Ka»” (Ağa - F.G.) adlanır. Adonis allahının Oziri Allahı ilə eyniliyi onu
göstərir ki, Aşura mərasimi qədim Misirdəki «Oziri Allahının ölüb-dirilməsi”» mərasimidir.
Mövzudan kənara çıxaraq qədim Aşura mərasimi
haqda bəzi faktlara təzər salaq. Məşhur bilici C. Frezerin yazdığına görə qədim
Finikiya, Misir, Yunanıstan, Siriya və s. ölkələrdə keçirilən mərasimlərin əksəriyyəti
demək olar ki, eynidir. Belə ki, qədim Misirdə keçirilən «Oziri Allahının ölüb
dirilməsi» mərasimi ilə digər ölkələrdə
keçirilən Adonis, Attis, Ta-uz və s.
Allahların ölüb dirilməsi mərasimi eyni
kökdəndir və bu mərasim sonralar xristianlıqda İsanın ölüb dirilməsi kimi qalmışdır. Məşhur Finikiya ibadətgahı
olan Biblosun Astartasıda Adonisin ölümü
hər il xüsusi mərasimlə keçirilirdi.
Bu zaman insanlar ah-zar edir, öz
sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis həyata qayıdacaq və hamının gözü qarşısında
göyə ucalacaq (C.Frezer «Zolotaya vetv» M86.s.316). Kibela və Attisin böyük yaz
bayramının Rim, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha
gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23
martda əsasən nəfəs alətləri çalınırdı.
«Qanlı» üçüncü gün baş kahin öz venasını
kəsir, aşağa təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin
müşayəti ilə başlarını əsdirərək dağınıq
saçla, ağrı hissiyatını itirib quduzluq halına gələnl qədər fırlanırdılar. Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini
yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi
Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri, özlərini
axtalayır və bədən üzvünü ilahə heykəlinin
altına atırdı. Daha sonra isə onu yerdə basdırırdılar ki, Attis Allahı qayıtsın. Qədim şərqin ən
populyar yeri olan İerapolisdə, Astartanın
məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assiriya, Babil,
Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Baraban və qışqırıq səsilə,
axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və ekstaz halına gəlirdilər.
Rimdə «qanlı gün» baş kahin öz əllərini kəsikləyirdi (orada s.328,329, 332).
Herodota görə, Oziri (Osiris) Allahının
qəbri aşağa Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq
gecələr Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. İldə bir dəfə
keçirilən bu mərasimdə Allahın ölməsinə
münasibətini bildirərək insanlsr
hönkürtü ilə ağlayır və öz sinələrinə vururdular. Laktansiyanın yazdığına görə Oziri
bayramında bədənlərini qırxmış kahinlər ağı deyərək sinələrinə vurub, İsidanın
Ozirisi diriltməsi üçün getdiyi yolu təsvir edirdilər. Qeyd edək ki, «ölüb dirilən Attis Allahı»nın mərasimi martın 24,25-də keçirilirdi ki, bu
gün də eyni zamanda Xristosun ölüb dirilməsi günü sayılırdı. Maraqlı faktdır ki, xristian və
bütpərəstlərin ölüb dirilən
Allahlarının mərasimi eyni ərazidə və
eyni vaxtda keçirilirdi. C.Frezer yazır
ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Bütpərəstlər,
xristianların «ölüb dirilən Xristos»un mərasimini
saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (orada
s.350,351, 339).
Bütün bu mərasimlərin kökü bilavasitə qədim Misirin
«ölüb dirilən Oziri» Allahı haqqındakı
rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır. Bu qədim
yazılara görə Oziri eyni zamanda dirilik suyu rəmzində göydən yerə axan həyatverici
çaydır və bu çayı yerə gətirən qədim Misirin ilk Pir-i (firon) olan Əman /Amon Allahıdır. Əman
Allahının 7 günə göydə ruhlar dünyasını
yaratması va s. haqqında daha geniş məlumat,
müəllifi olduğum «The Book of Gor or the deciphering of Torah» (bax.internet: http://hosting.bakinter.net/torah/index.html ) kitabında verilmişdir. Bu hadisənin
qısa məzmunu belədir; Təxminən 5500 il bundan
əvvəl kainatın sirlərini ilk dərk edən Amon/Əman göydən yerə dirilik suyunu gətirmək
üçün, dirilik suyunun özündən, yəni
Platon materiyasından magik
rituallar vasitəsilə bir cüt gözəgörünməz əl düzəldir və onu öz əllərinin
kölgəsi adlandırır. Xristian
yazılarında «Aşiratın barmaqları» kimi qeyd olunan bu bir cüt əl, qədim
Misir yazılarında «Ka», yəni «Ağa»
adlandırılır. Əman yerdə duluzçu dəzgahında gildən yeni «düşünən insan»ın
bütünü düzəldib, ona rəmzi «ağıl» verir. Onun əllərinin hərəkətini təkrar edən
göydəki «Aşiratın barmaqları» , yeni yaradılmış bu insanın ruhunu da göydəki dirilik suyundan yaradır və s.
Platon bu hadisəni «Timey» əsərində özünə məxsus variantda rəmzləşdirir
(bax.Platon «Timey» 41B,D,C).
Mövzumuza qayıdaraq qeyd edək ki, ərəb
dilinin sufi dili olmasını və onun göydəki elə aid olmasını çoxlu dəlillərlə
sübut etmək mümkündür. Ərəblərin Məhəmməd peyğəmbərə qədərki allahlarının
adları: Əl-Üzzə, Əl-Lat və Manat olmuşdur ki, buradakı Əl-Üzzə sözü «El issi”»,
yəni Məkkə elinin ruhu mənasındadır. Əl-Lat sözü Elin Atası, Manat isə «Əman
Ata» deməkdir. Müsəlmanların rəvayətinə görə İbrahim peyğəmbər İsmayılı Saranın
təkidi və Allahın məsləhətinə əsasən anası Aqara ilə Məkkəyə aparır. İsmayıl
burada Kəbəni tikir və ərəblərin əcdadı olur. İsmayılın Aqaradan olması, onun
Qor Allahının oğlu (Herakl / Koroğlu - F.G.) olması deməkdir. Çünki burada İsmayıl,
Məryəm oğlu İsa, İsida oğlu Qor, Venera oğlu Amur və s. rolunda göstərilir.
Tövrata görə Aqaranın uşağı kolun dalında qoyub getməsi isə İsmayılın ruhunun,
dünyanın yaranmasının 4-cü günündə
yaranmasına işarədir (Bax: F.G.«Kniqa Qora ili rasşifrovka Torı»). Allah
dördüncü gün iki işıq yaradır ki, bunun böyüyü axirətə qədər olan dövr üçün,
ikincisi isə axirətdən sonrakı dövr üçündür. Axirətdə gələn peyğəmbər öldükdən
sonra bu işıqla birləşməli və Allahın taxtında oturmalıdır. Deməli, İsmayıl, yəni
«Səma Eli»” obrazı axirətdə zühur etməlidir.
N. Gəncəvi Məhəmməd peyğəmbəri axırıncı peyğəmbər adlandırır. Bu isə o
deməkdir ki, Məhəmməd peyğəmbər yenidən zühur etməlidir. Çünki o qayıtdıqda
axirət zamanı yetişməli və bununla da göydəki Əmanın torpağı Məhəmməd peyğəmbərin
torpağı ilə əvəz olunmalıdır. Məhəmməd peyğəmbərin Mədinəyə köçməsi onun ruh şəklində
yerə enib Midiyaya gəlməsi, yenidən Məkkəyə qayıtması isə artıq kamilləşib o
biri dünyanın taxtına oturması deməkdir. «Quran»da qeyd olunur ki, «Kəbəni, o
müqəddəs evi Allah insanlar üçün dayaq olaraq qurmuşdur”» (5.97). Buradan belə
çıxır ki, müqəddəs qara daş olan Kəbə evdir və o insanlara ən çətin məqamda
dayaqdır. Təbii ki, hansısa qara daş insanların evi ola bilməz və s. Kəbə
dedikdə qədim Misirdə göydə yaradılmış Qaba El, yəni Qiblə nəzərdə tutulmalıdır
ki, bütün ruhlar, insan öldükdən sonra ora köçür. Digər tərəfdən insanlar çətin
məqamda əl qaldırıb göydəki elin ruhunu köməyə çağırsalar, «həyat enerjisi”»
bazası olan, bu Allah yurdunun sahibi Əman ona köməklik göstərər. Deməli, Kəbə-Qaba
Aləm deməkdir və «Quran»dakı: «İnsanlar üçün məkan və əmanət olaraq qalmaq üçün
yer»” (6.98) də bu mənadadır.
Ərəb mənbələrində Qafqaz dağlarına Kabx
dağları deyilməsi məhz Qaba Aləmlə əlaqədardır. Məsudi yazır ki, Kabx
dağlarında 72 millət yaşayır. Buradakı 72 rəqəmi, təbii ki, «Oziri və Set”
nağılı» ilə əlaqədar xüsusi qeyd olunur. Qədim Misir yazılarında da Qafqaz
dağları Kebex, yəni Kabx adlanır. Buxen məbədindəki III Tutmosa aid böyük
yazıda deyilir: «... o bu torpaqları, cənubda, Kebex - Setə qədər öz nəzarətinə,
şimalda Kebex - Xora qədər möhürləyərək öz mülkiyyətinə alır»”. Deməli, burada
Allahın Qafqaz dağlarını və göydəki Qor elini öz təsirində saxlaması qeyd
olunmuşdur.
Yazdıqlarımızdan belə çıxır ki, ərəb adı
da «Kitabi Dədə Qorqud”»dakı əvrən, yəni yəhudi sözü kimi Azəri xalqına məxsusdur.
Ərəb geneoloqlarına görə indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik
ad, samud, amalik, casim, cadis və s. tayfalardır ki, İslama qədər köçüb
getmişlər (Təbəri I s. 215). Ad sözünün ata, samud sözünün səma ata, amalik
sözünün - hökmran, casim - qasim/quz, cədisin-kadus olduğunu nəzərə alsaq görərik
ki, bu adlar yəhudi, yunan və s. adları ilə eyni kökdəndir. Musanın öz elini
Kades-Varni – «vəd olunmuş torpağ»a”, yəni yunanların «ölüm şahlığı»” olan
Kadesə gətirməsi, Vər-Gədüz pirlərinin ruhlar dünyasını yaratması mənasındakı
kimi başa düşülməlidir.
Əl-İstəhri (IX əsr) yazır ki,
Atropatenanın şahlığının sərhəddini Azərbad təyin etmişdir. İbn əl Müqəffa və
Əl Həmədaniya görə Azərbaycan öz adını Azərbaz ibn əl İran ibn əs-Sud ibn əs
Sam ibn Əl Nuh kəlməsindən götürmüşdür. «Quran»a görə Azər İbrahim peyğəmbərin
atası olmuşdur. Digər tərəfdən türklərin İbrahim peyğəmbərin nəsli olması
haqqındakı rəvayətlərə Təbəri, ibn İbri, ibn əl Fakih və s. əsərlərində rast gəlinməsi
fikrimizin doğruluğunu sübut edir. Alimlər ərəblərlə əvrənlərin qohumluğunu təsdiq
edirlər. Lakin onlar bu qohumluğun Azərbaycan xalqı vasitəsi ilə olduğunu təsəvvür
etmirlər. Əl Yəqubi yazır ki, Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə
və Əl Cavidaniyyə parslarının qarışığıdır. Mütəxəssislər qeyd edirlər ki, qədim
fars yazıları ilə ancaq şah yazıları və Persopoldakı yazılar yazılmışdır. Ümumi
yazı dili isə Aramey və Elam yazılarıdır. Bu isə o deməkdir ki, Fars dili də,
Latın, Erməni, Yunan, Assiriya və s. dilləri kimi sufilərin gizli «quş»”
dilidir. Bu dili birbaşa yox, yalnız rəmzi mənada başa düşmək olar. Fars/pars
sözünün «pir ruhu»” mənasını verməsi onu göstərir ki, burada da söhbət ruhlar
dünyasından gedir. İran şahı Kirin Qor Allahı olmasını sübut etməyə ehtiyac
yoxdur. Sadəcə istənilən şəxs «Kiropediya»”nı diqqətlə oxumalı və oradakı him və
eyhamları birbaşa Kirə şamil etməlidir. «Əhdi-Ətiq»”də, İsayın kitabında Kirin
axırıncı peyğəmbər kimi axirətdə gəlməsi yazdıqlarımıza danılmaz sübutdur (Isay
44.21-28).
Rufiy Fest Avien (IV əsr) yazır ki, «Kaspi
dənizi yaxınlığında döyüşkən skif, qəddar albanlar yaşayır. Buradakı daşlıq sahələri
qaniçən kadus, cəld mərd, qirkan və apirlər yaşayırlar» (365. N4 s. 241-242).
