Elmin böyük sürətlə inkişafı və mənbələrin
geniş araşdırmaları nəticəsində, qədim zamanlarda baş vermiş hadisələr
haqqındakı məlumatlar dəfələrlə artmışdır. Adi məntiqə görə məlumatların
artması, qədim insanların həyatı və elmləri haqqında bilgilərimizin artmasına,
sirlərin açılmasına gətirib çıxarmalı idi. Lakin tədqiqatların artması bu günə
qədər bağlı qalmış qədim sirləri nəinki açmadı, əksinə bir-birinə zidd olan o
qədər yeni suallar əmələ gəldi ki, dünya alimləri bu suallar qarşısında aciz
qaldılar. Hazırda bəzi rus alimləri ümumiyyətlə bütün tarixin yanlış olduğunu
sübut edirlər.
Tövratı araşdıran avropa
alimləri isə, oradakı hadisələrin baş verməsinin qeyri-mümkünlüyü qənaətinə
gəliblər. Bu isə o deməkdir ki, müqəddəs kitab hesab edilən Tövrat fantaziyadır. Əgər Tövrat fantaziyadırsa, o
zaman onunla bağlı olan İncil, Quran və s. kitabların da yanlış olub-olmaması
sualı ortaya çıxır. Bəs o zaman Herodot, Strabon və s. kimi tarixçilərin
yazıları necə, onlar da fantaziyadırmı?
Bu isə bütün qədim ədəbiyyatı şübhə altına alır.
Yəhudi fəlsəfəsinin
banilərindən olan Aleksandriyalı Filon hesab edir ki, Əhdi-Ətiqin (Bibliya) əsl
mənasını tam dərk etmək üçün «alleqoriyalarda gizlənmiş gizli mənanı təyin
etmək lazımdır, çünki birbaşa məna – bədən,
rəmzi məna isə qanunun ruhudur» (А. Л. Хосроев Александрийское христианство, М.
1991, səh. 70). Deməli, qədim yazılar rəmzlərdən ibarətdir və onları anlamaq
üçün yalnız hərfi mənanı yox, rəmzi mənalarını da dərk etmək lazımdır. Bu gün
artıq hamıya məlumdur ki, Quranın da gizli, yəni “Batini” mənası vardır və onu
yalnız seçilmişlər dərk etmişlər. Belə çıxır ki, müxtəlif elmlərin sürətlə
inkişafına baxmayaraq qədim mənbələr bizim üçün hələ də qaranlıqdır.
Rodoslu Appolloni, Efestli
Artemidor və s. müəlliflərə görə Xəzər dənizi okeanın yanında yerləşir. Lakin
biz dəqiq bilirik ki, Xəzər dənizinin yanında heç bir okean yoxdur və 6 min il
bundan əvvələ qədər də ola bilməzdi. Bu onu göstərir ki, ya qədim səyyahların
coğrafiyadan ümumiyyətlə xəbərləri olmamışdır, ya da biz mənbələrdə yazılanları
düzgün anlamırıq.
Qədim fəlsəfə də eyni
vəziyyətdədir. Bu gün, öz dövrünün dahiləri sayılan Əflatun, Demokrit, Fales və
s. kimi alimlərin əsərləri başa düşülmür və bu səbəbdən də onlar geri qalmiş
alimlər kimi qiymətləndirilirlər. Belə çıxır ki, qədim müdriklərin fəlsəfəsi,
həyat elmindən xəbəri olmayan insanların yanlış fəlsəfəsidir. Təbii ki, bu çox
səhv qənaətdir.
Eyni məntiqi dinlərə də aid
etmək olar. Hazırda heç bir islam alimi, islam mistikləri olan Mühiddin ibn
Ərəbi, Qəzali, Əşari və kimi dahilərin yazılarını anlaya bilmir. Xristianlıqda
isə bu tip dərkolunmaz dini mətnlər - apokrif adlandırılır və yanlış mənbə
hesab edilir. Bu isə o deməkdir ki, müasir insanlar kimə və nəyə sitayiş
etmələrini hələ də dərk etməmişlər.
Dünya folkloru da eyni
vəziyyətdədir. Bu günə qədər bütün nağıl, əfsanə, adət-ənənə, mərasim, deyim,
bayram və s. folklor nümunələri qədim insanın təxəyyülünün məhsulu hesab
edilir. Qəbul olunmuşdur ki, Aşura mərasimi İslam müqəddəsi olan Hüseynin
faciəvi ölümü ilə bağlıdır. Bu gün isə aydın olur ki, bu mərasim eyni ərazidə
islamdan min il əvvəl keçirilirmiş. Lakin o zamanlar onun adı Osiris, Adonis,
Attis, Tammuz və s. Allahların “ölüb – dirilməsi” mərasimi adlanırdı. Belə
çıxır ki, müasir insanlar qəbul olunmuş adətləri, onların mənalarını dərk
etmədən kor-koranə icra edirlər.
Son dövrdə tapılan
arxeoloji nümunələr göstərir ki, qədim insanlar astronomiya, fizika, kimya,
tibb və s. sahələrdə böyük uğurlara imza atmışlar. Bəzi tapıntılar, öz
dəqiqliyi, kamilliyi və aktuallığı ilə müasir alimləri indi də təəccübləndirir.
Bu günə qədər Misir piramidalarının tikilməsi və onun texnologiyası dərkolunmaz
qalmışdır.
Əgər biz qədim
filosofların, tarixçilərin, səyyahların yazdıqlarını təxəyyül məhsulu, onların
elmlərini isə geri qalmış sayırıqsa, ortaya belə bir sual çıxır: necə ola bilər
ki, geri qalmış qədim insanlar belə kamil tikililər yaratmışlar. Cavab isə
birdir: qədim insanlar heç də bəzi alimlərin hesab etdiyi kimi cahil
olmamışlar, tam əksinə, onlar hansısa sirli elmlərə sahib olmuş və onun
vasitəsi ilə ağlasığmaz tikililər yaratmışlar. Təsadüfi deyil ki, Hitler,
Stalin kimi tiranlar bu gizli elmə sahib olmaq üçün heç nə əsirgəmirdilər.
Ölü dənizi ərazisindəki
İerixonu araşdıran arxeoloqlar sübut etmişlər ki, ən qədim və qədim dövrün
insanı, İbrahim və Musanın dövrünə qədər gənc ölürmüşlər və çox nadir hallarda
qocalırmışlar. Lakin təxminən 6 min il bundan əvvəl, hansısa naməlum səbəbdən
cəmiyyət və elm sürətlə inkişaf etməyə başladı, quldarlıq cəmiyyəti yarandı, bütün
dünyadakı inkişaf böyük vüsət aldı. Məhz bu zamandan sonra ölməz Allahlar,
bahadırlar, müdriklər və indiyə qədər açılmamış sirli obrazlar yarandı.
Təsadüfi deyil ki, ilk insan olan Adəm də məhz bu dövrdə əmələ gəldi. Bütün
miflər, nağıllar, rəvayətlər də məhz bu zaman yaranmağa başladı. Bu isə o
deməkdir ki, qeyd olunan dəyişiklik hansısa böyük bir hadisə ilə bağlıdır ki,
bütün bu nağıl və rəvayətlər də bu hadisənin rəmzləridir.
Əflatun (Platon) özünün
«Politik» əsərində bütün yazıların bir hadisəyə aid olması barədə yazır: «Bütün
bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin
bəhrələridir. Lakin zaman keçdikcə bunların çoxu yaddaşlardan silinmişdir,
qalanları isə dağınıq haldadır və onlar haqqında ayrıca danışırlar. Bütün bunların
kökündə isə nə olduğu haqqında heç kim
danışmır» (Platon, «Politik», 269s). Bu o deməkdir ki, qədim dünyanın bütün
yazılarının, rəvayət və nağıllarının kökündə yaddan çıxmış hansısa qeyri-adi
bir hadisə durur.
Bütün bu faktların araşdırılması onu göstərir
ki, tarix, fəlsəfə, din, folklor və s. aid mənbələr düzgün qəbul olunmamışdır.
Mənbələrin çoxluğuna baxmayaraq, müasir alimlər mənbələr arasında kor kimi gəzirlər.
Heç kim mənbələrdə söhbətin nədən getdiyini belə bilmir. Lakin fakt odur ki, qədim
insanlar zamanı qabaqlayıb, elmi kamillik səviyyəsinə qədər inkişaf etdirmişlər.
Belə çıxır ki, biz mənbələri düzgün dərk etməmişik və qədim müdriklərin məntiqlərini
unutmuşuq. Bu elmi qaytarmaq üçün isə biz mənbələri yenidən diqqətlə
araşdırmalı, ilk növbədə bu elmin harada yarandığını təyin etməliyik.
Mənbələrdə yazılanların
həqiqi mənalarını dərk etmək üçün qədim aramey, yəhudi və digər semit
dillərinin yazılış qanununu bilmək lazımdır. Bu qanuna görə sözün mənasını
yalnız samitlər daşıyır. Saitlər isə bağlayıcı rolunu oynayır.
Belə çıxır ki, bütün qədim
yazılarda məna samitlərdə gizlənmişdir və yalnız onların mahiyyətini bildikdə
qədim yazıların əsil mənalarını dərk etmək mümkündür. Bu elm qədimdə sofi, yəni
müdriklik adlanırdı və bizə “sufi” elmi kimi gəlib çatmışdır.
Sufizmin araşdırıcısı Kuşayrinin yazdığına görə,
sufilər əsasən sözün kökünü təyin və müqayisə edirlər. Bu isə o deməkdir ki,
sufi müdrikləri qədim yazılarda samitləri rəmzlər kimi qəbul edərək mətnləri
kodlaşdırmışlar. Bu kodu açmaq üçün isə, Allahın əzəl yazısını və bu yazının
mahiyyətini bilmək vacibdir. Burada söhbət, dünyadakı bütün yaranışın səbəbkarı
olan ilkin materiyanın qanunlarından gedir.
Mövzudan kənara çıxaraq
ilkin materiya haqda bəzi bilgiləri çatdırmaq istərdim. Qədim müdriklərə görə,
ilkin materiya, yer kürəsini əhatə edən və kosmik qüvvəyə malik enerjidir.
İlkin materiyaya daxil olmuş insan (insanın ruhu) İlahi qüvvə əldə edir; o
canlı yaratmaq, təbiətə təsir etmək, öldürmək, istənilən şey və gələcək haqda
informasiya əldə etmək və s. qabiliyyətləri qazanır. Nağıllarda o dirilik suyu,
İlahi od, həyat enerjisi, cövhər və s. adlandırılır. Deməli, qədim rəmzlər,
ilkin materiya və bu materiyanın yazı formasında işarələnməsi deməkdir. İlkin
materiyanı dərk etmək və bu rəmzləri yaratmaq üçün isə, eyni zamanda efir
adlandırdığımız bu substansiyaya daxil olub, onun qanunlarını anlamaq lazımdır.
Qədim Misir yazılarına
görə, təxminən 6 min il əvvəl qədim Misirin fironu Amon ilk dəfə ekstatik
vəziyyətdə ilkin materiyaya daxil olur. O, efirin qanunlarını dərk edərək,
ondan öz beynindəki planı həyata keçirmək üçün istifadə etməyə başlayır.
İlkin materiyanın qanununa
görə, bir şeyin səbəbi və onun bənzəri olmasa, ilkin materiyadan hansısa bir
varlıq yaratmaq qeyri-mümkündür. Səbəb isə müxtəlif formada olur. Burada səbəb
kimi bir şeyin əvvəldən yazılması da göstərilə bilər.
Buna görə də Amon Allah
bütün baş verməli olan hadisələri əvvəlcədən hansısa bir lövhədə yazaraq,
müəyyən yerdə gizlədir və bu yazılanları həyata keçirmək üçün ilkin materiyada
öz planının tətbiqinə başlayır.
Qədim müəlliflərdən olan Beros yazır ki, Kronos
Allahı, Babilin 10-cu şahı Ksisutrusa tapşırır ki, dünyanın yaranmasının
başlanğıcından yazıb, Günəş şəhəri olan Sipparda, yerin altında gizlətsin və
subasma zamanı xilas olmaq üçün gəmi düzəltsin. Subasmadan sonra isə Babilə
gedib, adamlarla Sippar yazılarını çıxartsın (C. Frezer, «Folklor v
Vetxom Zavete», M., 1990, səh.70). Qədim Misir mətnlərinin birində isə deyilir
ki, bütün var olmuş və olacaqların əvəlcədən müəyyənləşdirildiyi kitab Misirin
İunu şəhərində gizlədilib (E. A. Uollis Bac, «Yeqipetskaya kniqa myortvıx»,
M-SPb. Eksmo, 2005, səh.379). İslamda, bu kitab «Lövhi-Məhfuz» adlandırılır ki,
onu «Ümm əl-kitab», yəni «Kitabların anası», «Kitab-məqmun» - «Məxfi kitab»,
«Kitab müəccəl» - «Vaxt müəyyən edən müqədəs yazı» və s. də adlandırırlar. Sufi
dahilərindən olan Əl-Əşariyə görə isə əsl Quran kitabı elə “Lövhi-Məhfuz”dur:
«Böyük Allah demişdir: «Bu – həqiqi Qurandır – hansı ki «Lövhi-Məhfuz»dadır».
Quran - Mühafizə olunan lövhədədir, lakin eyni zamanda o, bilik verilmiş
adamların ürəyindədir. Böyük və qüdrətli Allah dedi: «Əksinə, bu – aydın
ayələrdir, kimə ki bilik verilmişdir, onun ürəyində saxlanılır» (Ал-Ашари,
«Разъяснение основ вероисповедания», 3). Belə çıxır ki, Quran rəmzi eyni
zamanda bilik verilən insana şamil edilə bilər.
Mənbələrə
görə, Məhəmməd peyğəmbər imam Əlini “Danışan Quran” (Natiq
Əli-yel Quran) adlandırıb və bildirib ki, «Mən və Əli, hər ikimiz Adəmin
yaranmasından 40000 il əvvəl Allah qarşısında nur olmuşuq», «Mən müdriklik
məkanı, Əli isə onun qapısıdır». Bu isə o deməkdir ki, həqiqi bilik Məhəmməd
peyğəmbərdən başqa yalnız imam Əliyə verilmişdir və onlar Adəmin yaranmasından
40000 il əvvəl yaranmışlar. Deməli, Peyğəmbər və Əli heç də qəbul edildiyi kimi
adi insan deyillər və İslam dininin də yaşı çox qədimdir.
