bu kİtab, Bütün
Allahların Atası və Ağası, hər İkİ torpağı öz nuru İlə İşıqlandıran və bu
torpaqların taxt-tacının hökmdarı, həqİqətlə yaşayan, əzəlİ, sİrlİ təzahürlü İlk
yaranış, öz-özünü yaratmış müqəddəs Allah, çağırana gələn, yalvarana rəhİmlİ
olan əbədİ Böyük Allah, Onu ürəyİndə qəbul edənİn gözəl müdafİəçİsİ, yerİ və
göyü düzəltmİş şahlar Şahı, Böyük Atam, sahİb əz-zəman, Azər və Əsəd Oğlu DƏDƏM
QORQUDUN qayıdışına həsr olunur.
Azərbaycan xalqının
tarixi haqqında çoxlu kitablar yazılmasına baxmayaraq, bu gün də elimiz
haqqındakı həqiqətlər qədim dünyanın sirləri kimi açılmamışdır. Məhz bu mənada,
biz son dövr alimlərinin gəldiyi nəticələri bir kənara qoyub, qədim yazıları və
mövcud reallığı əldə əsas tutmaqla müqəddəs elimizin sirlərini açmağa cəhd edəcəyik.
Bizim digər tarixçilərdən fərqimiz ondan ibarət olacaq ki, biz «Quran»dakı
«haqqa nahaq don geydirməyin, haqqı bilərəkdən gizlətməyin» (2.42) kəlamını
üstün tutaraq yalnız və yalnız həqiqəti araşdırmağa çalışacağıq.
«Kitabi Dədə Qorqud»
dastanının Azəri türklərinin müqəddəs kitabı olmasını dünya alimləri artıq təsdiq
etmişlər. Deməli, biz ən qədim abidəmiz sayılan bu kitabdan geninə - boluna
istifadə edə bilərik. Bu abidəni oxumuş hər kəs təsdiq edə bilər ki, bu kitab
da digər qədim abidələr kimi yarı mistik, yarı tarixi abidədir. İnsanın
Allahla, Əzraillə söhbətləri, möcüzə göstərmək xüsusiyyətləri, qeybdən xəbər vermək
qabiliyyəti bu kitabın, ən qədim yazılı abidələr olan Misir yazıları,
«Odisseya», «Tövrat» və s. kimi müqəddəs
kitablar sırasında olduğu deməkdir. Deməli, istər-istəməz biz bu kitabın digər
qədim yazılarla əlaqəsinə də fikir verməliyik.
«Rəsul əleyhissəlam zəmanına
yaqın Bayat boyundan Qorqud Ata diyərlər bir ər qopdu. Oğuzun ol kişi təmam
bilicisiydi, nə deyirsə olurdu. Ğaibdən dürlü xəbər söylərdi. Oğuzun içində təmam
vilayəti zahir olmuşdi. İlahmi-rəbbanilə neçə sözlər söylərdi».
Kitabın bu ilk cümlələrindən göründüyü
kimi Qorqud Ata adi adam deyildir. O, hər şeyi bilir, dedikləri həyata keçir, gələcəkdən
düzgün xəbərlər söyləyir. Digər tərəfdən, elçiliyə gedən Qorqudu Dəli Qarcar
vurmaq istədikdə o, möcüzə göstərib Dəli Qarcarın əlini qurudur. Deməli, Dədə
Qorqud qeyri-adi ilahi xüsusiyyətlərə malik bir insandır. Qırğız, Qazax
qam-şaman alqışlarının birində deyilir: «Ölü
desəm ölü deyil, diri desəm diri deyil, övliya Ata Qorqud». Bu o deməkdir ki,
Qorqud nə ölü , nə də diri deyildir. Bartold bu görüşün səbəbini belə izah
edir: «Deməli, belə bir inam varmış ki,
Qorqud canlılar aləmindən kənar edilmiş və eyni zamanda ölümə məhkum
olunmamışdır». Bu fikirlə Jirmunski də razılaşır. Digər qam-şaman duasında
deyilir:
”Su başında Süleyman, su ayağı ər Qorqud,
Bəlaları sən
Qorqud, çağıranda gəl Pirim”.
Buradan belə çıxır ki, əvvəla
Qorqud ölməmişdir, o hər şeyi əvvəlcədən bilir, bəlaları qorxudur və onu
çağıranda da gəlir. Nəhayət, onun Pir adlandırılması Qorqud Atanın bilavasitə qədim
Misirlə əlaqəsi olması deməkdir. Çünki qədim yunanların firon adlandırdıqları
söz, qədim Misirdə Allah mənası verən Pir - Piro sözüdür.
Həqiqətən də, 19-cu əsrin
alman yazıçısı Georq Ebers Misir həyatını təsvir edən «Uarda» əsərində qədim Misirdəki Qor
Allahını Qorqud adlandırır. Digər tərəfdən «Kitabi Dədə Qorqud»dakı Bəkdüz Əmən
personajının, tarixi 5000 ildən artıq olan qədim Misir abidəsində Təktüz Əman
kimi göstərilməsi dediklərimizə danılmaz sübutdur. Qədim Misir yazısında
deyilir: «Osiris və İsida, Əmən Tərüsdən olan, Zəkərərdən yaranan Təktüz Əmanı
qoruyun»(I.Fridrix «deşifrovka zabıtıx pisminnostey i yazıkov» M.61 s.44).
Nizami Gəncəvi isə «İskəndərnamə» əsərində ”Təktüz taxtının” sahibini «Sahibkəran»;
yəni yerin -göyün sahibi, ağası adlandırır. Belə çıxır ki, «Kitabi Dədə
Qorqud»dakı Bəkdüz Əmən qədim Misir
yazılarındakı Təktüz Əməndir və o burada Allah rolundadır.
«Kitabi Dədə Qorqud»da
boyların birində Təkurun arvadı, quyuya salınmış Qazan xana deyir: «Vay, sənin əlindən
nə yer üzündə dirimiz, nə də yer altında ölümüz qurtulmuşdur». Burada da rəmzi
mənada Qazan xan kimi göstərilən Pir Qorqudun əlindən nə bu, nə də o biri
dünyada qurtulmağın mümkünlüyü, Dədə Qorqudun iki dünyanın Allahı olmasına işarədir.
Kitabın Vatikan
variantının girişindəki:”Oğuzun içində təmam vilayəti zahir olmuşdi” cümləsi,
bir elin içində ikinci el yaranmışdı, mənasındadır ki, ”bu da «Kitabi Dədə
Qorqud»”da göstərilən ”«İç el»in” Qorqud Allahın göydəki eli, «”Taş el»in” isə
yer üzərindəki eli olması deməkdir. Bu haqda biz aşağada yazacağıq.
Digər tərəfdən qədim
Misirin Qor Allahının yazılarda ”Ağa” adlandırılması və ”Ğuz” sözünün də ona
şamil edilməsi dediklərimizə daha bir sübutdur. Qeyd edək ki, o zamanlardan
qalmış Pir, Ağa sözləri bu gün də dilimizdə möcüzə sahibləri mənasında işlənməkdədir.
Qədim Misirdə həyat enerjisi mənasını verən ”Ğuz” sözü , bu gün şifahi xalq ədəbiyyatımızda
eyni mənada Oğuz, Xız, Xızır kimi də qalmışdır. Xəzər, Gizir sözləri kimi bu
sözlər də Ğuz/Oğuz ər mənasında ”«həyat enerjili günəş”» deməkdir. Deməli, Qor
Allahı, yəni Qorqud eyni zamanda rəvayətlərdə ölümsüzlük qazanmış Xızır peyğəmbərdir.
Qədim həqiqətləri daha
yaxşı başa düşmək üçün biz, qədim Misirdə yaranmış kamil dilçilik elminin əsas
qanunlarına nəzər salaq. Mütəxəssislər qeyd edir ki, qədim Misir dilçiliyi,
Finikiya, qədim Yəhudi, Aramey və s. kimi, yalnız samitlər üzərində
qurulmuşdur. Hər bir samit müəyyən bir mənanı ifadə edir ki, söz də bu samitlər
birləşməsinin ümumi mənasıdır. Yalnız konsonant kök mənanı bildirir, saitlər isə
müxtəlif variantlarda müxtəlif formada bağlayıcı rolunu oynayır. Buna görə də qədim
Misir, Yəhudi, Ərəb və s. dilçiliklərində saitlər yazılmır. Uyğun samitlərin
eyni məna verdiyi bu dilçilikdə, yerdəyişmə mənaya təsir etmir. Bu mənada Azər,
əzra, əsir, aşur, arus və s. sözlərin mənası eynidir. Belə çıxır ki, sirli
kabbala və sufi elminin də kökündə duran dil qədim Misir dilidir. Kabbala,
dünyanın Allah tərəfindən
yaradılmasının sirri haqqındakı mistik təlimdir ki, burada cümlənin
birbaşa mənasından başqa daxili, iç mənası da var. Deməli, cümlənin adi, yəni
taş mənası bu dünyaya, cümlənin daxili, sirli iç mənası isə göydə yaradılmış
gözəgörünməz ruhlar dünyasına aiddir. Bu məntiq qədim Misir, Assur-babil
dövründən xristianlıq və sonrakı dövrlərə qədərki yazılarda ana xətti təşkil
etmişdir. Müsəlmanların «batinilər» cərəyanına görə də «Quran»ın görünən-zahiri
mənasından başqa, onun daxili-batini mənası da var ki, o avamlar üçün yox, yalnız «seçilmişlər» üçündür. Lakin hər iki dünyanın səbəbkar
yaradıcısı «kainatın həyat enerjisi»” olduğu üçün, «həyat enerjisi” dünyası», yəni
ruhlar dünyası əsas səbəb kimi götürülür.
Mogilyan və Gültəkin
abidələrinin ilk sətirlərində deyilir: «Mən tanrı tək, tanrı yaratmış bilici türk xanı...»
və ya «Mən tanrı tək göydə yaranmış bilici türk xanı ...». Bu o deməkdir ki, Göy türk
abidələrini yazan Oğuzlar da, özlərinin göydə Allah yaratmış türk xanın nəsli
olduğunu bilirmişlər. Eyni mənalı yazılara qədim mənbələrdə çox rast gəlmək
olar. Firdovsi məhz bu mənada ”«Şahnamə”» əsərində Cəmşidin ilk dəfə göydə
taxta çıxdığını yazır. Bütün bunlar haqqında daha geniş məlumat müəllifi
olduğum «”Qor Əman»” adlı kitabda verilmişdir.
Məhərrəm Ergin, daha
sonralar V.M.Jirmunski, Ditsin çapa hazırlandığı iki atalar sözünə xüsusi diqqət
etmişlər və həmin atalar sözləri bunlardır: ”Oğuzdan 366 alp qopdu, 24 xas bəy,
32 Səkcək Sultan Salur Qazan oqçisi Quzan peklisi Qormuş oğlundan Qorqud”.
İkinci atalar sözü belədir: «Abalca çiçəkdən ündüm, bir qətrə murdar mənidən
döndüm ana rəhminə düşdüm, atə belindən endim,alə gözlü div qızınından tuğdum,
tənri bir peyğəmbəri həqq bildim. Oğuz xəlqinin başına xeyir gələsini, şər gələsini
yeküt tənim».Birinci atalar sözünün mənası qədim Misirin dilçilik qanununa əsasən
belə açılır: ”Həyat enerjili ər, yəni Təktüz Əman bir il müddətində 32
nurlanmış müdrikləri, dan yerinin sahibini, həyat verən maya və onun hakimi
olan Qor ruhunu, yəni Qor Allahını yaratmışdır”. Bu atalar sözündəki rəqəmlərlə
əlaqədar qeyd etmək istərdik ki, qədim Misir yazılarında 365 qurbangahın
qurulması haqda və Osirisi gözləyən 24 xüsusi Allahlar haqqında məlumatlar
verilir. Bundan başqa, qədim Misirin ruhlar dünyasının, yəni iç elinin 42
hakimi var ki, bunlardan onunun adı Qor Allahının adlarıdır. Deməli, buradakı
32 rəqəmi və Qor Allahı birlikdə ölülər dünyasının hakimləridir.
İkinci atalar sözünə gəldikdə
qeyd etmək lazımdır ki, bu atalar sözünün də izahını yalnız və yalnız Qor
Allahı ilə əlaqədar vermək mümkündür. Qədim Misir yazılarına görə Qor Allahının
yaradılmasında Lotos - Şanagüllə adlanan, göldə bitən çiçəkli bitkidən istifadə olunmuşdur ki, uşaq Qorun lotosda təsviri Misir rəsmlərində
geniş yayılmışdır. Bu atalar sözündəki
«bir qətrə murdar mənidən döndüm» ifadəsi də Qor Allahının rəmzi olan qədim
Misirin Atum Allahının yaradılması ilə bağlı ifadədir. Belə ki, dünyanın
yaradılması prosesində Atum Allahının mənisi və əlləri (onu çıxaran), özünü
sonsuz işıq dənizi - «nun» suları timsalında yaradan Pta Allahının, yəni doqquz
Allahın sözü və ürəyi ilə eyniləşdirilir. Belə çıxır ki, bu cümlədə söhbət, Qədim
Misirdə kosmik hadisə kimi təsvir edilən və Qor Allahının rəmzi olan Atum
Allahının yaradılmasından gedir. Atalar sözündəki ala gözlü div qızından doğum
isə bu kosmik hadisənin digər detallarına işarədir. Qədimdə təbiət enerjisi ilə
bağlı olan və ona bilavasitə təsir edə bilən varlıqlar div hesab edilərmiş. Div
qızı anlamı isə təbiətin qadın başlanğıcı enerjisi mənasında ruhlar dünyasının
rəmzidir. Tədqiqatçı alim V.N. Toporovun araşdırdığı «günəş doğan qadın» əfsanəsi
ilə bağlı rəsmdə, göy Allahı Nutun günəş Allahı Qoru doğması təsvir olunmuşdur.
Burada, ulduzlar arasında təsvir olunmuş qadının ayaqları arasından qanadlı böcəy günəş diskini çıxarır. Qeyd edək
ki, belə rəsm, yəni böcəyin günəşi çıxarması rəsmi, 1620-ci ilə aid Türk
miniatüründə də var. Törəmə ilə əlaqadar Misir mətnlərində KZ (KA) anlayışının
mənası da maraqlıdır. Pitri bunu «əcdadların ruhu», Bissinq «həyat prinsipi», Qardiner «ruh, şəxsiyyət»
və s. kimi adlandırmışlar. «KZ» anlayışının «həyat gücü» mənasını verməsi,
Erman və Frenkfort tərəfindən söylənilmişdir ki, bu da həqiqətə çox oxşardır. Bir tərəfdən
«KZ» sözünün kişi tənasül aləti ilə qanunauyğun birləşməsi öküz anlamını verir
və digər tərəfdən «KZ» sözü Kızat kimi vilva mənasında işlənir ki, bu da sözün
«həyat gücü»,»həyat enerjisi» mənasında
olmasına işarədir və s.(Drevniy Vostok–2.M1980.s75-97).
Yazdıqlarımızdan belə
çıxır ki, bu atalar sözünün hər ikisində söhbət, qədim Misir Allahı olan Qor
Allahından gedir. Aşağada biz faktlarla sübut etməyə çalışacağıq ki, qədimdə ikinci Misir ölkəsi də olmuşdur
ki, «Allahlar yurdu» sayılan bu elin digər adı, dünyanın göbəyi olan Ta-mar (Mar-Midiya F.G.) ölkəsidir.
Bütün bunlar o deməkdir
ki, «Kitabi Dədə Qorqud» abidəsi də «Odissey», «Tövrat» və s. abidələr kimi qədimdə
baş vermiş və bizə məlum olmayan hansısa kosmik hadisəyə həsr olunmuşdur.
Maraqlı faktdır ki, Platon (Əflatun) da qədim rəvayət, dastan və s. abidələrin
eyniliyini «Politik» əsərində xüsusi qeyd edir: «Bütün bunlar və bundan başqa
minlərlə daha qeyri-adi şeylər, yalnız bir hadisənin bəhrələridir. Lakin müəyyən
zaman müddətində bunların çoxu yaddaşlardan silinmiş, qalanları isə dağınıq
haldadır və bunlar haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə
olduğu haqqında isə heç kim danışmır» (269 s). Bu o deməkdir ki, bütün dünyaya
yayılmış rəvayət və nağılların kökündə yaddan çıxmış hansısa qeyri-adi bir
kosmik hadisə durur. Digər yerdə Platon Solonun sözlərinə istinadən yazır: «Bizim
elimiz (şəhərimiz) qədimdə çox böyük və təəccübə layiq işlər görmüşdür, hansı
ki, sonradan insanların ölümü və zamanın gedişi müddətində yaddan çıxmışdır» («Timey»
21e). Beləliklə, biz nəticə çıxara bilərik ki, «Kitabi Dədə Qorqud»” abidəsi də
digər abidələr kimi bu sıradandır və burada da söhbət məhz dünyanın
yaranmasından gedir.
Yazdıqlarımızdın çıxan
digər nəticə odur ki, Dədə Qorqud da, Oğuz xaqan da, Xızır peyğəmbər də, qədim
Misirin baş Allahı olan Qor Allahının obrazlarıdır. Bununla əlaqədar qədim
Misirdə yaradılmış Qor Allahı haqqında qısa məlumat vermək istərdik.
Təxminən 5500 il bundan əvvəl
qədim Misirin ilk ”Pir”i olan Təktüz Əman (Amon), 400 min öküz, 1422 min qoyun
qurbanı və s., 120 min nəhəng insanın könüllü
ölümü nəticəsində, magik ritual,
alqış-mantralar vasitələri ilə onların ruhlarını göydə toplamış və ulduzlar ətrafında
əbədi ruhlar dünyasını yaratmışdır. Eyni zamanda o, göydə Qor Allahını yaratmış
və qədim hind mənbələrində «”Aşvamedxa»” adlanan ritual vasitəsi ilə yer kürəsini
”at timsalında” öz iradəsinə tabe etmişdir. Magiyanın qanunları ilə tam izah
oluna bilən bu ritualın nəticəsində, bəşər tarixində ilk dəfə olaraq insan ruhu
ölümsüzlük qazanmışdır. ”«Kitabi Dədə Qorqud»” abidəsinin ilk cümləsi olan «Rəsul
əleyhissəlam zəmanına yaqın Bayat boyundan Qorqud Ata diyərlər bir ər qopdu»
cümləsi də məhz bu mənada Qorqud Atanın ölümsüzlüyə ayrılması deməkdir. Bu cümlə
qədim Misirin dilçilik qanununa uyğun belə başa düşülməlidir: ”«Günəş elinin
ruhuna alqış söylənən dövrdə, günəş övladları nəslindən sonsuz həyat enerjili
Qor Allahı deyilən bir günəş ayrıldı”». Deməli, Misir fironu Təktüz Əmanın
dövrünə qədər insan öldükdə, onun ruhu işıqda parçalanıb yox olurdursa, Əman
göydə ruhlar dünyasını və onun günəşi olan öz ruhu-Qor Allahını yaratdıqdan
sonra, insanın ruhu bu əbədi dünyaya köçür və bilavasitə yerdəki dünyaya da təsir
edə bilir. Təktüz Əman özü sağ ikən, göydə ”Ğuz” deyilən həyat enerjisi
yaratmış və onu Oziri (Azər F.G.) adlandırmışdır. Bundan 16 il sonra isə Əmanın
özü fiziki öldükdən sonra onun ruhu, yəni İsida (Əsəd F.G.) göydə yaradılmış
Oziri ilə birləşib Qor Allahına-Qorquda çevrilmişdir.