Kaspi dənizinin «həyat enerjisi»” mənasında ruhlar dünyası olduğunu nəzərə
alsaq başa düşərik ki, skif və albanlar Qaba aləmdə yaşayırlar. Biz Kas/Quz
sözünün «həyat enerjisi»”, yəni Platon materiyası olduğunu qeyd etdik. Skif
sözü «müdrik ağa ruhu»”, sak sözü isə «ağa ruhu»” mənasındadır. Deməli, bu söz
kassi, kaspi sözləri ilə eynidir. Skiflərə eyni zamanda «say»” da deyilməsi,
onun həqiqətən «müqəddəs ruh»”, Allah” mənası verməsi deməkdir. Şifahi xalq ədəbiyyatımızda
«say»” sözü «qoruyucu ruh»”, «elin ruhu”», Allah” fikrini ifadə edir. Sakların
«paradriya»” qolu, «dənizdən o yanda» olan” mənasını verir ki, burada da ümman
dənizinə işarə göz qabağındadır. B.A.Turayevin Assiriyanı isakların mərkəzi
adlandırması yazdıqlarımıza sübut kimi qəbul olunmalıdır. Sakların digər qolu «tiqraxaud»”
adlanır ki, bu da «Ata Qorqud»” deməkdir. Şkud” skifləri isə «issi xuda»” mənasında,
«soqdi»” adı ilə birlikdə «kadus»” adının variantlarındandır. Yəhudi dilində
müqəddəs sözü «kadoşim»” kimi tərcümə olunur ki, bu da müsəlmanların mü-qəddəs-i”
ilə: yəni qades/kadus sözü ilə eyni mənadadır. Qeyd edək ki, Azərbaycanda orta əsrlərdə
də kaduslara «kateş»” deyilirdi.
Yazdıqlarımızın və ümumiyyətlə, əksər qədim
kitabların qısa məzmunu belədir: 5507 il bundan əvvəl, Azəri,türk və digər müqəddəslərin
əcdadı, Atası və Allahı olan Təktüz Əman kainatda ilk dəfə tam kamilliyə çatmış
və ölümsüzlük qazanaraq dünyanın sahibliyini öz əlinə almışdır. O, fiziki öldükdən
sonra onun ruhu, əvvəlcədən göydə yaratdığı Azər adlı kosmik təbiət enerjisi ilə
birləşərək, yer kürəsini əhatə edən fövqəladə qüdrətə sahib Allaha
çevrilmişdir. Əgər Əmana qədər insanlar heyvan kimi yaşayırdısa, Əman onları
düşünən insanlara çevirmiş, öz elinə isə əlavə olaraq ölümsüzlük vermişdir.
Bundan sonra Allah nəslinin nümayəndəsi öldükdə, onun ruhu göydə yaşamağı davam
edir və yerlə əlaqə saxlayıb, ora təsir də edə bilirdi. «Quran»da məhz bu mənada
deyilir ki, «Sizdən öncə heç bir insana ölümsüzlük vermədik»” (21.34). Beləcə
bu nəslin övladları artdıqca bütün dünyaya səpələnərək, hər bir ölkənin sahiblərinə
çevrildilər. Lakin müqəddəs ocaqda qalan Əman övladlarının nəsli olan
pir,şıx,seyid və s. Azəri türkləri öz «cədd»”lərinin gücündən istifadə edib,
yerdə özlərini Allah kimi aparmağa başladılar. Əman Atalarının adını belə
yaddan çıxaran bu müqəddəslər, hərəsi bir ocaq yaradıb, xalqı ona inam gətirməyə
təhrik etdilər. Bununla da onlar «Quran»ın yazdığı: «Allaha şərik qoşan böyük
günah iş tutmuş olar və Allah onu bağışlamaz»” (4.48) ayəsinə əməl etmədilər. Qədim
Misir yazılarında bu mənada yazılır: «Allah tək və yeganədir, və onunla birgə heç kim mövcud deyil; Hər şeyi yaradan Allah yeganədir» (U.Bac
«Yeqipedskaya reliqiya.Y. maqiya» M2000 s.29). Allahı tamam unudan yalançı din
xadimləri və elin başçıları Allah elini var-dövlətə, şan-şöhrətə satdılar. Axirətin
yetişdiyini eşidəndə belə, öz əməllərindən əl çəkməyən xalq başa düşmədi ki,
Allah verdiyi əmrə sadiq olandır.
Dədəm Qorqud
qayıdır
«Kitabi Dədə Qorqud»” abidəsindəki Dədə
Qorqud, Oğuz, Bəkdüz Əmən, Qaba aləm və s. adlarla qədim Misir yazılarında qeyd
olunan əsas adların eyniliyi haqqında yazdıq. Digər əsas məsələ odur ki, ”
«Kitabi Dədə Qorqud»” abidəsinin mövzusu da məhz qədim Misirdən götürülmüşdür.
Qədim yazıların əksəriyyəti kimi ”«Kitabi Dədə Qorqud”» abidəsi də Allahlar nəslinin
tarixi haqqında qabaqcadan söylənilən deyimlərdir ki, bunların bir hissəsi həyata
keçmiş, bir hissəsi isə gələcəkdə həyata keçəcəkdir. Bu kitab 12 boydan ibarətdir
ki, bu boyların doqquzunun əsas mövzusu son peyğəmbərin gəlişi ilə əlaqədardır.
Əgər kitabın girişinin ilk abzası Qorqud Atanın yaradılmasına və onun qüdrətinə
həsr olunmuşdursa, girişin ikinci abzası olan: «Qorqud Ata ayıtdı: Axır zamanda
xanlıq gerü-Qayıya dəgə, kimsənə əllərindən almıya» cümləsi axirət zamanı ilə əlaqədar
deyimdir.
” «Dirsə xan oğlu Buğac boyu»”, «”Salur
Qazan evinin yağmalandığı boy»”, «”Qazan
Bəg oğlu Uruzun dutsaq olduğu boy”», ”«Qazlıq Qoca oğlu Yegnək boyu”»,
”«Basatın Dəpəgözi öldürdügi boy»”, ”«Bəkil oğlu Əmranın boyu»”, ”«Uşun Qoca
oğlu Səgrək boyu”», ”«Salur Qazan dutsaq olub Uruz çıxardığı boy»” və ”«İç
Oğuza taş Oğuz asi olub, Beyrəgin öldügi boy”»larında söhbət 5500 il bundan əvvəl
qədim Misirdə yaradılmış Qor Allahının yerdəki eli ilə münasibətindən gedir. Bu
mövzunun bilavasitə mənbəyi qədim Misirin ”Oziri” Allahı haqqında rəvayətdir
ki, Assur və Babil yazılırı da, ”«Tövrat»” və Homerin «”Odisseya»”sı da bu
mövzuya həsr olunmuşdur. Daha sonralar isə «Quran»”, Firdovsinin ”«Şahnamə”»si
və Nizaminin «”Xəmsə»”si də bu mövzuya müraciət etmişdir. Bütün bu və digər qədim
kitabların əsas süjeti məhz qədim Misirdən götürülmüşdür.
Qədim Misirin fironlar, yəni Pirlər
nəslinin banisi olan Təktüz Əman milyonlarla qurban və magik rituallar vasitəsi
ilə göydə Oziri/Azər Allahını yaratmışdır. Özü fiziki öldükdən sonra onun ruhu,
yəni Əsəd/İsida (Ata ruhu deməkdir) göydə yaranmış Oziri/Azər Allahı ilə birləşib,
Qor Allahına, yəni Qorquda çevrilmişdir. Yaradılmış Qorqud Ata özünün yerdəki nəsli
olan Pir, Əvrən, Seyid, Ağa və s. adlandırılan peyğəmbər və şahlar nəsli ilə
müqavilə bağlayıb, yer kürəsindəki bütün ölkələrin şahlığını və öz qüdrətinin də
bir hissəsini onlara vermişdir. Təqribən 5 min il bu nəsil, əcdadları (cədd)
Qorqudla bağladıqları müqaviləyə əsasən yerdə ədalətlə hökmranlıq etmişlər.
Lakin sonrakı dövrlərdə onlar öz əcdadlarının ruhu ilə bağladıqları müqaviləni
pozub, ona dönük çıxdıqlarına görə Qorqud Ata öz elindən imtina edib onları tərk
edir. Bundan sonra Oğuzun qara günləri başlayır və Qorqud Atanın Oğuz eli ölümə
doğru gedir. Lakin Qorqud Ata elinin məhv olacağını görüb dözmür və yerə öz pak
nəslindən peyğəmbər göndərir. Son peyğəmbər qədim sirləri açıb, əsil həqiqətləri
xalqlara çatdırır və üz tutub Qorqud Atadan kömək istəyir. Dədə Qorqud öz sevimli
övladının sözünü yerə salmır və qayıdır. Bu vaxt axirət günlərinin məhkəməsi
başlanır və yer kürəsindəki hər bir adam öz etdiyi əməllərə görə cavab vermək
üçün Qorqud Ata qarşısında məhkəməyə gəlir. Məhkəmə günü günahkarların hamısı
qırılır və Qorqud Ata dünyada haqq-ədaləti bərpa edir. Sonrakı dövrlərdə artıq
heç kəs 100 yaşına çatmamış ölmür. Qiyamət qopunca Qorqud Atanın şahlar nəsli
dünyaya ləyaqətlə sahiblik edir.
«”Kitabi Dədə Qorqud”» abidəsinin 12
boyunun 9-nun son peyğəmbərin gəlişinə həsr olunması, bu abidənin məhz axirət
günü üçün yazılması mənasındadır. Qorqud elinin ölümə doğru getməsi, haqq-ədalətin
itməsi,ölkənin faciə qarşısında qalması və s. mövzusu qədim Misir kitabələrində
geniş şəkildə təsvir olunmuşdur. B.A. Turayevin ”«İstoriya drevneqo vostoka»”
kitabında bu haqda geniş məlumatlar verilir:
«Həqiqətən: Onun bənizi solmuş, sifəti qəzəblidir.
Əvvəlcədən deyilmişlərin həyata keçməsi vaxtı çatmışdır. Ən yaxşı torpaqlar
canilər dəstəsinin əlindədir. Heç yerdə keçmişin adamı yoxdur... hər yerdə
oğrulardır. Hər bir adam deyir: ”Ölkədə nə baş verdiyini biz başa düşmürük”.
Qadınlar sonsuzdurlar, onlar hamilə olmurlar. Adi adamlar qiymətli daş-qaş
sahibinə çevrilmişlər. Özlərinə səndəl düzəldə bilməyənlər indi var-dövlət
sahibi olmuşlar. Əsilzadələr dərd içindədir, adi adamlar isə sevinirlər. Ürəkli
adamlar qorxudan quşa dönmüşlər. Qızıl, gümüş və s. qiymətli daş-qaşlar kənizlər
boynuna taxılmışdır. Əsilzadə qadınlar ölkəni sərgərdan gəzirlər. Evin hökmüdar
qadınları deyir: ”Əgər biz yeməyə bir şey tapa bilsəydik...”
Baxın! Hər yad ölkə deyir: ”Bu bizim
sudur, bizim sahədir”. Buna qarşı heç nə etmək mümkün deyil, axı hər şey tənəzzülə
doğru gedir... Gülüş yaddan çıxmışdır. O heç yerdə eşidilmir. Ölkədə eşidilən
yalnız fəryadla qarışıq olan ahu-zardır. Geridə olan adamlar əsilzadələr kimi
olmuşlar, misirlilər isə yola atılmış gəlmələrə dönmüşlər. Hamının saçı
tökülür. Atası olanlar yetimdən fərqlənmirlər. Böyük və kiçiklər deyir: ”Mən
ölmək istəyirəm.” Balaca uşaqlar da deyirlər: ”O (atamız) mənə həyat verməsəydi
...” (yaxşı olardı). Əsilzadələr ac və ümidsizləşmişlər. Azğınlaşmış adamlar
deyir: ”Allahın yerini bilsəydim ona qurban kəsərdim”. Həqiqətən! Hüququn
yalnız adı qalmışdır. Adamlar Allah adı ilə yalan danışır və günahlar işlədirlər.
İnsan öz dayısını öldürür. Adamlar kolluqda gizlənib, gecə yoldan keçənlərin
mallarını alırlar. Kimin nəyi varsa tutub alırlar. Özlərini çubuqla döyüb,
cinayətkarcasına öldürürlər. Qullar özləri qul sahibinə çevrilmişlər. Ağalar
övladları küçəyə atılmışlar. Bilən adam bunu təsdiq edəcək, axmaq isə inkar edəcək,
çünki cahillər üçün hər şey gözəl görünəcək.
Baxın! Od yüksəyə qalxmışdır. Onun
alovu ölkənin düşmənlərindən gəlir. Əmələ gələ bilməyən işlər həyata keçmişdir.
Şah kasıblar əlindədir. Qartalla qəbirə qoyulmuşlar (şahlar) sadə əl
arabasındadır. Piramidanın gizlətdikləri indi boşluğa dönmüşdür (şahın məqbərəsi
boşalmışdır). İnsanlar iki dünyanı sakitləşdirən Ra-nın ilanına (gözünə) qarşı
(Allaha) inqilab etmişlər. Yalnız yerə su tökənlər bədbəxtlik vaxtı güclənmişlər.