Əşari
“bilik” dedikdə, “Ledun elmi” adlanan elmi nəzərdə tutur ki, onu “Batin” elmi
də adlandırırlar. Quranın “Mağara” surəsinə görə, Batin elmi verilmiş Şəxs, iki dənizin birləşdiyi yerdə yaşayır və burada dirilik suyu mövcuddur.
Bu surə ilə bağlı rəvayətlərin birində deyilir ki, Musa peyğəmbər Batin elmini
öyrənmək istədiyini Allaha bildirdikdə, Allah ona dirilik suyunun mövcud olduğu
yerdəki Şəxsə müraciət etməyi məsləhət görür. Buradakı Şəxs isə bütün olacaq
hadisələri əvvəlcədən bilir. Məntiqlə, olacaq hadisələrdən yalnız bu hadisələri
əvvəlcədən planlaşdıran şəxs xəbərdar ola bilər. Bu isə o deməkdir ki, iki dənizin
birləşdiyi yerdəki Şəxs elə qədim Misirin Amon Allahının Özüdür və Ledun elmi də
Allahın əvvəlcədən müəyyənləşdirdiyi hadisələr və onların həyata keçirilməsi
elmidir. Bu elmin, Məhəmməd
peyğəmbər və imam Əlinin ürəyində olması onu deməyə əsas verir ki, bu müqəddəslər
qədim Misirin ilk fironu olan Amon Allahın obrazlarıdır.
Bütün bunlar onu göstərir
ki, Amon Allah baş verməli olan hadisələri əvvəlcədən «Lövhi-Məhfuz»da yazaraq, iki
dənizin birləşdiyi yerdə gizlətmişdir və bu yazılanları həyata keçirmək üçün,
bu yazının təcəssümünü insan simasında, daha doğrusu peyğəmbər və imam rəmzində
yaratmışdır.
Məşhur
sufi Nəsəfi, Allahın əvvəlcədən yazdığını həyata keçirməsi haqda yazır: «Dərviş,
Allahın Hökmü – bu bir şey, əzəldən yazılış (qəza) – bu başqa şey, İlahi qüvvə
isə üçüncü bir şeydir. Bu adlar ayrı-ayrı şeylərdir. Allahın biliyi, hansı ki
əbədidir, onun əmridir. Bildiyini yaratdığı, onun əzəldən yazdığıdır.
Yaratdığının dövr etdirilməsi isə – Onun İlahi qüvvəsidir, yəni bu dünyadakı
Allahın əməlidir. Bu o deməkdir ki, hər şey İlahi qüvvə ilə bağlıdır. Əgər başa
düşmədinsə, başqa sözlə deyim. Dərviş, Onun biliyi, Onun əmridir, səbəbin
yaradılması onun əzəli yazısıdır, səbəbin hərəkətə gətirilməsi Onun İlahi
qüvvəsidir. Bu o deməkdir ki, bu dünyada olan bütün səbəblər – hamısı birlikdə
onun əzəli yazısının əsasıdır, bütün bu səbəblərin hərəkəti isə Allahın İlahi
qüvvəsidir. İndi sənə aydın oldu ki, Allahın İlahi qüvvəsindən kənar bu dünyada
heç nə baş verə bilməz. Bu o deməkdir ki, bu dünyada hər şey – Həqiqətin İlahi
qüvvəsidir» (Р. Шакуров, «Азиз Ад-Дин Насафи и его трактат «Зубдат ал-Хакаик»). Deməli, Allahın işi,
əvvəlcədən müəyyənləşdirdiyi planı, yəni əmrini həyata keçirtməkdir. Quran,
Allahın işi ilə bağlı yazır: «Həqiqətən, Rəbbiniz Göyləri və yeri altı günə
yaradan və öz taxtında bərqərar olan, Öz işini idarə edən Allahdır. Onun izni
olmadan heç kimdən havadar olmaz...» (Quran, 10:3). Bu isə o deməkdir ki, hər şey əvvəlcədən müəyyənləşdirilmişdir
və Allah bir varlıq yaratmaq istədikdə, əvvəlcədən yazdığı kitaba uyğun olaraq
onu həyata keçirir.
Əbu Həmid əl-Qəzaliyə
görə də dünya üç hissəyə bölünür. Bu hissələrin birincisi - görünən və hiss
olunan Mülk aləmi, ikincisi - Cəbərut aləmi, üçüncüsü isə gözəgörünməz o biri
dünyadır ki, bu da Mələküt aləmi adlanır. Qəzaliyə görə, Allahın istədiyi əmri
həyata keçirməsi Mələkütlə, əmrin ruhla təması, yəni ağılın materiallaşması
Cəbərutla, materiallaşmanın həyata keçməsi isə Mülklə bağlıdır. Qeyd edək ki,
Cəbərut dedikdə iki dünyanın birləşdiyi yer, yəni göydəki mələklər aləmi və
yerdəki Allah Mülkü ilə ortaq yer nəzərdə tutulur. “İki dənizin birləşdiyi yer”
dedikdə də məhz yerin altında gizlədilmiş Cəbərut aləmi təsəvvür olunmalıdır. Bura yer
kürəsində yeganə fiziki yerdir ki, orada ilkin materiya, yəni “dirilik suyu”
mövcuddur.
Qəzali
yazır: «Eyni üsulla, Allah bir şeyi arzu edəndə o ruhi səviyyədə əmələ gəlir.
Bu səviyyə Quranda Taxt (əl-Ərş) adlanır. Sonra o Taxtdan ruhi axınla «Kürsü»
(əl-Kürsü) adlanan aşağı səviyyəyə keçir
və ondan sonra onun forması mühafizə olunan Lövhədə əmələ gəlir; buradan isə
«mələk» adlandırılan qüvvələrin düşünməsi (seyri) yolu ilə o aktuallaşır.
Sonra, yazılmış hərflərin ürəkdə yaranmış arzunu, yazanın beynində mövcud olan
formasını ifadə etdiyi kimi, yerdə bitki, ağac və heyvan formasında əmələ
gəlməklə Allahın iradə və niyyətini icra edir» (Abu Xamid Al-Qazali,
«Kimiya-i-saadat»). Deməli, Allah yerdə bir şey yaratmaq istədikdə, O, ilkin
materiyaya yerin altındakı “Lövhi-Məhfuz”da yazılanları “göstərib”, onu səbəb
kimi qələmə verir və məhz bundan sonra “dirilik suyu” adlandırılan ilkin
materiya həmin varlığın yaradılması üçün, Amon Allahın beynində təsəvvür etdiyi
formaya düşür.
Bu elm bilavasitə
göylərlə, yəni ilkin materiya ilə bağlı olduğu üçün “Ledun” elmi adlanır. Quran
da göydən endirildiyindən, onun həqiqi, yəni ancaq müdriklərin dərk etdiyi
Batini mənası Ledun elmi sayılır. Ən qədim mənbələrə görə, bu elmin adi
insanlara çatdırılması qadağan edilmişdi. Assur-Babil ədəbiyyatında bununla
bağlı mətndə tez-tez bu ifadə təkrarlanır: «Yalnız arifi sən bununla tanış edə
bilərsən, arif olmayanlar bunları bilməməlidir!».
Abdülqani Nablusi
Batin elmi ilə bağlı yazır: “Batin elmindən xəbərsiz olanlar, təsəvvüf
kitablarını oxuyunca, ariflərin sözlərini küfr və pozğunluq sayırlar. Dərk etmədikləri
məlumatlara inanmırlar. İbn Ərəbi, Abdülqədir Gilani, Mövlanə Cəlaləddin Rumi,
Seyid Əhməd Bədəvi, imam Şarani və imam Busayri kimi təsəvvüf böyüklərinə dil
çıxarırlar. Batin məlumatlarına inanmayan, Məhəmməd əleyhissalamın dininin sirlərinə
inanmamış olar. Belə kimsəyə bidət əhli və pozğun deyilir”. Bu isə o deməkdir
ki, islam müdrikləri Ledun elmini ən ali elm kimi qəbul etmişlər və ona şəkk gətirənləri
Məhəmməd peyğəmbərin dininə şübhə edənlər kimi qəbul etmişlər. Ledun rəmzinin açmasını
mən mühazirələrimizin axırında verəcəyəm.
Ledun elmi haqqında daha geniş təsəvvür
yaratmaq üçün bəzi tarixi hadisələrə və mənbələrdəki məlumatlara yeni məntiqlə
- sufi məntiqi ilə nəzər salaq.
Əvvəldə qeyd etdik ki, bu gün heç kim mənbələrdə yazılanların həqiqi
mənalarını anlamır və insanların qədimdə baş vermiş hadisələrdən ümumiyyətlə xəbərləri
yoxdur. Fakt isə odur ki, əcdadlarımız zamanı qabaqlayıb, elmi kamillik səviyyəsinə
qədər inkişaf etdirmişlər.
Mənbələrə görə zamanı qabaqlamış və tam xoşbəxtliyə
çatmış tayfa - Deyləm tayfasıdır. İbn Xassula görə məhz deyləmlər zamanı
qabaqlamış və tam xoşbəxtliyə çatmışlar (İbn Xassul «Türklərin digər döyüşçülərdən
üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti»)
Deylem [DLM] rəmzi Sebeosun
əsərində Del [DL], Delum [DLM] kimi qeyd olunur və onların Midiya dağları ilə
bağlı olduğu göstərilir (Себеос. История императора Иракла. 37, отд. III, böl.
37). Belə çıxır ki, deyləmlər indiki Azərbaycanın ərazisində mövcud olmuş qədim
Midiya əhalisi olmuşlar. Bu ərazidə deyləmləri ismaili adlandırırlar və məlumdur
ki, onların öz ismailiyyə fəlsəfəsi vardır.
Sebeosun
qeyd etdiyi Delum [DLM] və Deyləm [DLM] rəmzi ən
qədim rəmzlərdən olan Dilmun [DLMN] rəmzi ilə eynidir. Tanınmış tədqiqatçı Devid Rol bu rəmzi cənnətə aid
edərək yazır: «Qədim ədəbi abidələr açıq yazırlar
ki, Dilmun, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Beləliklə,
burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük
mükafatıdır… Kramerin oxuduğu bir neçə
mətnlər, onu inandırdı ki, Dilmun – Allahlar monastırı olmaqla, Zaqros dağ təpələrinin
arxasında yerləşir….”.
Kramer hesab edir
ki, Dilmun İran ərazisindədir, çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı
uzaq ölkədə, «Günəşin çıxdığı yerdə» yerləşir. Onun fikrincə, burada üfüqün Şərq
hissəsindəki Mesopotamiya düzənliyindən başlayan dağ silsiləsi nəzərdə tutulur.
Digər tərəfdən, Dilmun çox yerdə Dilmun dağı adlanır ki, bu da onun dağda yerləşməsini
göstərir. Şumerlərin cənnət haqqındakı mifinə əsaslanaraq Kramer, Dilmunu «təmiz»,
«nurlu» və «şəfəq saçan» torpaq kimi təsvir edir. Bura «Ölümsüzlər ölkəsi»
adlanır, buranın sakinləri xəstəliyin və
ölümün nə olduğunu bilmirlər. Fəqət, burada həyatı saxlamaq üçün vacib
olanlardan biri - şirin su çatışmırdı. «Və onda su ünsürünün böyük Şumer Allahı
Enki, Günəş Allahı Utuya əmr etdi ki, o, yerin altından su tapıb bu ölkəni təmin
etsin. Və Dilmun, sahələrində bol meyvələri və çəmənliyi olan İlahi bağa
çevrildi». Qədim Şumer ədəbiyyatının təsvir etdiyi bu cənnət, heç şübhəsiz Adəmin
günah işlədənə qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir, həm də ən
əsası təhlükəsiz yerdir («Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267,271).
Devid
Rolun yazdıqlarından belə nəticə çıxır ki, deyləmlər - xəstəliyin, ölümün nə
olduğunu bilməyən və tam xoşbəxtliyə çatmış Allahlar nəslidir. Allahların
Dilmun bağı isə “Günəşin çıxdığı yerdə” yerləşir. “Piramida mətnlərində” bu yer
Allahların vətəni kimi daima təkrarlanır və uzaqdakı Şərq hesab edilir («Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 428).
Mənbələrdə Şərq rəmzi
altında əsasən Midiya ərazisində yerləşən Albaniya nəzərdə tutulur və Ceyms
Frezerə görə, Alba şəhərinin banisi öləndən sonra Allaha çevrilmiş və Alban
dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер "Золотая
ветвь" М.,86, с.147). Bu isə o deməkdir ki, zamanı qabaqlamış deyləmlər
Albaniya ərazisində, yəni indiki Azərbaycan ərazisində yaşamışlar və məhz
burada hansısa Allah şəhərin üstündə qərar tutmuşdur. Firdovsiyə görə
Azərbaycan göylərində qərar tutan Cəmşid şah olmuşdur. “Şahnamə”də o təsdiq
edir ki, Cəmşid hansısa dənizi keçib ilk dəfə göyə ayaq açır. O göydə Kəyan
taxtı quraraq fəzada günəştək qərar tutur (Firdovsi, «Şahnamə», Б., 1987,
səh.33).
Qurana görə göy taxtında qərar tutan Allah –
Rəhman Allahıdır: “Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar
tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu” (Quran, 13:2,
20:5). Rəhman [R-(H)-MN] rəmzi mətnlərdən bizə qədim Misirin Ra-Amon [R-MN]
Allahı kimi məlumdur və bu rəmz mənbələrdə Amon-Ra kimi də yazılır. Qədim Misir
nağıllarında isə göyə çıxan Allah Sexotepibre adlanır: «Otuzuncu ilin,
subasmanın üçüncü ayı, yeddinci gün Allah özünün Göydəki sarayına (Günəş
Allahının Göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O Göyə
ucaldı və Günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu.
Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray
əyanları başlarını dizlərinə əyərək əyləşmişlər, xalq ahu-zar içindədir» («Сказки и повести Древнего Египта», Л., 1979, səh.
9). Əgər nəzərə alsaq ki, Sexotepibre rəmzi “Allah ruhu” mənasındadır,
razılaşarıq ki, burada söhbət qədim Misirdə bütün Allahların atası və hər şeyin
yaradıcısı hesab edilən Amon-Ra (Ra-Amon) Allahının ruhundan gedir.