Qeyd etmək lazımdır
ki, prof. M. Korostovun yazdığına görə qədim Misirin üfüq tanrısının ”Qor” kimi
oxunuşu çoxdan köhnəlmişdir. Müasir misirşünaslar ”Qor” sözünü ”Xor Axtı” kimi
oxuyurlar. Bununla əlaqədar bildiririk ki, qədim Misirdə saitlər məna ifadə etmədiyi
üçün alimlər bu saitləri təxmini yazırlar. Deməli, Xor Axtı sözü həqiqətdə
Xorxut kimi oxunmalıdır ki, bu da Qorqud deməkdir. Bununla belə Dərbənd şəhərində
”qırxlar” qəbirstanlığındakı Qorqud Atanın qəbirinin adı yerli əhalinin dilində
elə «Xorxut Ata» kimi də qalmışdır. Qədim Misirdə Xatxor adlı Allah da vardı
ki, bu da Qutqor, yəni Qorqud mənasındadır.
Qədim Misirdəki
«Qut» sözü dilimizdə Xud/Xuda, Qodu,
ingilislərdə isə Allah mənasını verən
”Qad” kimi qalmışdır. Bu gün ”Novruz” bayramında oxunan ” «Qodu xan»” nəğməsi və
”«qodu-qodu»” oyunu da məhz bu mənada Qorqud Allahına işarədir. Prof. M.
Seyidov bu haqda yazır: ”«Qodu əksliklərlə, istiliklə, nəmişliklə ilişgili
olduğundan, o güləndə gün çıxır, ağlayanda yağış yağır, soyuq olur. Bundan
apaydın görünür ki, Qodu iki əksliyin başlanğıcıdır».”
Qodu-qodunu
gördünmü?
Qoduya salam
verdinmi?
Qodu burdan ötəndə
Qırmızı gün
gördünmü?
Qoduya qaymaq gərək
Qablara yaymaq gərək
Qodu gün çıxarmasa
Gözlərin oymaq gərək.
Qodu palçığa batdı
Qamarladım çıxartdım
Qızıl qaya dibindən
Qırmızı gün
çıxartdım.
Novruz bayramında sübh tezdən
günəş doğanda, tonqal başında dövrə vurduqca hamı ”Qodu xan” nəğməsini
oxuyardı:
Qodu xan, Qodu xan
Söndürmə odu xan
At üstə Qod gətir
Ulusa od gətir
Qodu xan göy xanıdır
Qodu xan dağ xanıdır
Qodu xan ağ xandır
Sözü bal Qodu xan
Özü al Qodu xan.
Buradan açıq görünür ki,
Qodu adlandırılan varlıq, qırmızı gün timsalında, əkslikləri özündə birləşdirmiş
Qor allahıdır. «”Avesta»”da «”qata»” kimi göstərilən qodu sözü, el arasındakı
dualarda ” «kəta»” kimi də qalmışdır. Dilimizdəki gədə/gidi/güdü sözləri də
buradandır. Qodunun qırmızı gün çıxarması, firon Əmanın qızılı rəngdə olan Qor
Allahını yaratması mənasındadır. Qodu xanın dağ xanı, ağ xan olması onun bilavasitə
sübh allahı olan Oğuz, Oziri oğlu Qor allahına/Qorquda aid olması deməkdir.
Novruz bayramında keçirilən kos-kosa törənində deyilir:
Mənim kosam canlıdır.
Qolları mərcanlıdır
Kosama əl vurmayın
Kosam iki canlıdır.
Burada kosa sözü, qədim Misirdə həyat enerjisi mənasını verən «”ka»” və
ruh mənasını verən ”is/iz- «issi»” samitlərindən ibarətdir. Bu isə o deməkdir ki, Oğuz sözü də, kosa sözü kimi qədim
Misirin «kz» sözü mənasındadır. Bu sözün
açması «”həyat enerjisinin ruhu”» fikrini ifadə edir ki, bu da Qoru yaratmış
Əmanın ruhuna işarədir. Deməli, kosa elə firon Əmandır. Kosanın qollarının mərcanlı
olması, onun əllərinin bəhrəsi olan Qorun mərcan kimi dairəvi olmasına işarədir.
Kosanın, yəni Əmanın ikicanlı olması isə onun yaratdığı Qora işarədir. Firon
Əman bir il müddətində göydə Qoru qurban və xüsusi rituallarla yaratmış və bir
ilin tamamında Qor Allahı artıq canlanmışdı. Dilimizdəki ”«il təhvil oldu»”
ifadəsi məhz buradan qalmışdır. Deməli, Novruz bayramının il təhvil olan günü
Əman, Qor/Qorqud Allahını öz beynindən ayırmışdır.
«Kos-kosa» törənində kosa
birdən yıxılıb ölür və bir müddət sonra yenidən dirilir ki, bundan sonra bayram
mərasimi daha da canlanır. Kosanın yıxılıb ölməsi, onun bir insan kimi fiziki
ölümü deməkdir. Sonradan dirilməsi isə yaratdığı Qor Allahı ilə birləşib müqəddəs
ruh kimi ölümsüzlük qazanması mənasındadır. Qeyd edək ki, İraq Kərkükündə yağış
yağdırmaq istədikdə də ”«Kosa gəldi»” mərasimi keçirilir ki, bu da mərasimin
bilavasitə Allaha müraciəti kimi qəbul olunmalıdır.
Keçmişdə od çərşənbəsində
gün doğan vaxt ona at qurban kəsərmişlər və inanarmışlar ki, bu qurban
insanlara xoşbəxtlik gətirir. Qurbanın sübh tezdən, dan yeri sökülən vaxt kəsilməsi,
onun üfüq Allahı olan Oğuz, yəni Əmanın göydə yaratdığı Qor Allahı üçün kəsilməsinə
işarədir. Tonqal üstündən hoppanan vaxt deyilən deyimlərin biri belədir:
Dədəm gəlsin, saz gəlsin
Oymağımıza yaz gəlsin.
Ağ saqqalın işıqdır
Bahara yaraşıqdır.
Buradakı Dədəm sözü iki dünyanın hökmranlığını özündə birləşdirmiş Qor
Allahının /Qorqudun adının qarşısında qədim Misirdən bu günədək işlənməkdədir.
Ağ saqqalın işıq olması, bu Allahın işıqdan, nurdan yaranması mənasındadır. Bu
gün Novruz bayramında Xızır törəninin keçirilməsi məhz bununla əlaqədardır:
Xızır, Xızır, Xız gətir
Var dərədən od gətir
Xızıra Xızır deyərlər
Xızıra çıraq qoyarlar.
Qədim Misirdəki Kız/Xız/Ğuz sözü
kişi və qadın başlanğıcı enerjisi kimi hər bir şeyin yaradıcısı sayılmışdır.
Qor Allahı da özlüyündə, onu yaradan firon Əmanın ruhundan və ”qızıl dairə,
disk” formasında əkslik mənasını verən ilk kişi və qadın başlanğıcı enerjisindən
ibarətdir. Deməli, Qor Allahı Xız enerjisindən, yəni Oğuzdan ibarətdir və Oğuz
da həyat enerjisi mənasında Qor Allahıdır. Xızırın, yəni Oğuz Ərin dərədən od gətirməsi
onun günəş və təbiət enerjisindən güc almasına işarədir. Bildiyimiz kimi, yaz fəslində
təbiətin oyanışı bu enerjidən çox asılıdır. Bu enerjini isə yalnız həmin
enerjidən yaranmış Qor Allahı/Qorqud gətirə bilər. Çünki Qor Allahı həm ikinci
dünyanı yaradan enerjiyə sahib kimi təbiətə, həm də bir insan kimi öz elinə
yaxındır. Xızıra çıraq qoyulması isə onu enerji ilə yad etmək deməkdir.
Novruz bayramında günün çıxması
ilə əlaqədar oxunan mahnıda deyilir:
Gün çıx, gün çıx
Kəhər atı min çıx
Keçəl qızı evdə qoy
Saçlı qızı götür çıx.
Bu deyimi başa düşmək üçün nəzərə
almaq lazımdır ki, qədim Misir, Şumer və s. rəsmlərində, göydə üç varlıq təsvir
olunardı. Bunlar ay, günəş və səkkizbucaqlı işarəsidir. Əgər biz keçəl qızı ay,
saçlı qızı günəş kimi qəbul etsək, onda kəhər atı minib çıxan günün səkkizbucaqlı
işarəsi ilə təsvir olunan Uğur/Qor Allahı olması qərarına gələrik. Uğur/Qor
Allahının sübh Allahı olduğunu nəzərə alsaq, onda razılaşarıq ki, o məhz sübh
tezdən günəşlə birgə çıxır. Səkkizbucaqlı işarəsi isə həyat enerjisi, yəni Oğuz
mənasını verən iki xaçın birləşməsi deməkdir ki,bu da iki dünyanın həyat enerjisi
mənasında Dədə” ifadəsini bildirib, Qor Allahına - Qorquda aiddir.
Novruz bayramında yumurta
boyadılması, qızılı rəngdə olan işıq dairəsinə, yəni Qorquda işarədir.
Bildiyimiz kimi yumurtadan hər iki cins əmələ gəldiyi üçün o, burada həyat enerjisi
olan Xız/Ğuz anlamını verir. Bayramda səməni xonçasını aparanlar həyətləri gəzər
və oxuyarmışlar:
Mən xeyirli sünbüləm,
Mən sehirli sünbüləm,
Yolçulara yoldaşam
Oğuzun qardaşıyam.
Ağ günlər yayanam mən.
İnsana həyanam mən.
Sünbülün sehirli olması, onun
yolçulara yoldaş, Oğuza qardaş, insana həyan və ağ günlər yayan olması, onun
açıq-aşkar Hermes, Oğuz, Uğur və s. adlar ilə tanınan Qor Allahına/Qorquda aid
olması deməkdir. Bu bayramdakı keçi kultu isə təbiətin dirilməsi, məhsuldarlığın
artımı, bərəkətlə əlaqədardır ki, bunlar da ilk qadın başlanğıcı enerjisi olan
su, nəmliyə işarədir.
Əzəl çərşənbəsi sübh tezdən
köpüklənən ağ suyu, qədimdə dərdlərin dərmanı, dirilik suyu kimi qəbul edərdilər.
Babalarımız su üstünə yığışaraq ”Yada” (Ay Ata) və ”Aban” (əcdad) nəğmələrini
oxuyaraq, öz ulu əcdadları olan Qorqud Allahına alqış söyləyərdilər.
«Kitabi Dədə Qorqud”»un
girişindən sonrakı ”«Dirsə xan oğlu Buğac xan boyun bəyan edir»” boyu, Misir
fironu Təktüz Əman tərəfindən yaradılmış ruhlar dünyası, onun ilk günündən axirət
gününə kimi baş verən əsas hadisələri haqqındadır. Nəzərə alaq ki, kitabda
bütün hadisələr rəmzi mənada göstərilir. Boyda Bayandır xanın əmri ilə üç
çadırın qurulması, oğlu olanın ağ çadıra, qızı olanın qızılı çadıra, övladı
olmayanın qara çadıra göndərilməsi, rəmzi mənada insanın yaşadığı dövrdə
topladığı müdrikliyin öləndən sonra qaranlıqda itməsi, parçalanması mənasındadır.
İnsan, ilk kişi başlanğıcı enerjisi sayılan işıqdan və ilk qadın başlanğıcı
enerjisi sayılan sudan ibarət olduğu üçün, o öləndə ruhu ayrılıb ağ işığa, bədəni
isə torpağa, nəmliyə, yəni ilk qadın başlanğıcına qarışır. İnsanın ömrü boyu
topladığı biliyin, ağılın isə öləndən sonra qovuşmağa yeri olmadığı burada nəzərə
çatdırılır. Buna görə də Dirsə xan atdan, dəvədən, qoçdan və s. qurbanlar kəsir
və ağzı alqışlının duası ilə, yəni magik ritual, qurban və söz vasitəsi ilə bir
oğul qazanır. Qor allahını yaradır. Oğlan, yəni Qor Allahı 15 ildən sonra Bayandır
xanın «ağ meydanında», yəni günəş işığında cəng edir, buğaya qalib gəlir. Bütün
boylarda yalnız yerindən duran və ağ ban evini qara yerə tikən Bayandır xan günəş
mənasında göstərilir. Buğaya qalib gəlmək göydə buğay, öküz formasında ruhlar
dünyasını yaratmaq mənasındadır.
«”Oğuznamə»”nin üzərində
ciddi elmi iş aparan Şerbak yazır ki, əlyazmanın 2-ci sətrinin birinci və
üçüncü sözlərinin arasında öküz şəkli çəkilmişdir. ”Oğuz xaqan” dastanında
deyilir: ”«Bəlli olsun dedilər, onun görünüşü bax budur” və öküz şəkli göstərilir». S.Tolstov çox haqlı olaraq yazır ki, Oğuzun
”kişi stixiyası”-ünsürü (birinci arvadı) və ”su stixiyası” (ikinci arvadı) ilə
izdivacından Kainat yaranmışdır.
Qeyd edək ki, qədim Misir
yazılarında da firon Əman ”öküz” adlandırılır:
«Əgər kimsə ”Ta-set”inin öküzü Amon-Ranın (Əman-Ra F.G.) əmrini bu məbədgahda
pozsa, o Amon-Ranın qılıncı və Söhmətin alovunun altında olacaq və onun oğlu
onun taxtında oturmayacaq»”. Qeyd edək ki, qədim Misirdəki kimi, İranda, Təxti-Cəmşiddəki
sütunların başında olan ikibaşlı öküz də qədim Misir yazılarında ”Dədə
”adlandırılır. Yazdıqlarımızdan belə çıxır ki, ”«Kitabi Dədə Qorqud»”dakı
buğaya qalib gəlmiş Buğac eyni zamanda Oğuz və Dədə Qorquddur.
Bildirmək istərdik ki, göydə
ikinci dünyanın yaradılması hadisəsi ”«Tövrat»” kitabında Nuh peyğəmbər
timsalında göstərilmişdir. Nuh peyğəmbər ”işıq dənizində” ölümsüzlük qazanmaq
üçün gəmi düzəldir, yəni ruhlar dünyasını yaradır və xilas olur. Bununla da özü
və ondan sonrakı nəsli üçün ikinci dünya yaradır. Burada gəmiyə heyvanlardan da
götürülməsi, ikinci dünyanın yaradılmasında onların ruhlarından istifadə edilməsi
mənasındadır. Bu gün Qobustan, Mesopotamiya və Norveçdəki qədim abidələrdə
qayığın uc hissəsindəki günəş şəkli məhz, işıq gəmisinin günəşi olan Qorqud
Allahı deməkdir. Kitabda:
” Ağ qayanın qaplanının erkəgindən bir
kökün var
Ağ sazın aslanından
bir köküm var.
Əzvay qurd əniyi erkəgindən
bir köküm var
Ağ sunqur quşu erkəgindən
bir köküm var”
deyimləri bilavasitə göydə yaranmış Qorqudun yaradılmasında bu
canlıların ruhlarından istifadə olunması mənasındadır. Qazan xana aid edilən
«Tülü quşun yavrusu», «Amit soyunun aslanı», «Qonur atın iyəsi» və s. deyimlər
də məhz bu mənada göstərilir. Bununla bağlı qədim Misir yazılarının birində
deyilir: ”«Tərif əvəzi hər iki torpağın
taxt-tacının hökmranı Amon-Ra, cənub torpaqlarında hökmranlıq edən aslan, Böyük
Allah, göyün sahibi, üfüqün Ra-Qoruna»”.
Gördüyümüz kimi Qorqudun aslana
bənzədilməsinin də yaşı 5 min ilə yaxındır. Bundan başqa qədim Misirin Qor
Allahı da göydə sahiblik edən qartala bənzədilir. Qeyd etmək lazımdır ki,
«”Kitabi Dədə Qorqud»”dakı bəzi ifadələri yalnız qədim Misir yazıları ilə açmaq
mümkündür. Kitabda:
”Yetdigimdə yel yetməzdi.
Yedi urğunım Yeni Bayırın
qurduna bənzərdi yigidlərim.
Yedi kiş ilə qurulurdu mənim yayım.
Qayın talı yeləgümdən sum altunlu mənim oxum.”
Digər yerlərdə:
”Qaba öncəm-oyluğum qarşu tutan Qazan ər idim.
Firon şişlər yükəlib yerdən çıxsa
Qaba öncəmlə pərçin qılan Qazan ər idim.
Yedi başlı əjdahaya yetib vardım.
Qlavuzsuz yol başaran Qazan ər idim.”
Bu və ya digər deyimlərdə söhbət
bilavasitə göydə yeni günəş və yeni el yaratmış Qorquddan və onun bu yaranışda
istifadə etdiyi yeddi növ enerjidən gedir. Qədim Misirdə ”Xator” kimi qəbul
edilmiş ”Qadir” Allahı yeddiliklə, yeddi qadın ilahəsi ilə təsvir olunarmış ki,
bura yeddi növ möcüzə aiddir və bunlar Qorqud nəslinə ötürülən xüsusiyyətlərdir;
gələcəyi görmə, təbiətə təsir etmə, insanları sözlə sağaltma və s. bu yeddiliyə
daxildir. Qeyd edək ki, ”Xator” adı sonrakı ərəblərdə ölümsüzlük qazanmış
”Xıdır” adı kimi də qalmışdır ki, bu da «həyat enerjili günəş ata»”
anlamındadır. Kitabda ”«Qaba aləm götürən xanımız Bayandır xan»” cümləsindəki
”Qaba aləm” sözü göydəki el mənasında
işlədilir ki, bu gün bu söz dilimizdə «”Qibleyi-aləm»” kimi qalmışdır. ”Qaba-aləm”
sözü qədim Misirdə Qor Allahının göydə yaratdığı ruhlar dünyasıdır. Buna görə də
yazılarda Qor Allahı Oziri mənasında «Qaba aləmin ilk oğlu» adlandırılır. Qor
Allahının Qaba aləmi Nut göyündən ayırmasının rəsmi qədim Misir şəkillərində
vardır.