Hamı vətəndaş müharibəsinə səsləyir. Onlara müqavimət göstərmək mümkün deyil.
Alçaq adamlar güclülərin əmlakını alırlar. Özünə tabut düzəldə bilməyənlər,
indi məqbərə sahiblərinə çevrilmişlər. Özünə koma tikə bilməyənlər, böyük imarətlər
sahibidirlər. Əsilzadə qadınlar taxta daxmada yaşayırlar. Divar dibində
yatmayanlar indi bir neçə nəfərlik yerlərə sahibdirlər. Var-dövlət sahibləri
susuzluqla gecəni keçirirlər. Özlərinə qayıq düzəldə bilməyənlər, gəmilər
sahibinə çevrilmişlər. Kasıblığından arvadsız yatanlar indi əsilzadə arvadlar
tapırlar. Onun üzünə baxmayanlar, indi ayaq üstə durub hörmət edirlər. Ölkənin
adi adamları indi var-dövlət sahibləridir.Idarə olunanlar indi idarə edirlər.
Xidmətçilər indi xidmət olunana dönmüşlər. Saçının tökülməsinə qarşı öz dərmanı
olmayanlar çəlləklərlə çoxlu şirniyyat sahibləridir. Öz sifətinə suda baxanlar
indi güzgü sahibi olmuşlar. Daş-qaşlar sahibi olan böyük əsilzadələr nəslinin
qadınları öz uşaqlarını kəniz verirlər. Qəssablar kasıbların heyvanlarını kəsirlər,
çünki heyvanlar soyğunçular əlindədir. Gecəsini palçıq içində keçirənlər, indi
özü üçün dəridən bir neçə nəfərlik taxt düzəltdirirlər. Adamı öz qardaşının
yanında öldürürlər, o isə öz canını xilas etmək üçün qaçır. Qısa müddətə qul
saxlaya bilməyənlər indi qullar nəsli saxlayır. Kübarlar indi göstəriş yerinə
yetirirlər. Hər şey məhvə doğru gedir və
s.
Bu vaxt əmr gəlir: ”Əsilzadələr
paytaxtının düşmənlərini qırın və s. (bir neçə dəfə bu cümlə təkrar olunur) həqiqətən
(Həyata keçsin)”.
Mətnlərdə bundan sonra Ra Günəşi çağrılır:
”Ra Günəşinin gücü gəl, əmr... təriflənərək. O insanları...Allah tərəfindən
öldürmək üçün qərbdən gəlir. O qorxağı cəsarətlidən seçmir. O istidən əziyyət çəkənlərə
sərinlik gətirir. Deyirlər o hamının çobanıdır. Onun ürəyində pislik yoxdur və
s.(t1.Leninqrad 1935.s236-241).
Mətndə bundan sonra Allah, insanların
hələ ilk dəfə günahlarına yol verdiyi üçün kədərlənir. Əgər o ilk dəfədən
günahların qarşısını alsaydı... Ona əl uzadanı o əzərdi. O, onun nəslini və
toxumunu kəsə bilərdi və s. Mətndə artıq ölkənin çiçəklənməsi qeyd olunur».
Əvvəla qeyd etmək istərdik ki, bu mətnin
bəzi hissələri rəmzi mənadadır. Müasir alimlər qədim həqiqətləri bidmədikləri
üçün bu tip yazıları müxtəlif mənada yozmuşlar. Qədim Misir kitabələrindəki bu
mətnlər çox mühüm rəmzi məna daşıdığından biz bunların hərfi tərcüməsini
vermişik. Eyni məzmunlu digər yazıda Allah deyir:
«Mənim adım, gündüz, isti havada quş zılı qədər üfunətlidir. Mənim adım
isti havada, həmin gün tutulan balığın səbəti kimi üfunətlidir. Mənim adım, ərinə
yalan danışan arvadın adı kimi üfunətlidir... Mən deyirəm: İndi bir nəfər də
olsun vardırmı? Ürəklər pisləşmişlər, hamı öz yaxınını soyur. Kimə ümid
olunursa, o insafsız çıxır. Həqiqət adamı yoxdur. Yer pislər misalıdır. Pislər
yeri məhv edirlər və bunun da sonu yoxdur və s».
«Bu gün ölüm mənim qarşımda, xəstənin
sağalması kimi, uzun müddətdə əsirlikdə olanın öz evini görmək üçün hərbi gəmidə
evə qayıtmaq kimi durmuşdur və s».
«O dünyada olan, diri Allaha bərabər
tutulacaq. O günəşin (Allahın) gəmisində duracaq və məbədə seçilmişləri verəcək.
O müdrik olacaq və onun üçün maneələr olmayacaq»(t1.L1935.s.233).
Bu mətndə də elin çətin vaxtında gələn
peyğəmbərin haqq-ədaləti bərpa edib günahkarları cəzalandırması qeyd
olunmuşdur. Başqa bir yazıda isə deyilir:
«Özgə ölkənin adamları Misir çayından su içəcəklər. Bu ölkə soyulacaq.
Yaxşı şeylər gedəcək. Əvvəldən yazıldığı kimi ölkə məhv olacaq. Günəş bir saat
görünəcək və vaxtın keçməsi bilinməyəcək. Ölkə bədbəxtlik içində olacaq”.
Bu zaman Allah aşağını yuxarı edəcək. Kasıb xəzinə
yığacaq. Qüdrətlilər heç nə olacaq. Jənubdan şah gələcək. O yuxarı Misirin
tacını qəbul edəcək və aşağı Misirin də tacını da öz başına qoyacaq. Bundan
sonra həqiqət öz yerini tapacaq, yalan qovulacaq. Şah yanında olanlar və gəlib-gedənlər
sevinəcək. Müdriklər mənim dediyimin həqiqət olduğunu görüb mənim əvəzimə şərab
nəziri verəcək».
Digər bir yazıda isə qeyd olunur ki,
bu çətin vaxtlarda ”Əməniyyə” adlanan ölkədən gələn və «Nəfərti”» adlanan bu
müdrikin qılıncı, alovu və gücü qarşısında çoxları məhv olacaq. Nəhayət həqiqət
qalib gələcək.
Bütün bu yazıları başa düşmək üçün qədim
Misirin baş Allahı olan Qor Allahının yaranması və onun sonrakı nəslinin
tarixini bilmək vacibdir.
Əvvəldə yazdığımız kimi Misirin ilk
fironu olan Təktüz Əman göydə, həyat enerjisindən Oziri Allahını yaradır.
Oziri/ Osiri adının mənbələrdə Oziris/Osiris kimi göstərilməsi səhvdir. ”Ruh” mənasını
verən «”S»” samitinin Oziri/Osiri sözünə əlavə olunması təbii ki, sonrakı Yunan
dilçiliyi ilə əlaqədardır. Həqiqətdə isə Oziri/ Osiri sözü elə ”günəş ruhu” mənasını
verir ki, ikinci ruh sözü burada artıqdır. Oziri/Azər Allahı özlüyündə müxtəlif
varlıqların ruhlarından ibarət 7 növ həyatverici enerjidir. Bu enerji həm o
dünyada, həm də bu dünyada varlıqlara təsir edə bilən gücdür. Yaranmış Oziri/Azər
Allahı bir müddət göydə ayrıca qalmış və 16 il sonra firon Əman öldükdən sonra
onun ruhu göyə qalxıb yaranmış bu Oziri Allahı ilə birləşmişdir. Əmanın ruhu
bundan sonra İsida Allahı sayılmağa başlanır. Oziri Allahının İsida ilə birləşməsi,
bu ikisinin tamlığı timsalında Qor Allahının-Qorqudun yaranması deməkdir. Təktüz
Əman Oziri Allahını yaratdıqdan sonra onun qüdrətindən öz nəslinə də vermişdir.
”«Tövrat»” kitabındakı «”Allah insanı öz simasında yaratdı»” deyimi məhz bu mənadadır.
Deməli, Əman nəsli də, Qor Allahı-Qorqud kimi qeyri adi söz gücünə malikdir.
Buna görə qədim Misir kitabələrində deyilir ki, ilk əvvəllər Oziri/Azər adı
yalnız fironlara (Pir) deyilirdisə, sonradan bu ad bu nəslin törəmələrinə
deyilməyə başladı. Bu isə o deməkdir ki, Azər adı elimizə, bizim Qor
Allahının-Qorqud nəsli olduğumuz üçün verilmişdir. Deməli, Oziri/Azər sözü,
qeyri-adi möcüzəvi söz gücünə malik müqəddəslərə; Pir, abdal, şıx, seyid, gel,
ata, maxtum və s.adlandırılan Azər oğlu Qorqudun nəslinə aiddir. Buradan belə
çıxır ki, qədim Misirin ”Oziri haqqındaki rəvayəti eyni zamanda Azər elinin əvvəlcədən
yazılmış tarixidir”.
Rəvayətə görə ilk yaranan Oziri çox gözəl
və istedadlı olur və o bütün dünyanın
Allahı kimi doğulur. Lakin kiçik qardaşı Set ona paxıllıq edir və aldadaraq onu
öldürür və tabutu çaya atır. İsida kiçik oğlu Qorla ərinin sümüklərini toplayıb
onun bədənini dərmanla birləşdirir. Daha sonra oğlu Qor Setlə vuruşub onu əsir
alır. Bu zaman onun öz gözü çıxır ki, Qor da öz gözünü atası Oziriyə verir.
Oziri bu gözü udduqdan sonra dirilib ayağa qalxır və əvvəlki kimi qüdrətə malik
olur. Bundan sonra o yerdəki şahlığını oğlu Qora verib, özü yenidən ruhlar
dünyasındakı şahlığına qayıdır.
Bu rəvayət müdriklər tərəfindən
yazıldığı üçün burada bir neçə məna ifadə olunur. Belə ki, rəvayətdə Oziri
Allahının ölüb yenidən dirilməsi prosesində firon Əmanın fiziki ölüb ruhən
dirilməsi mənası ilə bərabər, burada Allahlar tarixində Oziri Allahının elinin
tarix boyu ölməsi və axır zamana yaxın yenidən dirilməsi hadisəsi də göstərilir.
Ölüb-dirilmə hadisəsini əbədi yaşatmaq üçün o dövrlərdən bu ənənə müxtəlif bayram və rituallar vasitəsi ilə rəmzləşdirilmişdir.
Bu mənada xristianların ”pasxa”, yəni Xristosun ölüb-dirilməsi bayramı, yəhudilərin
”purim/pirim” bayramı, qədim şərqin və s. ölkələrin ölüb-dirilən ”Adonis”, ”Attis”, ”Dionis” və s.
bayramlarıdır ki, bütün bu bayramlarda söhbət, bizim Novruz bayramındaki kimi
Ozirinin ölüb yenidən dirilməsindən gedir. Eyni mənalı süjet qədim Assur və
Babil ədəbiyyatında ”«günahsız azabkeş”» haqqındakı yazılarda göstərilir. Daha
sonralar bu mövzuya Homerin «”Odisseya»” əsəri də həsr olunur ki, burada da
Odissey öz şahlığını tərk edib gedir və onun taxtının yadlara qismət olacağı
vaxt oğlu Telemaxla qayıdıb düşmənləri qıraraq həqiqəti bərpa edir. Qədim hind
eposu olan «”Mahabharata”» və ”«Ramayana”» abidəsində də Allah nəsli sayılan həqiqi
taxt-tac sahibləri müxtəlif şərait nəticəsində öz ellərindən didərgin düşürlər.
Ayrılmış müddət bitdikdən sonra onlar yenidən öz taxt-taclarına qayıtmaq istərkən
taxtın sonrakı sahibləri ilə böyük müharibə etməli olurlar. Həqiqi şahlar düşmənləri
qırıb, yenidən dünyanı haqq-ədalətlə idarə edirlər. Bu mövzuya həsr olunmuş ən
geniş material təbii ki, ”«Kitabi Dədə Qorqud»” əvrənlərinin ən müqəddəs kitabı
olan ”«Tövrat» kitabında verilmişdir. Qeyd etmək istərdik ki, ”«Tövrat»”
kitabını başa düşmək üçün müdrikliyin ali məqamı olan sufilik elmini bilmək
lazımdır. Ən qədim sirləri rəmzi mənada ifadə edən sufiliyə görə hər bir samit qədim Misir dilçiliyində
olduğu kimi müəyyən bir məna ifadə edir. Deməli, ”«Tövrat» kitabında da mənaları,
rəmzlərlə bərabər, adları bildirən samitlər daşıyır. Bütöv ”«Tövrat» kitabı, qədim
Misirin ”Oziri” haqqındakı rəvayətinin, ”«Kitabi Dədə Qorqud”»da olduğu kimi
bir neçə məna ilə müxtəlif variantlarda ifadəsidir. Bu mənada kitabda Adəm,
Nuh, İbrahim, Yaqub, İsaq, Yusif və s. peyğəmbərlər faktiki olaraq Qorqud
Allahı timsalında göstərilir.