Beləliklə, dəqiqləşdirdik ki, Azərbaycan
dağlarının üstündəki taxtda qərar tutmuş Allah – qədim Misirin Amon-Ra
Allahıdır. “Allahlar yurdu” adlandırılan Dilmun cənnəti də məhz burada mövcud
olmuşdur. Araşdırıcı Piter Kornuelə görə, Dilmun - Tilos və Bəhreynin digər
adıdır («Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh.275). Bəhreyn [BH-RN] rəmzi sufizmdə Bəg-Ərən [BG-RN] rəmzi
ilə eyni mənalıdır və “Kitabi - Dədə Qorqud”a görə bəg-ərənlər özlərini
dünyanın sahibləri sayırmışlar: «Hanı öydüyümüz o bəg ərənlər, “Dünya mənim”
deyənlər» («Kitabi - Dədə Qorqud», B., 1988, səh.122). Belə çıxır ki, Dilmun
adasının sakinləri dünyanın sahibləri olmuşlar.
Tilos
[TLS] rəmzi Atlas [TLS] rəmzi ilə
eyni mənalıdır. Herodota (IV,184) görə Atlas [TLS] dağında atlantlar
(atlantidalılar) yaşamışlar və məhz
bu dağ göyün sütunu sayılırmış. Bu isə onu
göstərir ki, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış deyləmlər elə
Atlantida əhalisi olmuş atlantlardır.
Tilos [TLS] rəmzi, qədim yunan Allahı Apollonun vətəni olan Delosla [DLS] da eynilik təşkil edir. Delos
adasının Klar şəhərində isə Apollonun məbədgahı və falabaxma yeri vardı. Qədim
dövrün ən məşhur falabaxma yeri Delf [DL-F]
adlanırdı və bu rəmzin Delos [DL-S]
rəmzi ilə eyni kökdən olması, Apollon Allahının vətəni və Delfdəki
falabaxma yerinin eyni məkan olması deməkdir. Buradan isə belə qənaətə gəlmək
olar ki, həqiqətən də qədim dünyanın bütün sirləri yalnız bir hadisə ilə və
onun baş verdiyi məkanla bağlıdır.
Qədim Midiyada, yəni indiki Azərbaycan ərazisində
Tilos [TLS] rəmzi Talış [TLŞ] dağlarının adına uyğun gəlir ki,
bu da Dilmun, Tilos, Delos və s. adların, Azərbaycanın Talış dağlarının əski
adları olması deməkdir. Bu dağlarda indi də ismaili türkləri yaşayırlar.
Məlumdur ki,
ismaili-deyləmləri mənbələrdə batinilər, yəni Quranın gizli mənasını bilən
müdriklər adlandırılmışlar. Bu gün artıq sirr deyil ki, Quran rəmzlərdən
ibarətdir və bu rəmzlərin batini, yəni ezoterik, gizli mənaları vardır. Quranın
“Mağara” surəsinə görə, gizli mənanı bilənlər Şərqdə yaşamışlar və Allah
onlarla Özü arasında pərdə yaratmamışdır (Quran, 18:90). Bu yer mənbələrdə “iki
dənizin birləşdiyi” yer adlanır və burada dirilik suyu mövcuddur. «Masalik
əl-mamalik» (İbn Xordadbeh), «Mücam əl-buldan» (Yaqut əl-Həməvi) və s.
kitabların müəlliflərinə görə, Quranda qeyd olunan Məcmə əl Bəhreyn – yaxud,
iki dənizin birləşdiyi yer - Şirvanda yerləşir ki, bura da Azərbaycan
ərazisidir. Orada Musa və Xızır qayası ucalır. Deməli, Bəhreyn, yəni Telos,
Dilmun həqiqətən Azərbaycan ərazisində olmuşdur və Quranın gizli mənalarını
dərk edən batini-deyləmlər də məhz burada yaşamışlar.
Qurana görə gizli elm
İsrail övladlarına verilmişdir və Quran da onlara göndərilmişdir: «Həqiqətən,
Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri
rəvayət edir və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir… (27:76),
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətlərimi və sizi vaxtilə bütün aləmlərdən
üstün tutduğumu yada salın… (2:47), Ey
İsrail oğulları! Sizə verdiyim nemətimi ve sizi cümlə aləmdən üstün tutduğumu
xatırlayın... (2:122), Biz İsrail oğullarını Öz elmimizlə aləmlərdən üstün
tutduq... (44:32), Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş
etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik.
Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra
aralarındakı ixtilaf üzündən ayrıldılar” (45:16,17). Ayələrdən görüldüyü kimi,
ezoterik bilgilər - seçilmişlərə, yəni İsrail xalqına verilmişdir və məntiqə
görə onlar Azərbaycanda yaşamalıdırlar.
Əhdi-Ətiq lüğətində «izrailli» sözü, Zaradan törəndiyi
üçün «Zaranın törəməsi» mənasını verir və qədim Misirdə Amon Allahının baş
kahini Ozorxona aiddir. Mənbələrdə bu
ad, yuxarı Misiri idarə edən və hər iki torpağın başçısı olan Oziriyə, yəni
Osiris Allahına şamil edilir. Deməli, izrailli rəmzi, qədim Misirin “Oziri
Allahının elindən olan” mənasını daşıyır.
Oziri haqqındakı rəvayətdə
deyilir ki, Oziri Allahı dünyanın yaradılması zamanı Qeb və Nut Allahlarından
doğulur. O doğulduğu zaman məbəddən qüdrətli səs gəlir ki, dünyaya Böyük
hökmdar, Allah gəlmişdir. Bu isə o deməkdir ki, “İsrail oğulları” dedikdə Oziri
Allahının törəmələri nəzərdə tutulmalıdır.
İngilis misirşünası
Xornblauer hesab edir ki, Osiris/Oziri yerli Misir Allahı yox, ön Asiyadan,
yəni Qafqazdan gəlmədir. Qafqazda isə Oziri rəmzi Azər rəmzinə, yəni Azərbaycan
adına uyğun gəlir.
“Azər ölkəsi” rəmzi qədim
türk dilində Azər-Eli [ZR-L] və ya El-Azər [L-ZR] kimi yazılır ki, bu da
İzra-İl [ZR-L] rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, İzrail dedikdə qədim
mənbələrdə Azərbaycan nəzərdə tutulur və əsl yəhudilər də ezoterik sirləri
bilən Deyləmlərdir. Onlar isə Talış dağlarının ən qədim sakinləri olan türk
bəgləridir.
Məşhur ingilis alimi Artur
Kestler 1976-cı ildə Amerikada çap olunan «On üçüncü boy» kitabında sübut
etmişdir ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin vətəni olan
Qafqazdan çıxmışlar. Əsl yəhudilər isə türk xaqanı və türk bəgləridir (А.
Кестлер, «Тринадцатое колено»).
“Kitabi - Dədə Qorqud”da
türk bəgləri – “ərənlər əvrəni”, “Adəmilər əvrəni” adlandırılır ki, bu da
“ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” mənasındadır. Bu isə əsl yəhudilərin,
yəni seçilmişlərin həqiqətən də Qafqazda yaşayan Azəri türk bəgləri olması
anlamındadır. Nikolay Rerixə görə “Böyük sirləri” yalnız “Böyük Azərilər”
bilmişlər və bu sirlər insanlara açıldıqdan sonra həyat tam dəyişəcəkdir (Н. К.
Рерих, «Шамбала сияющая»).
Tövratda Azər rəmzi İazər
kimi də yazılır və bildirilir ki, Musa peyğəmbər İazər torpaqlarına baxmaq üçün
adam göndərdi və onlardan asılı olan kəndləri tutaraq orada olan amoreyləri
qovdu. Qafqazda amoreylər [MR] mar [MR] adı ilə məlumdur və mənbələr
onları “ilandan doğulmuş midiyalılar” kimi qeyd edir. Tanınmış alim
Devid Rol, Musa peyğəmbərin tayfası olan madiamlıları - midiyalı adlandırır. Midiyanın Azərbaycan ərazisində
mövcud olmasını nəzərə alsaq, aydın olar ki, Musa peyğəmbər Azər torpağında, yəni
Azərbaycanda yaşamışdır.
Amorey, yəni mar [MR] rəmzi Talmudda Moria [MR] dağ adı kimi göstərilir və
qeyd olunur ki, buradaYerusəlim şəhəri tikilmişdir: “Süleyman, Yerusəlimdə,
Moria dağında Allah üçün atası Davuda göstərilmiş evi tikməyə başladı... Ümumi
rəvayətdə deyilir ki, buğdanın üyüdüldüyü Orna yerində, o yerdə ki Davud və
Süleyman qurbangah qurmuşdular, o yer İbrahimin İsaqın qollarını bağladığı
qurbangah yeridir, və bu yerdə Nuh gəmidən düşüb qurbangah qurmuşdur
və burada Qabil və Habil qurban kəsmişlər, Adəm də burada yaradılandan sonra
qurban kəsmiş və o məhz bu torpaqdan yaranmışdır, müdriklərin dediyi kimi: Adəm
özünün bağışlandığı yerdən yaranmışdır” ("Талмуд" V т. Санк-Пет.1903.
səh.3).
Məlumdur ki, Nuh gəmidən
Ararat dağında düşmüşdür. Gilqamış haqqındakı rəvayətdə isə bildirilir ki,
Nuhun obrazı olan Ut-Napiştim Nisir dağında gəmidən enmişdir. Qədim dilçilikdə
Nisir [NSR] və nizar [NZR] rəmzləri eynidir və ismaili-deyləmlərə aiddir.
Deməli, Nuh gəmidən nizari-deyləmlərin elində enmişdir və həqiqi Yerusəlim
şəhəri də amoreylər, yəni midiyalılar ölkəsində yerləşməlidir.
Ziqmund Freyd Musa
peyğəmbəri Kadeş kahinlərinin əcdadı hesab edir. Tarixçi Turayev amoreylər
ölkəsi olan Kadeşi – Aziru, yəni Azəri şahlığı adlandırır. Kadeş [KDŞ] rəmzi
Əhdi-Ətiq mətnlərində Kedes [KDS] kimi yazılır və məlumdur ki, Qalileylilərin
levit şəhəri olan Kedes, Niftalı dağında yerləşirdi. Midiyada Kedes rəmzi Kadus
kimi, Tövratda isə Kades-Varni kimi göstərilir. Kadus [KDS] rəmzi mənbələrdə
Qüds [QDS] və Qades [QDS] kimi də yazılır ki, bu da Yerusəlim şəhərinin və
yunanların ölüm şahlığının adıdır. Bu isə onu göstərir ki, Yerusəlim şəhəri elə
yunanların ölüm şahlığı mənasındadır və bu şahlıq da Midiya ilə bağlıdır. Əgər
nəzərə alsaq ki, tarixçi Moisey Xorenskiyə görə, Yerusəlim şəhəri tikilib
qurtardıqdan sonra Gel adlanmağa başladı, aydın olar ki, əsl Yerusəlim şəhəri
Talış dağlarındakı nizarilərin Gel elində mövcud olmalıdır. Bunu faktlar da
təsdiq edir.
Xəzər
şahı İosifin, elmi cəmiyyətin rəhbəri Xasdaya məşhur məktubuna görə Allahın
mövcud olduğu çadır Ar-d-vil ölkəsi, yəni Ərdəbil ərazisində yaradılmışdır və
orada indiyədək sandıq, şamdan, masa, qurbangah
və müqəddəs qablar saxlanılır. Belə çıxır ki, Ra-Amon Allahının yaraqları, qədim
zamanlardan Midiya adlandırılan indiki Ərdəbil şəhərinin yaxınlığında
saxlanılır. Bu yaraqların indiyə qədər tapılmaması, indiki Yerusəlimin Gel şəhəri
yox, sonradan tikilən şəhər olması deməkdir.
Gel rəmzi ən qədim mənbələrdə
Geliopol kimi qeyd edilir və Gel eli, Gel şəhəri mənasındadır. Strabona görə,
qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər bilavasitə
Geliopolda, yəni Gel tayfasının şəhərində yaşayırdılar. Ən qədim ovsunlar da
Geliopol kahinləri tərəfindən tərtib olunurdu.
Mesopotamiya və xaldey
astroloqları da maqlar hesab olunur və qədim dövrdən onlar, Midiya və Fars
ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılırdı. Bu isə o deməkdir ki, əsl
yəhudilər, mənbələrdə xaldey müdrikləri adlandırılan midiya maqları, yəni
Midiyanın Gel kahinləridir.
Qədim Misir mətnlərinə
əsasən, Allahın dünyanı, yəni göydəki ruhlar dünyasını yaratmağa başladığı
ilkin təpə, Geliopol şəhərindəki Ra Günəşinin məbədində yerləşmişdir. Bu onu
göstərir ki, Yerusəlim şəhəri, Allahın göydə yaratdığı Göy dünyasının rəmzidir,
yəni Göy Yerusəlimidir. Mətnlərə görə Geliopol yuxarı və aşağı Geliopoldan
ibarətdir və Geliopolun Atum Allahı da “Geliopolun İki torpağının
ağası”adlandırılır. Belə çıxır ki, “Yuxarı Geliopol” dedikdə Göy Yerusəlimi,
“Aşağı Geliopol” dedikdə isə Midiyanın Gel Eli nəzərdə tutulmalıdır.
Əhdi-Ətiqdə Gel [GL] rəmzi, Qaliley [QLL] kimi qeyd olunur və o da Yuxarı və
Aşağı hissələrə bölünür. Qədimdə Qalileyanın aşağı hissəsi İezreil, yəni İzrail
adlanırdı. Deməli, əsl Yerusəlim bilavasitə Midiyanın Gel torpağındadır və
İzrail də Azər eli mənasında olmaqla bu ərazinin qədim adıdır.
Qədim Misirin “Ölülər
kitabı”nda xüsusi qeyd olunur ki, Ev məhz İunu şəhərində yaradılmışdır və bu ad
da Geliopol şəhərinin digər adıdır. Bu kitaba görə, Geliopolun Ptah Allahı bu
günə qədər burada yaşayır. Osiris Allahının da bədəni Geliopolda uyuyur.
Ölənlərin ruhları, məhz burada yeni “saxu” bədəni alıb göydəki ruhlar dünyasına
qalxırlar. Geliopol ona görə xüsusi yer sayılırdı ki, burada Amon Allahının
yeganə oğlu, Məsih obrazlı Senusert doğulmalıdır. Bu isə onu göstərir ki,
Geliopol qədim dünyanın ən sirli torpağıdır.
Bildirmək istərdim ki,
qədim Misirin Günəş Allahı Ra, mənbələrdə Qor Allahı ilə eyniləşdirilir. Qor
rəmzi Xor kimi də yazılır və “ilkin materiyanın (Ra) Günəşi”, “ilkin materiyadan
yaranmış Günəş (Ra)” fikrini ifadə edir. “İlkin materiya Günəşinin ruhu”
mənasını verən Xoris [XRS] rəmzi isə elə Xrist [XRS-T], yəni İsa peyğəmbər
(İsus Xristos) mənasındadır. Bu isə İsa Məsih obrazının, elə qədim Misirin
Günəş Allahının obrazı olmasına işarədir.