Digər tərəfdən ” «Kitabi Dədə Qorqud”»da
Basat anasına ”Qaba ağac” deyir ki, bu da mifologiyalardakı ”həyat ağacı”,
”dünya
Ağacı» mənasındadır. Belə ki,
Firon Əman yerdəki aləmlə göydə yaratdığı ruhlar aləmini dünya ağacı vasitəsi
ilə birləşdirmişdir. Deməli, insan yerdə öldükdən sonra onun ruhu bu ağacın
gövdəsi vasitəsi ilə ağacın budaqlarına, yəni əbədi ruhlar dünyası olan Qaba aləmə
daxil olur. Dünya ağacı özlüyündə yerdəki canlıların ruhundan yarandığı üçün o
göydə qadın başlanğıcı mənasındadır. Qor Allahı/Qorqud ilk kişi və qadın
başlanğıcı enerjisindən ibarət olduğu üçün qadın başlanğıcı enerjisini təmsil
edən Qaba ağac onun anası sayılır.
Qardaş Türkiyədə Qorqud
haqqındakı rəvayətlərin çoxunda qeyd olunur ki, ölümdən qaçan Qorqud Ata hər
yerdə ölümə rast gəlir. Nəhayət, o su üzərində sakitlik tapır ki, burada ölüm
ona yaxın dura bilmir. Qorqud Atanın su üzərində ölümsüzlük qazanması, su-nəmlik,
yəni ilk qadın başlanğıcı enerjisi mənasında dünya ağacına işarədir ki, Qorqud
Ata bu dünya ağacının budaqlarında yerləşən ruhlar dünyasında ölümsüzlük
qazanır.
«Kitabi Dədə Qorqud»da Allah
haqqındakı
Yucalardan Yucasan,
kimsə bilməz necəsən
Anadan toğmadın, sən
atadan olmadın
deyimi qədim Misir
yazılarının belə ifadə olunur: «Ən birinci yaranan və mənası heç kim tərəfindən
dərk edilməyən Amon. Ondan qabaq və onunla bir vaxtda heç bir allah olmamışdır.
Onun, ona ad verməli olan nə anası, nə də ”mən yaratdım” deyə bilən atası
olmamışdır. Bütün Allahlar, o öz-özünü yaratdıqdan ” sonra yaranmışlar».
«Allah ata və anadır, atalar atası və
analar anasıdır.O doğur, lakin doğulmamışdır; O yaradır, lakin yaradılmamışdır;
O özünü doğmuş, və özünü yaratmışdır. O törədir, lakin törənməmişdir. O öz
simasını törətmiş, öz bədəninin heykəltəraşıdır»(U.Bac.«Yeqipedskaya
reliqiya.Y.maqiya»M2000.s.29)». «Quran»da isə bu fikir belə ifadə olunur: «Allah
təkdir, əbədidir, doğmamış, doğulmamışdır və ona bir dənə də tay olmamışdır» («Quran»
112; 1,2,3,4)
Kitabda Qorqud Atanın bəglik,
taxt-tac, var-dövlət verməsi hadisəsi qədim Misir yazılarında daha dəqiq göstərilir:
«Amon mənə dedi: Mən sənə Nesxi torpaqlarının tacını verirəm. Mən sənə sel,
daşqın verirəm, mən sənə yağış suyu verirəm. Bütün sənə qarşı qalxanları sənin
səndəllərin altına verirəm. Sənin düşmənlərin sağ olmayacaq»”. Gördüyümüz kimi
burada Qor Əman öz istədiyinə taxt-tacla bərabər onun istəyi ilə yağış
yağdırmaq qabiliyyəti də verir və onun düşmənlərini məhv etməyi də öz öhdəsinə
götürür.
Qorqud - qədim Misirin Qor
Allahıdır
«Kitabi Dədə Qorqud»” abidəsinin
Vatikan variantında qeyd olunur ki, «Oğuzun içində təmam vilayəti zahir olmuşdu”».
Bu cümlə o deməkdir ki, bir elin içində ikinci el yaranmışdı. Deməli, kitabdakı
taş el” oğuz eli, onun içində yaranmış el isə iç el”dir. Burada «vilayət» sözünün
işlənməsi isə onu göstərir ki, «təmam vilayəti» anlayışı bilavasitə sufiliklə
bağlıdır. Sufilikdə «vilayə», «vilayət» sözləri (övliya, vəli sözləri ilə eynidir),
sufi müqəddəslərinin keyfiyyəti, onların Allaha yaxınlığı mənasındadır. R. Nikolson bu kateqoriyalı sufi müqəddəsləri
haqda belə yazır: «Vəli, yəni müqəddəs, kamil insanın (yəni Adəmin) kütləvi
tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər
kultu kimi birdən görmə, görülməyən və başa düşülməyən şeyləri görmə, hər şeyin
aydınlaşması (qamlıq vəziyyətində görmə mənasında) və s.-dən başqa bir şey
deyildir» (204, s 78-79). Deməli, «vilayət»” sözü ikinci dünya ilə əlaqədardır,
yəni yalnız qamlıq, ekstaz vəziyyətində görülə bilən ruhlar dünyası deməkdir. Həqiqətən
də «Kitabi Dədə Qorqud»”da Əzraili görən Dəli Domrulun «gözləri görməz, əli
tutmaz olub, canı cuşa gəlir və ağzı buz kimi olur”» və s. Belə çıxır ki, Dəli
Domrul Əzraili ekstaz, qamlıq vəziyyətində görmüşdür. Digər tərəfdən kitabdakı
«təmam vilayəti”» sözü, qədim Misirin Atum/Atam” Allahının vilayəti kimi başa
düşülməlidir. Atam Allahı qədim Misirdə söz, qurban, maqik ritual və s. vasitələrlə
göydə yaradılmış ruhlar dünyasıdır. Bu haqda, müəllifi olduğum «Kniqa Qora ili rasşifrovka Torı» ” (bax. İnternetdə:
http://hosting.bakinter.net/torah/index.html
) kitabında daha geniş məlumatlar var. Bu o deməkdir ki, «təmam vilayəti»”,
göydə yaradılmış ruhlar dünyası olan «Adəm eli»” mənasındadır və onu ancaq
ekstaz, qamlıq vəziyyətində görmək mümkündür.
Samitlər qanunundan çıxan ümumi nəticəyə
görə, övliya/vəli sözləri ilə vaal/bal sözləri eyni mənalı sözlərdir. Bal, vaal
adı qədim Babil, Finikiya və s. ölkələrdə qoruyucu ruh, ağa, Allah mənasında
işlənmişdir. Balaat, yəni vilayət adı isə qadın Allah, ilahə fikrini ifadə
edir. Digər tərəfdən mənbələrdə Balaat Allahı «Balaat Qebal”» adı ilə
adlandırılır ki, bu da «vilayəti Qəbələ»” deməkdir. Bu gün dilimizdə ölüm
ayağında olan adama – «onun vələdi dönüb» deyirlər ki, buradakı «vələd» sözü
«valaat» kimi «ölüm şahlığı» olan «vilayət» mənasındadır. Qəbələ” sözü «Kitabi Dədə Qorqud”»da «Qaba aləm»” kimi işlənmişdir ki, dilimizdəki
«qibleyi aləm”», «qiblə»” sözləri də bu məntiqlə göydəki ruhlar dünyasının
adıdır. B.A.Turayev yazır ki, Baal Allahına «Salam-Vaal»”, «Pene Baal»”, «Şem
Baal»” və s. adları da şamil edilir.
«Kitabi Dədə Qorqud”»da Dədə Qorqudun «vilayət issi»” olması qeyd olunur
ki, bu da onun «vilayət ruhu»”, «el”, aləm ruhu»” olması deməkdir. Deməli, «Salam-Vaal»”
sözü, «issi aləm Vaal”» - «İslam Vaal»” deməkdir. Qaba aləm, yəni ruhlar
dünyası göydə yerləşdiyi üçün ona «Səma Baal”», yəni «Şem Baal»” da deyirdilər.
«Pene Baal»” haqda biz aşağıda yazacağıq. Babil ilahəsi olan Balaat Allahı,
eyni zamanda, divar rəsmlərində qədim Misirin İsida-Xator Allahı sifətində də
göstərilir və digər Xatxor Allahı ilə də eyniləşdirilir. Xatxor adı Qutqor, yəni
Qorqut-Qor Allahı (Dərbənddə Xorxut) fikrini ifadə edir. Xator isə dirilik suyu
içib ölümsüzlük qazanan Xıdır mənasındadır ki, biz bu haqda da yazacağıq. Belə
çıxır ki, Qorqud Ata ruhlar dünyasının ruhu olmaqla bərabər, ruhlar dünyası
onun bədənindədir. «Kitabi Dədə Qorqud»”dakı «Qaba aləm götürən xanımız
Bayandur xan»” deyimi onu göstərir ki, həqiqətən göydəki «Qaba aləmi», rəmzi mənada
Bayandur kimi göstərilən Dədə Qorqud götürmüşdür. Bu isə o deməkdir ki, qədim
Misirin kosmik Allahı olan «Atum/Adəm»” Allahı, başı göylərə çatan Qor
Allahıdır. Yəhudi mənbələrində Adəmin boyunun yarananda dünyanın bu başından o
başına çatması, yəni Allah simasında olması, onun iki cinsliliyi və kamilliyi
haqqında məlumatlar çoxdur.
Sufilər dahisi Əbu Həmid Əl Qəzəliyə görə
dünya üç hissəyə bölünür ki, bunun da birincisi, gözə görünən və hiss edilən «aləm
əl-mülk və - şəhad”dır». İkinci dünya mənəvi dünyadır ki, bu «aləm əl-cəbərut»”,
üçüncü dünya isə gözə görünməz o biri dünyadır ki, bu da «aləm əl-qeyb və-l-mələküt”dür».
Mülkün” - insanların yerdə yaşadığı el olduğunu nəzərə alsaq, onda mələküt”ün ruhlar dünyası olduğu qənaətinə gələrik.
Buradakı keçid dünyası olan cəbərut”,
bilavasitə Allahın qüdrəti mənasında, yerdəki aləmlə göydəki aləmin keçidi və
eyni zamanda giriş qapısı mənasındadır. Mələkütlə cəbərut Qor Allahının bədəni
olduğu üçün bunları eyni də təsəvvür etmək olar. Venzink, bəzən bu iki adın
yerlərini Fərabi və İbn Sina kimi dəyişir (Əl Qəzəli. «Voskreşenie nauk o
vere»” M-80, s 299). Belə çıxır ki, cəbərut, qədim Misirdəki Qaba aləmin günəşi
olan Qor Allahının bədəni, mələküt isə Misirin Nut göyüdür. Platon «Timey»” əsərində
kosmosu, ruhu və ağlı olan canlı varlıq adlandırır (30v). Onun fəlsəfəsi ilə
müqayisədən belə çıxır ki, cəbərut-kosmosun ruhu, mələküt isə kosmosun bədənidir
(bax. «Kniqa Qora ili rasşifrovka Torı»”). Deməli, Cəbrail adı da cəbərut kimi
Qaba aləmin ruhu, yəni Qor Allahı mənasındadır. Qəzəli Cəbraillə «həyat verən
ruh”u» eyni təsvir edir. Zəmahşəri (236, s 783) «həyat verən ruh”un» Cəbraillə
bərabər «Quran» olduğunu qeyd edir. Həqiqətən də «Quran» (ərəbcə Qərə) sözünün
«mütaliə»” mənasında olması düzgün deyil. Təbii ki, doğulan uşağa da həyatı,
yerin göyün sahibi olan Qor Allahı verir və «Quran» da Qor Allahı deməkdir.
Qor Allahını və digər Allahları yaratmış
Təktüz Əmanın dünyanı yaratma prosesi haqda təsəvvür yaratmaq üçün mətnlərə nəzər
salaq. Qədim Misir mətnlərinə görə əvvəl göydə, ilkin «nun»” sularında, yəni Platon materiyasında
heç nə olmamışdır. Sonra Pta Allahı özünü, «nun» suları timsalında Atum Allahı
kimi yaradır. Atum Allahı sonra Şu və Tefnutu, yəni hava və nəmliyi yaradır.
Bunlardan isə Qaba və Nut, yəni yer və göy yaranır. Maqik ritual, söz, qurban və
s. istifadə edən Əman (Amon) Allahı daha sonra Oziri, Qor, İsida, Set və
Neftidanı yaradır. «Nun» sularının, bu Allahların nə demək olduğunu yaxşı təssəvvür
etmək üçün daha əvvələ qayıdıb, o dövrün fəlsəfəsinin əsasını başa düşmək
lazımdır. Bunun üçün qədim alimlərin fikirlərini araşdıraq.
Aristotelə görə təbiətdəki bütün
varlıqlar materiyadan (Platon materiyası F.G.) və formadan ibarətdir. Platon
materiyası – «Xora», bütün varlıqları təşkil edən xassədir. O gözəgörünməzdir,
formasızdır, tutulmazdır («Timey» 50b). Özünə bənzər olan materiya müxtəlif
formalar ala bilir. Platon materiyası çoxluq, təklik, dəyişkənlik, ölümlük,
doğümluq, cisimlik və s. mənbəyidir. Platona görə əbədi, dəyişməz elə ideya
dünyası var ki, oradan bu dünyaya materiya tökülür. N.Tusi Platon materiyasını «cövhər»
adlandırır. Deməli, varlıq – cisim, materiyaya forma verildikdə əmələ gəlir.
Belə çıxır ki, canlı varlıq yaratmaq üçün, materiyanın gücündən istifadə etməyi
bacarmaq lazımdır. Onu isə yalnız onda etmək olar ki, Platon materiyasının
içində, yəni mifologiyada «dirilik suyu» adlandırılan gözəgörünməz bu enerji
daxilində insana tabe olan bir varlıq olsun. Deməli, materiyanı idarə etmək
üçün, onun özündən və öz içində canlı
varlıq-ruh yaradılmalıdır (bax.Platon «Timey»63BCDE). Buna görə də Əman /Amon
21 martda, öz beynində, materiyadan ibarət olub, onun içində yaşayacaq canlı
varlıq yaratmağa başlayır. Bir il müddətində, o, yaddaşının gücü, qurbanlar, dua (mantra) və eyni zamanda yerdəki
rituallar vasitəsi ilə göydə, «odlu şar- gözəgörünməz günəş» yaratmağa
başlayır. İlkin xristianlığın ən müdrik filosoflarından biri olan, e.ə.1 əsrdə
yaşamış Filon Aleksandriyski, Əmanın təsəvvüründə yaratdığı bu varlığı
materiallaşdırmasını rəmzi olaraq belə təsvir edir: Arxitektor «əvvəl fikrində tikəcək şəhərin bütün hissələrini təsəvvür
edir; məbədgah, məktəb, bazar, bərə, sahil, küçə, yaşayış və ictimai binalar və
s. Onun beynində, mumun üzərindəki kimi, yuxarıda qeyd olunanlar dərin iz
buraxdıqda, o, öz beynində yaratdığını, şəhər simasında özündə daşıyır. Bundan
sonra, ona verilən yaddaşın gücü ilə, şəhərin müxtəlif hissələrinin rəsmini təsəvvür edir və onların
tipini daha dəqiq təyin edir. O, yaxşı usta (demiurq) kimi şəhəri daş və
ağacdan, yaratdığı obraza baxa-baxa, görünən və hiss olunan şeyləri düzəldə-düzəldə,
bütün qeyri material ideyalara uyğun olaraq tikməyə başlayır». Filon əlavə edir
ki; «buna bənzər, Allah, dünyanı yaratmağa başlayır. Əvvəl o, öz ruhunda (öz təsəvvüründə)
hissələrin növünü (hissələrini) və onları mücərrəd dünyada birləşdirir, hansı
ki sonradan, bu nümunəyə oxşar, hissiyat orqanlarının qəbul edə bildiyi dünyaya
çevirir» (E.E.Urbax «Mudretsı Talmuda» İsrail.1989.s.61). Beləliklə Əman, göydə,
günəş rəmzində olan və ali idrakı təcəssüm edən
(misirlilərin Qor, yəhudilərin Yahve, yunanlıların Zeus və s.
adlandırılan) Allah yaradır. Bu
Allah, onun əlinin göydəki «kölgəsi»
timsalında, sonradan onun yerdə, gildən yaratdığı ilk düşünən insana ruh verir (bax.Platon «Timey» 68E, 69B-C). Bu
və digər rituallar vasitəsi ilə Əman öz əlləri ilə kosmosu canlı varlığa
çevirir. Kosmosun canlı varlığa çevrilməsi
zamanı xüsusi keçirilən rituallardan biri də, qədim hind mənbələrindəki
«Aşvamedxa» ritualıdır ki, buna «Şatapatxa braxmana», «Tayttiriya samxita»,
«Brixadaranyaka Upanişada» və s. kitablarda rast gəlmək olar.
«Brixadaranyaka»da bu ritualın mənası belə açıqlanır; «Aşvamedxa»dakı qurbanlıq
at kainat atıdır: «Om! Qurbanlıq atın başı – bu səhərin açılması vaxtıdır.onun
gözü – bu günəşdir, onun nəfəsi- küləkdir. Qurbanlıq atın bədəni – bu ildir,
onun beli- göy, qarnı- göy sahələri, böyrü – dünyanın sahələri, sümükləri
-ulduz, əzələsi –bulud, tükləri – ağac və s.-dir». Burada atı qurban kəsərək, kəsmə
mərasimi dövründə keçirilən ritualdan söhbət açılır. Atın bədəninin müəyyən
üzvləri kainatın müəyyən sahələri ilə əlaqələndirilir. Digər tərəfdən kahin «atın
qarşısındakına görə gündüz, atın arxasındakına görə gecə yaranıb» deyərək
mantra oxuyur. Eyni vaxtda atın qarşısında qızıl qabdan, atın arxasında isə
gümüş qabdan oda ərimiş yağ tökməklə
ritual yerinə yetirilir. Deməli burada yağ yandırmaqla fiziki, mantra oxumaqla
söz və brahman fikrində bu ritualı formalaşdırmaqla əqli, yəni mental vasitələrlə
proses həyata keçirilir. Müdriklər yazır:«Xator öz işini himnlə,
adhvaryu-qurbanlıq formulu ilə, müğənni isə oxumaqla, ümumilikdə, bu üç vasitə
ilə iş görülür. Söz bu dünya, fikir isə o biri dünyanın təcəssümüdür. Qurban,
söz və ağılın gücü ilə hərəkət edir,
fırlanır»və s.