” Oziri” haqqındakı rəvayətdə Nut göyü ilə
Qaba aləmin Oziri, Qor və Set adlı oğlu olur. Burada Qor Allahı rəvayətin bu
obrazında fəaliyyətsiz göstərilir. Digər tərəfdən Ozirinin özünün Qor adlı oğlu
olur ki, onun dirilməsində bu oğlunun xüsusi rolu vardır. Deməli, Qor Allahı faktiki
olaraq burada iki rol oynayır ki, bu da 5500 il bundan əvvəl bütün yer kürəsini
sistemləşdirən Qor Allahı ilə, axirət zamanında peyğəmbər kimi gələn Qor
Allahının oğlu mənasındadır. Belə çıxır ki, bu rəvayətdə son peyğəmbər kimi
göstərilən oğul-Qor, ikinci dünyanı yaradan Ata-Qor allahının ruhudur.
” «Tövrat»” kitabında göstərilən ilk
insan-Allah olan Adəm burada Ata-Qor mənasındadır ki, eyni zamanda oğul-Qor
Allahı mənasında Nuh peyğəmbər kimi də göstərilir. Bu o deməkdir ki, ”işıq dənizində”
ilk ölməzlik qazanan Ata-Qor, kitabda Adəmə görə oğul-Qor rolunu oynayır.
Kitabda Adəmin iki oğlu olur ki, ikinci
oğul Qabil həsəd aparıb, qurbanı qəbul olunmuş birincini, yəni Habili öldürür.
Allah Qabili qarğayır. Adəmin üçüncü oğlu Sif doğulandan sonra onun bu günahsız
nəslindən Nuh peyğəmbər yaranır. Bu zaman yer kürəsində Allah oğulları yer
qızları ilə evlənirlər ki, onların sonrakı nəsli yer kürəsində pozğunluğun əsasını
qoyur. Allah bundan qəzəblənib yerə fəlakət göndərir. Subasmada yalnız Nuh peyğəmbərin
nəsli xilas olur. Kitabda insanların pozulması hadisəsi bilavasitə qadınla əlaqələndirilir:
«O zaman Allah oğulları adi adamların gözəl qızlarını gördülər və onları özlərinə
arvad etdilər. Kim – kimi istədi alırdı». Məhz bundan sonra insanlar pozulmağa
başlayır. Bunu görən Allah məyus olur və insan yaratdığı üçün peşimançılıq çəkir.
Nuh peyğəmbəri seçən Allah bütün bu əxlaqsızlığa görə insanları qırmaq qərarına
gəlir.
Qeyd etmək istərdik ki, «Kitabi Dədə
Qorqud»un məhz Allah və son peyğəmbərə aid olan girişində qadınlar 4 qrupa
bölünüb, onların yalnız birinin əsil olmasının nəzərə çatdırılması, dolayısı
yolla pozğunluğun əsas səbəbinin məhz onlar sayılması deməkdir. Deməli, Allah
elinin ölümə doğru getməsinin əsas səbəbi, Allah oğullarının adi adamların
qızlarını alması və öz nəslini korlaması mənasındadır. «Tövrat» kitabının bu
qısa rəvayətinin mənası odur ki, Allah öz nəslini günah işlətdikləri üçün fəlakətə
düçar edir. Eyni zamanda öz əsil, günahsız nəsli olan Sifin nəslindən Nuh peyğəmbəri
yaradır. Subasma zamanı bütün günahkarlar qırılır və dünyada həyat yenidən
başlanır. Təbii ki, burada Adəm Ata – Qor Allahı, Nuh peyğəmbər isə oğul –
Qordur və rəvayətdə göstərilən subasma hadisəsi də axirət zamanında olacaq məhkəmə
günüdür.
Əgər Nuh peyğəmbər kitabda Adəmə
görə oğul – Qor rolunu oynayırsa, subasmadan sonrakı hadisələrdə Nuh eyni
zamanda ilk yaranışı tərənnüm edən Ata – Qor Allahı rolunu oynayır. Bu isə o
deməkdir ki, «Tövrat» kitabında rəvayətlər bir neçə mənada göstərilir. Bunların
da ikisi yaranışdan və subasmadan sonrakı dövrlərə aiddir. Məhz buna görə
kitabda axirət zamanından sonrakı dövr, Nuhun dövründəki kimi, yəni Qor
Allahının yaranışından sonrakı kimi «qızıl əsr» adlandırılır.
Eyni mənalı hadisələr İbrahim
peyğəmbər haqqındakı rəvayətdə də göstərilir. İbrahim peyğəmbər burada yeri –
göyü sistemləşdirən Ata – Qor Allahı mənasında göstərilir ki, eyni zamanda onun
qardaşı oğlu Lot, oğul – Qor rolunu oynayır.
Allahın Sodom və Qomorra şəhərlərini
yandırması hadisəsi də məhz axirət zamanındakı məhkəmə günü günahkarların
qırılması mənasındadır. Digər tərəfdən bu rəvayətdə İbrahimin Saradan olan İsağın
qurban mərasimi hadisəsi də, Musanın qurbanla yəhudiləri xilas etməsi kimi məhz
axirət zamanındakı, günahkarlara öz günahını qurban vasitəsilə yumağının son
şansı mənasındadır.
Ata – Qor Allahının haqq – ədaləti
bərpa etməsi mövzusu «Tövrat» kitabında, Yusif haqqındakı rəvayətdə daha
obrazlı şəkildə göstərilir. Ata – Qor Allahı mənasında göstərilən Yaqub oğlu
Yusifə qardaşları həsəd aparır və onu satırlar. Bundan sonra hamı Yusifi ölmüş
bilir. Firon köməkçisi, yəni günəşdən sonra ikinci varlıq mənasında göstərilən
Yusif burada, ən ali təbəqəyə qalxmış sufi kimi nəzərə çatdırılır. Yuxuyozma
hadisəsindən sonra ailəsinin, yəni elinin ən çətin vaxtlarında o, öz doğma
qardaşı Bənyəmini görmək şərtilə elini xilas edir. Burada oğul - Qor mənasında
göstərilən son peyğəmbər, qədim Misir yazılarındakı kimi Bənyəmin, yəni Yəmən
övladı adlandırılır.
Musa peyğəmbər haqqındakı rəvayətdə
də, qeyd etdiyimiz kimi bir obrazda Ata – Qor Allahının və ikinci dünyanın
yaranması prosesi və oğul – Qor Allahının axirət zamanında öz elini xilas etməsi
prosesi rəmzi mənalarla nəzərə çatdırılır. Elin faciəsinə son qoymaq üçün məhkəmə
günü keçirilən qurban mərasimi burada da son şans kimi göstərilir. Kitabda qeyd
olunan bir çox qədim sirlərin açılmamasına rəmzi işarələri nəzərə alıb, ümumi məzmunu
bildirməklə kifayətlənək.
Axır zamanı ilə əlaqədar «Əhdi
– ətiq»də Əyyubla bağlı rəvayət vardır ki, burada Allah Əyyubun bədənini öz
eli, ruhunu isə son peyğəmbər kimi göstərir. Allah öz günahsız övladı olan
Əyyub peyğəmbəri imtahana çəkmək qərarına gəlir və onun bədəninə xəstəlik göndərir.
Bəlaya düçar olan Əyyub ümidini itirmir və deyir: «Mən bilirəm ki, mənim
xilaskarım yaşayır və o nəhayət yer üzərində duracaqdır». Etdiyi günahlara görə
Allah Əyyubun dostlarına əmr edir ki, öz canlarını xilas etmək üçün qurban kəssinlər
və Əyyubdan onlar üçün dua etməyi xahiş etsinlər. Çünki, o yalnız Əyyubun
duasını qəbul edəcəkdir. Dostlar Allahın göstərişini yerinə yetirirlər. Allah
Əyyubu yüksəldərək onu yuxarı başa qoyur.
«Əhdi–ətiq»in «Zəbur» kitabı ümumilikdə
axirət zamanına və son peyğəmbərin gəlişinə həsr olunmuşdur. Burada Davud
adlandırılan son peyğəmbərin gəlişi, onun Allaha yaxınlığı, Allahın onu yüksəltməsi
və məhkəmə günündə həqiqətin bərpası haqqında deyimlər göstərilmişdir.
Əgər «Tövrat» kitabında axirət
dünyası və son peyğəmbərin gəlişi haqqındakı yazılar rəmzi mənada deyilirdisə,
peyğəmbərlər şahı sayılan Yeşayın (Isay) kitabında bütün bu hadisələr daha açıq
və geniş yazılır: «Yer-göy qulaq as, çünki Allah deyir: mən oğul böyüdüb
ucaltmışam, onlar isə mənim üzümə ağ olublar. Camış da, uzunqulaq da öz yiyəsini
tanıyır. İzrail məni tanımır, mənim xalqım ağıllaşmır. Əfsus, haqsızlığa düçar
olmuş günahkar xalqım Allahdan dönüb geri qayıdıbdır. Sizin tərsliyinizə görə
daha nədən ötrü sizi döyüm. Sizin başınızdan tutmuş bütün bədəninizdə salamat
yer yoxdur. Torpaqlarınız boşaldılıb, şəhərləriniz odla yandırılıb, sahələrinizi
gözünüz qarşısında özgələri yeyir»(«Bibliya» İsay 1:2-7).
Mövzudan qırağa çıxaraq qeyd
etmək istərdik ki, «Tövrat» kitabında İzrail kimi göstərilən ad, bilavasitə
Oziri Allahının eli mənasında olduğu üçün Ozirel (Azər elI F.G.) kimi
oxunmalıdır və bu el iki mənadadır. Əgər son peyğəmbərin dövründəki İzrail adı
indiki Azər elinə aiddirsə, ən qədim dövrlərdəki İzrail adı yuxarı Misir, yəni
göydəki Səba, Napat ərazisi sayılan Yəmən mənasındadır. Deməli, İzrail (Azər)
elinə eyni zamanda Yəmən eli olan Səba şahlığı da aiddir.
Yeşay yazır: «Allahın sözünə qulaq asın
Sodom şahzadələri, Allah qanununu başa düşün Qomorra xalqı! Sizin heç bir
qurbanınız mənə lazım deyil. Sizin bayram yığıncaqlarınıza, mənim həyətimə
(Allah evi) gəlməyinizə mən dözə bilmirəm. Siz əlinizi açıb mənə yalvaranda, mən
sizə gözümü yumuram, məni çağıranda mən eşitmirəm, çünki sizin əliniz qanlıdır.
Yuyunun, təmizlənin, mənim gözüm qarşısındakı pislikləri atın, qurtarın pislikləri.
Yaxşılıq etməyi öyrənin, həqiqəti axtarın, əzilənlərə gömək edin, yetimi müdafiə
edin, dullardan ötrü dillənin. Ondan sonra gəlin, sizi bağışlayım. Tərslik etsəniz,
qılınc sizi yeyəcək. Sizin şahzadələriniz qanuni cinayətkarlar və oğrular həmkarlarıdır.
Onlar hədiyyəni çox sevirlər və pul dalınca qaçırlar…(10,20). Savaof Allahı
deyir: Mən yenə əlimi sizə tərəf aparacağam və əvvəlki kimi sizə hakim
qoyacağam. O vaxt sizin haqqınızda «Həqiqət şəhəri, düzlük paytaxtı» deyəcəklər…».
Axır zamanda Allah evi ən
yuxarı başda olacaq və bütün xalqlar ona tərəf axıb gələcəklər. O vaxt xalqlar
deyəcək: gedək Allahın dağına, Yaqubun evinə qalxaq, o öz yolunu bizə öyrətsin…
Vaxt gələcək ki, xalq içində adamlar bir – birinə zülm edəcək. Cavanlar
qocaların, adi adamlar əsilzadələrin üzünə ağ olacaq… Günahkarlar öz günahlarını
gizlətməyərək, açıq deyəcəklər. Vay onların halına. O zamanlar adamlar öz
atasının ailəsində, qardaşından yapışıb deyəcək: sənin paltarın var, bizim
başçınız ol, qoy bu xarabalıq sənin əlin altında olsun. O isə and içərək deyəcək:
«Cəmiyyətin yarasını sağalda bilmirəm: mənim də evimdə nə çörək nə də paltar
var, məni başçı seçməyin». O zaman yeniyetmə, uşaqlar hökmranlıq edəcək. Xalq
içində biri digərinə, hərə öz yaxınına zalımlıq edəcək, cavan həyasızcasına
qocadan, adi adam kübardan üstünlüyünü göstərəcək. O zaman Allah məhkəməyə gələcək.