Əhdi-Cədidə görə İsa
peyğəmbər ölümü xaçda qəbul edir. Xaç rəmzinə ilk dəfə qədim Misir, aramey
rəsmlərində rast gəlinir. Rəsmlərdə, yuxarısında dairə olan xaç - «anx» adlanır
və «həyat», «həyat enerjisi» fikrini ifadə edir. Ən qədim mənbələrdə boyunda
xaç gəzdirmək, “həyat enerjisi”ni özü ilə daşımaq, onunla birləşmək mənasını
ifadə etməklə, ilkin materiya ilə vəhdəti bildirirdi. Sufizmdə bu birləşmə
“Vəhdət əl Vücud” adlanır ki, bu zaman insan, ilkin materiyanı özünə
“bağlayıb”, ondan öz istədiyi kimi istifadə edir. Deməli, İsa peyğəmbərin xaça bərkidilməsi,
onun “həyat enerjisi” olan ilkin materiya ilə birliyi kimi qəbul edilməlidir.
Belə çıxır ki, İsa peyğəmbər, bəşəriyyətə həyat vermiş enerji ilə birləşmişdir,
yəni o, Allah mənasında olan ilkin materiya ilə vəhdətə nail olmuş və bu vəhdət
nəticəsində istədiyi varlığı yaratmaq qüdrətinə sahib olmuşdur. Bu isə İsa
peyğəmbərin Allaha çevrilməsi deməkdir. Bir çox mənbələrdə İsa peyğəmbərin xaç
əvəzinə həyat ağacına vurulması təsvir olunur. “David və Konstantinin əzabı”
gürcü abidəsində deyilir ki, Xristos əzabları Həyat ağacında, yəni dünya
ağacında qəbul edir. Əgər nəzərə alsaq ki, ağac rəmzi qədim mənbələrdə ruhların
yaşadığı dünya ağacı mənasındadır, razılaşarıq ki, İsanın xaça vurulması, onun
ruhlar dünyası ilə birləşməsi, yəni onun, ilkin materiyadan yaradılmış ruhlar
dünyasının sahibinə çevrilməsi anlamındadır.
M. Xorenskiyə görə,
Xristin, yəni İsanın xaçını Klarcka şəhərindən Şərq tərəfdəki təpədə
yaratmışlar və Allah Göydən bulud sütunu göndərmiş, dağlar ətirlə dolmuş və xaç
formasında işıq əmələ gəlmişdir. O dövrlərdən ondan şəfaverici möcüzələr baş
verir. Klarcka rəmzi, Apollon Allahın vətəninin adı Klar kimi, Gel şəhərinin və
buradakı Ra Günəşinin rəmzləridir.
Deməli, Xoris, yəni Xristin birinci ruhlar dünyası, Gel şəhərinin Şərq
tərəfindəki təpədə yaradılmışdır.
Mənbələrə görə, İsa
peyğəmbərin çarmıxa çəkildiyi Qolqof dağı İslamda Moria [MR] dağı adlanır.
Digər mətnlərdə bu yer Mera-Qolqof kimi qeyd olunur. Hind mənbələrində Moria/Mera/Meru
[MR] rəmzi İndra Allahının cənnəti və
cinlərin
hökmdarı Ravananın şahlığı mənasındadır. Qədim Misir mənbələrində isə bu ərazi
Meroy kimi qeyd edilir və Napatlı Amonun, yəni Ra-Amon Allahının vətəni hesab
edilir.
Moria dağı islamda da müqəddəs
yerlərdən biri sayılır. Deyilənlərə görə, Məhəmməd peyğəmbərin mindiyi
adambaşlı Buraq atı, Yerusəlimdə, İsa peyğəmbərin çarmıxa çəkildiyi Moria, yəni
Mera-Qolqof dağına enmişdir (Г. В. Носовский, А. Т. Фоменко «Пророк
завоеватель», М. 2009, səh.83,82). Qolqof rəmzi sufizmdə Gel-Qaf kimi açıqlanır
və “Qaf dağındakı Gel eli” fikrini ifadə edir. Bu isə onu göstərir ki,
xristianlıq da, digər bütün dinlər kimi öz mənbəyini Qafqazdan götürür və
Xristin xaçı, yəni Qor Allahının göydəki dünyası da məhz qədim Midiya
ərazisində yaradılmışdır.
Qədim Misir mənbələrində
deyilir ki, məhz Geliopol şəhərində, məhkəmə günündə Nu-Oziri, yəni Osiris
Allahı diriləcək. Nu-Oziri/Nu-Osiris rəmzlərini [N-ZR/N-SR] sufilər Nizar/Nisir
[NZR/NSR] kimi də oxuyurlar. Nizar isə nizarilərin, yəni deyləm-ismaililərin
müqəddəs obrazıdır. İsmaili-nizarilərdə Nizar irqin fəxri sayılır və deyilənə
görə o sağdır, lakin onu heç kim görə bilməz. O əbədi yaşayır və şahlıq edir.
Bu isə o deməkdir ki, ismaililərdə müqəddəs Nizar - əbədiyaşar Allahın
obrazıdır. Belə bir Allah isə bildiyimiz kimi qədim Misirin Oziri, yəni Osiris
Allahıdır. İslamda əbədiyaşar obraz Xızır kimi qeyd olunur ki, bu rəmzin
açmasına qayıdacağıq.
Mənbələrə görə,
deyləm-nizarilərin dövləti İranın Ələmut qalasında yaranmışdır. Müxtəlif
mənbələrdə bu ismaililər - melaxi, məlahi, əl-mülhid, əl-məlahid və s.
adlandırılır. Ələmut [LMT] rəmzi sufizmdə El-Muta [L-MT], yəni “Midiya eli”
mənasını verir. Melaxi, məlahi, əl-mülhid, əl-məlahid [MLX/MLH/MLHD] və s.
rəmzləri isə mələk və mələküt, yəni mələklər [MLK/MLKT] dünyası (yəhudilərdə
Malxut) fikrini ifadə edir. Bu isə onu bildirir ki, mələklər nəsli olan
ismaili-deyləmlər, üstündə ruhlar dünyası yaradılmış Midiya elinin
sakinləridir.
Nizar rəmzi [NZR] xristian
mənbələrində Nazaret [NZR-T] kimi də yazılır və məlumdur ki, xristianların
Allahı İsa peyğəmbər - Nazaret şəhərindən olmuşdur. Nizar [NZR], Nazaret
[NZR-T] rəmzləri ilə eyni mənalı olan Nazorey [NZR] rəmzi Əhdi-Ətiqdə, öz
həyatlarını Allaha həsr etmiş insanlara şamil edilir. İslamda belə insanlar
imam Əli vurğunları olan ifrat ismaili şiələridir. Belə çıxır ki, Əhdi-Ətiq
nazoreyləri elə Azərbaycan ərazisində yaşayan şiə məlahiləri, yəni ismaili
mələkləridir və İsa peyğəmbər də Deyləm elindən olmuşdur.
Bildiyimiz kimi, Məhəmməd peyğəmbər,
Əli və ailəsi islamda Əl-Beyt [L-BT] adlanır. Bu da yəhudi seçilmişlərinin
Levit [LVT] evi ilə eyni mənalıdır. Tövratda Allah deyir: “Budur, Mən levitləri İsrail
oğullarından, onların bütün ilkinlərinin əvəzi kimi, İsrail oğullarından,
analıq bətnini ilk açan kimi götürdüm. Levitlər Mənim olmalıdırlar”
(Библ.Чис.3:12). Bu o deməkdir ki, yəhudilərin
Levit adlandırdıqları Allahın seçilmiş övladları, islamın əl-Beyt adlandırdığı
imam Əlinin ismaili bəgləridir.
Tövratda izmailli, yəni
ismailli rəmzi, Qalaad elindən gələnlərə deyilir. Əhdi-Ətiqdə, Qalaad - Allah
üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır (Библ.
Пс. 59:9). Bu kitabda, izmailli deyəndə madiamlılar, yəni midiyalılar nəzərdə
tutulur. Əgər nəzərə alsaq ki, Qalaad/Qelat [QLD/QLT] rəmzi, imam Əlini Allah
kimi qəbul edən “Qulat” [QLT] ifrat şiələrinin rəmzi ilə eynidir, razılaşarıq
ki, Qalaad izmaililərinin nəsli elə imam Əlinin ifrat şiələrinin nəslidir.
Buradan isə belə nəticə çıxarmaq olar ki, Allahın özünə qulluq üçün seçdiyi
Levit, yəni Əl-Beyt ismaililəri, Allahın xüsusi məkanı olan Qalaadda
yaşayırlar.
Qulat rəmzi [QLT] digər
mənbələrdə Kelt/Qalata/Xilat [KLT/QLT/XLT] və s. kimi də qeyd olunur.
Mənbələrdə Kelt əhalisi qiqant adlanır ki, qədim mətnlərdə onlar Allahlar və
onlara qohum olan nəhənglər nəsli hesab edilir.
Rus mənbələrində Qulat
rəmzi [QLT] Kolyada [KLD] kimi göstərilir və bildirilir ki, axirətdə İsa Məsih
məhz Kolyadadan çıxacaq. Deməli, şiələrin Mehdi obrazı olan imam Əli elə
Kolyadadan çıxacaq xristianların İsa Allahının obrazıdır. Əgər nəzərə alsaq ki,
Əli [L] rəmzi göydəki “El” [L] rəmzi ilə eynidir, razılaşarıq ki, imam Əli -
Allahın göydəki Elinin şəxsləndirilmiş obrazı mənasındadır.
Buxarinin hədisinə görə,
Məhəmməd peyğəmbərin Məkkədəki evi, vərəsəliklə imam Əlinin qardaşı Akilə
(Aqil) çatmış evdir. Akil [KL] rəmzi Gel [GL] rəmzi ilə, yəni qədim Misirin
Geliopol və Yerusəlim şəhərləri ilə eynidir. Əhdi-Cədiddə Akilin evi “kilsə ev”
adlandırılır (Библ.1Кор.16:19). Bu, onu
deməyə əsas verir ki, Məhəmməd peyğəmbərin evi, qədim Misir Allahlarının evi
olan Gel evidir və islama qədər o “kilsə ev” hesab edilmişdir. Buradan isə belə
nəticə çıxarmaq olar ki, Məhəmməd peyğəmbər də qədim Misir Allahları ilə
bağlıdır.
Son dövrün araşdırmaları,
Məhəmməd peyğəmbərin həqiqətən də adi insan yox, bilavasitə qədim Allahlarla
bağlı bir Varlıq olduğunu göstərdi. Mənbələrdə Məhəmməd peyğəmbər “İki dünyanın
Ağası” adlandırılır ki, qədim Misir mətnlərində bu rəmz məhz Ra-Amon Allahına
və onun obrazlarına şamil edilir. Bu isə Məhəmməd peyğəmbərin, Quranda Rəhman,
qədim Misirdə isə Ra-Amon adlandırılan Allahın obrazı olması deməkdir.
İbn Xişamın yazdığına görə,
Məhəmməd peyğəmbərin atası Abdulla, anası Əminə ilə evlənəndə Abdulla nur
saçırdı. Peyğəmbərin anası da bildirirdi ki, “Mən Ondan hamilə qalanda gördüm
ki, məndən bir işıq çıxdı və Suriya torpağındakı Bursa sarayını işıqlandırdı”
(Г. В. Носовский, А. Т. Фоменко, «Пророк завоеватель», М.,2009, səh.39). Qurana
görə, Məhəmməd peyğəmbərə həqiqətən Allah Nuru verilmişdir ki, ibn Ərəbi bu
Nuru «Həqiqə Məhəmmədiyyə» rəmzi ilə əlaqələndirir. «Həqiqə» rəmzinin eyni
zamanda «Haqq», yəni Allah mənasında olması onu göstərir ki, Haqq-Məhəmməd adi
peyğəmbər yox, Allah obrazında olan Varlıqdır.
Rus alimləri A. T. Fomenko
və Q. V. Nosovskinin son elmi araşdırmalarına görə, Məhəmməd peyğəmbər, Fateh
Sultan II Məhəmməd, Ulu-Mehmet xan, İvan Qroznı və s. obrazlar bir simanın
müxtəlif adlarıdır. Digər tərəfdən, Məhəmməd, İsa və Musa peyğəmbərlərin həyat
yollarında kifayət qədər oxşar paralellər vardır. Müsəlman nağıllarının birinə
görə Məhəmməd peyğəmbər və İsa peyğəmbər qardaşdırlar və ya İsa, Məhəmməd
peyğəmbərin qardaşı oğludur. Qədim mətnlərdən olan”Yanıçarın yazıları”nda qeyd
olunur ki, Məhəmməd peyğəmbər ölənə
yaxın öz ardıcıllarını yanına çağırıb bildirmişdi ki, “Mənə dəfn təşkil edin və
Mən dirilənə qədər yanımda olun”. Başqa rəvayətə görə, Məhəmməd peyğəmbərin
tabutu göyə qalxaraq orada asılı vəziyyətdə qalmışdır. (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель»,
М.2009,səh.5,238,37,46,81,83,85). Bütün bunlar isə onu bildirir ki, Məhəmməd
peyğəmbər adi insan yox, Allahla bağlı olan obrazdır.
Sufizmdə Məhəmməd [MH-MD]
rəmzi Maq-Mada [MQ-MD], yəni Maq-Midiya mənasını daşımaqla Midiya maqı fikrini
ifadə edir. Mad [MD] rəmzinin sufizmdə Adəm [DM] rəmzi ilə eyni formada
yazılması, Məhəmməd peyğəmbərin ilk insan olan Adəmlə bağlı olduğunu deməyə əsas verir.