«Aşvamedxa» ritualı ilə bağlı səhnədə sifarişçi «Pradcapati» –nin adı ilə adlanır. «Pradcapati
həm qurbanlıq özü, həm ianəçi (kahin), həm qurbanlıq ritualı bütövlükdə və həm
də qurbanın sifarişçisi kimi qurbanlığın hesabına göyə qalxan Allahdır. Bir tərəfdən
o, bütün Allahları, o cümlədən Aqnini yaradır, digər tərəfdən Aqni qurbanlıq od
kimi onun atası sayılır. Beləliklə, ilk kosmik hadisə baş verir və Pradcapati
özünü Allahlara qurban verməklə sonradan qurbanlıq kimi «ikinci Pradcapati» yaradır». Bu ritual
ümumilikdə bir il davam edir və nəhayət, heçdən qızıl nüvə, qızıl başlanğıc əmələ
gəlir və s. Digər yerdə ritualın sifarişçisi, öləndən sonra onunla birləşən,
ritualın yarısını əqli ilə beynində hazırlayan və eyni zamanda brahman rolunu
oynayan, hökmran Ac Əman adlandırılır. Bu ritualın izləri qədim Misir
papirusunda Pta Allahı haqqındakı yazıda görünür: «Sia-onun ürəyi, Xiu-onun
ağzı, Ka –onun ağzında bütün mövcud olanlardır. Onun canı –Şu (hava), ürəyi
–Tefnut (nəmlik), sağ gözü –gündüz(günəş), sol gözü –gecə(ay), bədəni isə
nundur(su qarışıgı) və s.». Eyni məzmuna biz Hörmüz haqqındakı yazılarda da
rast gələ bilərik: «Sonra o öz bədənindən dalbadal bütün şeyləri yaratdı;
Birinci göy onun başından yarandı… Hörmüz onun içində öz yaratdıqları ilə yerləşdi.
Yer onun ayaqlarından yarandı…Sular onun göz yaşlarından yarandı… Bitkilər onun
saçlarından yarandı… Od, onun ruhundan yarandı və onun işıqlı şüası sonsuz
işıqda yarandı… və s.». Zeus haqqındakı orfik himnlərin birində isə deyilir: «Dünyanın
qüdrətli əsası olan və bir Allahın bədənində bir güc və ruh kimi; od və su,
torpaq və efir, gecənin qaranlığı və gündüzün işığı fırlanır…Onun başı və gözəl sifəti – bu
parıldayan göydür, ətrafı isə necə deyərlər qızıl tellər…Onun gözü günəş və üzbəüz
dayanan aydır. Həqiqi şah ruhu –bu ölməyən efirdir.Onun bədəni də bu dərəcədə
parlaqdır, ölçülməzdir, dağılmazdır, bərkdir, çox güclü əzaları nəhəngdir:
Allahın çiyni, sinəsi və enli beli – bu uzaqlara uzanan havadır və s.»(V.V.Yevsyukov «Mifı o
vselennoy» N.1988.s.89,s.81, s.81.). Gördüyümüz kimi «Aşvamedxa» ritualı kimi
yazılar qədimdə çox xalqlarda olmuşdur. İndi isə biz «Aşvamedxa» ritualına izah verməyə
çalışaq. Lakin bundan əvvəl biz, bütün varlıqların əsasını təşkil edən Platon
materiyasının nədən ibarət olduğunu, onun sirlərini araşdırmalıyıq.
Bildiyimiz kimi günəş sistemin hərəkəti,
günəşdə gedən reaksiyalar nəticəsində, onun işıq saçmağa başlanması ilə eyni
zamanda başlamışdır. Yaranmış günəş işığı təsir edə biləcəyi bir sahədə xaotik
hərəkət edən planetlərə düşərək, itaətetdirici işığın gücü ilə bu planetləri
nizamlı hərəkətə gətirmişdir. Hərəkətə gəlmiş sistem səslə müşayət olunaraq,
eyni zamanda təbiətin digər, «bənzərlik» və «əlaqə» qüvvələrini yaratmışdır ki,
bu qüvvələr son nəticədə təbiətin özünübərpa «tamlıq» qüvvəsinin yaranmasına səbəb
olmuşdur. Məhz bundan sonra təbiətdə hava, su və s. substansiyalar meydana gəlmişdir.
Qeyd edək ki, təbiətin bu qüvvələri eyni zamanda qanun kimi çıxış edir. Deməli,
Platon materiyası, işıq, hərəkət, səs və magiyanın «bənzərlik» və «əlaqə» qüvvələrinin
birgə yaratdıqları təbiətin «özünüyaradış, özünüinkişaf və özünübərpa» qüvvəsidir.
İşıq, səs və hərəkət haqqında elmə demək olar ki, hər şey aydındır. Lakin «bənzərlik» və «əlaqə» qüvvələri bu günə qədər
tədqiq olunmamışdır.
Təbiətin «bənzərlik» qüvvəsi – «bənzər -
bənzər yaradar» deməkdir. Bütün təbiət tam qanuna uyğun şəkildə hərəkət edir və
hər gün, hər saat təbiətin müəyyən qanunları ilə təmasdadır. Novruz bayramının
1-ci günü yaz, 2-ci günü yay, 3-cü günü payız,4-cü günü qış fəslinin ümumi vəziyyəti
ilə əlaqədardır. Yəni əgər bayramın 1-ci günü havalar soyuq keçsə, deməli yaz fəsli
soyuq olacaqdır. Eyni dərəcədə bütün digər fəsillər də belədir. Ana bətninə düşən
uşağın xüsusiyyətləri müəyyən günlərlə əlaqədardır. Uşaq ana bətnində ilk tərpənəndə ana kimə baxsa, uşaq o adama oxşar. Yaxud
uşağın «ilk tikəsini» kim versə,uşağın xasiyyəti o adamın xasiyyətinə bənzər.
«Müəyyən gün» ananın qoluna yazda açılmış gül dəysə, uşağın qolunda da gül şəkli
olar və hər yaz uşağın qolundakı gül, açmış kimi qızarar. Əgər siz göydə ulduz
sürüşəndə üzünüzdəki xırda sızaqları eyni sürətlə dəsmalla silsəniz, ulduz itəndə
sızaqlar da yox olar. Qədim folklor araşdırıcısı Ceyms Frezer təbiətin bu qüvvəsini
«qomeopatik magiya» adlandırmışdır. Təbiətin məhz bu qüvvəsinin təsiri altında
insan beyni düşünmə qabiliyyətinə malik olmuşdur. Damarlardakı qan çayda axan
suya bənzəyərək hərəkətə gəlmişdir və s.
Təbiətin «əlaqə» qüvvəsi – «əlaqədə olmuş cisimlər
ayrılandan sonra da öz əlaqəsini itirmir» deməkdir. Yuxarıda biz «bənzərlik»
qüvvəsi haqqındakı misalda uşağın qolunda əmələ gəlmiş gül şəklinin hər yaz fəsli çiçəklər açan kimi qızaracağını yazdıq. Bu o deməkdir ki, təbiətlə
gül şəkli arasındakı əlaqə saxlanılır. Yaxın adamın başına bir hadisə gələndə,
adamda olan qeyri-adi həyəcan hissi hamıya tanışdır. Qədimdə qırxılmış saçların,
dırnaqların düşmən əlinə keçməsindən məhz
təbiətin bu qanununa görə qorxurdular. Bu qüvvənin təsiri nəticəsində təbiətdə
xüsusiyyətlər meydana gəlmişdir. Bu qüvvənin təsiri altında insan beyni yaddaşa
malik olmuşdur. Məhz insan beyninin bu qüvvəsinin təbiətin «əlaqə» qüvvəsində hərəkəti
ilə Nostradamus, Vanqa kimi psixometrlər
zamanda hərəkət edə bilmişlər. Frezer bu qüvvəni «kontaqioz magiya»
adlandırmışdır və s.
İşıq
özünün yaratdığı hərəkət və qüvvələrdən keçib səthə düşdüyü zaman o, bu və ya
digər qüvvələrin təsirinə məruz qalaraq zəifləyir, sürəti azalır. Səthə düşüb zəifləyən
işıq, təsir, dövr və şərait müxtəlifliyində materiallaşma meydana gətirir.
Bütün varlıqlar, yəni kristal, bitki və heyvanat aləminin hamısı müxtəlif şəraitdə
zəifləmiş və materiallaşmış işıqdır. İşığın hərəkətə gəlmiş sistemdə zəifləməsi,
bütöv bir ansamblın, o cümlədən nəmliyin və havanın yaranmasına səbəb olmuşdur.
Bir səbəb müəyyən bir nəticəni doğurur ki, bu nəticə də digər bir nəticənin səbəbi
rolunu oynayır. Beləliklə, məhz səbəb və nəticə silsilələri bütün kainatın
inkişafına gətirib çıxarmışdır. Platon materiyasının və təbiətin bu sirlərini
bildikdən sonra qədim mistik yazılara izah verə bilərik.
«Aşvamedxa» ritualında qurbanlıq at
kainatla eyniləşdirilir və bu fikir dəfələrlə təkrarlanaraq brahmanın beynində
öz yerini alır. Biz qeyd etdik ki , söz eyni zamanda işıqdır, insan beyni isə zəifləmiş
işığın materiallaşmış formasıdır. Yaddaş, təbiətin «əlaqədə olmuş cisimlər
ayrılandan sonra əlaqəni saxlayır» qanun və qüvvəsinin insan beynində təcəssüm
formasıdır. Təfəkkür, dərketmə isə, təbiətin «bənzər bənzər yaradar» qanun və
qüvvəsinin insan beynində təcəssümüdür. Deməli,
«qurbanlıq at kainat atıdır» deməklə, brahman söz, beyin enerjisi ilə, eyni zamanda əlində at fiqurunu, kainatın rəmzi
olan fiqurla birləşdirməklə atı kainata
«bağlayır». Sözün eyni zamanda işıq olduğunu nəzərə alsaq başa düşərik ki, at təbiətin
«əlaqə» qüvvəsi vasitəsilə kainata
bağlanır. Sonra atın hissələri ayrı-ayrılıqda kainatın hissələri ilə eyniləşdirilir;
Atın başı səhərin açılma vaxtıdır, atın gözü günəşdir, atın nəfəsi küləkdir və
s. eyniləşdirmədə atın hissələri söz, hərəkət
və fikir enerjisi, «bənzər» və «əlaqə» qüvvələri ilə birlikdə, faktik
gözəgörünməz enerji ilə, kainatın hissələri ilə bağlanır. Brahman meditasiya
vasitəsi ilə bütün deyilənləri fikrində bir-biri ilə bağlamaqla yerləşdirir.
Daha sonra kahin atın qarşısında qızıl qabdan oda yağ tökməklə səhəri, atın
arxasında gümüş qabdan oda yağ tökməklə gecəni yenə də mantra və s. ritualla atla bağlayır. Burada
qızıl – günəş mənasında səhərin, gümüş isə ay mənasında gecənin rəmzidir. Bu
ritual gecəni, gündüzü təbiətin «əlaqə» və «bənzər» qanun və qüvvəsi vasitəsilə
atla bağlayır.
Digər tərəfdən bilirik ki, maddə və xassədən
ibarət olan hər bir varlıq kimi, atın da bədəni maddəni, ruhu-canı isə xassə
timsalında işıq enerjisini təmsil edir. At
öləndən sonra onun işıq enerjisi, yəni ruhu, kahinin ritualı və
brahmanın söz-fikir enerjisi vasitəsilə müşayət olunaraq göydə toplanır.
Toplanmış bu enerji, oxunan mantranın, yandırılan yağın və digər hərəkətin
hesabına brahmanın fikrindəki kimi, kainatın qeyd olunan hissələri ilə əlaqə
saxlayır. Bu zaman kainatın hissələri atın bədəni, toplanmış enerji isə atın
başıdır. Atın başı isə eyni zamanda bu enerji daxilində bilavasitə Əmana
tabedir, yəni yığılmış enerji həm də Əmanın fikridir. Bu baş, sinir sisteminə
çevrilmiş, kainatı əhatə edən materiyanı idarə edir. İnsan beyninin istəyi ilə,
sinir sistemi vasitəsilə əl-qolunu idarə etdiyi kimi, Əman da atın başı rəmzində
toplanmış enerji vasitəsilə kainatı idarə edir. Deməli, mifologiyalardakı
kentavr,buraq adlanan insanbaşlı at, kainatı bu gün də idarə edən Pir Əmanın
obrazıdır.
Yazılardan göründüyü kimi Pir Əman fiziki öldükdən sonra onun ruhu,
göydə günəş rəmzində topladığı öküz, at, qoç,ilan və s.canlıların ruhları ilə
birləşib, «sahibkəran»a çevrilir. Göydə «kəyan» taxtında Əman, atın gözünü günəşə
bağladığı üçün – günəş vasitəsilə görməyə, küləyi atın nəfəsilə bağladığı üçün
külək yaratmağa, atın əzələlərini buludla bağladığı üçün yağış yağdırmağa və s.
təbiətə fiziki təsir etmə qabiliyyətinə malik olur.
Yazdıqlarımızdan belə çıxır ki,
Firdovsinin, «göydə kəyan taxtı qurub, divin çiynində taxta çıxan və göydə günəş
kimi qərar tutan» Cəmşidi, Pradcapati kimi,
Əmanın qədim ədəbiyyatlarda qeyd olunan minlərlə obrazlarından biridir.
Filona görə yəhudilərin Yahve Allahı bədənsiz,
tək, özünə bənzər və öznə bərabərdir. O, tək olduğu üçün sadədir və qarışığı yoxdur.
Yahve – təmiz ağıl, yaxşı və gözəldir. Bu dünyadan kənar, kamil olduğu üçün o,
bu dünyanı yaradır. Büsbütün özünə qapalı olduğu üçün, Yahve dünyanı bilavasitə
yarada bilmir, çünki o ruhdur, maddi təbiət dünyasına yaddır, ona görə kənardır,
necə deyərlər transendentaldır. Buna görə də ona vasitəçi lazımdır. Allahın
dünyanı yaratmasinin vasitəçisi loqos və ideyadır. Loqos Allahın və
ideyanın atributu kimi Allahdan əvvəl
olmuşdur. Sonra onlar nisbi azadlıq qazanmış, Yahvedən kənar loqosun bədənsiz
dünyasını yaratmış və sanki onun içində
yerləşdirilmiş ideyadır. Lakin ideya təkcə obrazlar yox, eyni zamanda şeylər
yaradan varlıqdır. Buna görə də onlar gücdür. Allah loqosdan, öz atributundan
yüksəkdir, ona görə də təbiət qanunlarını pozub möcüzə göstərə bilir və s. Deməli
Filona görə , təmiz ağıl və təmiz loqosdan ibarət olan ruh, öz iradəsi ilə
dünyanı yaradır. Mütəxəssislər əsaslı olaraq təsdiqləyir ki, həqiqətdə Filon «Memfis
ilahiyyatının abidəsi»ni təkrar edir, harda ki, Pta Allahı da eyni ilə hərəkət
edir («Kultura drevneqo Yeqipta» M1976.s.221). Bu isə o deməkdir ki, Yahve
obrazı öz kökləri ilə, ondan çox əvvəllər yaranmış Misir dininə gedir. Misir
Allahları siyahısına semit Allahları olan Kadeş, Anat, Astarta və s. daxil
olması yazılanlara sübutdür. Dünyanın yaranmasının Memfis nəzəriyyəsinə görə
Pta Allahı demiurq olmuşdur. O dünyanı və Allahları öz ilahi sözünün gücü ilə yaratmışdır. Burada
açıq yazılır ki, Atum «doqquz Allah»la (enneada) , Pta Allahının ağzından
yaranmışdır. «Amon Allahına alqış»ın Leyden variantında deyilir: «Üç Allahlar –
Amon, Ra və Pta – bütün Allahlar mənasındadır. Onlara tay yoxdur. Amon, hansı
ki öz adını gizlədir, o, öz üzü ilə Ra və bədəni ilə Pta-dır». Digər mətndə
Amon , «bədən üzvləri Oqdoada olan və
özünü Ptah (Pta) kimi yaratmış Tanen» və ya «ilkin Allahlara doğum vermək üçün
özünün Tanen kimi dönüşünü həyata keçirir» və s.
Tanınmış misirşünas C. Uilson yazır:
«Bizi maraqlandıran mətn onunla başlayır ki, Ptah (Pta) Nun – ilkin sularla eyniləşdirilir, hansından
ki, yaradıcı Allah sayılan Atum yaranır. Bu Ptahı günəş Allahının sələfi
edir və bu birinciliyə digər mətnlərdə
nadir rast gəlinir. Bizim mətndə isə
Ptahın Atumu necə əmələ gətirməsi geniş təsvir olunur. «Ptah, böyükdür;
O – doqquz Allahın ürək və dilidir…hansı ki, Allahları mayalandırmışdır… (nə isə)
Atum obrazında ürəkdə təcəssüm etmiş və dildə təcəssüm etmişdir». Beləcə Atum
düşünülmüş və yaradılmışdır. Heç nədən yaradıcı Allah, Atum ideyası əmələ gəlmişdir.
İdeya Tanrı dünyasının «ürəyində meydana gəlmişdir»: bu ürək və ağıl Ptah
özüdür»; sonra ideya tanrı dünyasının «dilində yaranmışdır»; bu dil və nitq
Ptah özü olmuşdur». Misirli gözəl, maddi obrazlardan istifadə edir, onun nitqi
elliptikdir: «Atum - obrazında ürəkdə yaranmış və dildə yaranmışdır», lakin
onun necə yarandığı aydınlaşdırılmır. Bu terminlərin özündə fikir və yaranış
haqqında təsəvvür tamamlanmışdır.