Allah öz xalqının başçılarını və şahzadələrini mühakimə edəcək. «Siz mənim
üzümlüyümü boşaltmısınız. Xalqdan soyduqlarınız sizin evinizdədir». Savaof
Allahı deyəcək: «Mənim xalqımı niyə sıxırsınız, kasıbları əzirsiniz». O zaman
varlanmışların arvadlarının daş – qaşından tutmuş hər şeyi Allah alacaq, ərləri
qılıncdan məhv olacaq. Yeddi arvad bir kişidən yapışıb deyəcək: Öz çörəyimizi
yeyib, öz paltarımızı geyəcəyik, ancaq ki sənin adını daşıyaq və bu ləkəni bizdən
götür… (3:4-25). O vaxt Allah oğlu gələcək. Davud, Yaqub nəslindən olan bu peyğəmbərdə
Allah ruhu, müdriklik və ağıl ruhu olacaq. O yoxsulları ədalətlə mühakimə edəcək.
Yer üzərində zülm çəkənlərin işlərini həqiqətlə həll edəcək. Yeri dəyənəklə
vurar kimi ağzı ilə vuracaq. Ədalət onun qurşağı, sədaqət onun belini sarıyan kəmər
olacaq. O zaman qurd – quzu ilə birgə yaşayacaq, bəbir – çəpişlə yan-yana
uzanacaq…».
«O vaxt əlindən tutduğum
yeniyetmə, seçilmiş, ürəyimə yatan övladım gələcək. Ruhumu ona verəcəm və o
xalqlara məhkəməni xəbər verəcək. O çox xalqları heyrətə gətirəcək və şahlar
onun qarşısında ağızlarını bağlayacaqlar. Çünki, onlar bu peyğəmbərdən eşitmədiklərini
və bilmədiklərini öyrənəcəklər. O, üzərinə bizim günahlarımızı götürmüş,
acılarımızı aparmışdır. Biz isə elə fikirləşdik ki, o Allah tərəfindən
vurulmuş, cəzalandırılmış və əzaba salınmışdır. Lakin o, bizim günahlarımıza
görə yaralanmış, bizim təqsirimizə görə cəfalanmışdır: bizə salamatlıq gətirən
cəzanı o çəkdi. Onun yediyi zərbələrlə biz sağaldıq. Hamımız qoyun kimi
azmışdıq. Allah isə bizim təqsirimizi onun üstünə qoydu. O, zülm və cəfaya məruz
qaldı. Lakin ağzını açmadı…».
«Onun nə görkəmi, nə də şöhrəti
olmayacaq və biz onu adam yerinə qoymayaraq, ondan üz döndərəcəyik. Lakin onun
nəfəsi Allah nəfəsi olduğu üçün, o korların gözünü açacaq və xalqlara məhkəməni
xəbər verəcək. O yer kürəsində həqiqət məhkəməsi quracaq və onun qanunlarına
çoxları bel bağlayacaq. «Qurumuş» hesab edilən son peyğəmbərin nəsli yenidən
hakimiyyətə qayıdacaq və qiyamətə qədər onun nəsli dünyaya sahiblik edəcək…».
«Allah özü sizə işarə verəcək.
Qız (Əman və bürc mənasında) oğlan doğacaq və onun adına Emmanuil deyəcəklər.
Allah sənə, sənin xalqına və sənin atanın xalqına, Əfraimin Yaxudadan
qopmasından sonra olmamış günlər göstərəcək, Assiriya şahın gətirəcək. O gün
olacaq ki: Allah, Misir çayının mənsəbində olan milçəyə, Assiriya torpağında
olan arıya işarə verəcək. Onlar uçub gələrək boşaldılmış qaya yarğanlarına,
tikanlı kollara və s. ağaclara qonacaq. O gün Allah, Assiriya şahı tərəfindən,
çayın o sahilində kirə edilmiş ülgüclə, başı, ayaqdakı tükü qırxacaq və hətta
saqqalı da tutub alacaq. Və o gün olacaq ki, inək və iki qoyun saxlayanın bollu
südü, yağı olacaq, bu torpaqda qalan hamı yağ – balla dolanacaq. O gün olacaq
ki, Assiriya şahı bütün şan – şöhrətilə çayları daşdıracaq və sahilləri
aşıracaq…(7:10-17)».
«Əvvələr alçaldılmış Zavulon
(Savalan) və Niftalı torpaqlarını, Qaliley dilli, Zaiordan ölkəsinin sonradan dənizkənarı
yollarını ucaldacaq. Qaranlıqda gəzən xalq, böyük işıq görəcək, ölüm kölgəsində
yaşayanlar üçün işıq parlayacaq. Xalqı ölümə apardığı üçün, kasıb, yetim və
dullara rəhm etmədiklərinə, yalan danışdıqlarına görə, Allahın qəzəbi və əli ilə,
Allah İzrailin baş və quyruğunu kəsdiyi kimi, bu elin başçılarını və yalançı
din xadimlərini məhv edəcək…»(9:1).
«O, Assur, mənim qəzəbimin əsası
(əl ağacı). Onun əlindəki qamçı mənim qəzəbimdir. Mən onu qəzəbimin ölkəsi olan
günahkarlar üzərinə göndərəcəyəm, ona talanlar etdirəcəyəm və onları küçədəki
zibil kimi tapdalatdıracağam. Gün gələcək ki, İzraildən qalanlar və Yaqub
evinin xilas olanları, onları vurmuşlara ümid etməyəcəklər, təmiz qəlblə müqəddəs
İzrailin Allahına ümid bağlayacaqlar. Yaqubun qalanları güclü Allaha dönəcəklər.
Ancaq sənin, dəniz qumu qədər olan İzrail xalqından yalnız qalanlar dönəcək.
Qırğın çoxlu həqiqətlə yazılmışdır. Çünki Savaof (Səba Piri F.G.) Allahı bu
dünyada müəyyən qırğın edəcəkdir. Buna görə Savaof Allahı deyir: Sionda yaşayan
mənim xalqım, Assurdan qorxma. O səni əsa ilə vuracaq, Misir kimi əl ağacını sənə
qaldıracaq…».
«Gün olacaq ki, xalqlar üçün
bayrağa dönmüş Yessey kökünə bütpərəstlər dönəcəklər, şöhrət onun sakitliyi
olacaq. O gün onun sağ qalmış xalqı olan Assur üçün, İzrail üçün, Misirdən çıxdığı
vaxtdakı kimi böyük yol olacaq. O gün deyəcəksən: Eşq olsun sənə Ya Allah: sən
mənə qəzəblənmişdin, ancaq qəzəbini söndürdün və mənə təsəlli verdin. Eşq olsun
sənə Allah, onun adını çağırın: onun işlərini xalqlara deyin: yada salın ki,
onun adı Böyükdür. Allah üçün oxuyun, çünki o böyük işlər gördü, qoy bunu bütün
dünya bilsin…»(10,11,12:1-5).
«Onun günləri yaxındır və o
günlər gecikmir, çünki Allah Yaqubu bağışlayıb və yenə İzraili sevəcək: onları
öz torpaqlarına köçürəcək və onlara yadlar da qoşulacaq, Yaqub evinə
yapışacaqlar. Xalqlar onları götürüb öz yerlərinə aparacaqlar və İzrail evi,
onları Allah torpağında qul – qaravaş kimi mənimsəyəcəklər. Onları əsir
alanları əsir alacaqlar və onlara zülm edənlərin üzərində hökmranlıq edəcəklər.
Savaof Allahı andla deyir; Mən necə fikirləşmişəm elə də olacaq, mən necə təyin
etmişəm, elə də yerinə yetəcək. Assuru mənim torpağımda məhv etmək, onu mənim
dağlarımda dağıtmaq: onun çiynindən ağır yük götürüləcək və əsarəti qurtaracaq.
Bütün dünya haqqında belə müəyyənləşdirilmişdir və bu əl bütün xalqlar üzərinə
uzanmışdır. Çünki Savaof Allahı belə təyin etmişdir və kim onu dəyişə bilər?
Onun əli uzanmışdır – kim onun qarşısını ala bilər…».
«O gün Misirdən Assiriyaya
böyük yol olacaq və Assurlar Misirə, Misirlilər Assiriyaya gələcəklər və Misirlilər
Assurlarla Allaha xidmət edəcəklər. O gün İzrail, Misir və Assurla üçüncü
olacaqdır. Savaof Allahının vermək istədiyi uğur, xeyir – dua torpağın
ortasında olacaq və o deyəcək: Mənim xalqım olan misirlilər, mənim əlimin bəhrəsi
olan assiriyalılar və mirasım olan İzrail xoşbəxt və uğurludur..».
«Budur Allah torpaqları
boşaldır, onu bərəkətsiz edir, onun görkəmini dəyişir və onun üzərində
yaşayanları dağıdır. Xalqın başına nə gələcəksə din adamının da, qulun da,
ağanın da, satanlırın və alanların da və s. hamısının başına o gələcəkdir.
Axırda torpaq boşaldılacaq, talan ediləcək. Çünki Allah bu sözü demişdir.
Torpaq məyus olub şikayətlənir, kainat məyus olmuşdur. Torpağın xalqlarının
yüksəlmişləri, əyilmişlər. Torpaq, üzərində yaşayanlar tərəfindən murdarlanmışdır,
çünki onlar qanunu aşmışlar, nizamnaməni dəyişmiş, əbədi vəsiyyəti pozmuşlar.
Ona görə də qarğış torpağı yeyir, üzərində yaşayanlar cəzalandırılır: torpağın əhalisi
yandırılmış və az adam qalmışdır. Şənlənənlərin səs – küyü yox olmuş, hər şey
sakitləşmişdir. İçki acılaşmışdır, artıq mahnı ilə içki içilmir. Boşalmış şəhər
dağılmışdır, bütün evlər bağlıdır. Küçədə günahkarlar üçün ağlayırlar, hər bir
şənlik qəmlidir, torpağın bütün şənliyi qovulmuşdur. Şəhər boş qalmış,
darvazalar aşmışdır. Torpağın ortasında, xalqlar içində isə, üzümlüyü
dalladıqdan sonra nə qalırsa elə olacaqdır. Onlar öz səslərini qaldıracaq və
Allahın böyüklüyünə sevinəcəklər. O vaxt günahkarlar üçün dəhşət, quyu və kəndir
olacaq. Qorxudan qaçanlar quyuya düşəcəklər, quyudan çıxanlar isə kəndirdən
asılacaqlar, çünki göyün pəncərəsi açılacaq və yerin özəyi titrəyəcək. Yer
devriləcək, yer dağılacaq, yer dəhşətə gələcək. O gün olacaq ki, təntənəli hərb
allahı yuxarıda, yerdə yer şahlarına baş çəkəcək. Onlar məhbuslar kimi bir yerə
yığılıb zirzəmiyə salınacaq və bir çox günlər sonra cəzalındıralacaq. Onda
Savaof Allahı Yerusəlimdə, sion dağında şahlığa qayıtdıqda ay qızaracaq, günəş
utanacaq, ağsaqqallar qarşısında o şöhrətlənəcək…».
«Ey tanrı, sən mənim Allahımsan, səni tərifləyirəm, sənin şöhrətinə alqış deyirəm, çünki sən
heyrətli işlər gördün, qədimdən yazılmışlar
həqiqətdir. Amin. Sən şəhəri daş
yığnağına çevirdin, möhkəm qalanı dağıtdın, şəhərdəki yadların saraylarını yox etdin, onlar əsrlərlə olmayacaqlar. Buna görə səni güclü
xalqlar alqışlayacaqlar, dəhşətli
millətlərin şəhərləri səndən qorxacaq.
Çünki sən kasıbın ümidgahı,
yoxsulun ən çətin vaxtında mənzili olmusan…»(24,25).
«O gün olacaq ki, Allah böyük çaydan tutmuş Misir axınına qədər hamını silkələyəcək və siz İzrail oğulları bir
yerə yığılacaqsınız. Gələcək o gündə: böyük suur (truba) çalınacaq və Assiriya
torpağında azmış, Misir torpaqlarına qovulmuşlar gələrək
Yerusəlimdə, müqəddəs dağda
Allaha baş əyəcəklər. İndi isə Yaqubu yaratmış, İzraili yoluna qoymuş Allah
deyir: Qorxma, çünki mən səni bağışladım, səni öz adınla çağırdım. Sən mənimsən. Sən sular
üstən keçəndə də mən səninlə
olacağam, çay üstdən keçəndə də, o səni
batırmayacaq, odun içindən
keçsən də yanmayacaqsan, odun
alovu səni alışdırmayacaq. Çünki mən Allaham, sənin Allahınam müqəddəs İzrail (Azərel F.G.), sənin
xilaskarınam, girov kimi sənin əvəzində
Misir, Efiopiya və Səbanı sənin əvəzində verirəm. Çünki, sən mənim gözümdə
əzizimsən, qiymətlisən və mən səni sevdim, sənin əvəzində başqalarını verəcəm, sənin ruhun
üçün xalqlar verəcəm. Qorxma, çünki mən səninləyəm, şərqdən sənin xalqını gətirəcəm və qərbdən səni yığacam.