Devid Rola görə, Adəm [DM]
adı, qədim Misirin Atum [TM] Allahının adı ilə eyni mənalıdır. Bu isə Adəmin
elə Atum Allahı olması deməkdir (Д. Рол Генезис цивилизации. Откуда мы
произошли… Эксмо, М., 2002, səh. 441). Tövrata görə, Adəm yaradılanda kosmik
ölçülü olmuşdur: “... Allah yerdə insan yaratdı – dünyanın o başından bu başına
qədər” (Библ.Втор.4:32). Digər tərəfdən, Adəm [DM] rəmzi ilə, cənnət mənasında
olan Edem [DM] rəmzi eyni məna ifadə edir. Məlumdur ki, Allah Adəm üçün Şərqdə,
Edemdə cənnət yaratmışdır. Bu isə ona işarədir ki, Atum Allahı, yəni Adəm, Allahın
və onun göydəki Edem cənnətinin rəmzidir. Belə çıxır ki, Məhəmməd peyğəmbər də
qədim Misirin Atum Allahının obrazıdır. Hədislərin birində Məhəmməd peyğəmbər
deyir: «Şəriət - mənim sözlərim, təriqət – mənim əməlim, həqiqət isə mənim
daxili vəziyətimdir». Peyğəmbərin daxili vəziyyətinin həqiqət [HQQ-T], yəni
haqq [HQQ] olması, onun bədəninin, bütün yer kürəsini əhatə edən ilkin
materiyadan ibarət olması deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki,
Məhəmməd peyğəmbər, yer kürəsini əhatə etmiş kosmik insan obrazında olan Allah
mənasındadır.
Qəzali irsinin araşdırıcısı
olan Nikolsona görə, Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və
kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan
asılıdır (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.284).
Mühiddin ibn Ərəbi, Məhəmməd peyğəmbərin İlahi gücü oyadaraq hərəkətə
gətirdiyini bildirir.
İbn Ərəbi “Füsus ül Hikəm”
kitabında yazır: “Allah, bütün saylardan artıq olan Öz şanlı adlarının sahibi
kimi, onların təcəssümünü (əyan) görmək istədi – və ya deyə bilərsən: Öz
təcəssümünü - dünya tərtibini tam əhatə edən, mövcudluq atributunu daşıyan
yığcam bir varlıqda görmək və onun vasitəsi ilə Özü üçün Öz sirrini açmaq
istədi… Beləliklə, dünya güzgüsünün aydınlığı tələb olunurdu və məhz Adəm, bu
güzgünün aydınlığının özü və o formanın ruhudur (mələklər isə onun gücünün bir
hissəsinin mənasıdır), bəzilərinin «Böyük İnsan» adlandırdıqları dünyanın
formasıdır” (İbn Ərəbi, “Füsus ül Hikəm”,1). Bu o deməkdir ki, Adəm, varlıqları
və bütün dünya quruluşunu, qanununu əhatə edən kosmik insanın obrazıdır. Qədim
Misir mətnlərində isə qeyd olunur ki, yaranışın Geliopol variantına görə, məhz
Atum adı «hər şey» mənasını verir və ilkin Nun sularının ortasında təpəyə
yüksəlmişdir ("История древнего востока" М. 1988, Часть 2, səh. 380).
Bu isə o deməkdir ki, hər şeyi özündə birləşdirən və əhatə edən qədim Misirin
Atum Allahı, bədəni ilə bütün yer kürəsini əhatə edən ilk “insan” - Adəmdir.
R. Nikolson sufi
müqəddəslərinin kateqoriyalarını müəyyənləşdirərkən yazır: «Vəli, yəni
müqəddəs, Kamil İnsanın (yəni Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki,
Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi «birdən
görmə», «görülməyən və başa düşülməyən şeyləri görmə», «hər şeyin aydınlaşması»
(qamlıq vəziyyətində görmə mənasında) və s.-dən başqa bir şey deyildir. Bu
zaman “ağlın pərdəsi” gözlənilmədən qaldırılır və dərk edən “Mən” Allahın vahid
İlahi nurunda yox olur» (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М.,
1980, səh.276). Bu isə o deməkdir ki, həqiqətən də Məhəmməd peyğəmbər, daxili
vəziyyəti həqiqət olan (Haqq) Allahın obrazıdır. Müqəddəslər nəsli isə Göy
İnsanının (Atum Allahı, Adəm), yəni Məhəmməd peyğəmbərin obrazı və bənzəri
olaraq yaradılmışdır.
İslamda müqəddəslik rəmzi
olan “mü-qəddəs” sözü kuddus/əqdəs [KDDS/QDS] rəmzindən yaranmışdır ki, bu da
bütün qədim yazılarda Midiyanin Kadus tayfasına aid edilir. Bu rəmzdən
yəhudilərdə müqəddəs mənasını verən “kodeş” [KDŞ] rəmzi yaranmışdır. Digər
tərəfdən buddistlərin müqəddəs mənasını verən “sadxu” [SDX/XDS] rəmzi də kadus
[KDS] rəmzi ilə eyni kökdəndir. Bu isə onu göstərir ki, yəhudi, müsəlman və
buddist müqəddəsləri eyni bir nəsildən – yəni mənbələrdə “ilandan doğulmuşlar”
adlandırılan Midiya Kaduslarının nəslindən törəmişlər. Məhəmməd peyğəmbərin də
kuddus, yəni müqəddəs olması, onun ilandan doğulmuş Midiya Kaduslarının nəsli
ilə bağlı olması deməkdir.
“İlandan doğulmuşlar” rəmzi
mənbələrdə Heraklın nəslinə aid edilir. Herodota görə Herakl, Gerionun
öküzlərini qovaraq Gelə gəlir (Herodot, IV/8). Geldəki mağarada Herakl öz
atlarına görə, yarıinsan-yarıilan olan Yexidna ilə cütləşir və buradan ilandan
doğulmuşlar nəsli yaranır. Tarixçi Moisey Xorenskiy “Ermənistan tarixi”
kitabında ilandan doğulmuş midiyalıları “əjdahadan doğulmuşlar” adlandırır.
Qədim Misir mətnlərində
ilan - yaranış, yenilənmə və s. mənasında ilkin materiyanın rəmzi sayılır.
İlanla cütləşmə dedikdə də, insanın ilkin materiya ilə vəhdəti, yəni sufilərin
“Vəhdət əl Vücud” sistemi başa düşülməlidir ki, bu zaman insan, ilkin materiyanı
özünə “bağlayıb”, ondan öz istədiyi kimi istifadə edir. “Vəhdət əl Vücud” rəmzi
- “İlahi mahiyyətlə birlik”, “İlahi mahiyyətin insanda təcəssümü” və s.
mənasını verir. Bu rəmz eyni zamanda “İttihad əl-ləhut bin-nəsut” kimi də qeyd
edilir. Xristian rəmzlərindən yaranmış bu rəmz - “nəsut”, yəni insani və
“ləhut”, yəni İlahi mahiyyətlərin birləşməsi deməkdir. Bu isə, ilandan
doğulmuşların, ilkin materiya ilə vəhdət təşkil edən müqəddəslər nəsli olması
mənasındadır.
Xristianlıqda İlahi
mahiyyətin təzahürü İsa peyğəmbərə aid edilir.
Bu rəmz məna etibarı ilə təsəvvüf elmindəki «xulul», «xululiyyə»
rəmzləri ilə eynidir və Allahla, yəni İlahi mahiyyət mənasında ilkin materiya
ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq deməkdir. Xulul/xəlil [XLL] rəmzinin xristianlıqda
qalil, Qaliley [QLL] kimi qeyd olunduğunu nəzərə alsaq qəbul edərik ki, İsa
peyğəmbəri Allahla vəhdət təşkil etdiyi üçün qalileyli adlandırırlar. Qeyd
etmək istərdim ki, İslamdakı Allah [LLH] rəmzi də, Hulul/Xulul [HLL/XLL] rəmzi
mənasında İlahi mahiyyət olan ilkin materiyaya qovuşmağı bildirir. Deməli,
Allah rəmzi «ilkin materiya ilə vəhdət təşkil etmək, ona qovuşmaq» deməkdir və
sufilərə görə bu səviyyəyə yalnız sufi silsilələrini qalxdıqdan sonra nail
olmaq olar.
Sufizmdə bu vəziyyət eyni
zamanda Allahın “Sakin”liyi [SKN], Tövratda isə “Skiniya” [SKN] adlanır. Bu onu
göstərir ki, bütün seçilmişlər nəsli ilkin materiya ilə, yəni Allah mənasında
olan İlahi mahiyyətlə vəhdət təşkil edirlər.
Psevdoqnostik
İustinin sistemində “ilandan doğulmuşlar” rəmzi mistik məna daşıyır. İppolit,
İustinin doktrinasını Herodotun Herakl haqqındakı rəvayəti ilə əlaqələndirir.
Yəni burada Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir
və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır. Bu isə o deməkdir
ki, «ilandan doğulmuşlar» adi nəsil yox, ilkin materiyadan yaradılmış
mələklərin nəslidir. Rus və digər dillərdə mələk mənasında olan “angel” rəmzi
də, “Yevangel” rəmzi kimi Gel rəmzindən yaranmışdır ki, məhz burada Herakl
Yexidna ilə cütləşmişdir. Belə çıxır ki, ismaili məlahiləri, yəni mələklər
nəsli elə ilandan doğulmuş xəbərçi mələklərdir.
Digər
tərəfdən bu, yerdəki həyatın əsas səbəbkarı olan ilkin materiyanın Amon Allahı
ilə birləşməsi mənasındadır.
Beləliklə, müqəddəslər nəsli, adi insanlardan onunla
fərqlənir ki, onlar ilkin materiya ilə vəhdət təşkil edirlər. Bu isə o deməkdir
ki, Allah bir yox, iki növ insan yaratmışdır. Tövratda da iki növ insanın
yaradılması qeyd olunur. Tədqiqatçı Xosroev, Aleksandriyalı Filondan iqtibaslar
gətirərək ilk insanın yaranması ilə bağlı yazır: «Formalaşdırılmış insanla
(Библ. Быт.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan (Библ.Быт.1:27)
arasında çox böyük fərq var. Çünki, hissiyatla bağlı yaradılan, yəni
formalaşdırılmış insan, artıq keyfiyyətə aiddir və bədənlə ruhdan ibarətdir ki,
kişi və qadın, təbiətinə görə ölümlüdür. Obraza uyğun yaradılan isə – hansı ki
ilkin obrazdır və ya nəsil və ya
möhürdür, ağıllı, bədənsizdir: nə kişi, nə də qadın, təbiətinə görə məhv
olmayandır. İki növ insan vardır: «Yer» (Библ.Быт.2:7) və «Göy» (Библ.Быт.1:27)
insanı. Göy insanı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə
aidiyyəti yoxdur, yer insanı isə qanunsuz materiyadan yaranmışdır ki, Musa
peyğəmbər onu «kül» adlandırmışdı. Buna görə də Filon deyir ki, Göy insanı əllə
düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer insanı
isə usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское
христианство», М., 1991, səh.110). Belə çıxır ki, Allah iki növ insan yaratmışdır
və bunun da birincisi göy insanıdır.
Tarixçi M. Xorenskiyə görə,
bütün müqəddəs yazılar yalnız göy insanına, yəni seçilmişlər nəslinə aiddir.
Adi insanlar isə nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq
deyillər. Bu isə o deməkdir ki, mənbələrdə qeyd olunanların adi insanlara
qətiyyən aidiyyəti yoxdur. Belə çıxır ki, qədim mənbələr yalnız Allaha və onun
seçilmişlər nəslinə həsr olunmuşdur. Buna görə də ingiliscə tarix mənasını
verən «history» rəmzi - «his story» kimi açıqlanır və “Onun tarixi”mənasında
“Allahın tarixi” fikrini ifadə edir.
Quran yazır: «O, sudan bir
insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir»
(Quran, 25:54). Bu o deməkdir ki, ilk insan sudan, yəni ilkin materiyadan
yaradılmışdır. Bundan sonra kişi və qadın, yəni adi insanlar yaradılmışlar.
Əflatunun “Timey” əsərinə görə isə ilk insanı (Tanrıları) Allah özü yaratmışdır
və ona görə də onlar ölümsüzdürlər. Adi insanların yaradılmasını isə, Allah öz
yaratdıqlarına həvalə etmişdir.
Prometey haqqındakı
rəvayətə görə, Yafət oğlu Prometey insanı öz əlləri ilə yaradır və Zevs
Allahından, onu diriltməyi xahiş edir. Buradan çıxan nəticə isə odur ki, Göy
insanının nəsli, Qafqaz dağlarına qandallanmış Prometeyin (Pir-Midiya), yəni
Midiya pirlərinin nəslidir.
“Göy insanları” rəmzi,
mənbələrdən bizə “göy türkləri” kimi də məlumdur. Orxon Yenisey abidələrindəki
Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində, türk xanı iddia edir ki,
məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır.
“Moyun Çor” abidəsində isə türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və
orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B,
1993, səh. 104,134).
Tolis rəmzi
onu göstərir ki, bu hadisə türk bəglərinin yaşadığı Talış dağları ilə bağlıdır.
Məhz bu bəglər ilkin materiyanı Elə çevirərək göydə ruhlar aləmi yaratmışlar.
“Gül-Təkin”in kiçik abidəsində, bu bəglər sağda duran Şad-Apıt bəgləri
adlandırılır və «Göyəbənzər, Göydə yaranmış müdrik türk xaqanı»nın ən yaxın
silahdaşları kimi qeyd olunur (И. В. Стеблева, «Поэтика древнетюркской
литературы», M.1976, səh.10). Apıt (Yapet/Yafət) rəmzi bu bəglərin qədim
Misirin Pta Allahının obrazları olması mənasındadır. Bu isə o deməkdir ki,
qədim Misirin Ra-Amon Allahı həqiqətən də türk xanı olmuşdur və məhz O, Ptah
[PTH] Allahı rolunda, yəni Fateh [FTH] rolunda ilkin materiyanı fəth edərək
özünə tabe etmişdir.
Tanınmış alim A.
Oppenheymin yazdığına görə, Mesopotamiyanın məhşur çarlar (şahlar) siyahısı,
yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən - «çar hakimiyyəti»nin
«Göydən yerə» endiyi dövrlərdən başlanır» (А. Оппенхейм, Древняя Месопотамия.
М., 1980, səh.146). Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi
midiyalıdır və onların içində Zərdüşt də var. Ərəb mənbələrinə görə göydən yerə
enmişlər, Salman ibn Rəbiənin başçılığı ilə gəlmiş iran əhalisidir. Əl-Kufi
«Kitab əl-fütuh» əsərində yazır: «Salman ibn Rəbiyyə və İran əhalisindən onunla
gələnlər Ermənistana daxil oldular. Yerli əhali bir birinə deyirdi ki, üstümüzə
gələn tayfa deyilənə görə Göylərdən enmişdir və guya bu adamlar ölmürlər və
silah onlara heç bir xətər yetirmir» («Azərbaycan tarixi üzrə qaynaqlar»,
B.1989, səh.59). Bu isə o deməkdir ki, İran əhalisi kimi qeyd olunan ismaili
bəg-ərənləri göydən yerə enmişlər, yəni onlar Göy insanının nəslidirlər.