Lakin ənənəvi yaradıcı Allahın törənişindən
sonra da Ptahın yaradıcı gücü qurtarmır. «(Bütün Allahların gücünü) yerləşdirən
böyük və qüdrətli Ptah, bu ürəyin (əməlin) və dilin (əməlin) vasitəsilə
bərabər şəkildə onların ruhlarını da yerləşdirir».
Yaradıcı başlanğıc Allahların əmələ gəlməsindən
sonra da sönmür. «Baş verdi ki, ürək və dil bu təlim vasitəsi ilə (bədən) üzvlərinin (hamısını) o, (Ptah) – hər bədəndə (ürək şəklində), hər nəfəsdə (dil şəklində), bütün Allahları və bütün insanları, və (bütün) heyvan, bütün
həşərat və bütün (hər bir ) canlıları, o (Ptah) fikri vasitəsilə (ürək şəklində) və əmri (dil şəklində) ilə bütün hər
şey onun istəyi, idarə edir». Başqa sözlə qarşımızda təkcə möcüzəli yaranış və
fikrin sözlə ifadəsi deyil. Atumu ilkin sularda törədən, əmələ gətirən yaradıcı
prinsip, indi də işləyir. Harda ki, fikir və əmr var, orada Ptah törədir. Mətnlər
hətta, Atumun Şu və Tefnutu yaratdığı ənənəvi
törətmə təsəvvürü ilə, Ptahın Şu və Tefnutu adlandırıb və bununla da onları
yaratması aktını fərqləndirir. Ptahın diş və dodaqları – yaradıcı nitqin
yaratma orqanıdır. Atum haqqında mifin birində,
Şu və Tefnut yaradıcı Allahın toxumaxıtma məhsuludur. Beləliklə, Ptahın
diş və dodağı, Atumun əl və toxumu ilə eyniləşdirilir və s.» (Q.Frankfort, Q.A.
Frankfort, C.Uilson, T.Yakobsen.«V preddverii filosofii» M1984.s.67,68).
Daha sonra Şu və Tefnut yeri və göyü – Qeba
(Qaba F.G.) yer Allahı və Nut göy ilahəsini yaradır. Qeba və Nut isə öz növbəsində
Osiris (Oziri) Allahı və arvadı İsidanı
və Set Allahı və arvadı Neftidanı törədir.
C. Uilsonun gətirdiyi sitatlardan açıq
görünür ki, bu mətnlərdə sözlə bərabər, eyni zamanda həyata keçirilən ritual da
təsvir olunur. Məsələn, bədən, fikir deyəndə – ürəyin; nəfəs, əmr deyəndə -
dilin ; ürək, dil deyəndə isə - əməlin xüsusi qeyd olunması onu göstərir ki, burada bir sözlə iki və daha çox məna nəzərdə tutulur. Buradakı
magik söz oyunu ona gətirib çıxarır ki, dünyanı idarə edən Atum, təbiət və
varlıqlara bilavasitə söz və fikir vasitəsilə təsir edə bilir. Deməli, əgər
Atum Allahının yerdəki nəsli olan
hansısa Pir-in müəyyən «söz»ü, təbiətə fiziki təsir edə bilirsə, öldükdən
sonra bu Pir-in ruhu, təbiətə «fikri» vasitəsilə təsir göstərir və s. U.Bac
özünün «Yeqipedskaya reliqiya. Yeqipedskaya maqiya» kitabında yazır: «Dini
kitablardan biz bilirik ki, qədim Misirdə magiyanı bilən və ondan istifadə edən
kahin və ya adam sonsuz gücə malikdir.
Onun sözü, öz iradəsi ilə insanı müxtəlif formalara salır, onun ruhuna imkan
verirdi ki, heyvan və ya digər
varlıqlara keçsin. Onun sözü ilə cansız əşyalar və təsvirlər dirilir və onun əmrini
həyata keçirməyə çalışır. Təbiətin gücü onun hökmünü qəbul edir: külək və
yağışlar, tufan və qasırğalar, çay və dənizlər, xəstəlik və ölüm, onun düşmənlərini
və ya qeyd olunan düşməni məhv etmək üçün qalxırlar»(s.169).
Qədim yazıların yalnız bir-iki
sitatına nəzər saldıqda biz gördük ki, Allahın yaradılması haqqında mənbələrdə
istənilən qədər məlumatlar var. Sadəcə bu məlumatları analiz edib, onları
ardıcıllıqla düzmək lazımdır. Qədim Misir yazılarında Allahın dünyanı tək
yaratması və bütün sonrakı Allahların, bu tək Allahın müxtəlif obrazları olması
xüsusi qeyd olunur. U.Bac öz kitabında «Nesi Amsu-nun papirusu»ndan maraqlı bir
mətnı tərcümə etmişdir. Burada Əman Allahın Platon materiyasında, yəni kainatın
işıq sularında ruhlar dünyasını yaratması prosesi rəmzi açıqlanır: «Mən,
inkişafı inkişaf etdirərək, inkişaf edirdim – yəni ilkin materiyadan zahirə
çıxdım, hansını ki, mən yaratdım; Mən əzəli materiyadan zühur etdim. Mənim adım
Auseres (Osiris), əzəli materiyanın toxumudur. Mən bütövlükdə öz iradəmi bu
torpaqda həyata keçirdim, Mən böyüdüm və yerinə yetirdim, Mən onu öz əlimlə
möhkəmləndirdim. Mən tək idim, çünki heç nə doğulmamışdı; onda mən özümdən nə
Şu-nu, nə Tefnutu törətmədim. Mən öz adımı öz ağzımla, sözün gücü kimi çəkdim,
- və Mən birdən özümü inkişaf etdirdim. Mən özümü, Xepera inkişaf Allahının
formaları vasitəsilə inkişaf etdirdim və
Mən ilkin materiyadan üzə çıxdım, hansı ki, ilkin zamanlardan çoxlu inkişafı
inkişaf etdirmişdi. Bu torpaqda o vaxt heç nə mövcud deyildi və Mən hər şeyi
yaratdım. O vaxtlar heç kim yox idi ki, mənimlə birgə yaratsın. Mən orada bütün
inkişafı, Allah ruhu vasitəsilə yaratdım, hansını ki, orada yaratmışdım və
suların dibində hərəkətsiz qalmışdı. Mən orada durmaq üçün yer tapmadım. Lakin
ürəyimdə Mən güclü idim və özümə dayaq yaratdım və yaradılmış hər şeyi
yaratdım. Mən tək idim. Mən öz ürəyimə (və ya iradəmə) dayaq yaratdım, və çoxlu
varlıqlar yaratdım, hansı ki, Xepera inkişaf Allahı kimi inkişaf edirdilər və
onların törəmələri, onların yaranması ilə inkişafdan əmələ gəlirdilər. Mən
özümdən Şu və Tefnut Allahlarını yaratdım və tək olaraq Mən üç oldum: onlar məndən
çıxdılar və bu torpaqda yaşamağa başladılar…» (U.Bac. Yeq.rel. Yeq. maq.M.2000
s.29,30) .
Yazdıqlarımızdan çıxan ümumi nəticə odur
ki, Əman maqik rituallar vasitəsilə göydə ruhlar üçün məkan yaradır və göyü də
ona tabe edir. Mətnlərə görə insan öldükdə, onun ruhu öz doğma sahilini keçib
dünya sularına daxil olur və bu zaman o keyfiyyətcə dəyişir. Parçalanmayan ruh
başqa ölçü məkanında yaşamağa başlayır. İlk cümlələrini bu dəyişməyə həsr etmiş
Ovidiy «Metamorfoza»”sını belə başlayır: «İndi sizə yeni forma almış bədənlər
haqda danışacağam. Allahlar, - axı bu çevrilməyə siz qərar verdiniz»”. Belə
çıxır ki, göyə qalxmış ruh yeni forma alıb orada əbədi yaşayır. «Quran»da bu
fikir belə ifadə olunur: «Sizi yaradan, sizə ruzi verən, sonra öldürən, sonra
da dirildən Allahdır»” (30:40). Bu isə o deməkdir ki, həqiqətən də insan o
dünyada məhz Allahın sayəsində ölümsüzlük qazanır. «Quran»da ruhlar dünyası
haqda nəzərə çatdırılır ki, mö”min adamlar üçün o dünyada şərab çayı, bal kimi
təmiz çaylar axır, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Burada dadı
dəyişməyən süd gölü var. Mö”minlər üçün burada pak zövcələr var və insanlar
orada əbədi xoşbəxt yaşayırlar” (4.57:9.72:47.15-17). O dünya haqqında qədim mənbələrdə
çoxlu məlumatlar var ki, onların biri də Platonun fikirləridir. «Fedon»” əsərində
Platon insanın öləndən sonra o dünyaya düşüb orada əbədi yaşamasını reallıq
kimi göstərir və qeyd edir ki, «orada da insanlar yerdəki kimi yaşayırlar.
Onların da orada öz məbədləri, müqəddəs yerləri var və onlar o dünyada, yəni cənnətdə
dərdsiz-qəmsiz ömür sürürlər. O dünyadakılar yerdəki insanlarla yuxugörmə və s.
telepatik yollarla əlaqə saxlayırlar... Bizim üçün su, dəniz nədirsə, onlar
üçün o havadır. Bizim üçün hava nədirsə, onlar üçün o efirdir. Onlar heç vaxt xəstələnmirlər.
Ağılda, görmə və eşitmədə onlar bizdən, hava sudan və efir havadan nə qədər təmizdirsə,
bir o qədər fərqlənirlər»” («Fedon»” 110, 111).
Yazdıqlarımızdan belə nəticəyə gəlmək
olar ki, «Kitabi Dədə Qorqud”»dakı, «oğuzun içində təmam vilayəti zahir olmuşdu»”
cümləsində söhbət, yerdəki Oğuz elinin içində, yerdən göyə ucalan ikinci dünya,
yəni ruhlar dünyasının yaranmasından gedir. Mütəxəssislər qeyd edir ki, qədim
Misirdə görünən və görünməz varlıqlar, o cümlədən ruh da bütöv maddi varlıq
hesab olunur. Buna görə də qədim mənbələrdə ruhlar dünyasındakı hadisələr bu
dünyadakı hadisələrlə eyni formada göstərilir. Əgər biz faktlara nəzər salsaq
görərik ki, həqiqətən qədim mənbələrdə insanların məhz bu mənada göydən yerə
enmələri haqqında məlumatlar var.
A.Oppenheymin yazdığına görə Mesopotamiyanın məhşur çarlar (şahlar)
siyahısı”, yəni «kutilər sülaləsinin hakimiyyəti mifik dövrlərdən, yəni «çar
hakimiyyəti»nin «göydən yerə» endiyi dövrlərdən başlanır». Eyni yazıya biz ərəb
qaynaqlarında da rast gəlirik. Əl - Kufi «Kitab əl-fütuh»” əsərində yazır: «Salman
ibn Rəbiyyə və İran əhalisindən onunla gələnlər Ermənistana daxil oldular.
Yerli əhali bir birinə deyirdi ki, üstümüzə gələn tayfa, deyilənə görə, guya
göylərdən enmişdir və guya bu adamlar ölmürlər və silah onlara heç bir xətər
yetirmir»”. Belə çıxır ki, Salman ibn Rəbiyyə də «kuti sülaləsi»ndəndir. Digər
tərəfdən burada söhbətin ərəb adlandırılan pir, seyid, şıx və s. müqəddəslərdən
getdiyi aydındır. Dədə Qorqudun deyimlərdə pir adlandırılması bizim fikirlərimizin
doğruluğunu bir daha sübüt edir. Qədim Misirdə firon sözü olmamışdır.
Pir-a sözü orada firon mənasında işlənmişdir
ki, sonradan yunanlar bu sözü firona çevirmişlər. Belə çıxır ki, «cədd”»lərinin
gücü ilə möcüzə göstərə bilən pir, şıx, seyid və s. müqəddəslər, Misirin ilk
piri olan Təktüz Əmanın nəslidirlər. Bu gün də Azərbaycan əhalisi olan Peştəsər,
Perimbel və s. seyidləri xüsusi qeyd edirlər ki, «biz Yəmən vilayətindən gəlmişik
və biz adi adam deyilik, çünki biz Allahın nurundan yaranmışıq. Əgər adi adam
ölənə qədər yeyirsə, biz öləndən də sonra yeyirik”».
Bütün bunlar o deməkdir ki, Azərbaycanda
yaşayan müqəddəslər, Azərbaycanın ən qədim sakinləri olan kuti/quti sülaləsinin
nəslidir. «Kitabi Dədə Qorqud»”da bu müqəddəslər «xud möminlər»” adlandırılır.
Qut/xud/xuda sözlərinin Allah mənasını verməsi hamıya məlumdur. Bu halda Qorqud
sözünün Qor Allahı fikrini ifadə etməsi yazdıqlarımızın doğruluğunu sübut edir.
Buradakı «mömin» sözü isə sufilik baxımından «ümman»” sözü ilə eyni məna
daşıyır ki, bu da Platonun materiyası, yəni yer kürəsini əhatə edən «işıq
okeanı» ” mənasındadır. Ümman sözü «Kitabi Dədə Qorqud”da» umman/əmman dənizi”
şəklində verilmişdir. Mənbələrdə quti tayfalarını «umman-manda”» adlandıraraq,
onların «dəniz xalqı»” olmasını xüsusi qeyd edirlər. Keniq də umman-manda
tayfasına fantastik dəniz xalqı kimi baxır. Quti, umman-manda və Midiya tayfalarının
mənbələrdə bir-birlərini əvəz etmələri, onların eyni tayfa olduğuna işarədir.
Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların
içində Zərdüşt də var. Panodora görə midiyalı Zoroastr yeni kosmik eranın səbəbkarıdır.
Qədim məlumatlara görə Zərdüştün vətəni «dünya çayı”ndan o yandadır ki,
yunanlar bu çayı ya dəniz”, ya da okean” adlandırırdılar». Platonun (psevdo)
«Pervıy Alkiviad»”ında yazılır: «Deyirlər ki, Zərdüşt Platondan 6000 il
böyükdür... deyilənə görə, guya o ellindir və guya o böyük dəniz vasitəsi ilə
materikə keçmişdir». Belə çıxır ki, Zərdüşt kainatın işıq dənizi olan ümman dəryasına
köçmüş və orada yaşayır.
Biz yuxarıda Qorqud haqqındakı rəvayətlərdə
qeyd etdik ki, Qorqud Ata ölümdən qaçmaq istədikdə hər yerdə ölümə rast gəlir.
Nəhayət, o su üzərində sakitlik tapır və burada ölüm ona yaxın dura bilmir.
«Quran»ın da bir ayəsində deyilir: «Allahın taxtı su üzərindədir və o yeri-göyü
6 günə yaratmışdır”» (11:7). Allahın yeri-göyü 6 günə yaratması haqqında daha
geniş məlumat Tövratda və qədim Misir yazılarında vardır. Burada Allah su üzərində
torpaq yaradıb, oranı cənnətə çevirir.
Bütün bu deyim və rəvayətlərin mənası
odur ki, Dədə Qorqud kainat sularında əbədi dirilik qazanan yeganə insandır. Deməli,
umman-manda xalqı, işıq okeanında ölümsüzlük qazanan Mandanın, yəni Əman Atanın
xalqıdır.
Digər tərəfdən Erməni mənbələrində
midiyalılar marlar adlandırılır və onlara «ilandan doğulan»” deyirlər. Mar
tayfalarının pir,seyidlər olmasına heç şübhə ola bilməz, çünki bu gün də seyidlərin
adlarının qarşısında «mir»” (müq. et Marağa), yəni mar sözü qeyd olunur.
Onların «Ağa»” adlandırılması isə qədim Misirin Qor Allahı ilə bağlıdır ki, mənbələrdə
Qor Allahına «Axa»”, yəni «Ağa»” da deyilir. «İlandan doğulan» adı isə onlara
Heraklla əlaqədar deyilən addır. Belə ki, Herakl Gel meşələrində Yexidna adlı
yarıinsan, yarıilan olan varlığa rast gəlir və ondan üç övladı: Ağafirs, Gilan
və Skif olur. Ağafirs adı sufiliyə görə «Pir ağanın ruhu»” mənasını verir ki,
bu da möcüzələr sahibi olan pir, şıx,seyid deməkdir.
Kitabda mənbələri çox vaxt göstərməməyimizin
səbəbi odur ki, bu faktlar bütün tarixçilərə yaxşı məlumdur.
Eyni zamanda Şumer və assuriyalıların mənbələrdə
Amorey, yəni əmirlər tayfası adlandırılması, onların da midiyalılar kimi mar
hesab edilməsi deməkdir. Amorey, yəni mar-tu sözü, Ta-meri (yəni Misir F.G.),
sözü kimi Ata Mar, yaxud Mar Ata mənasındadır. Qeyd edək ki, «Y»” konsonant
kökü qədim Misirdən bu günə kimi çağırış, müraciət mənasında Allah nəslinə aid edilir (misal üçün qeyd edək ki, Azər adı, «ya-ey» mənasına
görə Oğuzlarda Yazır (Ya Azər) kimi qalmışdır). Əmir tayfalarının mənbələrdə «ölkələr
zəbt edən əmirlər”» adlandırılması, onların həqiqətən qeyri-adi nəsil olmasına
sübutdur. Mövzudan qırağa çıxaraq qeyd etmək lazımdır ki, sufilikdə mar-əmir
sözünün kökündə duran «əmr» sözü elə bir ideal varlıq mənasındadır ki, Allah öz
iradəsini onun vasitəsi ilə həyata keçirir. Qəzəlinin «İhya»sında bu söz insanla Allahın keçidi,
ortaq nöqtəsi kimi qeyd olunur. Digər tərəfdən bu söz Qəzəlinin «müti»-itaət ideyası ilə eyni mənadadır. Müsəlman
sözünün mənasının da itaət olduğunu nəzərə alsaq, başa düşərik ki, mar-əmir
tayfaları Allahın «ol»-«əmr»i ilə yaranan, onun iradəsini
bildirən və ona itaət edən-müti olan, insanla Allahın keçid variantı olan pir,
seyid, şıx, abdal s. müqəddəslər nəslidir. Müti sözü eyni zamanda qədim Misirin
Maat Allahının adı ilə və Midiya-Maday sözü ilə eyni mənalıdır. Qeyd etmək
lazımdır ki, Türk sözü də bu mənada, «tərikə» - yol mənasını verir ki, sufilikdə
bu ədəb-əxlaq yolu, dini kamilləşmə,
Allahın dərkində həqiqətə yaxınlaşma fikrini ifadə edir. Qəzəlidə də bu
söz, həqiqi biliyə çatma, Allaha mistik yaxınlaşma mənasındadır. Belə çıxır ki,
Türk adı bu əmir tayfa birləşmələrinə
onların Allaha xüsusi yaxınlığı ilə əldaqədar verilmişdir. Həqiqətən də L.