Allah deyir: Misirlilərin əməyi, Efiopların ticarəti və Səbalılar, ucaboy adamlar,
sənin tərəfə keçəcəklər və sənin olacaqlar, onlar sənin dalınca gedəcəklər, zəncirdə
gələcəklər, sənin qarşında yıxılacaqlar və sənə yalvararaq deyəcəklər: «Allah
yalnız səndədir və başqa Allah yoxdur…».
Allah elinin faciələrə düçar
olması hadisəsi müqəddəs Yezekiilin kitabında da rəmzi mənada göstərilir: Allah
Yezekiilə, böyük sahəyə səpələnmiş quru sümükləri göstərib soruşur:"Bu
sümüklər dirilərmi?" Yezekiil ona cavab verir ki, "Böyük Allah bunu sən
bilərsən". Bu zaman sümüklər bir – birinə yaxınlaşıb birləşirlər və üzərlərində
dəri əmələ gələrək meyidə dönürlər. Allah onlara ruh verir və onlar dirilib
ayağa qalxırlar. Allah Yezekiilə deyir: "Gördüyün bu qurumuş sümüklərə can
verdiyim kimi, öz xalqım olan İzrailə də can verəcəyəm. Qəbirləri açıb sizi
oradan çıxaracağam və öz torpağınız olan İzrailə aparacağam"...(37:1-14).
Qeyd edək ki, müqəddəs kitablarda, axirət günündə ölülərin dirilib Allah
qabağında imtahan verməsi mövzusu da, məhz buradan götürülmüşdür.
Xristianların «İncil"
kitabında axır zaman və son peyğəmbər haqqındakı deyimlər, müqəddəs Mattanın,
Lukanın və s. peyğəmbərlərin kitablarında geniş təsvir olunur. Əvvəla qeyd etmək
lazımdır ki, İsa – İisus adı qədim dilçiliyə görə "issi" – ruh mənasındadır.
Xristos sözü isə özlüyündə "Xor" və "ist" - İsida
Allahlarının adından götürülmüşdür ki, bu da "Qor Allahının ruhu" deməkdir.
Deməli, İisus Xristos sözü, "müqəddəs Qor Allahını ruhu" mənasını
ifadə edir. İsa peyğəmbər bakirə Mariyadan olmuşdur ki, buradakı bakirəlik, digər
varlığın təsiri olmadan, yəni öz – özünü yaratması mənasındadır. Bildiyimiz
kimi Oziri – Qor Allahını, firon Əman öz beynində yaratmış və "ruh"
kimi beynindən ayırmışdır. Yaranmış uşağın "Emmanuil" adlandırılması
da onun, yaradan Əmana – onun sonrakı elinə işarə mənasındadır. Kitabdakı hər
addım başı deyilən "Amin" sözü də məhz firon Əmana işarədir.
Bakirəlik mövzusu ilə əlaqədar
qeyd edək ki, Friqiyanın Attis Allahı da, Yunan Allahları Dionis və Persey də,
Siriya Allahı Adonis də, hindlilərin Buddası və s. qədim Allahlar da bakirə
qızdan olmuşlar ki, bu da göydə yaradılmış Qor Allahına işarədir.
«İncil"də, insan öldükdən
sonra onun ruhunun işıqda parçalanması və ilk dəfə İsanın xilas olması hadisəsi,
rəmzi mənada, şahın iki yaşına qədər olan uşaqları qırdırması kimi göstərilir.
İsanın Mariya ilə, ilk əvvəl Misirə, daha sonra isə Nazaret şəhərinə köçməsi
onu göstərir ki, burada da bir obrazda iki məna verilir. İsanın ilk əvvəl Misirə
köçməsi, Oziri Allahını göydə yaratmış Əmanın, Yəmənin Savə vahəsinə, yəni göydəi
ruhlar dünyasına köçməsi deməkdir. Nazaretə köç isə Əman övladı olan son peyğəmbərin
yerə köçü mənasındadır. Nazaretə köçmüş İsa sonradan nazoreyli çağrılır.
Bildirmək istərdik ki,
"Tövrat" kitabında, həyatını Allaha həsr etmiş adamlara nazoreylər
deyirlər. Onlar içki içmir, saçlarını qırxdırmır, ölüyə toxunmurlar. Nazoreylər
müvəqqəti və həmişəlik olurlar. Onlar qeyri-adi istedada malik olub, hər şeyi
bilirlər. ”«Əhdi-Ətiq»”-də Samson, Samuil və s. kimi peyğəmbərlər nazoreyli
kimi göstərilirlər. Qədim Misir dilçiliyində «”N»” samiti su, nəmlik, yəni
qadın başlanğıjı mənasını verdiyi üçün məna ifadə etmir, yalnız bitkinlik mənasında
işlədilirdi. Misal üçün qeyd edək ki, əgər ər sözü günəş mənasını ifadə edirsə,
ərən sözü, yerdəki günəş, yəni materiallaşmış, su qarşığı birləşməsi olan deməkdir
ki, bu da yerdəki günəş övladları
fikrini ifadə edir. Eyni ilə gel-gilan, oğuz-oğuzan və s. sözləri də qeyd etmək
olar. Bu mənada nəzir-nəzər sözü də materiallaşmış, yerdəki Oziri /Azər fikrini
ifadə edir ki, bu da Oziri /Azər Allahının övladları mənasını bildirir. Deməli,
nəzərlilər Oziri/ Azər Allahı kimi qeyri-adi söz gücünə malik Azər övladlarına
deyilir ki, bunlara Pir, seyid, ata, gel və s. müqəddəslər aiddir. Pirlərə,
seyidlərə nəzir boyun alma, onlara nəzir vermə ifadəsi də məhz bu mənada nəzirin,
onların ulu əcdadları olan Oziri/Azər Allahına şamil edilməsi deməkdir. Pir,
seyid müəyyən bir şey dilədikdə, onların "cədd" adlandırdıqları ulu əcdadı
olan Oziri/Azər Allahı, bu diləyin həyata keçməsinə, öz həyat enercisi olan
"Ğuz" vasitəsi ilə kömək edir. Bu köməkliyin əvəzində də, onların
ruhuna qədimdə adətən qurban, dua və s. rituallar keçirilirdi. Dilimizdə yüksək
rütbə mənasını verən nazir sözü də məhz buna görə alilik deməkdir. Dahi
Firdovsi "Şahnamə" əsərində Cəmşid taxtının qoruyucuları kimi, Katuzilərlə
bərabər Nisarilərin də adını xüsusi qeyd edir ki, burada Nisari sözü nəzərli-nazorey
mənasındadır.
Deməli, İsa peyğəmbərin nəzərli
adlandırılması heç də təsadüfi deyildir. Nazaret şəhər adı da burada Azər Ata mənası
verir ki, bu gün də Azərbaycanda bu məzmunda Nəzərabad, Nəzəralılı, Nəzəroba, Nəzirli,
Zarat, Zerti, Zərdab, Zərdəbərə, Zərdoni və s. onlarla yaşayış məntəqəsinin adı
vardır. Belə çıxır ki, Nazaret dedikdə söhbət Azəri elindən, yəni Azərbaycandan
gedir. Nəzərə olmaq lazımdır ki, qədim Mannada da Zirtu/İzirtu adda şəhər
olmuşdur. Z.Bünyadovun "Azərbaycan 7–9-cu əsrlərdə" kitabında
faktlara istinadən yazılır ki, Abbasilər hakimiyyətə gəlməzdən əvvəl Azərbaycana
Rəbiə və Mudar nizarilərini köçürdülər. Azərbaycanın birinci Abbasi hakimi Yəzid
ibi Xatəm ül – Mükəlləbi isə yəmənliləri Azərbaycanda elə yerləşdirdi ki,
burada nizarilərdən heç kim qalmadı. Daha sonralar: "Xuzeyfə ibn Hazimin
yerinə Harun ər – Rəşid, Yusif ibn Rəşid əs – Sulamini (Arran hakimi) təyin
etdi. Onun da hökmranlığı dövründə nizarilərin sayı xeyli artdı, halbuki bundan
əvvəl burda yəmənlilər çox idi"(s.163-168.B.1989).
Rəmzi mənada yazılmış bu
yazılardan göryndüyü kimi, adı hələ ilk dəfə "Tövrat" kitabında çəkilən
nizarilərin Azərbaycana köçürülməsi heç də təsadüfi deyildir. Çünki əsil yəmənlilər
kimi nizarilər də qədim Misirin baş Allahı olan Oziri/Azər Allahının nəslidirlər.
Digər tərəfdən İsa peyğəmbər
Qalileyin Nazaret şəhərindən idi ki, buradakı Qaliley sözü Xəliliyyə kimi
oxunmalıdır. Azəriyyə, Yəzidiyyə, Səməriyyə və s. adlardakı "iyyə"
sözü, iki dünyanın yiyəsinin çağırış forması olub, elin müqəddəsliyini bildirən
artırmadır. Qalil sözü isə dilimizdə Xəlil /Cəlil/ Xillə və s. kimi qalmış qədim
Misirin Qor Allahının Gel eli məcnasındadır. Qeyd etmək istərdik ki, A. Bakıxanov
Azərbaycanı nəzərdə tutan "Gülüstani - İrəm" dedikdə, Gelistan, yəni
Gel elini nəzərdə tutmuşdur. Gülməmməd, Güləli, Güloğlan və s. adlardakı gül
sözü də təbii ki gel mənasındadır. «İrəm" sözü ilə o, Əman Allahının göydə
yaratdığı «İrəm bağı" mənasında, yerdəki Allah elinə işarə edir.
Bütün bunlar o deməkdir ki,
ilk yaraldılmış Azər Allahı və son peyğəmbər mənasında göstərilən İsa, məhz biz
Azəri türklərinə aiddir. Qəbul olunmuş 2 min ilə yaxın olan İsa peyğəmbərin
tarixi isə rəmzidir. "Kitabi Dədə Qorqud", "Tövrat" və s.
müqəddəs kitablar kimi «İncil" (angel/gilan – gel F.G.) kitabı da Azər
oğlu Qor Allahına həsr olunmuş kitabdır. Bu kitabda da bütün yazılanlar rəmzi mənada
Qor Allahının yaradılışına və son peyğəmbərin gəlişinə həsr olunmuşdur. Eranın
I əsrinə aid ədəbiyyatlarla tanış olan istənilən adam yazdıqlarımızı təsdiq edə
bilər. Ümumiyyətlə qeyd etmək lazımdır ki, digər bütün yazıların rəmziliyi
kimi, İsa peyğəmbərin də çarmıxa (krest) çəkilməsi rəmzi mənadadır. Bildiyimiz
kimi qədim Misir və digər ərazilərdə çarmıx kimi göstərilən xaç işarəsi bütün
yaranmışların mayası sayılan "həyat enerjisi" mənasını verir. Deməli,
xaç elə qədim Misirdə "Ğuz /Kuz" – həyat enerjisi mənasında olan
Oziri/Azər Allahı deməkdir. İsa peyğəmbərin çarmıxa vurulması isə burada, firon
Əmanın öləndən sonra ruhunun, Oziri/Azər Allahı ilə birləşib; Qorqud Allahına
çevrilməsi mənasını ifadə edir. Eyni zamanda burada axirətdə zühur edəcək
mehdinin də dünya ağacına bağlanması rəmzləşdirilmişdir. Bu isə o deməkdir ki,
çarmıxa çəkilib öləndən sonra yenidən dirilən İsa, həqiqətən müqəddəs əbədi ruh
olan Qor Allahıdır.
Iisus Xristosa, yəni Qor
Allahının ruhuna həsr olunmuş Matta, Mark, Luka və Yəhyanın «İncil"
kitablarında Ata və Oğul Qor Allahlarının birləşmiş personajlarının rəmzləşdirilmiş
forması, Musa peyğəmbərin "Tövrat" kitabındakı ilə eynidir. Gələcəkdə
yəqin ki, biz ”«Əhdi – ətiq» və «Əhdi – cədid» kitablarında göstərilən hadisələrin tam elmi açmasını kitab şəklində
verəcəyik. Bu kitabda isə «İncil" kitablarının daha məzmunlusu olan Yəhyanın
«İncil"inin araşdırdığımız mövzu ilə bağlı hissəsinə baxaq. Kitab bu sözlərlə
başlanır: «İlk əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi. O əvvəl də
Allahda idi. Hər şey onunla yaranmağa başladı, ondan sonra olan ondan əvvəl yox
idi".
Bu cümlədə ilk əvvəl sözün
olması, firon Əmanın göydə Oziri Allahını yaratmağa başladıqda söylənilən
mantra, alqışlar mənasındadır. Bu mantraları söyləyən Əman özü sonradan Allah
hesab edildiyi üçün o da Allah adlanır. Əmanın mantra və ritualları hesabına
göydə yaradılan Oziri 7 enerjiyə malik həyatverici gücə çevrildikdən sonra o da
Allah hesab edildi. Deməli, bu ilk sətirlərdə göydə yaradılan Oziri Allahı da,
onu söz və rituallarla yaradan Əman da Allah adlandırılır ki, həqiqətən qədim
Misir yazıları başdan ayağa müxtəlif adlarla bu Allahlara həsr olunmuşdur.