Deməli, Göy insanı dedikdə, göydən yerə enmiş Yafət nəsli olan Göy türkləri
başa düşülməlidir ki, onlar ilandan doğulmuşlar, yəni xəbər gətirən mələklər
nəslidir.
Erməni mifologiyasındakı
Tork-Angelea rəmzi, yəni Türk-Gel nəsli, Allahlar hesab olunur. Təbrizli Arakel
«ilandan doğulmuş» («əjdahadan doğulmuş») Midiya maqlarını – «Osman şahlarının
nəsli» adlandırır (А. Даврижеци «Книга историй», М., 1973, böl. 51). Maraqlı faktdır ki,
Diodor Siciliyalı Misir fironu II Ramsesi - Osimon-Dias, yəni Osman-Allah kimi
qeyd edir. Osman [SMN] rəmzi sufizmdə - «issi Əman» [SS-MN], yəni «Əman ruhu» (Amon ruhu) kimi yozulur. Bu isə
o deməkdir ki, mənbələrdə Osman türkləri dedikdə “Amon Allahının ruhu olan
türklər”, yəni ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslər nəsli başa
düşülməlidir. Bu rəmz mətnlərdə «Dami Osman» [DM-SMN] kimi də göstərilir ki, bu
da «Adəm Osman» [DM-SMN], yəni Osmanın – qədim Misirin Atum Allahının obrazında
olması deməkdir.
Qədim Misir
mətnlərində Atum Allahı ilan adlandırılır və Xoşbəxtlik adasını əhatə edən sonsuzluğun hökmdarı kimi
göstərilir. Atum eyni zamanda Atum-Xarakti [TM-XRKT] kimi qeyd olunur ki, bu da
Adəm-Xorkut [DM-XRKT] obrazında, böyük Günəş Allahıdır (Д. Рол Генезис
цивилизации. Откуда мы произошли… Эксмо, М. 2002, səh. 438,439). Əgər biz
Xoşbəxtlik adasını, tam xoşbəxtliyə çatmış deyləmlərin Tilos adası kimi qəbul
etsək, razılaşarıq ki, Adəm obrazında qeyd olunan Edem cənnəti, Talış
dağlarının üstündə yaradılmış ruhlar dünyasıdır. Burada isə Ra-Amon Allahı -
Xorkut/Qorqut (Qor-Xuda), yəni Qor Allahı (Qor-Qızılquş) obrazında
yaşayır.
İlan rəmzinə mənbələrdə ilk
dəfə qədim Misir və Akkad möhür və mətnlərində rast gəlinir. Akkad dövrünün
möhürlərində ilan adətən bədəni insan, aşağı hissəsi isə ilan kimi təsvir
olunur.
Kassit silindrində olan
yazılardan birinin açma və tərcüməsini Dossen belə verir: «Oğul, üçdə iki
insan, üçdə bir Allah! Yeddi müdrikin hökmdarı!... Nursaçan sifətli əjdaha!».
Mənbələrdə «sirləri bilən müdrik» («Hər şeyi bilən») adlandırılan Gilqameş də –
üçdə bir Allah, üçdə iki insan kimi təsvir olunur (В. К. Афанасьева Гильгамеш и
Энкиду, М. 1979, səh. 135,136,129). Bu isə o deməkdir ki, Gilqameş obrazı da,
Heraklın Yexidna ilə cütləşdiyi Gel eli ilə bağlıdır. Gilqameşin İlahi mənşəyı
də, onun ilandan doğulması ilə, yəni ilkin materiya ilə vəhdəti ilə bağlıdır.
Belə çıxır ki, bütün qədim Allahlar, peyğəmbərlər və müqəddəslər nəsli -
“ilandan doğulmuş” midiyalıların, yəni bu gün ağa, bəg, seyid, şıx və s.
adlandırılan Azəri türklərinin nəslidir.
Ağa rəmzi müqəddəs yazılarda «aqi», «aqiya» kimi göstərilir və
“müqəddəs” mənasında xristianlara aid edilir. Xristian mənbələri,
yəhudilərin müqəddəslik rəmzi olan kodeş (kdş)
rəmzini isə - aqiazo/aqios kimi tərcümə edir. Bu ifadə Əhdi-Ətiq köklü hesab
olunur və «Allaha qulluq və onu şöhrətləndirmə üçün seçilmişlər» mənasındadır.
“Aqi” [Q] rəmzi «Kitabi - Dədə Qorqud»da “Oq” [Q] kimi yazılır və Oğuz rəmzinin qısa yazılış
formasıdır. Əgər nəzərə alsaq ki, xristianlarda müqəddəslik bildirən “aqi”
rəmzi “aqiazo” rəmzi ilə eyni mənalıdır, razılaşarıq ki, “aqiazo” adlanan
xristian müqəddəsləri elə Oğuz ağalarının nəslidir.
Mütəxəssislər qeyd edirlər
ki, qədim erməni mətnlərində “Q” hərfi əvvəllər “L” səsini də bildirirdi və
buna görə də yazılarda Aqu rəmzi Alu rəmzi ilə eyni məna ifadə edirdi.
Mətnlərdəki Aqu/Alu rəmzləri Albaniya ölkəsini bildirirdi. Bu isə o deməkdir
ki, qədim Oğuz müqəddəsləri Albaniya ölkəsinin sakinləri olmuşlar. Qədim
yazılarda “aqi”, “aqiya” [Q] adlandırılan Oğuzlara, yəni bəg, seyid, şıx və s. Azəri müqəddəslərinə
bu gün də şimali və cənubi Azərbaycanda - “Ağa”, “Ağayi” [Ğ] kimi müraciət
edilir. Bu isə o nəticəyə gətirib çıxarır ki, dünyanın bütün müqəddəsləri
Midiyanın Kadus elindən çıxmış türk ərənləri olmuşlar.
Biz qeyd etdik ki,
Əhdi-Ətiqə görə Kedes Qalileyada yerləşir. Qaliley [QLL] rəmzi
sufizmdə, yəni qədim dünyanın vahid dilində, islamın Xulul/Xəlil [XLL] rəmzi ilə eynidir və təsəvvüf elmində
«Allahla vəhdət təşkil etmək», «Allaha qovuşmaq» deməkdir. Kamillik yolunu
tutmuş sufi, ekstazda, təriqətin son fazasına yaxınlaşdıqca Allahı seyr
vəziyyətinə gəlir. Sufizmdə tərikə yolu – türk sufi müridinin Allaha (ilkin
materiyaya) səyahəti deməkdir. Allaha səyahət (suluq) edən bu sufilər – tərikə
[TRK] pillələrini qalxan türük [TRK], yəni türk [TRK] adlanır. Türk – təriqətin
bəqa fazasına, yəni bəglik səviyyəsinə daxil olanda o ilkin materiyada, yəni
Allahda olur. Bu səviyyədə artıq sufi ilə Allah (ilkin materiya) arasında heç
bir maneə olmur. İkilik, yəni insanla (ruhu ilə) ilkin materiya birləşir və
vəhdət əmələ gətirir ki, bu da insanın Allaha çevrilməsi deməkdir. Təriqətin
son fazası isə Həqiqət, yəni Haqq – Allahdır. Ən ali faza olan Həqiqət, yəni
Haqq rəmzi Haqan/Hakan/Xaqan rəmzləri ilə eynidir. Belə çıxır ki, türk
Xaqanları (Hakan) elə Allahın obrazıdır.
Bu faza xristian
mənbələrində də xüsusi qeyd olunur. Naq-Xammadidə tapılmış Filippin İncilində
(44 və 122) deyilir: “Həqiqətdə bu, dünyadakı insan kimi deyil: o Günəşi görür,
lakin o Günəş deyil, o Göyü, yeri və digər varlıqları, bu varlıqlara
çevrilmədən görür. Lakin sən o yerdə nə gördünsə, sən o olursan. Sən ruhu
gördün, sən ruh olursan. Sən Xristi gördün, sən Xrist oldun. Sən [Atanı]
gördünsə, [sən] Ata olacaqsan. Ona görə də [o yerdə] sən hər bir şeyi görürsən
və özünü tək [görmürsən]. Sən özünü o [yerdə] görürsən. Və [sən] gördüyün şey
[olursan]». Bu isə o deməkdir ki, ilkin materiyaya daxil olan insan Allaha
çevrilir və ilkin materiyanı idarə etmək və s. İlahi qüdrətə sahib olur.
Bütün bunlar isə o nəticəyə
gəlməyə əsas verir ki, Midiya maqları, daxili kamilləşmə nəticəsində Bəqa
səviyyəsinə, yəni əbədi Allahda olma səviyyəsinə yüksəlmiş sufilər olmuşlar.
“Türk bəgi” rəmzi də, tərikə pillələrini qalxıb Bəqa səviyyəsinə çatmış və
Allahla (ilkin materiya ilə) vəhdət təşkil edən sufi deməkdir. Deməli, bəgləri
ona görə seçilmişlər adlandırırlar ki, onlar İlahi mahiyyətlə, yəni ilkin
materiya ilə vəhdət təşkil edirlər. Belə çıxır ki, türk bəgləri Allahın yerdəki
bənzərləridir. Əgər nəzərə alsaq ki, ruslar bəqa [BQ] rəmzini Boq [BQ],
iranlılar isə Baqa [BQ] adlandırırlar və bu onlarda Allah mənasındadır, razılaşarıq
ki, qədim dünyanın bir çox ölkələri məhz türk bəglərini Allah kimi qəbul
etmişlər.
Afanasi Nikitinin “Üç dəniz
arxasına səyahət» kitabında bəg, ər rəmzləri ruslara aid edilir və “Urus əri
bəgləri” kimi yazılır. Rus çarlarının keşikçiləri isə rəsmlərdə qanadlı
mələklər kimi göstərilir (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М.
2009, səh.249). “Kitabi - Dədə Qorqud”da Rus rəmzi Uruz (Aruz) kimi yazılır.
Abdulqazi Uruz bəgi – Otkuzli Urus adlandırır. Bu isə o deməkdir ki, Rus [RS]
rəmzi altında, Azər [ZR] rəmzi kimi qədim Misirin Usiri/Osiris/Oziri [SR/ZR]
rəmzləri nəzərdə tutulur. Rus çarlarını qanadlı mələklərin gözləməsi, onların
ismaili məlahiləri, yəni Gel mələkləri olması deməkdir. Bunlar haqda daha geniş
məlumat müəllifi olduğum «Россия – страна Хазарских беков или о чём повествует
«Книга Велеса» kitabında verilmişdir.
Qədim Misir yazılarının
birində, yunanların «Bakxoris» adlandırdıqları və müdrikliyi haqqında
rəvayətlər danışılan Bekneranfu obrazına rast gəlinir. Buradakı Bakxoris rəmzi qədim Misir yazılarında Xor Allahına aid
edilir və mənbələrdə onu «Bakı Xoru» və s. də adlandırırlar. Əgər nəzərə alsaq
ki, Bakxoris rəmzi Bəg-Xris, yəni Bəg-Xristos mənasındadır, razılaşarıq ki,
xristianların İsa peyğəmbəri türk bəgi olmuşdur. İsa peyğəmbərin qədim sirləri
bilməsi isə onun, Allahla aralarında pərdə olmayan batini ismaililərindən, yəni
seçilmişlər nəslindən olması deməkdir.
ХIХ əsrdə Qahirə
sinaqoqunda tapılmış tarixi əlyazmada bildirilir ki, əsl seçilmişlər, yəni
yəhudilər - xəzərlərdir (Ф. Кандель Хазары. Хазарский каганат). Xəzər [XZR]
rəmzi qədim dilçilikdə ölümsüzlük mənasında olan Xızır [XZR] rəmzi ilə eynidir.
Erməni mənbələrində Xəzər rəmzi Yafət rəmzinə aid edilərək Xazarapet kimi
yazılır. Araşdırıcılar hesab edirlər ki, «hazarapati» titulunu Əhəmənilər
dövründə «minlərlə ölməz» daşıyırdı. Erməni mənbələrində Xazarapet rəmzinin,
yəni Xəzər və Yapet (Pet/Pta/Yafət/Fət) adının, digər yerdə Azarapet kimi
göstərilməsi isə o deməkdir ki, Xəzər ölkəsi elə Azər ölkəsidir. Bu isə onu
göstərir ki, Xəzər yəhudiləri adı altında Azəri türk bəgləri çıxış edir.
Deməli, əsl ölməz müqəddəslər Azəri türk bəgləridir. Bu eyni zamanda onu
göstərir ki, Yafətin (İapet), yəni qədim Misirin Pta Allahının da vətəni məhz
qədim Azər eli olan Azərbaycandır.
Yafət (Apet)
rəmzindən Napat (Nifat) rəmzi də yaranmışdır ki, mətnlərə görə Napat, Napatlı
Amonun və onun arvadı Napatlı Mut-un vətənidir. Buradakı Mut rəmzi Midiya
mənasındadır. Strabona (Х1,13,3) görə Zaqr və Nifatu dağında kadus və amard
tayfaları səpələnmişlər. Kadus və amard tayfalarının Midiya sakinləri olması,
ərəblərin Fit adlandırdıqları Nifatu dağının Midiya ərazisində yerləşməsi
deməkdir.
Devid Rol bildirir ki, qədim Misir yazılarında
fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv
ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar
İri-pati [R-PT] adlanırdı və «Patın törəmələrindən
biri» mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində Qorla assosiasiya
olunurdu və bu, şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəsilə, yəni
Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол.
«Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002,
səh.388,389).
İri-Pat [R-PT] rəmzi bizə Ər-Yafət (Ərən-Yafət) [R-FT] kimi məlumdur. Mənbələrdə bu rəmz Midiyanın
böyük və məşhur Gel nəslinə aid edilir. Ər [R] rəmzi, aran/ərən [RN] rəmzləri
kimi türk dilində - kişi, mərd, qəhrəman mənasıdadır və iranlıların ari, aryayi
[R] rəmzi də bu mənadadır. Xüsusi qeyd etmək istərdim ki, mənbələrdəki İran/Eran
[RN] rəmzi də Ərən [RN] mənasında Yafət türklərinə, yəni bilavasitə Midiyanın
Gel elinə aid rəmzdir. Ari/İran [R/RN], yəni ər/ərən [R/RN] rəmzlərinin türk
bəglərindən başqa heç bir xalqa aidiyyəti yoxdur.