Qumilyov özünün «Qədim türklər» kitabında xüsusi qeyd edir ki, Türk adı altında
5-ci əsrdə knyaz Aşinanın ətrafında birləşən, 6–8-ci əsrlərdə isə xalq kimi
formalaşan və türk dilində danışan orda nəzərdə tutulur. Lakin eyni dildə
danışan qonşu xalqlar qətiyyən türk hesab edilmir (orada.B1993, s.33).
Yazdıqlarımızdan belə çıxır ki, türk-əmir
tayfaları , qədimdə müqəddəs mənasını
verən mar-amoreylər nəslidir. Lakin Ta-meri, yəni Ata Mar elinin mənbələrdə
Misir adlandırılması isə onu göstərir ki, tarixdə hələ də çox böyük
anlaşılmazlıqlar var. Həqiqi – ilkin
Misirin dəqiq yerini təyin etmək üçün Adəmin, yəni qədim Misirin Atum
Allahının yarandığı yeri dəqiqləşdirmək lazımdır. Çünki İç Oğuz və Taş Oğuz
kimi qədim Misir də yuxarı və aşağı Misirə bölünür. Aşağı Misiri təyin etməklə
biz dünya ağacının kökünün, yəni ruhlar dünyasının qapısı olan «yer kürəsinin
göbəyi»nin” harda yerləşdiyini təyin edə bilərik. «Talmud»” yazır ki, «Süleyman
peyğəmbərin Allah üçün tikdiyi evin ərazisində, yəni moria torpağında, İbrahim
peyğəmbər İsağın qollarını bağlamış və bu yerdə Nuh gəmidən düşüb qurban kəsmişdir
və Adəm də burada yaradıldıqdan sonra qurban kəsmiş və o məhz bu torpaqdan
yaranmışdır...»və s.”(«Talmud» 5t.s.3.1903.S.Peterburq). Deməli, Adəm Ararat
torpağından yaranmışdır və buradakı moria adı da təbii ki, marlar torpağı mənasındadır.
Digər tərəfdən Moisey Xorenski yazır ki, «Zərdüşt mar nəslinin banisidir»”.
Ümumiyyətlə, 10-cu əsrə qədər bütün erməni mənbələri Atropatena əhalisini
marlar, yəni midiyalılar adlandırır. Sebeos, Atropatenada Şəhrmar şəhərinin
olmasını yazır ki, bu da marlar şəhəri deməkdir. Nəzərə alsaq ki, Zərdüşt/Zoroastr
adı sufiliyə görə Oziri-istar, yəni Azər Allahı mənasını verir, onda
razılaşarıq ki, misirlilərin də əcdadı Azər Allahı olmuşdur.
İlk insanın yaradılması ilə əlaqədər digər
faktlara nəzər salaq. Yunan mifologiyasına görə nəhəng insan – Allahlar, təpəgözlər
qırıldıqdan, «uzaq adaya» sürgündən sonra, nəhəng Prometey, Baş Allah
Zeusin yanına gəlib, Allahlardan zəif,
lakin düşünmə qabiliyyətinə malik insan yaratmaq üçün ondan icazə alır. Gildən bir neçə insan
fiquru düzəldən Prometey nəhayət ən optimal variant seçib, Allahdan ona ruh verməsini xahiş edir və Zeus ilk düşünən
insanı dirildir. Esxil özünün «Qandallanmış Prometey» əsərində açıq yazır ki, «…uşaq kimi ağılsız insanlara mən düşünmə qabiliyyəti,
ağıl verdim, bütün elm, mədəniyyət və s. hər şeyi mən onlara öyrətdim və
s.»(490-520). Prometey haqqındakı rəvayətlərdən çıxan ümumi nəticə odur ki,
düşünən insanları məhz nəhəng Allah sayılan Prometey öz əlləri ilə yaratmışdır.
Lakin qədim Misir rəvayətlərinə görə, Prometeyin gördüyü bütün bu işləri Xnum
Allahı görür. O, dulusçu dəzgahında ilk
kişi və qadın yaradır. Oziri (Oziris) Allahı isə bütün insanları heyvan səviyyəsindən
çıxarıb, onlara elm, mədəniyyət və s. öyrədir. Babil eposuna görə Prometeyin
bu işlərini, gildən ilk insan yaradan
Marduk Allahı görür. Firdovsiyə görə isə məhz Cəmşid insanı heyvan səviyyəsindən
çıxarıb, onlara elm və mədəniyyət
verir. Əgər biz qədim dilçiliyin samitlər qanununu adlara tətbiq etsək görərik ki, Prometey adı ilə Pir Maday/Midiya
(yəni firon Midiya –F.G.) adları eyni mənalı
sözlərdir. Prometeyin digər obrazı olan Oziri Allahının adı da qədim dilçiliyə
görə Azər adı ilə eyni mənalıdır.
Ümumiyyətlə, Azər sözünün pəhləvicə «od» mənasını verməsi və qədim Misirdə də
Oziri sözünün – həyat enerjisi, od fikrini ifadə etməsi, Prometey odunun məhz
Azər enerjisi olduğu deməkdir. Prometeyin,
od mənasında olan Azər enerjisini insanlara paylamasını dərk etmək üçün,
Misir ərazisində tapılmış Naq Hammadi yazılarındakı «Ruh haqqında şərh» əsərini
başa düşmək lazımdır ki, müqəddəs ruhun bütün insanlara paylanması, burada onun
fahişəliyi timsalında göstərilir. Deməli, Prometey odu və Allahın yalnız öz nəslinə
verdiyi həyat enerjisi olan müqəddəs ruh, eyni zamanda qədim Misir
yazılarındakı Oziri enerjisidir və
s.
Mövzumuza qayıdaraq nəzərə alsaq ki, insanı yaratmış digər Allah Mardukun adı
da bilavasitə Mar torpağının adı ilə
bağlıdır, onda başa düşərik ki, Prometey, Oziri və Marduk adları bilavasitə Adəmi
yaratmış tək Allahın müxtəlif adlarıdır. Rəvayətə görə Prometey Qafqaz dağlarına
qandallanır ki, Herakl ölüm şahdığının qapısı olan Kadus ölkəsinə gəlib onu
xilas edir. Prometeyin Qafqaz dağlarına vurulması və onun minilliklərlə bu
dağlarda əziyyət çəkməsi, Pir (firon) nəsli olan Midiyalıların əsrlərlə burada
yaşaması deməkdir. Ölüm şahlığının qapısı olan Kadus ölkəsi isə Tövratda,
Musanın «vəd olunmuş torpaq”» saydığı «Kades-varni”» ölkəsidir. Kadus ölkəsi
bütün antik mənbələrdə Atropatenanın şimal-şərqində yerləşir. Bu haqda Polibiy,
Tit Liviy, Pompey Troqa, Kursiy Ruf və s. tarixçilər yazmışlar. Bu yer onların
yazdığına görə Azərbaycanda, Savalan ətrafından Xəzər dənizinə qədər olan ərazini
əhatə edir. Tövratdakı Kades-varni adının indiki Vər-Gədüz adına uyğun gəlməsi
və Yunan mənbələrindəki əksər adların bu ərazidə olması onu göstərir ki, seyidlərin
Piran adlandırdıqları bu ərazi bilavasitə göstərilən suallara cavab verir.
«Tövrat»da qeyd olunur ki, Allahla
Yaqub sübhə qədər tutaşır və Allah onu İzrail adlandırır. Onların tutaşdığı yerə
isə Yaqub Panuel adı verir (Bıtie 32:30). Yaqubun Allahla tutaşması, Əmanın təbiətə
qalib gəlib Qaba aləmi, yəni Oziri Allahını yaratması deməkdir ki, İzrail adı
da məhz bu mənada Oziri, yəni Azər Allahının eli deməkdir. Oziri Allahının
yarandığı yerin Panuel adlanması, göydəki elin Pan eli adlanacağına işarədir.
«Kitabi Dədə Qorqud”»da yazılır ki, Yegnək yuxuda ikən, ala gözün açıb dünya
görür. Ağ-boz atlar çapdırar alpanlar görür. Ağ işıqlı alplarla bərabər orada Dədə
Qorqudu və dayısı Əməni görür”. Yegnəkin ikinci dünyanı, oradakı alpları,
alpanları yuxu kimi görməsi, onun ikinci dünyanın qapısından keçməsi deməkdir.
Deməli, Panuel elə Alpanlar yurdu olan ruhlar dünyasının qapısı, yəni dünya
ağacının ucaldığı yerdir. İkinci dünyanın «iç el”» olması, onun çel/çol sözləri
ilə eyniliyi deməkdir. Qeyd edək ki, bütün qədim xalqların yazılarının əsil mənası
bilavasitə samitlər qanunu ilə açılır. Belə çıxır ki, ikinci dünyanın qapısı
alpanlar yurdunda, yəni çol torpağında yerləşir. Maraqlı haldır ki, «7-ci əsr
Ermənistan coğrafiyası”»nda Ermənistanın sol sahilində iki ölkə adı, Lpin və
Çola adı çəkilir. «Alban tarixi”»ndə isə yazılır: «... mənim atam bu 3 ölkəni -
Aqvaniya, Çoqa və Lpiniyanı əbədi mülkiyyətə alıb» (2.b 14). Buradakı Çoqa sözü
təbii ki, «Kitabi Dədə Qorqud”»da «iç el”» sözünün əvəzinə bəzən «üç oq»”
sözünün yazılması ilə əlaqədardır. Bildiyimiz kimi oq, aqa, ağa sözləri ğuz,
oğuz sözləri kimi həyat enerjisi” anlamındadır. Deməli, üç oq”, yəni çoq sözü də
iç Oğuz mənasını verir. Lpiniya sözü isə Alpaniyyə-Alpan ölkəsi fikrini ifadə edir.
İç elin, eyni zamanda Əmanın ruhu olduğunu nəzərə alsaq, qəbul edərik ki, «issi
el»”, yəni «sel» sözü də çol sözü ilə eyni mənalıdır.
Qədim mənbələrdə saysız-hesabsız «Çola sərhəd
qapısı»”, «Alpan keçid məntəqəsi”», «Hun qapısı»”, «Xon sərhədi»”, «Dərbənd
keçidi»”, «Sul qapısı»”, «böyük Sul şəhəri»”, «Sul xalqı»” və s. keçid məntəqəsi
adları, qarşımızda fantastik bir mənzərə açır. Bu fantastik mənzərəni təsəvvür
etmək ağlasığmaz dərəcədə çətindir. Aqvaniyanın, yəni Qaba aləmin iç eldən və
alpanlar yurdundan ibarət olması, eyni zamanda bu ruhlar dünyasının əməlli-başlı
qapılarının məşhur «Dəmir qapı Dərbənd» ”də yerləşməsi, qədim dünyanın bütün
sirlərinə açar rolunu oynayır. Belə çıxır ki, «Kitabi Dədə Qorqud»”dakı kimi, qədim
dünyanın bütün yazılarında söhbət, göydəki Allah elinin yaranmasından, onun
5000 illik haqq-ədalət tarixindən, son 500 illik tarixdə həqiqətin itməsindən və
nəhayət, Allahın axirət məhkəməsi qurub, dünyanı öz tabeliyinə qaytarmasından
gedir. Belə çıxır ki, kitabın əvvəlində qeyd etdiyimiz, Platonun, «bütün rəvayət
və yazılar yalnız bir bir hadisə ilə bağlıdır»
ideyası əsil həqiqətdir.
«Aqvan tarixi»”ndə yazılır ki, «Dərbənd
istehkamları və qalasını tikmək üçün İran şahları ölkəmizi taqətdən saldılar:
bu qəribə binanı tikmək üçün memarları səfərbərliyə alan və çoxlu müxtəlif
materiallar axtarıb tapan İran şahları həmin tikinti vasitəsilə Qafqaz dağı ilə
«Şərq dənizi» arasındakı keçidləri qapalı saxlayırdılar» («İstoriya Aqvan”»,
s.105/85). Qeyd edək ki, buradakı «Şərq dənizi»” kainatın işıq dənizi, yəni
«ümman dənizi»” mənasında başa düşülməlidir. Əs - Suyuti yazır ki, «Zülqərneyn
Qaf dağına çatdıqda, onu mələk səslədi. Zülqərneyn soruşdu: «Bu nə dağdır? Mələk
cavab verdi: Bu Qaf dağıdır. O dağlar anasıdır. Bütün dağlar onun kökündən
yaranıb və əgər Allah bir kəndi dağıtmaq istəsə, o bu dağın bir kökünü tərpədər»”.
Əl Bəlazuri isə «Kitab Fütuh əl Buldan»” əsərində göstərir ki, «... O, (Qubad)
Arranda Beyləqan şəhərini, bütün ölkənin baş şəhəri Bərdəni və Qəbələ şəhərini
(burası Xəzərdir) tikdirdi. Sonra o Şirvan vilayəti və Allan (ellin-F.G.)
qapıları arasında bişməmiş gildən sədd çəkdirdi, gil divar boyu 360 şəhər
saldırdı» və s”. «Tarixi Dərbəndnamə»”də (45,94) qeyd olunur ki, Dərbənd hasarı
tikildikdə qalalardan biri Alpan qalası olmuşdur. B.Dorn isə bunu (280,339) «Səddi-Alpan»”
adlandırır. Digər mənbələrdə Dərbəndi «nəhəng şəhər»” (Kalankatlı 11,4,11), «Qala»”
(Sebeos III,35), «Çor keçidinin şəhəri»”, «dənizdə tikilmiş istehkam”» və s.
kimi qeyd edirlər. Nəzərə alaq ki, Çor sözü - içəri” sözü ilə eyni mənadadır.
Qədim yazıların gizli mənalarını dərk
etmək üçün mövzudan kənara çıxaraq, əvvəldə qeyd etdiyimiz sufiliyin,
kabbalanın kökündə duran qədim məntiqə nəzər salaq. Dini şərhçilər müqəddəs
yazıların 4 səviyyəli olduğunu qeyd edirlər. Bunlar: 1-ci hərfi məna, 2-ci etik
məna, 3-cü peyğəmbər və dünyanın sonu mənası, 4-cü gözə görünməyən mənəvi mənadır.
Bu dörd mənalı səviyyənin dərki «cənnət bağı»” deməkdir ki, bu səviyyəyə çatmış
adam birbaşa cənnətə gedir. Digər tərəfdən qədim Misirlə məşğul olan mütəxəssislər
qeyd edirlər ki, qədim Misir ədəbiyyatında
əsas məsələ, müəllifin bir nağılda bir neçə müxtəlif epizodları birləşdirməsidir.
Bu məntiq bilavasitə qədim Misirdə yaranmış, sonra isə bütün dünyaya
yayılmışdır. Müəlliflər cürbəcür təkrarla, söz oyununa, alliterasiyaya və s. əl
atırlar. Bəzən ikinci cümlə birincini dəqiqləşdirir, tamamlayır və yaxud fikri
gücləndirir. Digər tərəfdən hərflərin sirli mənası bilavasitə adlarda özünü
göstərir və məna cümləni tamamlayır və s.
Məhz bu dolaşıqlarla rastlaşan A. Oppenheym «Drevnyaya Mesopotamiya»”
kitabında yazır ki, «qədim Mesopotamiya məktublarındakı bütün deyimlər
emosiyalarla zəngin və dolğundurlar. Onların mövzuları bizim üçün dərk
olunmazdır və oradakı him və eyhamlar
yalnız ünvanı üçün aydındır. Onların terminologiyası xüsusi sirli ifadələrlə
doludur”» (s.27). Belə çıxır ki, müasir alimlərin, qədim Misir dilçiliyinin əsaslarını
bilməmələri səbəbindən, qədim yazıların həqiqi mənaları hələ də dərk
olunmamışdır. Məhz buna görə də, alimlərin gəldiyi nəticələr bir-biri ilə düz gəlmir.
Məsələn: Ktesiylə Herodotun eyni şey haqqındakı fikirləri həmişə uyğunsuzluqla
nəticələnir. Qədim tarixçilərin bir birini inkar etmələri səbəbinə görə,
Bartolda elə gəlir ki, Yunan mənbələrinin əksəriyyəti sonradan təhrif
olunmuşdur, çünki onlar heç bir tənqidə dözmür. Turayev isə təəccüblə,
Herodotun Navuxodonosorun adını hər yerdə başqası ilə əvəz etməsini bildirir. O
yazır ki, Finikiya adlanan ərazidə yunan və semit elementləri bir birinə çox
qarışmışdır. Misir yazılarını isə Makedoniya və Yunan yazılarından fərqləndirmək
mümkün deyil. M. Artamanov da bu qarşılıqlığa rast gəldikdə, - «...bundan sonra
nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur» deyə yazır. Biz B. Nizenin «Herodota
əlavə etmək yox, onu izah etmək lazımdır»” fikrinə söykənərək bildiririk ki, qədim
yazıların hamısı rəmzi mənada yazılmış həqiqətlərdir. Məhz bu mənada Firdovsi
«Şahnamə»sində,
«Mənim sözlərimdə tapılmaz
yalan, nə əfsun, nə əfsanə yazdım inan.
Ağılla oxu, rəmz tapsan əgər,
düşün rəmz mənaya yol göstərər».
deyə yazdıqlarının rəmzi
olduğunu xüsusi qeyd edir. Bu həqiqətləri başa düşmək üçün qədim yazıların əlifbasını öyrənmək
lazımdır. Yalnız nadan insan qədim yazılara cəfəngiyyat kimi baxa bilər.