Kitabda bizim açmasını verəcəyimiz
əsas boy "Lazarın dirilməsi" boyudur. Qeyd etmək istərdik ki, burada
Lazar kimi göstərilən ad digər mənbələrdə Azər kimi göstərilmişdir. Xəstə
Lazarın Mariya və Marfa adlı bacıları
olur ki, burada Mariya İsaya qulluq etmiş, yaxın adam sayılır. Bu epizodda
Mariyanın İsaya qulluq etməsi, rəmzi mənada İsanın anası Mariyaya işarə ilə bu
ailənin məhz İsanın nəsli olması mənasındadır. Bacılar İsaya Lazarın xəstələndiyini
xəbər göndərəndə İsa deyir: "Bu xəstəlik ölümlə nəticələnməz, bu Allahın
şöhrəti üçündür, Allah oğlu bununla şöhrət qazanar". Bu cümlə, Yezekiilin
kitabındakı, Allahın öz eli olan İzrailə can verib, qəbirdən çıxardığına işarədir
ki, burada əvvəlcədən Allahın bununla şöhrətlənəcəyi bildirilir. Nəzərə alaq
ki, Lazar (ElAzər) adı ilə, İzrail kimi oxunan Azərel adı eyni mənalı sözlərdir.
Çünki "L" samiti qədim Misirdən bu günədək "El - Elat" mənasını
bildirir.
Lakin İsa yubandığına görə
Lazar ölür və onu basdırırlar. İsa gəldikdə Lazarın bacısı ona deyir: "Sən
burda olsaydın o ölməzdi və mən bilirəm ki, sən Allahdan nə istəsən o verəcək".
İsa isə ona cavab verir: "Qardaşın diriləcək…Dirilmə və həyat mənəm, mənə
iman edən ölsə də yaşayar: və kim yaşayıb mənə iman edərsə, əsla ölməz". Buradan
aydın görünür ki, İsa həm son peyğəmbər kimi Allahdan nə istəsə o verir və eyni
zamanda həyat verən də, yəni Allah da o özüdür. Bundan sonra İsa 4 gün əvvəl qəbirə
qoyulmuş Lazar üçün dua etməyə başlayır:"Ey Ata, məni eşitdiyin üçün sənə
minnətdaram. Əlbəttə məni həmişə eşidəcəyini bilirdim: amma bunu ətrafında
duran xalq üçün söylədim ki, məni sən göndərdiyinə inansınlar". Bunu deyib
o qışqırır:"Lazar, çölə çıx!". Lazar da əlləri və üzü, ayaqları
sarğılarla bağlanmış çıxır. İsa dedi:"Onu açın və buraxın getsin".
Göründüyü kimi burada da İsa məhz son peyğəmbər kimi öz xalqının dirilməsində
müstəsna rol oynayır. Qeyd edək ki, bu hadisə "Əhdi - ətiq"də,
"Hökmüdarlar 3 kitab"da İlyas peyğəmbərin Sidon yaxınlığında Sarefat
şəhərində dul qadının uşağını diriltməsi hadisəsi kimi, "Hökmüdarlar 4-cü
kitab"da, "Yelisey və Sonamityalı qadın" bölümündə Yeliseyin
ölünü diriltməsi hadisəsi kimi göstərilmişdir. Eyni epizod "Kitabi Dədə
Qorqud"da, "Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım
hey" boyunda Boz atlı Xızır – İlyasın Buğacı ölümdən xilas etməsi kimi
göstərilmişdir.
Bütün bunlar o deməkdir ki,
müasir alimlərin "Tövrat" kitabındakı Allah elinin adını İzrail kimi
oxumaları düzgün deyildir. Çünki bütün mənbələrdə söhbət məhz Azər elindən
gedir və buradakı samitlərin yerdəyişməsini alimlər səhv başa düşmüşlər.
"Azəriyyə" adı ilə
bağlı olan "Əhdi - ətiq" in "2-ci Paralipomenon və ya xəstə"
kitabındakı bölümdə də söhbət Allahla Azər eli arasında olan münaqişədən gedir:
"Onda Oded (Dədə F.G.) oğlu Azariyaya (Azəriyyə F.G.) Allah ruhu daxil
oldu. Və o Asanın (ruh mənasında) qarşısına çıxıb dedi: mənə qulaq asın, Asa və
bütöv Yaxuda (Ya Xuda F.G.) və Benyamin eli: Siz Allahla olanda, o da sizinlə
olur: Əgər onu axtarsanız taparsınız: Əgər unutsanız, o da sizi unudar. Uzun
müddət İzrail əsil Allahdan, öyrədən kahindən və qanundan uzaq olacaq. Lakin
dar vaxtında o Allaha, İzrailin Allahına dönəndə onu tapacaq, o özünü
tapdıracaq. O zamanlar gəlib gedənlərə sülh olmayacaq, çünki torpaqların əhalisində
böyük həyəcan olacaq. Xalq xalqla, şəhər şəhərlə vuruşacaq. Çünki Allah müxtəlif
bədbəxtliklərlə onları iztiraba düçar edəcək. Lakin siz bərkiyəcəksiniz və qoy
sizin əlləriniz zəifləməsin, çünki sizin
işinizə görə qisas olacaq". Göründüyü kimi bu yazılar bilavasitə Azəriyyə
ilə əlaqədar olduğu üçün burada faktiki rəmzi mənalarla Azəri elinin başına gələnlər
qeyd olunmuşdur.
Qeyd etmək istərdik ki,
Mattanın «İncil"ində axır zamanda gələn peyğəmbər, Süleyman peyğəmbərin Yəmən
kraliçasından olan nəsli hesab edilir. Lukanın «İncil"ində isə deyilir:
"Zaman gələcək ki, İnsan oğlunun bir gününü görmək istəyəcəksiniz, lakin
görə bilməyəcəksiniz. Əvvəllər əziyyət çəkən İnsan oğlu eli tərəfindən qəbul
edilməyəcək. Nuhun, Lotun dövründəki kimi gün gələcək. İnsanlar yeyib, içib,
kef çəkəcəklər, bədbəxtlik gəlib günahkarları aparacaq. O zaman iki nəfər
yatacaq, biri qalxıb, o biri qalacaq. Sahədə işləyən iki nəfərdən biri xilas
olacaq, o biri isə xilas ola bilməyəcək".
Axirət zamanı ilə bağlı məhkəmə günü və
ümumilikdə Oziri haqqındakı rəvayət Zərdüştilikdə də rəmzi mənada qeyd
olunmuşdur. M. Boys "Zoroastriysı" kitabında mənbələrə istinadən
yazır ki, məhkəmə günü Əryəmən Allahı Atar Allahı ilə günahkarları mühakimə edəcəklər.
Atar Allahı zərdüştilikdə eyni zamanda Axura Mazda kimi də göstərilir ki, bu da
məzmununa görə müqəddəs Qor Allahına işarədir. Belə çıxır ki, Axura sözü burada
Qor, Mazda sözü isə Məsi Ata, yəni peyğəmbər mənasındadır. Hindlilərin
«Riqveda»” kitabında «asura»” adlandırılan qədim Misirin Oziri/Osiri Allahı
iran - ərənlərin «Avesta»”sında Zərdüşt kimi göstərilir. Deməli, Zərdüşt
/Zoroastr adı, Oziri/Azər və İstar/İsida ər sözlərindən yaranmışdır ki, bu da ”
«Günəş Atanın ruhu» olan Azər” Allahı deməkdir. ”«Yasna»”ların birində Zərdüşt
deyir:” «Buna görə də ilk dəfədən mən sənin oldum»”. Zərdüşt/Oziri Allahının,
Axura Mazda /Qor Allahına bu sözü deməsi təbii ki, göydə yaradılmış Oziri
Allahının, onun və İsidanın birləşməsi mənasını verən Qor Allahına məxsusluğu
deməkdir. Herodot yazır ki, Dionis Allahını buduna tikdikdən sonra Zevs Allahı
Efiopiyaya, yəni Yəmənə köçür. Təbii ki, burada Zevs – Əman Allahı, Dionis isə
Oziri Allahı kimi göstərilir ki, alimlər də bunu qeyd etdiyimiz kimi eyniləşdirirlər.
O eyni zamanda qeyd edir ki, Meroy/Yəmən əhalisi yalnız iki Allahı – Zevs/Əman
və Dionis/Oziri Allahlarını qəbul edirlər. Bütün bunlar o deməkdir ki, Qor
Allahı/Qorqud, ”Ğuz” – həyat enerjisi sayılan Zərdüşt/Oziridən və İsida mənasında,
Zərdüştü - Ozirini yaradan Təktüz Əmanın ruhundan ibarətdir. Sadə dildə desək
Qorqud/Qor Allahı, göydə yaranmış və fiziki gücə malik həyat enerjisindən və bu
enerjini idarə edən Əmanın ruhundan ibarətdir.
«”Kitabi Dədə Qorqud»”da ”«əvrən»”
kimi qeyd olunan, ”«günəş övladı»” mənasını verən söz, Zərdüştilikdə ”Varuna”-
Allah adı kimi göstərilir və ona «”Napat övladı»” deyilir. Digər tərəfdən Axura
Mazdaya, yəni müqəddəs Qor Allahına aid olunan ” «spenta”» sözü (Issi Punt –
Punt ruhu) onu göstərir ki, Qor Allahı həqiqətən Yəmənin Punt, Napat elinin
ruhudur. Təsadüfi deyildir ki, qədim Misir kitabələrində Misirin ilk fironu
olan Təktüz Əmana (Amon), Napatlı Amon (Əman) deyirlər. ”«Tövrat» kitabında isə
Napat eli – Niftalı adı kimi göstərilir.
Iranın Pasarqad şəhərindəki
bir sətirlik yazıda qeyd olunur ki, «”Kiruş – haxamanişi şahıdır»”. Günəş mənasını
verən ”Kiruş – «Qor issi”» sözünün yəni Qor ruhunun, ”Haxamanişi- «Haqq Əman
issi”» olması təbii ki, qədim Misir Allahı olan Qor Allahının, onu yaradan
Misir fironu Təktüz Əmanın ruhu olması mənasındadır. Deməli, yazıda ”Kir Əhəməni
şahıdır” sözləri yox, göydəki Qor Allahı ruhunun, onu yaradan Misir şahı Əmanın
ruhu olması yazılmışdır.
Xüsusi qeyd etmək istərdik ki,
Əl Yəqubinin Azərbaycan əhalisini Əl Azəriyyə və Əl Cavidaniyyə parsları
adlandırması təsadüfi deyildir. Çünki Pars sözü qədim Misirdən bu günə kimi Pir
(Yunanca firon) ruhu mənasını verir. Bu isə Azərbaycan əhalisinin Oziri Azər
Allahının Pirlər nəsli olması deməkdir. Bu gün də Udmurt və Mordvin dillərində
azor/azır/uzır sözü cənab, ağa, sahib, Allah mənasında işlədilir.
Yazdıqlarımızdan belə çıxır
ki, Zərdüşt adlandırdığımız peyğəmbər həqiqətdə qədim Misirin Oziri, yəni Azər
allahıdır. Axura Mazda (Yunanlarda Hermes) isə Oziri və İsida Allahının oğlu
olan Qorqud/Qor Allahıdır. Bütün bu yazılar müdriklər tərəfindən yazıldığı üçün
rəmzləşdirilmişdir. Qeyd edək ki, iranlıların ”Bag”, xristianların isə Allah mənasını
verən ”Boq” sözü, «”Kitabi Dədə Qorqud»” da ”Bəg” kimi göstərilmişdir ki, bu da
qədim Misir dilçiliyinə görə ”«Ağa övladı»” mənasındadır.
Axirət mövzusuna müraciət edən
dahilərdən biri də Firdovsidir. Rəmzi mənalarda yazılmış «”Şahnamə”» əsərinin həqiqət
olduğunu xüsusi qeyd edən Firdovsi, Qorqud Allahını kitabda Cəmşid kimi göstərmişdir.
Yerin – göyün sirlərini açan Cəmşid ilk dəfə göydə taxt qurur və divin çiynində
göydəki Kəyan taxtına çıxıb, fəzada günəş kimi qərar tutur. Lakin bir müddət
sonra ərəb Zöhhak onu taxtdan salır. Zöhhak haqqında Firdovsi yazır: «İş o yerə
çatmışdır ki, dəvə südü içmiş, kərtənkələ əti yemiş ərəb, Kəyan taxtını arzu
edir. Tfu sənə ey çərxi – fələk, tfu…» Daha sonra isə Cəmşid əsilli Fəridun,
atasının qisasını Zöhhakdan alıb taxt – tacı əbədi öz nəslinə qaytarır. Nizami
də öz ”«Xəmsə»”sini bilavasitə bu mövzuya həsr etmişdir ki, burada hadisələr rəmzi
mənada daha geniş və ətraflı təsvir olunmuşdur. O da Firdovsi kimi «”Xəmsə”»də
Qorqud Atanı Cəmşid, son peyğəmbəri isə Fəridun adlandırır.