Bildirmək
istərdim ki, qədim Misir yazılarında firon sözü yoxdur. Mənbələrdə bu rəmz
“pirao” kimi yazılır. Pirao isə “pir” rəmzidir və bəg, seyid, şıx və s. türk
müqəddəslərinə aiddir. “Oğuznamə”nin atalar sözlərində deyilir ki, “Ölüm pir
üçün bayramdır”. Çünki onlar ölmürlər, öz Allahlarına qovuşurlar. Bu gün Qafqaz
ərazisində yaşayan bəg, seyid, şıx və s. müqəddəslər qeyd edirlər ki, onlar adi
insan deyillər, çünki onlar “Allah nurundan” yaranmışlar. Bu müqəddəslər haqda
digər deyimdə bildirilir: “Avam (yəni adi insan) doyunca yeyər, molla ölüncə
yeyər, seyid öləndən sonra da yeyər”. Bu o deməkdir ki, bu müqəddəslərin
ruhları, bədənin fiziki ölümündən sonra da yaşayır.
Müqəddəslərin
ruhlarının, bədənin fiziki ölümündən sonra da yaşamaları, rəvayət və nağıllarda
da xüsusi qeyd olunur. Mifologiyaya görə, Araqil nəsli, Günəşin təcəssümü hesab
edilir və çöllərin, səhraların mühafizəçisi sayılır. Ermənistana köçməzdən
əvvəl onlar burada «qanad geyib» Ermənistana uçurlar. Araqil [R-QL] rəmzi –
“Gel elinin Ra günəşi” [GL-R] mənasını verir və Midiya torpağında yaşayan
ismaili türk tayfasına aiddir. Bu isə o deməkdir ki, buradakı “qanad” rəmzi
ismaili türklərinin məlahi, məlahid, yəni mələklər nəsli olmasını göstərir.
Deməli, ismaililərin mələk adlandırılması, onların ruhlarının, bədənin fiziki
ölümündən sonra da ruhlar dünyasında quş rəmzində yaşaması ilə bağlıdır. Əgər
nəzərə alsaq ki, qədim Midiya ərazisində yaşayan bu Azərbaycan pirləri sözlə
təbiət və canlılara təsir edə bilirdilər, razılaşarıq ki, onlar mənbələrdə
ölümsüzlük qazanmış Xızır, yəni qədim Misirin Oziri/Azər Allahının nəslidir.
Dilimizdəki Həzrət [HZRT] rəmzi də Xızır rəmzindən yaranmışdır və Xızır Ata
[HZR-T] fikrini ifadə edir.
Həzrət rəmzi
ilə eyni kökdən olan Hazarapati/Azarapati rəmzləri isə onu göstərir ki, Pat
rəmzi ilə bağlı olan bütün rəmzlər Yafət nəslinə, yəni türk bəglərinə aiddir.
Belə çıxır ki, rus dilində Allah mənasını verən Qospod rəmzi də Yafət nəslinə
aid edilməlidir. Çünki, Qospod [QS-PD] sözü - Qos-Pta [QS-PT], yəni Aqios-Yafət
kimi açılır və bunu Oğuz-Yafət [ĞZ-FT] kimi də oxumaq olar. Bu məntiqlə Padişah
[PD-ŞH] rəmzi də Yafət rəmzi ilə əlaqəlidir və Yafət-Sak [FT-SK], yəni
Yafət-Saxu mənasında “ölümsüzlük qazanmış Yafət nəsli” fikrini ifadə edir və
məşhur Gel elinə aiddir. Pat rəmzinin Yeqipet, yəni Misir və Mesopotamiya rəmzləri
ilə bağlılığını nəzərə alsaq, razılaşarıq ki, bütün bunlar Pta Allahı və Onun
yerdəki Elinə aiddir.
Qədim Misir
mənbələrində deyilir ki, Amon, özünü Pta/Ptah adlandıraraq ilkin Nun suları
ilə, yəni ilkin materiya ilə eyniləşdirir. İlkin materiya adından çıxış edən
Amon, ondan Atum Allahını, yəni insan obrazında göy dünyasını yaradır.
Beləliklə, firon Amon bəşər tarixində ilk dəfə ilkin materiyanı dərk edərək,
ekstaz vəziyyətində, yəni sufiliyin “bəqa” səviyyəsində ilkin materiyanı El-ə
çevirir. Əvvəlcə, Amon, bir il müddətində, göydə ilkin materiyadan Ra Günəş
diskini formalaşdırır. Özünün fiziki ölümündən sonra isə onun ruhu bədəndən
çıxaraq göyə qalxır və “saxu”ya çevrilərək, formalaşdırdığı Ra diski ilə
birləşir. Bu vəhdətdən Günəş Allahı olan və İslamda Rəhman adlandırılan Ra-Amon
(Amon-Ra) Allahı yaranır. Sufilər “Vəhdətin Günəşi” dedikdə, misirlilərin
Ra-Amon adlandırdıqları məhz bu Allahı nəzərdə tuturlar.
Bu prosesin izlərinə daha
çox “Ermənistan tarixi” kitabında rast gəlmək olar. Çünki, Ərman/Ermən [RMN]
rəmzi - Ra-Amon [RMN] Allahı mənasındadır. Xüsusi olaraq qeyd etmək istərdim
ki, indiki ermənilərin qədim Ermənistana qətiyyən aidiyyatı yoxdur. Bu kütləni
çar Rusiyası ХVIII əsrdə qədim Azərbaycan elinə köçürmüşdür. Əvvəldə qeyd
etdiyimiz kimi, tarixçi Moisey Xorenskiyə görə, müqəddəs yazılar yalnız İlahi
xalqa, yəni türk bəglərinə aiddir. İndi özlərini erməni adlandıran toplum isə
türk bəglərinin öz əlləri ilə yaratdığı adi insanlardır. Avropa mənbələrində
Ermənistan rəmzinin Germaniya və Prussiyanın digər adı kimi göstərilməsi, Ermən
sözünün rəmz olduğunu göstərir.
Tarixçi
Vardanın yazdığına görə, Sökmən (Sukman) [SK-MN], yəni saxu-Amon [SX-MN] «Xelat
və digər çoxlu şəhərləri aldı… on iki şəhərə yiyələnəndən sonra özünü
Şahi-Ərman adlandırdı ki, bu da onların dilində erməni şahı deməkdir…» (К.
Гандзакеци История Армении. М. 1976, səh. 282). Türk bəginin Xelatı aldıqdan
sonra özünü Ərman şahı adlandırması, Şahi-Ərman [R-MN] rəmzinin Ra-Amon [R-MN],
yəni Amon-Ra [MN-R] Allahı mənasında olmasına işarədir.
Sökmən rəmzi, qədim Misir
dilçiliyində Saxu-Amon kimi izah olunur ki, buradakı “saxu” rəmzi, öləndən
sonra bədəndən çıxan insan ruhunun yeni forma almasını bildirir. Misirşünas U.
Bac bu barədə yazır: «Totun sözləri və kahinin duaları insan bədəninin
mahiyyətinin «saxu»ya çevrilməsini məcbur edir və o Allahların yaşadığı Göylərə
qalxır... İnsan bədənində yaşayan ruh Saxuya keçir və çürüməyən bu yeni bədən
Göylərdə ruhun bədənini təşkil edir, necə ki, fiziki bədən ruhun yerdəki evidir
(У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Deməli,
Şahi-Ərman (Saxu-Amon) rəmzi, “Amon Allahının ruhu” mənasını verir ki, bu ruh
Xelatda (Qalaad/Qulat/Kolyada), yəni Gel elində əbədi şahlıq edən Ra-Amon
Allahına çevrilmişdir.
Tanınmış
Azərbaycan tarixçisi Ziya Bünyadov bildirir ki, Xilatın, Ərzincanın sahibi
şah-Ərman II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə
evləndi və onun ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin
malikanəsinə çevrildi (Историческая география Азербайджана. Б.1987, səh.95).
Atabəg rəmzi, sufizmdə bəqa səviyyəsinə, yəni Allah səviyyəsinə yüksəlmişlərin,
Allaha çevrilmişlərin atası mənasındadır və qədim Misir yazılarına görə bu adı
bütün Allahların Atası və Ağası olan Ra-Amon, yəni Ər-Əman Allahı daşıyırdı.
Deməli, Xilat, yəni Gel, Gelat eli - Allahların atası hesab olunan Ra-Amon
Allahın yurdudur.
K. Qanzaketsiyə görə gürcü
çarlarının da qəbirlərinin Xelatda, yəni Gelatda olması, bu ərazinin xüsusi
ərazi olması deməkdir. Əgər nəzərə alsaq ki, Gürcüstan [Qruziya] rəmzinin kökü
Gür/Qor/Qruz [QR/QRZ] rəmzi, yəni eyni mənalı Xoris/Xor/Qor rəmzləri
[XRS/XR/QR] ilə bağlıdır, razılaşarıq ki, Xelat/Xilat elində qədim Misirin Qor
[QR] fironları nəslindən olan bütün şahlar basdırılmışdır.
Qor və ya Xor Allahı Misir
mifologiyasında qızılquş simasında göy və Günəş Allahı hesab edilir. Qədim
Misir mənbələrində quş - müqəddəslərin ruhlarının obrazıdır və Ba rəmzi ilə
qeyd olunur. «Piramida mətnləri»nə görə, Qədim şahlıqda Ba – Allahların və
fironların malik olduğu güc və qüdrət təcəssümüdür. Əlləri və başı insanınkı
kimi təsvir olunan Ba quşu insan öləndən sonra da yaşamaqda davam edir.
“Saxu”-ya çevrilən fironun ruhu göyə qalxır və burada artıq o, adi insanın
ruhundan fərqli olaraq Allahlara xas qüdrət qazanır. Qurana görə, insan ruhunun
quş rəmzli varlığa çevrilməsini məhz Allah təşkil etmişdir (Quran, 17:13,
3:49). İslamda Ba Allahı - Va-Allahı kimi, yəni Vallah kimi məlumdur.
Ba ruhu eyni zamanda Benu
adlanır və Geliopolda, yəni Gel şəhərində ona xüsusi ehtiram göstərilir. Ba
quşunun Benu [BN] adlanması, onun ilkin Nun [NN] sularında, yəni ruhlar
dünyasında yaşaması ilə bağlıdır. Deməli, Benu [BN] rəmzi Ba-Nun [BNN]
rəmzindən yaranmışdır. Benu quşlarının yaşadığı göydəki el isə El-Benu [L-BN]
adlanır ki, bu da elə Al-Ban [L-BN], yəni Albaniya mənasındadır. Bu isə o
deməkdir ki, Albaniya dedikdə, müqəddəslərin Ba ruhlarının yaşadığı ruhlar
dünyası təsəvvür olunmalıdır. Alban rəmzi qədim mənbələrdə Alvaniya [L-VN],
Livan [L-VN], Lbnun [L-BNN] və s. kimi də qeyd olunur.
“Alban
tarixi” kitabında, Albaniya – “Şərq” və
“Şərq əyaləti”, onun xalqı isə “Şərq xalqı” adlandırılır. Lakin, müqəddəs kitablarda
«Şərq ölkəsi» (Библ.Быт.25:6) deyəndə eyni zamanda Ərəbistan, «Şərq oğulları»
(Библ.Быт.29:1), «Şərqin əhalisi» (Библ.Суд.6:3,7:12) deyəndə isə
ərəbistanlılar nəzərdə tutulur. Belə çıxır ki, Şərq ölkəsi olan Albaniya eyni
zamanda Ərəbistandır.
Dahi Azərbaycan
filosofu Şihabəddin Yəhya Sührəvərdi özünün «Şərq» fəlsəfəsini məhz bu «Şərq»in
axtarışına həsr etmişdir. Onun əsərlərində söhbət coğrafi Şərqdən yox,
metafizik Şərqdən, Ruhun Şərqindən gedir. Sührəvərdi fəlsəfəsinin araşdırıcısı
A. Korben qeyd edir ki, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında ruhun mənbəyi
olan Mələkütü (mələklər aləmi) nəzərdə tutur. Anri
Korben «İran sufizmində İşıq insanı» kitabında yazır ki, İran sufi ədəbiyyatında
əsas leytmotivlərdən biri «Şərqin axtarışı»dır. Lakin bu Şərq coğrafi xəritədə
yoxdur və ola da bilməz. Bu Şərq, yerin yeddi tərəfinin heç birinə daxil deyil
və mahiyyətcə səkkizinci tərəfi təşkil edir. Bu «səkkizinci tərəfin» axtarış istiqaməti də horizontal yox, vertikal, yəni
şaqulidir. Belə çıxır ki, qədim mənbələrdə Şərq dedikdə – Allah və mələklərin
göydəki dünyası başa düşülməlidir. Deməli, Albaniya və Ərəbistan ölkələri –
ruhlar dünyası mənasındadır.
Yunan mifologiyasında da
«Ərəb» (Ereb) rəmzi xaosu, yəni göyləri bildirir ki, burada sonradan «dünya»
yaradılmışdır. E. ə. VIII əsrə aid Assuriya yazılarında isə «Şərqin ərəbləri»
ölkəsi Midiya ərazisində qeyd olunur (И. Дьяконов, «История Мидии», М-Л.1956,
səh. 219-221). Belə çıxır ki, qədim yazılarda da Şərq ölkəsi olan Ərəbistan
Midiyaya aid edilir.
Mənbələrə görə, Midiyada
əsasən «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» yaşayırlar. Burada «dağ
və səhralarda dolaşan» deyəndə, Midiya dağları və ilkin materiya səhralarında
ekstatik vəziyyətdə “dolaşan” midiyalılar, yəni tərikə yolunu gedən türklər
başa düşülməlidir. Sufizmdə səyahət rəmzi
olan suluq [SLQ] (yəh. “salxa” [СЛХ] – səyahət) kamilləşmə mərtəbəsi deməkdir (ərəb.
seyr və suluk). Təsəvvüf elmində suluk - xüsusi səyahət, yəni “Allaha və
Allahda səyahət” mənasındadır. Bu isə o deməkdir ki, «Şərqin
ərəbləri» ölkəsi - Göydəki “Ərəb dünyasında dolaşan midiyalılar ölkəsi”
anlamındadır. Buradan çıxan ümumi nəticə isə odur ki, Ərəbistan və Albaniya qədim Misir Allahlarının göy
şahlığının müxtəlif adlarıdır və burada ölümsüz fironların ruhları Benu quşu şəklində
yaşayırlar.