Yuxarıda deyilənlərdən belə nəticə
çıxarmaq olar ki, bütün qədim yazılarda söhbət bilavasitə Allahdan gedir. Çünki
kainat tarixində Əman Allahından başqa heç kim qeyri-adi iş görməmişdir. Buna
görə qədim Misir yazılarının birində yazılır: « Allah kainatı və onda olan hər
şeyi yaratdı. O, dünyada olub, olan və olacaq hər bir şeyin yaradıcısıdır. O,
dünyanın yaradıcısı, hələ heç bir başlanğıc olmamış ona öz əlləri ilə ilk forma verəndir; ondan
çıxan dünyanı bərqərar etmişdir və s.» (U.Bac «Yeqipedskaya
reliqiya.Y.maqiya».M2000.s29). Məhz Əman Allah, 5500 il bundan əvvəl,
insanların beyninə yeni qat əlavə edib, onlara düşünmə qabiliyyəti verməklə
insanları heyvan səviyyəsindən çıxartmışdır. Allah öz nəsli, eli ilə əlaqə
saxlamaq üçün qaraciyərə əlavə funksiya verib, orada «görmə” qabiliyyəti»
yaratmışdır (Platon, «Timey»” 73e,71 e, 27 v). Bundan sonra onun nəsli, yəni
pir, seyid, gel və s. müqəddəslər yuxuda
və s. ekstaz vəziyyətlərində Allahın deyimlərini eşitməyə başlamışlar. Belə
çıxır ki, bu dünyada nə kəşf olunubsa hamısı Allahın adına yazılmalıdır. Çünki
bütün qədim yazılar Allah deyimləridir və eyni zamanda yaradılmışın yaradıcıdan
artıq olması mümkün deyil. Bu isə o deməkdir ki, əvvəldə yazdığımız kimi, bu
günə qədər yazılmış bütün dastan və rəvayətlər bilavasitə ona həsr olunmuşdur. Bu
dünyada Allahdan böyük iş görmüş heç bir canlı varlıq olmamış və olmayacaqdır.
M. Kaqankatvatsiyə görə Bərdə şəhəri
Sasani şahı Perozun əmrinə əsasən padşah Vaçe tərəfindən salınmışdır. Həmdullah
əl Qəznəvi yazır ki, Bərdəni Makedoniyalı İsgəndər salmışdır, sonralar isə şəhəri
sasani Qubad abadlaşdırmışdır. Vaqidi bildirir ki, Əbd ül-Malik Bərdə şəhərini
hatəm ən-Nöman əl Bəxilinin və ya onun oğlunun köməyi ilə inşa etmişdir. Cəmaləddin
əs-Suyuti təsdiq edir ki, Bərdə Hicri 85-ci ildə Əbd ül - Əziz ibn Hatəm tərəfindən
təsis edilmişdir və s. Bütün bunlar onu göstərir ki, bu müxtəlif adamların
adlarının mənası bilavasitə Əman Allahına işarədir. A.Bakıxanov yazır ki, «Dərbəndnamə»”də deyilənə
görə, Məhəmməd peyğəmbərin ətrafındakılar onun ağzından eşitmişlər ki, Dərbənd
müqəddəs yerdir və onun sakitliyindən bütün şərq asılıdır və əgər kim onun
müdafəsi üçün çalışsa, o Allahın xeyir-duasını qazanar. Bu deyimi başa düşmək
üçün nəzərə almaq lazımdır ki, Adəm, yəni qədim Misirin Atum Allahı, dünya
ağacının bitdiyi yerdə, yəni rəmzi Dərbənddə durmuş və bütün dünyanı ağuşuna
almışdır. Atumla eyni məna daşıyan qədim Misirin Maat Allahı kainatın, təbiətin
harmoniyasını özünə bağlamış gözə görünməz enerjidir. O, eyni zamanda əkslikləri
özündə birləşdirmiş qayda-qanun Allahıdır. «Quran»da Atum Allahının əllərini
uzadıb bütün dünyanı tutması haqda belə yazılır:” «Məşriq də, Məğrib də Allahındır. Hara getsəniz
Allahla üz-üzəsiniz. Hər yeri tutmuş Allah, hər şeyi bilir Allah»” (2.115). Deməli,
Maat, yəni Atum Allahının harmoniyasının pozulduğu zamanda, dünyada kataklizmələr
başlanmalıdır. Müqəddəs kitabların yazdığına görə bu dünyanın sonunda, yəni
«Quran»da qeyd olunan «torpaqların dəyişdirildiyi vaxt»”da baş verəcəkdir.
Dərbənd şəhərinin «dəmir qapı”»
adlandırılması, mənbələrdə göyün dəmir adlandırılması ilə əlaqədardır. II-ci
Paynocemanın sarkofaqından tapılmış sənəddə deyilir: «Allahların Atası, müqəddəs
Allah Amon Ra... O, göyün dəmir hasarını öz suyunda yaratmışdır...”». Deməli, Dərbənd
qapılarını dəmirdən etməklə, Allah əridilmiş dəmirin buxarından da ruhlar
dünyasının qapısını düzəltmişdir. Gördüyümüz kimi qədim yazılarda «qapı»”
xüsusi məna kəsb edirmiş ki, onu hər yerdə xüsusi vurğu ilə qeyd edirlər. Diqqətəlayiq
haldır ki, qədim Misirdə «Ölülər kitabı»”, «Mağaralar kitabı»” və s. kitablarla
yanaşı «Qapılar kitabı”» da olmuşdur.
Qədim Misir yazılarının birində qeyd
olunur ki, e.ə.1300-cü ildə 5-ci ilin
payızında II-ci Ramses böyük ordu ilə sərhəd qapısı olan Çil qapısını keçdi. O,
dənizkənarı Sidr vadisini ötüb ölkənin dərinliyindəki Kadeşin (Kadus-F.G.) cənubuna
gəldi”. Mənbələrdə Misir tarixinin müxtəlif dövrlərində Çil qapısını «Şərq
qapıları», «Şimalın iki qapısı», «Aralıq dənizinin qapıları», «Caru qalası»,
«Nil vadisində olan Çilu sərhəd qalası» və s. adlandırırlar. Başqa bir yazıda
oxuyuruq: «Göyün qapısı, Ra-nın üfüqünü açaraq açılır. Osiris üçün Busirisin,
Abidosun qapısı açılır»” və s.
İki
dünya arasındakı qapı haqqında daha geniş təsəvvür yaratmaq üçün Esagilə gələn
(Mesopotamiya) Tabi-utul-Enlilin deyiminə nəzər salaq: «Mən türbəyə düşmüşdüm
ki, yenidən Babilə qayıtdım. «Bərəkət qapısı»nda mənə bərəkət verildi. «Böyük
qoruyucu ruhun qapısı»nda mənim gözətçi ruhum mənə yaxınlaşdı. «Mərhəmət
qapısı»nda mən mərhəmət gördüm. «Həyat qapısı»nda mənə həyat verildi. «Günəşin
çıxdığı qapı»da mən yaşayanlar sırasına daxil oldum. «Əlamət görünmə qapıs»ında
mənim əlamətlərim üzə çıxdı. «Günahlardan qurtulma qapısı»nda mən günahlardan təmizləndim.
«Sorğu qapısı»nda məndən sorğu soruldu. «Ah-zardan qurtulma qapısı»nda mən
ah-zardan azad olundum. «Su ilə təmizlənmə qapısı»nda mən təmizlənmə suyunda təmizləndim.
«Mərhəmət qapısı»nda mən Mardukun qarşısında durdum. «Qüdrət tökülmə qapısı»nda
mən Sarpanitin ayağından öpdüm» və s.” Belə çıxır ki, iki dünyanın qapısı olan
bu qapı eyni zamanda ölənlərin ruhunun məhkəməsi qapısıdır. Bu isə o deməkdir
ki, bu yazılar qədim Misirlə əlaqəlidir. Çünki 42 hakimin qarşısında olan haqq-ədalət
məhkəməsini ikinci dünya ilə birlikdə Əman Allahı yaratmışdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, Dərbəndin
əvvəlki adı Bab əl Əbvab olmuşdur ki, qədimdə ona sadəcə Babil demişlər. Beross
yazır ki, «Nabupalasar Babildə dağa bənzər hündürlük düzəltdi və orada cürbəcür
ağaclar əkdi və asma bağ saldı»”. Digər mənbələrdə də qeyd olunur ki,
Nabupalasar Esagilin «Etemenanki – «göyün və yerin bünövrə evini», «o dünyanın
sinəsində elə tikdi ki, onun hündürlüyü göyə çatdı». Belə çıxır ki, «Quran»dakı
«göydə baxanlar üçün bəzədilmiş qüllə yaratdıq» deyimi də bu mənadadır (15.16).
İki dünyanın qapısı olan Babil qülləsi haqda daha dolğun məlumata «Tövrat»da
rast gələ bilərik. «Tövrat» yazır ki: «Əvvəl bir millət və bir dil var idi. Şərqdən
gələn tayfalar Babildə başı göyə çatan şəhər və qala qurmağa başladılar. Allah
bunu görüb onların dillərini dəyişirdi və onları oradan dünyanın digər yerlərinə
səpələdi»(11.1-9) Rəmzi mənada yazılan bu yazıda nəzərə çatdırılır ki, yerin
göyün qapısı məhz buradadır, yəni dünya ağacı bu yerdən ucalmışdır. «Enuma
Eliş»” adlı 7 lövhədən ibarət, Mesopotomiyadan tapılmış yazıda dünyanın
yaranması haqqında belə yazılır: «Okeanı ölçən hökmdar, özünün göy kimi tikdiyi
Eşar sarayında özü Eşara bənzər böyük saray tikdi və onu Anu, Enlil və Ea-ya
verdi. Bu saray kainatın simvolu idi».”
Əgər biz Eşar adının Aşur \Assur\ Azər olduğunu nəzərə alsaq, başa düşərik
ki, burada da söhbət, bir elin içində digər elin yaranmasından gedir.
Bildiyimiz kimi, Əman Allah yerdəki canlılara
ikinci həyat vermək və təbiətə aktiv təsir
edərək onların formalarını dəyişdirmək qabiliyyətinə sahib olmaq üçün, bütün
varlıqların əsasını təşkil edən Platon materiyasını sel halında, yəni çoxlu
miqdarda yerə gətirmək uğrunda müxtəlif rituallar keçirməyə başlayır. Əman, Pta
Allahı kimi çıxış edərək, qurban, ritual və mantralar vasitəsi ilə başı göylərə
çatan Atum/Adəm Allahını yaradır və onu göy kimi formalaşdırır. Hava və su
timsalında, kainatın formalaşması sisteminin obrazı rəmzində formalaşmış yeni
göy,Əmanın digər ritualları vasitəsi ilə Nut göyünə və göydəki ruhlar dünyası
olan Qaba Aləmə çevrilir. Milyonlarla qurban və rituallar hesabına sistemləşmiş
yeni göy, artıq söz vasitəsi ilə onu idarə edən Əmanın iradəsinə uyğun,
ulduzlar ətrafında dəniz rəmzində təsəvvür edilən Platon materiyası, yəni
dirilik suyu ilə birləşir və materiya göydən yerə axmağa başlayır. Dirilik suyu
ilə birləşmiş yeni göy, yəni Atum Allahı bundan sonra, dünyanı idarə edən təbiət
enerjisi timsalında Oziris/Oziri (Osiris) Allahına çevrilir. Deməli, yuxarıda
qeyd olunan «başı göylərə çatan», «göy kimi tikilmiş Eşar sarayı» elə dünyanı əhatə
etmiş Oziri Allahının bədənidir. Platon bu bədəni, bütün varlıqları özünə daxil
etmiş – tək canlı varlıq adlandırır və s. (bax.Platon «Timey» 68E, 69B-C). Bu
sarayın kiçik simvolu olan digər Eşar sarayı isə, rəmzi ruhlar dünyası
adlandırılaraq yerin altında, böyük mağarada gizlədilən Babil qülləsidir.
«Tövrat»dakı yazıdan çıxan ikinci nəticə
odur ki, ən qədim dövrdə, insanların dünyaya səpələnməsindən əvvəl onlar
hansısa sirli «başı göylərə çatan» qala tikmişlər ki, Allah bu hadisəni gizli
saxlamaq üçün onların dillərini kodlaşdırıb bu sirrin tam açılmamasını təmin
etmişdir. Deməli, Əman Allah «Süleymanın quş dili»” adlandırılan xüsusi elmi,
bu sirləri gizli saxlamaq üçün yaratmışdır ki, bu elmin sirlərini yalnız
müdriklər, rəvayətlər vasitəsi ilə bir birinə ötürürdülər. Bu isə o deməkdir
ki, Platonun qeyd etdiyi qeyri – adi sirli hadisə bilavasitə Babil qülləsi ilə
bağlıdır. Babil qülləsinin başının göylərə çatması, yəhudi kitablarında rəmzi mənada
yazılmış digər yazını bizə xatırladır. Belə ki, bu yazıda Yexuda Ravın adından deyir: «İlk insan
yarananda dünyanın o başından bu başına qədər idi…Yalnız günah işlətdikdən
sonra Allah əlini qoyub onu kiçiltdi»(Xaqiqa 12a,Sanxedrin 38v). Həqiqətən də
ravvinlərin Adəmi yerdən göyə ucalan nəhəng varlıqdır. Ravvi Eliezer də onun
boyunu təyin edərkən «Tövrat»dakı bu cümləni sitat gətirir: «…Allah yerdə
insanı (Adəmi), dünyanın bu başından o başına qədər yaratdı…»(Vtorozakonie
4:32). Bu və digər yazıların tədqiqi də onu göstərir ki, Adəm elə Misir yazılarındakı Pta Allahının
yaratdığı Atum/Atam Allahıdır və Platonun da «Timey» əsəri bilavasitə onun
yaradılmasına həsr olunmuşdur.
«Tövrat»ın yazdığına görə Adəm, Nuhun
gəmidən düşdüyü torpaqdan yaranmışdır və burada da Süleyman peyğəmbər Allah
üçün, (sahəsi 100 kv/m, hündürlüyü 62
m olan) qızıl və gümüşdən ev tikmişdir. Bu isə o deməkdir ki, «ölüm
şahlığı»nın qapısı olan Kadus, Aid – eyni zamanda, rəmzi ruhlar dünyası sayılan
Adəmin bədənidir və o Babil qülləsi ilə bilavasitə əlaqədardır. Babil sözünün
«Allahın qapısı» mənasını verməsi fikirlərimizin həqiqiliyinə işarədir və s. İ.Dyakonov «İstoriya Midii» (1956.s.276-278)
kitabında təsdiq edir ki, Midiyada Silxazi qalası olmuşdur ki, o «Babillərin
qalası» sayılmışdır.
Deməli, Allahın,
insanların dilini dəyişib – onları dünyaya səpələməsinin əsas səbəblərindən də
biri, «düşünən insan»ın, Allahın və ruhlar dünyasının yaradılmasının sirlərini,
onlardan (müəyyən səbəbə görə) gizli saxlamaq üçündür.
Deyilənə görə, Allah
Musaya «Tövrat»ı verəndən sonra dedi: «İndi Tövratı İsrailə başa sal. Musa:
Dünyanın hökmdarı, - mən onu onlarçün yazaram, dedi. Allah isə: Mən onlara onu
yazılı vermək istəmirəm, çünki bilirəm, gələcəkdə dünya xalqları yəhudilər üzərində
ağalıq edəcək, onların Tövratını əlindən alacaq və onlara nifrət edəcəklər»”.
Deməli, Allah, dünya xalqlarının bu elmi başa düşməməsi üçün, bu gizli
dilçiliyi yaratmışdır. «Quran»da deyilir: «Quranı qavramasınlar deyə örtük çəkdik
ürəklərinə, ağırlıq çökdürdük qulaqlarına»”. Xristian yazılarında da bu fikrə
rast gəlmək olar: «Onlar baxacaqlar, ancaq heç nə görməyəcəklər, onlar qulaq
asacaqlar, yenə heç nə başa düşməyəcəklər»” və s.
Qədim Misir yazılarına görə
də: «Allah gizli varlıqdır və heç bir insan onun simasını bilmir.Heç bir insan
onun görünüşünü axtara bilməz; O, Allah və insanlardan gizlidir və o öz
yaratdıqları üçün sirdir», «Heç bir insan bilmir ki, Onu necə dərk etmək
olar.Onun adı gizli qalmaqdadır; Onun adı – öz uşaqları üçün də sirrdir». Onun adları saysızdır, müxtəlifdir, və heç kim onun sayını bilmir» (U.Bac
«Yeqipedskaya reliqiya.Y. maqiya»
M2000.s.29).
«Tövrat»ın Babillə əlaqədar
yazısından çıxan üçüncü nəticə odur ki, Adəm nəsli dünyaya məhz Midiya
torpaqdan səpələnmişdir. Misal üçün qeyd edək ki, mənbələrə görə indiki yəhudi
torpaqlarına gələn «dedun və xaney» tayfaları olmuşdur ki, Məsudiyə görə dedun
tayfaları Şarvan şahlığının əhalisidir. Xaney adı Xon, Xunn torpaqlarının əhalisi mənasındadır.
B.A.Turayev yazır ki, şumerlər öz Enlil Allahlarının dini ilə, sonradan kassilərin
yerləşdiyi İran keçidlərindən gəlmişlər. Ümumiyyətlə, son dövrdə alimlər mədəniyyətin
əksər ölkələrə Zaqafqaziya və Ermənistan dağları ərazisindən yayıldığını etiraf
etməyə başlamışlar.
Babilin adı ən qədimdə Oziri haqqındakı rəvayətdə
çəkilir ki, bu rəvayətin Plutarx variantının əlavələrlə qısa məzmunu belədir:
Yerin Səba (Qaba) Allahı ilə göyün Nut Allahının izdivacından Oziri Allahı
doğulur. O doğulunda məbədgahdan əzəmətli səs gəlir ki, dünyaya qüdrətli
hökmdar, Allah gəldi. Bundan sonra Nut Böyük Qor Allahını, daha sonra isə Set,
İsida və Neftida Allahını doğur. Yerdə hökmranlığ edən Oziri Allahı misirliləri,
daha sonra isə bütün dünya əhalisini vəhşi vəziyyətindən çıxarır. Onlara buğda,
arpa əkməyi öyrədir. Oziri insanlara faydalı qazıntılardan istifadəni, meyvələrdən
çaxır, içki çəkməyi və s. öyrədir. Onun bu şöhrətini görən Set
(satana/şet/şeitan F.G.) öz 72 yoldaşı ilə Ozirini aldararaq tabuta qoyub suya
atır. Su Ozirini Biblə/Qubla, yəni Babil/Qəbələyə gətirib çıxarır və burada, o,
ağacda ucalır. Set bu dəfə Ozirini 14 hissəyə parçalayıb dünyaya səpələyir.
Lakin İsida oğlu Qorla möcüzə göstərib Ozirini yenidən dirildir.