Ümumiyyətlə qeyd etmək
lazımdır ki, ən qədim zamanlardan orta əsrlərədək bu dünyada yazılmağa layiq
yalnız bir mövzu olmuşdur ki, bu da Qorqud Allahının yaranması, onun
hökmranlığı, bu hökmranlığın müvəqqəti itirilməsi və son nəticədə yenidən öz
taxt – taclarına qayıtması mövzusudur. Qədim dövrün bütün yazıları müdriklər tərəfindən
yazıldığı üçün bunların hamısı rəmzi mənalarda bu mövzuya həsr olunmuşdur.
Yunan, Hind, Çin və s. qədim dünyanın bütün mifologiyaları, ”«Min bir geçə»”
nağılı, «”Sindbadın səyahətləri»”, ”«Bağdad oğrusu»”, və s. əfsanələr də, elimizin
«”Koroğlu»” və ”«Oğuz”» dastanları da, «”Məlikməmməd”», «”Qərib cinlər
diyarında», «Bir qalının sirri» və s. nağılları da məhz Qorqud Atanın 5000 il
bundan əvvəl yazdığı, yerdəki həyatın sonuna qədər olan tarixinə həsr
olunmuşdur.
Dədə Qorqud elinin məhz Azərbaycan
eli olmasını sübüt etmək üçün bəzi əlavə məlumatları qeyd etmək düzgün olardı.
İbn
Əl Müqəffa, Əl Həmədani və s. tarixçilərin
yazdıqlarına görə Azərbaycan adı elimizə Azər ibn Əl İran ibn Əs-Sud ibn
Əs-Sam ibn Əl Nuhun şərəfinə olaraq verilmişdir. Peyğəmbərlər nəslinin şəcərəsinə
görə bu ad İbrahim peyğəmbərin atası Azərin adına uyğun gəlir. Yazılanlara görə
Azər büt düzəldən olmuşdur və Allahlıq iddiası etmişdir. Müqəddəs ”«Tövrat»”
kitabında Azər, EliAzər, Azəriyyə və s. adların olması bu yazıların həqiqiliyinə
işarədir. İlk kitabımızda yazdığımız kimi İbrahim - Avraqam peyğəmbərin adının
açması «əvrələrin qamı», şamanı mənasındadır
ki, ümumilikdə bu söz, günəş övladlarının, seçilmişlərin baş kahini, Allahı deməkdir.
Digər tərəfdən bütün müasir alimlər də təsdiq edir ki, «”Tövrat»” kitabı rəmzi
mənada yazılmış əsərdir. Əgər bu belədirsə onda İbrahim peyğəmbərin atası Azərlə
bağlı bu yazılar hansısa daha qədim bir hadisə ilə bağlıdır. «”Tövrat»
kitabında İbrahim peyğəmbərin Virsaviyaya (Əvrə Sava F.G.) köçməsi və orada
yaşaması qədim əvrələrin Səba şahlığına işarədir. Bildiyimiz kimi Yəmənin Səba
şahlığı özündə cənubi Ərəbistanı və Misirin Napat, Kuş və s. ərazilərini birləşdirir.
Yəmən əsilli Makedoniyalı İskəndərin Misirin Səba vahəsinə gəlib, öz əcdadı
olan qədim Misirin baş Allahı Amonın (Əman) məbədgahını ziyarət etməsi, Səbanın
Əman eli olması deməkdir. «”Tövrat» kitabında Allahın ”Savaof” adlandırılması
da məhz onun Səba elinin Piri – fironu sayılması mənasındadır. Yəhudi
şahlarının əcdadlarının Bənyəmin, yəni Yəmən övladları olması dediyimizə daha
bir sübutdur. Ən qədim dövrlərdə «”Tövrat»” kitabı məhz Misir və Yəməndə xüsusi
gücə malik olmuşdur. Deməli, İbrahim ibn Azərlə bağlı həqiqətlər də Yəmənlə,
Misirlə əlaqədardır.
Yuxarıda yazdığımız kimi Azər adı qədim
Misirin Oziri /Oziris Allahının adı kimi məlumdur ki, qədim Misirdə saitlər
yalnız dəyişə bilən bağlayıcı kimi işləndiyi üçün bu ad ”«Günəş ruhu”» mənasını
verir. Ruhlar dünyasının Allahı olan Oziri Allahının və İsidanın Qor adlı oğlu
vardır ki, bu da qədim və indiki mənbələrdə Qorqud kimi yazılmışdır. Deməli, İbrahim/Avraqam
peyğəmbər həqiqətdə qədim Misirin baş Allahı olan Oziri oğlu Qor Allahıdır ki,
dilimizdə bu adlar Azər oğlu Qorqud kimi qalmışdır. Bu isə o deməkdir ki,
«”Tövrat»” kitabında Qor Allahının elinin adını bildirən samitlər İzrail kimi
yox, Azərel kimi oxunmalıdır. ”«Kitabi Dədə Qorqud”»da Azər adı Aruz kimi göstərilir
ki, bu da məna etibarı ilə eyni sözdür. Kitabda Aruzun ”at ağızlı” olması,
yunan, hind və s. mifologiyalarda ”kentavr” kimi göstərilən at bədənli insan
olması mənasındadır ki, burada yer kürəsi magiyanın qanunlarına əsasən atın bədəni
təcəssümündə Aruza tabedir. Bu isə o deməkdir ki, Aruzun ağzından çıxan hər bir
söz qədim Misir Allahlarının, Pir – seyidlərin sözü kimi həyata keçməlidir. Bu
haqda daha geniş məlumat müəllifi olduğum «”Qor Əman»” adlı kitabda
verilmişdir. Deməli, bütün qədim rəvayətlərdə yarıinsan – yarıat kimi göstərilən
varlıqlar Oziri/Azər Allahının övladlarıdır. Qeyd edək ki, Oziri oğlu Qor
Allahı qədim kitablarda ”Ağa” adlandırılır.
Buradan belə çıxır ki,
Oziri/Azər sözü, qeyri – adi, möcüzəvi söz gücünə malik müqəddəslərə, Pir,
abdal, şıx, seyid, gel, ata, maxtum və s. adlandırılan Azər oğlu Qorqudun nəslinə
aiddir. Qədim Misir kitabələrində deyilir ki, əgər ilk əvvəllər Oziri/Azər adı
yalnız fironlara deyilirdisə, daha sonralar bu ad bu nəslin törəmələrinə də
deyilməyə başladı. Digər qədim Misir yazılarının birində oxuyuruq: «Osiris və İsida,
Əmən Tərüsdən olan, Zəkərərdən yaranan Təktüz Əmanı qoruyun»”. Burada qeyd
olunan Təktüz Əman adı ”«Kitabi Dədə Qorqud»”da «bığı qanlı Bəkdüz Əmən»” kimi
göstərilmişdir. Əmənin bığının qanlı olması onun ruhlar dünyasını yaratması
prosesində kəsdiyi milyonlarla qurbana işarədir.
Bu gün Azərbaycan ad və
toponimlərində Azərlə bağlı Əsər adının qalması, eyni zamanda ”«Tövrat»” və digər
müqəddəs kitablarda Əsər/Aşur/Assur tayfasının «əvrələr» hesab edilməsi onu
göstərir ki, qədim Misirdə ”ruh” mənasını verən «”s»” samitinin «”z»” samitinə
və əksinə keçməsi adi haldır. Ümumiyyətlə, təkrarən qeyd etmək istərdik ki, qədim
Misir dilçiliyində sözün mənasını yalnız samitlər daşıyırdı ki, saitlər burada
bağlayıcı kimi istifadə olunur. Bəzi samitlər isə tələffüzünə görə ona yaxın olan
samitlərə asanlıqla keçə bilir. Buna görə də Oziri/Azər adı mənbələrdə Osiri/Əsər
kimi də yazılır. Belə çıxır ki, qədim Assur, İzrail və Azəri xalqları öz köklərini
məhz Yəmən elinin baş Allahı olan Qorqud/Qor Allahından götürmüşlər. Deməli, qədim
Assiriyanın, yəni Azəriyyənin Assur Allahı, faktiki qədim Misirin Oziri/Azər
Allahıdır. Nəzərə alsaq ki, Assur Allahlarının Misirdən gəlmələri bütün alimlər
tərəfindən də təsdiqlənir, onda yazdıqlarımızın həqiqiliyinə heç kimdə şübhə
qalmaz.
Məhəmməd peyğəmbərin hədislərin
birindəki:” «Mən Rəhmanın (Allahın) nəfəsini Yəməndən duyuram”» deyimi
fikrimizin doğruluğuna daha bir sübutdur. Buradakı Allah mənasını verən ”Rəhman”
sözü həqiqətdə ”Rə’Man” kimi oxunmalıdır ki, bu da Əman Allahına işarə mənasında
Əman-Ra / Amon-Ra deməkdir. Araşdırmalar göstərir ki, qədim Assur, İzrail
adları, toponimləri ilə Azərbaycan ad və toponimləri arasında heç bir fərq
yoxdur. Maraqlı haldır ki, bu gün də yəhudilərdə ən geniş yayılmış Elazar/Eliazər
və Benyamin/Bəniyəmən adlarıdır.
Bütün bu yazdıqlarımızdan belə
nəticə çıxarmaq olar ki, dünya tarixi iki hissəyə bölünməlidir. Birinci hissəyə
”canlılar tarixi” adı altında günəş sisteminin 5500 il bundan əvvələ kimi təbii
inkişafı aid olunmalıdır. İkinci hissə isə 5500 il bundan əvvəl ilk Allah olan ”Azər”dən sonra yaranmış ”Allahlar
tarixi” adlanmalıdır. ”Allahlar tarixi” özü də müqəddəs kitablara əsasən 3 hissəyə
bölünməlidir ki, birinci hissəyə Allahın ”yaranışı” və ondan sonrakı dövr,
ikinci hissə ”ölüm”, yəni Allahlar nəslinin ölümü dövrü, üçüncü hissə isə
”dirilmə”, yəni ilk Allah olan Azər oğlu Qorqud Allahının ruhunun qayıdışı və
Allahlar nəslinin dirilməsi dövrü adlandırılmalıdır. Bütün qədim yazıların məntiqi
izahları və digər elmi araşdırmalar göstərir ki, biz bu gün ”ölüm” dövrü ilə
”dirilmə” dövrünün keçidində yaşayırıq. Bu keçid müqəddəs kitablarda axirət
zamanında olan ”məhkəmə günü” kimi də məhşurdur.
Müqəddəs ”«Tövrat»” kitabının,
Nostradamusun və s. yazılarına görə ”ölüm” dövrü ilə ”dirilmə” dövrü arasında
olan məhkəmə günü rəmzi “7 il” çəkəcək və
bu zaman Qorqud Allahı hakim sifətində oğlu ilə gələcək. Nostradamusun
yazdığına görə 21-ci əsrin əvvəllərinə qədər ”göydən «odla gələn»” dünyaya
hakimlik edəcək. Adətən Allah məhkəməsi insan öləndən sonra 42 hakimin iştirakı
ilə o dünyada keçirilirdisə, ”məhkəmə günü” o dünyada olan bütün müqəddəslər, yəni
yunanların ”«titan”» adlandırdığı ”«Dədə»”lər yer kürəsinin əhalisin elə yerdəcə
mühakimə edəcəklər. Mənbələrin yazdığına görə “7 il” ərzində dünya əhalisinin
üçdə birinə qədəri (Zəkəriyyəyə görə üçdə ikisi) qırılacaq və dünyada yalnız
yaxşılar qalacaq. O zaman ”yaranış” dövründəki kimi ”qızıl əsr” başlayacaq, heç
kim 100 yaşına çatmamış ölməyəcək. Allahın qorxusundan heç kim zülmkarlıq edə
bilməyəcək. Oğurluq, cinayətkarlığa son qoyulacaq. Çünki 7 enerjiyə sahib Allah
nəsli hər şeyi əvvəldən söyləyəcək.
Lakin ”məhkəmə günü”ndən əvvəl
Allah oğlu sirləri açıb insanları tövbəyə çağıracaq və onlara verilən son şansı
bildirəcək. Bu axırıncı ”günahları yumaq” imkanına görə, hər bir haram iş
görmüş, cinayət etmiş insan ümumi var – dövlətinin üçdə birinin qiyməti qədər
Allah üçün atdan, öküzdən, qoçdan qurban kəsməli və xalqa paylamalıdır. Təbii
ki, bu son imtahandan inamla çıxanlar, İbrahim kimi öz övladlarının canını qurbanla
xilas edəcəklər. Var – dövləti özlərindən və Allahdan üstün tutan haram iş
görmüşlərin isə təbii ki, “7 il” müddətində nəsli kəsiləcək.
Firudin Gilar
Bəg