Bu rəvayətin qısa məzmunu bundan ibarətdir
ki, Qəbələ, yəni Babildə dünya ağacı vasitəsilə yaranan Oziri və onun eli
Qafqazdan çıxmış 72 millət tərəfindən öldürülür. Lakin axirətdə Əman Allahın
ruhu son peyğəmbərlə Oziri Allahını yenidən dirildir və o, yenidən dünyaya
sahiblik edir. Bu rəvayətdə dünya ağacının, yəni Qaba aləmin Babildə ucalması
xüsusi qeyd olunmuşdur. «Kitabi Dədə Qorqud»”da dünya ağacı Qaba aləm mənasında
«Qaba ağac»” adlandırılır və s.
Moisey Kalankatuyski və Movses
Xorenatsi qeyd edirlər ki, «Yafət – Aran övladlarından olan Sisakın nəslindən
olan kimsəyə Alban dağları və sahələri vərəsəliklə qalmışdır»”. Yafətin (Yapet-
Ya Pta - F.G.) Maday adlı oğlunun olması
onu göstərir ki, qədim Misirin Pta Allahı bilavasitə Midiya ilə əlaqədardır.
«Tövrat»ın açmasından belə çıxır ki, Arran, İbrahim peyğəmbərin vətəni olan
xaldeylərin Ur şəhəridir. İordan yazır ki, İbrahimin vətəni olan Ur şəhəri Təbrizdən
2 günlük yol məsafəsindədir (mətn III.57). Aran/Aaron isə «Tövrat»da Leviinin,
yəni Albanın oğlu, ElAzərin isə atasıdır. Bu isə o deməkdir ki, Albanla ElAzər
eyni yerin və eyni millətin müxtəlif adlarıdır. Buradakı Sisaka adı İsaak – sak
adı mənasını ifadə edir ki, bu da «issi Ağa»”, yəni Qor Allahının ruhu deməkdir.
Deməli, İsaak adı göydəki Allah mənasını verir. «Tövrat»da qeyd olunur ki, İsaak,
oğlu İakova (Yaqub) xeyir-dua verərək deyir: «Mesopotamiyaya get, Lavanın
qızını al və mən sənin nəslinə gəzib-dolaşdığın yeri verirəm»” (Bıtie 28.23).
Lavan adının Alban mənasında olmasını nəzərə alsaq, başa düşərik ki, gəzib-dolaşdığın
yer dedikdə söhbət, yerdəki və göydəki torpaqlardan gedir. Qeyd edək ki,
midiyalılar da mənbədərdə «dağ və səhraları dolaşan qüdrətli midiyalı»lar
adlandırılır. Bu isə o deməkdir ki, Alban dağları və sahələrini əbədi verməklə,
Allah Azər xalqına, yerdəki Alban dağlarını və göydəki Alban sahələri olan
ruhlar dünyasını əbədi verir.
«Əhdi ətiq»”də, Livanda Allahın cənnət
bağından danışılır və sidr ağacı İzrail Allahı olan Yaxve ilə əlaqələndirilərək,
onun tərəfindən əkildiyi bildirilir. Allah bağındakı sidr ağacının sahibi El
Allahıdır. Xaananın El Allahı Uqarit mətnlərinin birində Livan bağlarını salan
Allah kimi qeyd olunur. Yəhudilərin El Allahı və Uqaritin Baal Allahının,
Livanın sidr ağacı ilə əlaqəsi, bu iki Allahın eyni olması deməkdir. Finikiya
mifologiyasında isə bərəkət, yağış, ildırım Allahı olan Vaal (Balu) Allahı, İlu
ilə qadın Aşera Allahlarının oğlu sayılır. Nəzərə alsaq ki, İlu Allahı El,
Aşera isə Aşur/Assur Allahıdır, onda başa düşərik ki, bütün bu Allahlar rəmzi mənadadır
və dünya ağacının sahibi olan Qor Atanın müxtəlif obrazlarıdır.
Digər tərəfdən B.A.Turayev Finikiyadan tapılmış Tell-amarn sənədlərində
Vaal Allahının adının olmamasını qeyri-adi uyğunsuzluqla qarşılayır. Əvəzində
isə bu sənədlərdə bolluca Addi adı var ki, hətta Babil çarına Rib-Addi deyilir.
B.A.Turayev Addi Allah adının Assur və amoreylərin Ramman və Ədəd Allah adları
ilə eyniliyini qeyd edir. Addi/Adad Allah adının, qədim Misirin «iki dünyanın
tacı, atası»” olan «Dədə»” Allahı olduğunu nəzərə alsaq, başa düşərik ki,
Ramman adı da Ra-umman, yəni «dərya günəşi»” mənasındadır. Bu isə o deməkdir
ki, qədim mənbələrdəki ölkə adları da rəmzi mənadadır və bilavasitə Allahın əsil
vətəni ilə bağlıdır. Deməli, Livan adı Alban kimi oxunmalıdır və yuxarıda qeyd
etdiyimiz Allah bağı dedikdə də Qarabağ nəzərdə tutulmalıdır. Qarabağ adı Qor
Allahının bağı mənasındadır ki, Albaniyanın üstündəki ruhlar dünyasının
yaranmasında bu bağın xüsusi rolu olmuşdur.
Qədim mənbələrdə Babilin Xatxor Allahı,
ölülərin ruhunun «ölülər çayı»ndan” keçməsi üçün sidr ağacından qayıq və s.
hazırlanmasına nəzarətçi kimi qeyd olunur. Qədim fəlsəfəyə əsasən bu dünyanı
ölülər dünyasından ölülər çayı ayırır. Belə çıxır ki, «çayın o biri sahili»”,
«dənizin o biri sahili»”, «yuxarı dənizdəki ada”» və s. deyimlərində söhbət
göydəki ruhlar dünyasından gedir.
«Masalik əl-mamalik»”, «Mücam əl-buldan»”
və s. kitablarının müəllifləri yazırlar ki, «Quran»da qeyd olunan Məcmə əl Bəhreyn
- yaxud iki dənizin birləşdiyi yer Şirvan ərazisində yerləşir. Orada Musa və
Xızır (Yenox) qayası ucalır. Məsudi isə yazır: «Abu Musa dağları (Qarabağ)
Arrana aiddir və orada Arran nəsli yaşayır. Ar-ras çayı, Babək Xürrəmdin Azərbaycanda
sahib olduğu əl Bəzzain yeri ilə Arrana aid olan Abu Musa dağları arasında
axır».” Arran adı «Tövrat»da Xarran kimi göstərilir ki, alimlər dünyanın bu
«keçid qapısını»” istədikləri yerdə yerləşdirirlər. Tövrat yazır ki, Yaqub
Virsaviyadan Xarrana gəlir və orada gecələməli olur. Yuxuda görür ki, yerdən
göyə pilləkən uzanır və onunla mələklər yerə düşüb çıxırlar. Yuxudan duran
Yaqub deyir: «Həqiqətən bu yerdə Allah var, mən isə bilmirdim. Sonra qorxaraq
deyir: «Bu yer Allah evindən başqa bir şey deyildir, bu göyün qapısıdır”»
(Bıtie 28;16,17). Bu yerə Yaqub «Betel”» adı verir. «Betel»i”n göyün qapısı
olması və onun Xarranda yerləşməsi, Xarranın elə Arran olması deməkdir.
«Betel»” adı sufiliyə görə Balaat adı ilə eyni mənalı adlardır. Digər tərəfdən
bu söz Badil mənasındadır ki, bu da Abdal-bodi eli, yəni tam kamilliyə çatmış,
başa düşülməyən şeyləri dərk etmə, qamlıq, ekstaz vəziyyətində görən və s. kimi
müqəddəslərin eli deməkdir. İbn Durayd yazır: «Abdal (tək halda Badil) müqəddəslər
nəslidir (salehun), dünya onlardan əskik olmur. Onlara pir də deyirlər».” Belə
çıxır ki, Yaqub Beteli qamlıq vəziyyətində görmüş və ikinci dünyanı da məhz
burada yaratmışdır. B.A.Turayev yazır ki, «Xarranın qəribəliyi ondadır ki, o
Aralıq dənizindən Vavilona, Midiyaya, Kiçik Asiyaya, Ermənistana və s. gedən
yolun kəsişdiyi yerdədir». Digər tərəfdən əgər Xarran Babil mədəniyyətinin ən cənub
ölkəsidirsə, ən şərq mərkəz Elam, Pars və s. mədəniyyətlərinin mərkəzi olmuş
Suza (Şuşan) şəhəridir” (B.A.Turayev «İstoriya drevneqo vostoka» L.1935.t.1
s.76).
Acınacaqlı haldır ki, qədim dünya
tarixindəki tam uyğunsuzluqları görən alimlər öz gəldikləri nəticələrin səhv
olduğunu başa düşməmiş, yanlış məntiqləri ilə bütün tarixi alt-üst etmişlər.
Misal üçün rəmzi mənada yazılmış «Alban tarixi»”ndə qeyd olunur ki, «Şah
sarayda çoxlu kahin, din xadimləri və s. saxlayırdı ki, onlar da gecə-gündüz
müqəddəslərə qulluq edirdilər».” Hər iki dünyaya aid edilə bilən bu cümlədə
söhbətin göydəki saraydan getdiyini sübut etməyə ehtiyac yoxdur. Çünki yalnız
göydəki müqəddəslərə gecə-gündüz göstərilən qulluq yazıya alınmağa layiqdir.
Eyni mənalı yazılara qədim Misir mətnlərində də rast gəlmək olar. Bu mətnlərdə
qeyd olunur ki, Oziri Allahını çoxlu miqdarda müqəddəslər əhatə edib, gecə-gündüz
ona qulluq edirlər. Onlar yatmır, həmişə gümrah halda axşam düşənə qədər, səhərə
qədər, Allaha qulluq göstərirlər. Bundan başqa sutkanın hər 24 saatı üçün xüsusi
Allahlar var ki, Ozirini gözləyir və onu seyr edir (B.A.Turayev t. 2 s 224).
Belə çıxır ki, «Alban tarixi»”ndə və digər yazılarda da söhbət Oziri Allahından
və onun elindən gedir.
«Quran»da yazılır ki, «Allah iki dənizə
sərhəd verdi. Biri şirin o biri duzlu olan bu dənizlər arasında dağılmaz sədd,
maneə yaratdı»” (25:53). Təbii ki, burada da söhbət Əman Allahın Dərbənd ətrafında
yaratdığı ruhlar dünyasının” qapısından
gedir. Rodosslu Appolloniy (eradan əvvəl III əsr) yazır: «Okean yanında Kaspi dənizi,
onun ərazisində isə parslarla qonşu olan Kaspi xalqı yaşayır»” (71.s.279).
Okean dedikdə burada söhbət işıq okeanından, yəni ümmandan gedir. Kaspi dənizi
dedikdə isə burada ruhlar dünyası nəzərdə tutulur. Qeyd edək ki, hələ e. ə. 2
minilliyin əvvəlindəki inama görə, yer okeanın üstündə durur və orada Allahlar
yaşayan 7 göylü adalar var. Bu səhnəni təsəvvür etmək üçün qədim Midiya və
Assiriya qalalarının şəkillərinə baxmaq kifayətdir. Digər tərəfdən, qədim
Misirdə Kaz, Kas, Ğuz və s. kimi işlədilən söz, ilk kişi və qadın başlanğıcı
enerjilərinin birləşməsi mənasında həyat enerjisi fikrini ifadə edir. Deməli,
kaspi sözü müdrik həyat enerjisi, yəni düşünən ruh mənasındadır. Herodot yazır
ki, «Ellinlərin üzdükləri, herakl sütunlarından o yanda olan, necə deyərlər
Atlantik və Qırmızı dəniz, bunlar hamısı bir dənizdir”» (Klio 202). Qədim mənbələrin
hamısında Herakl sütunları dedikdə, göylə yerin qapısı nəzərdə tutulmalıdır.
«Odisseya»”nın ilk mahnısının dəqiq tərcüməsindən aydın olur ki, Atlas... yerlə
göyü birləşdirən sütunları saxlayır. Ruhlardan yaradılmış bu sütunlar vasitəsi
ilə insanın ruhu göydəki aləmə daxil olur. Ellin adı isə ellikli el, lulubi,
Allah və s. sözləri kimi iki eli özündə birləşdirmiş Allahlar, Pirlər nəslinə
deyilir. Deməli, herakl sütunlarından o tərəf artıq ruhlar dünyasıdır. Platon
«Fedon»” əsərində yazır ki, biz Fasislə herakl sütunları arasında yaşayırıq və
öz dənizimizə sığınmışıq (109 V). Polibiy qeyd edir ki, Atropatenanın bəzi hissələri
Pontun üzərindən, bəzi yerləri isə Fasisdən də yuxarı ucalır, digər tərəfdən
Qirkan dənizinə çatır” (V. 55). Mənbələrdə qeyd olunan Fasis çayı «Tövrat»”da
göstərilən Fison çayıdır ki, bu da Edem-cənnət bağından axan çaylardan biridir.
Bu çay «Tövrat»a görə qızılı olan Xavila torpağından axır (Bıtie 2:II). Allahın
qızıl taxt-tacı yerləşən bu Qəbələ torpağı herakl sütunlarından sonra başlanır.
Platonun Fasislə herakl sütunları arasında yaşaması onu göstərir ki, Platon o
dünyada yaşayır və bu dünyadakı yazılanlar bilavasitə vəhy vasitəsi ilə yazılmışdır.
Qeyd edək ki, misirlilər, babillilər və s. xalqlar da öz mədəniyyətlərinə
Allahdan gələn vəhy kimi baxırdılar.
Pompey Troqa (e. ə. I, e. I əsr)
albanların Fessaliyadan gəldiyini söyləyir. Herodot Alpan kəndindən söz açarkən
oradakı dar keçidi, burada ucaldılmış heraklın səcdəgahı və Eta dağı ilə işarələndirərək
yazır ki, əvvəllər burada qapı və divar vardı və onu fessaliyalılardan qorumaq
üçün tikmişdilər (Poliqimiya, 106). Fessaliya Yunanıstan ərazisidir və Herodota
görə Enien”, yəni yunanlar Ellin tayfası olub Eta və Ofras dağları ərazisində
yaşayırlar. Lakin Fessaliyada kentavrların da yaşaması onu göstərir ki, burada
söhbət ruhlar dünyasından gedir. Kentavrlar - yarıinsan, yarıat olan məxluqlardır
ki, bu, «kainat atı»nı” özünə birləşdirmiş Əmanın nəsli mənasındadır
(Bax.F.G.«Qor Əman»”). Qeyd edək ki, Məhəmməd peyğəmbərin, yuxuda ikən Buraq
adlı insanbaşlı madyan ata minib göyə qalxması, Buraqın kentavr olması deməkdir.
Qellanikə (e.ə. V əsr) görə yunanların
Nuhu sayılan Devkalionun gəmisi Parnas dağlarına yox, Fessaliyadakı Otris
dağlarında yerə enmişdir. Herodot qeyd edir ki, «nə vaxtsa Fessaliya, hər tərəfdən
Ossa, Pelion, Olimp, Pind və Otris dağları ilə bağlanmış böyük göl, yaxud
daxili dəniz idi və bu dağlar arasında su üçün keçid yox idi. Sonradan
fessaliyalıların dediklərinə görə, dəniz Allahı olan və zəlzələ yaradan
Poseydon dağlarda dar Tempey dərəsini açaraq gölə çıxış verdi. O vaxtdan burada
Peney çayı axdı və Fessaliya düzənliyi qurudu»”. Zeusin və digər Allahların Olimp
dağlarında yaşadığını nəzərə alsaq, başa düşərik ki, burada da söhbət məhz göydə
yaradılmış ruhlar dünyasından gedir. Belə
çıxır ki, iki dünya arasında qapı
yaratmış Əman Allahı burada Poseydon kimi, Oziri çayı isə Peney çayı kimi göstərilir. Devkalionun Prometeyin oğlu olması və onun
Ftiyada (Fessaliya) şahlıq etməsi, təbii ki, buradakı hadisələrin Qafqaz
dağlarında getməsinə işarədir. Bilirik ki, Qafqaz dağlarına Azərbaycanlılar
Fit, ərəblər Cəbəl əl Fəth və s. deyirdilər. Cəbəl adının Qəbələ - Xavila, yəni
göydəki Qaba aləm olması, Fessaliyanın, Olimpin, Atlantida, Semiramida və s.
kimi mifik dünyaların da Qaba aləmlə eyniliyi deməkdir. Bu isə onu bildirir ki,
Fit adı Prometeyin atası və türklərin əcdadı olan Yafət adı ilə bağlıdır.
Strabon «Coğrafiyası»nda” qeyd edir ki, kadus, amard və s. tayfalar Zaqr və Nifat
dağlarına səpələnmişlər (XI: 13/3). Nifat adı qədim Misirin baş Allahı olan
Amonun (Əman) vətənidir və mənbələrdə o, Napatlı Amon adlanır. Bibliyada da
Niftalı, yəni Napat elinin adı Zavulon/Savalan torpaqları ilə bir yerdə çəkilir.
Belə çıxır ki, həqiqi Misir, yəni Equpet elə Napat elidir. Bu ölkəni Ta-Mar, yəni
Ata Marlar da adlandırırlar ki, sonradan mar sözünün «irəm, rum» variantı
ruhlar dünyasına aid olmuşdur. Qeyd etmək lazımdır ki, Əman Adəmi yaratdıqda,
özünü Pta adlandıraraq Platon materiyası adından çıxış etmiş, bu materiyanın öz
içində Əmana tabe olan bir cüt əl, yəni «Aşiratın barmaqları»nı əmələ gətirmişdir.
Sonradan «Aşiratın barmaqları» Əmanın əllərinin hərəkətini təkrar edərək
materiyadan başı göylərə çatan Adəmi yaratmışdır.
Yazdıqlarımızdan belə çıxır ki, əsil Adəm
nəsli, yeri-göyü özünə tabe etmiş Azəri türkləri - pir,şıx, seyidlərin Niftalı
elidir və məhz bu xüsusiyyətlərinə görə onlar bütün dünyaya 5000 il ağalıq etmişlər.
Orta əsrlərdə dünyaya hökmranlıq üçün yayılmış eftalitlərə, yəni «Fəti el
ata”»larına abdal da demişlər ki, biz bu haqda artıq yazmışıq. Çinlilər
eftalitləri eta/ada/yada adı ilə çağırırdılar ki, bu da ata, ya ata mənasındadır.
Bu nəslin hun adlanması da, onların göydən gələn nəsil olması ilə əlaqədardır.
Eftalitlərin bir qolunun kuşan adlanması kuşan şahlarının kassi adı ilə
bağlılığı deməkdir.
Ardı - "AZƏR ALLAHININ TARİXİ-2" -də
Комментариев нет:
Отправить комментарий