Qədim
Misir yazılarında Ərəbistan səhraları Yalu [L], yəni El [L] kimi qeyd
edilir ki, digər yerlərdə bu səhra Sexet sahələri adlandırılır. «Ölülər
kitabı»nda deyilir ki, Allahın əmri ilə Xotep [XTP], yəni ilkin materiyanın
düşünən hissəsi olan Ptax [PTX] - Sexet sahələrinə çevrilir və sonradan burada
Allahlar yaşamağa başlayır. Sexet [S-XT] rəmzinin digər yazılış forması olan Kadus [KD-S] Midiya müqəddəslərinə aid
rəmzdir və bu rəmz Qades/Qüds [QD-S]
kimi də yazılaraq Yerusəlimi və
yunanlıların ölüm şahlığını bildirir.
Erməni
mənbələrində, Midiya ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat
verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironların ruhları)
Yerusəlimdə yaşayaraq, İordan çayının sahillərinə səyahət edirdi və onlar əzəli
Ermənistanda, yəni Sünikdə səhra tikib bərqərar etdilər. Arakel, səyahət
yerlərini “Ermənistanın Yuxarı vilayəti”
adlandırır. Aydındır ki, Ermənistanın Yuxarı vilayəti dedikdə, Ra-Amon
Allahının yaratdığı göy dünyası nəzərdə tutulur. Öldükdən sonra isə
paronterlər, yəni fironların ruhları, adlarını və qiyafələrini dəyişərək,
buraya - insan səsi eşidilməyən məkana köçürlər.
Bu
cənnətin yerini dəqiqiləşdirərkən, Arakel onu - “mələklərin yaşadığı məskən və
müqəddəs səhra” adlandırır və Taron qavarında yerləşən Lazar monastrı ilə əlaqələndirir.
Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar
olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda ölümcül vəziyyətə
düşürdülər: “... və yalnız zaman-zaman çıxır, gəzir sonra yenidən səhraya
qayıdırdı, çünki o sudan çıxarılmış, can verən balığa bənzəyirdi və geriyə,
suya qayıtdıqdan sonra yenidən canlanırdı: səhradan çıxanda [Vardapet
Movses boğulurdu] və geri döndükdə isə canlanırdı” (Даврижеци А. Книга
историй. М.1973,
böl.24,51). Bu o deməkdir ki, ölmüş insaların ruhları məhz burada, yəni göy
Ərəbistanı olan Albaniyada yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar.
Buradan kənarda isə ruhlar üçün yaşayış yoxdur.
Albaniya [LBN] rəmzi,
mənbələrdə Livan [LVN] kimi də yazılır. Əhdi-Ətiqdə Misir və Assur ölkəsi
Livandakı sidr ağacı adlandırılır. Kökü böyük dərya sularında olan bu ağacı
sonsuzluq ucaltmışdı (Библ.Иезек.31:3-9). Deməli, Livandakı sidr ağacı dedikdə,
ağac rəmzində Midiya göylərində yaradılmış Alban ölkəsi təsəvvür olunmalıdır.
Yazılanları ümumiləşdirərək
belə nəticəyə gəlmək olar ki, qədim yazılardakı Ərəbistan, Albaniya, Livan,
Misir, Ermənistan və s. adlar coğrafi məkan yox, Ra-Amon Allahın göydə yaratmış
olduğu ruhlar dünyasının müxtəlif adlarıdır.
Qeyd etmək
istərdim ki, I Şapurun (III əsr) yazılarında, yunan variantında «Albaniya» kimi
qeyd olunan ölkə – parfiya variantında Ardan [RDN] kimi yazılmışdır. Kartirin
(III əsr) yazısında isə Albaniya - Aldan [LDN] kimi qeyd edilir (Г. А.
Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б. 1991, səh.58). Ardan [RDN]
rəmzini biz İordan [RDN] kimi də oxuya bilərik. Bu isə qədim İordan çayının
Albaniya ilə bağlı olması deməkdir. Erməni mənbələrində Alban rəmzinin Aqvan
[QVN] kimi də yazılışı, bu rəmzin Qavaon [QVN] rəmzi ilə eyniliyi mənasındadır.
Qavaon [QVN] isə yəhudi yazılarında Vəhy çadırının qurbangahla birlikdə
yerləşdiyi şəhərdir (Библ.3Чар.3:4-14). Vəhy çadırı dedikdə, Musa peyğəmbərin
göydən gətirdiyi ilahi od, yəni ilkin materiya və ondan yaratdığı məkan
(skiniya-Allahın sakinliyi) təsəvvür olunmalıdır. Bu isə Albaniya ölkəsinin,
həqiqətən də göydə ilkin materiyadan yaradılmış ruhlar dünyası mənasında olması
deməkdir və bu dünyanın sahibləri də ölümsüz hesab edilən ismaili mələklərinin
nəslidir.
Kartirin
yazısında Albaniya Aldan [LDN] kimi qeyd olunur ki, bu rəmzi Ədn, Din [DN-L]
eli kimi də oxumaq olar. Din [DN] rəmzi qədim dünyanın ən sirli rəmzlərindən
sayılır. Sufizmdə “DN” rəmzi “TN” rəmzi ilə eyni mənalı hesab olunur və
müxtəlif variantlarda əsasən Allah
(Odin/Adonay və s.) və ya onun eli (Tina/Tana/Oten və s.) mənasındadır. Ən
qədim Misir mənbələrində bu rəmz Nut [NT] kimi yazılır və göyləri bildirir.
Dünyanın yaradılışının
Geliopol variantına görə, göydəki ruhlar dünyası bir-birini əvəzləyən
yaranışlardan törəmişdir. İlkin Nun sularının ortasındakı təpəyə Atum Allahı
yüksəlir və öz-özündən Şu və Tefnut cütlüyünü yaradır. Bunlardan ikinci cütlük
olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Nut göyünü başı
üzərinə qaldırır və Qeb torpağından ayırır. Qeb və Nut cütlüyü öz növbəsində
Osiris (Oziri), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum
(Adəm) adlanan «Enneadanın böyük doqquz Allahı» yaranır ki, türk yazılarında bu
“tuquzquz”, yəni «doqquz oğuz» kimi qeyd olunur.
Bu
hadisə Quranda da nəzərə çatdırılır: «O inamsızlar görmədilərmi
ki, bitişik Göy və Yeri biz ayırdıq; bütün canlıları sudan yaratdıq... Yerdə su
onları çalxalamasın deyə, sabit dağlarda möhkəmləndirdik… Göyü qorunan ban
(tavan) düzəltdik, onlar isə onun əlamətlərindən üz çevirirlər. O [Allah] gecə
və gündüzü, Günəş və Ayı yaradandır. Onlar Göy qübbəsində üzürlər… Bir də biz
səndən öncə heç kimə ölümsüzlük vermədik» (Quran, 21:30-34). Qurana görə, Göylə
Yer ayrıldıqdan sonra sabit dağların birinə bağlanır ki, qədim Misir
yazılarında bu dağ Mariyut şəhərindədir. Misir mətnlərində yazılır ki, Nut Göyü
– Göy öküzünə çevrilərək Ra Günəşini öz belinə götürür və onu, Osirisin
ayağının yerləşdiyi Mariyut şəhərinə gətirir (Е. А. Уоллис Бадж, «Египетская
книга мёртвых», М-СПб, Ексмо, 2005, səh.22).
Mariyut [MR-T] rəmzi qədim
mənbələrdə Mar-Tu [MR-T] və ya Ta-Meri [T-MR] kimi də qeyd olunur və marlar,
yəni amoreylər ölkəsi olan həqiqi Misirin digər adı hesab olunur. Biz,
amoreylər, yəni marlar haqqında danışanda Moria dağının Midiyada yerləşməsini
göstərdik və bildirdik ki, Göy Yerusəlimi burada yaradılmışdır. Misir
mətnlərindən isə belə çıxır ki, Nut göyü də Moria dağındakı Mariyut şəhərində
formalaşmışdır.
Mariyut [MR-T] rəmzinin
digər yazılış forması olan Ta-Meri [T-MR] rəmzini misirşünas Uillis Bac –
«subasma torpağı» kimi tərcümə etmişdir. Bu isə Nuhun subasmasının bilavasitə
Mariyut, yəni Moria dağı ilə bağlı olması deməkdir.
Subasmanın Yəhudi və Babil
variantlarına görə, Allah insana sirr açaraq, ona gəmi düzəldib, «həyat
toxumunu» xilas etməyi tapşırır. Babil variantında qeyd olunur ki, su
çəkiləndən sonra insan qurban kəsir və Allahlar səviyyəsinə yüksəlir. Şumerin Larsa şəhərində tapılan sənəddə bu barədə
deyilir: «Daşqın gəldi… Daşqın gələndən sonra şah hakimiyyəti Göydən yerə göndərildi».
Əhdi-Ətiqdə isə subasma ilə əlaqədar xüsusi nəzərə çatdırılır ki, «Allah
subasma üzərində təntənəli surətdə əyləşdi və O, şah kimi əbədi əyləşəcək». Belə
çıxır ki, şahlıq Allah hakimiyyətidir və o sirli daşqınla eyni vaxtda yerə göndərilmişdir.
Subasmanın yəhudi variantına görə, daşqın, Göydən tökülən kişi sularının, yerdən
qalxan qadın suları ilə birləşməsindən baş vermişdir. Quranda «kişi» və «qadın»
sularının birləşməsi belə ifadə olunur: «Biz Göyün qapılarını şırıltı ilə
tökülən su ilə açdıq. Yerdən də suyu püskürtdük və onlar əvvəldən təyin edilmiş
iş üçün birləşdilər» (Quran, 54:11,12). Bu
isə o deməkdir ki, subasma hadisəsi ilkin materiyanın “su” rəmzində yerə gətirilməsi
mənasındadır və Rəhman Allah da məhz bu subasma hadisəsindən sonra ilkin
materiyanı özünə tabe etmişdir.
Nut [TN] rəmzi qədim Misir yazılarında qeyd olunan Tatanen [TTNN] rəmzinin qısa formasıdır və «ilkin təpə»,
«qaldırılmış torpaq» və s. mənasındadır. Amon Allahı isə mənbələrdə Tatanen Amon adlandırılır ki, bu da
onun öz bədəninin “ilkin təpə” mənasında olması deməkdir. Tata-Nen [TT-NN] rəmzi sufizmdə Nun
sularından yaranmış Tet (Duat) fikrini
ifadə edir. Tet/Duat [TT/DT] rəmzi qədim Misirdə ölüm şahlığı və ruhlar dünyası
mənasındadır ki, bu da iki mənada, həm göydəki ruhlar dünyasını və həm
də yerin altındakı “ölüm şahlığı” mağarasını bildirir. Deməli, Nut və ya Din
dedikdə ölümlə, yəni ruhun ölümdən sonrakı həyatı ilə bağlı aləm başa
düşülməlidir. Quranda Din [DN] rəmzi Ədn [DN] kimi də yazılaraq cənnəti bilirir
(Quran, 9:72, 98:8).
Mühiddin ibn Ərəbinin
yazdığına görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul
edən insanın ruhu o dünyada ömrünü davam etdirəcək. Ərəbi bildirir ki, Allah
İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət
etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur
ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir. Ərəbiyə görə İslam dini
Allahdadır və bu Dinə tabe olaraq ölmək, Allahın qoyduğu qanuna tabe olub, onun
göydə yaratdığı dünyada əbədi yaşamaq mənasındadır (İbn Ərəbi, “Füsus ül
Hikəm”,8). Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və müsəlman
olaraq ölmək də, Allahın yaratdığı Dində, yəni İslam Elində əbədi həyat
qazanmaq mənasını bildirir.
İslam [S-LM] rəmzi sufizmdə
“İssi-Aləm” [SS-LM] mənasında “göydəki aləmin ruhu” fikrini ifadə edir. Qədim
Misir yazılarında ruh mənasını verən “İssi” (“Üzzə”) rəmzi “Şu” kimi qeyd olunur və Amon Allahının
ruhunu bildirirdi. Biz qeyd etdik ki, mətnlərə görə Şu qalxaraq - Nut göyünü
Qeb [QB] torpağından ayırır. Şu-nun qalxması burada, Amonun ruhunun Bəqa [BQ]
səviyyəsinə qalxması və bu səviyyədə ilkin materiya mənasında olan Tefnutdan
(Pta-Nut) - Nut göyünü və Qeyb [QB] aləmini yaratması deməkdir. Mətnlərdə Nut
Göyünü saxlayan sütun - «Şu sütunları» adlandırılır. Şu Allahı da Aton [TN]
kimi qeyd olunur ki, bu da Nut [NT] göyü mənasındadır. Bu isə o deməkdir ki,
Amon Allahı, Din [DN] adlandırdığımız Nut [NT] göyünü öz ruhuna tabe
etmişdir.
Qədim Misir mətnlərində
deyilir ki, Allah göydəki suları axıdan və taxtı üçün su yaradandır. Abidosda qurban gətirən Allah öz qurbanlarını, ruhlar
Evi olan göydəki Beytdə yerləşdirir və bu Ev üçün xüsusi qanunlar yaradır.
Mənbələrdə, göydəki bu Beyt - «Möminlər
adası» adlandırılır ki, o dünyadakı hakimlərin hamısı burada yerləşir. Mətnlərə
görə, axirətdə ilkin materiya mənasında olan ilahi Od məhz bu Beytdən
qalxaraq yenidən Osirisin bədəninə gələcək və o yenidən diriləcək. Buradan isə
belə nəticə çıxarmaq olar ki, Din adlandırdığımız göydəki Nut aləmini, Amon
Allahının ruhu mənasındakı “Şu sütunu” saxlayır.
Ra-Amon Allahın ruhu olan
Şu, xristian mənbələrində Yeşua kimi yazılır və İsa peyğəmbəri bildirir.
İslamda bu rəmz Şiə kimi qalmışdır və Allah ruhunun digər obrazı olan imam
Əlinin ardıcılları mənasındadır.
Əli [L] rəmzi mənbələrdə El
[L] kimi də yazılır və göydəki aləm mənasında ruhlar dünyasını bildirir.
Ərəbinin qeyd etdiyi kimi, Din sözünün də əlif və lam səsləri ilə qeyd
olunması, bu rəmzin göydəki El mənasında olması deməkdir. Deməli, imam Əli elə
İslam Dininin, yəni göydəki ruhlar dünyasının şəxsləndirilmiş obrazıdır.
İslam [SLM] rəmzi ilə eyni
kökdən olan Darussalam [DR-SSLM]
rəmzi xoşbəxtlik evi, cənnət fikrini ifadə
edir. Darussalam [DR-SSLM] rəmzi,
«İslam/Salam dairəsi» mənasından başqa, Adəri-İslam [DR-SLM] kimi də oxunur ki, bu da İslam Elinin Adər,
Adərbadaqan, yəni Azərbaycanla bağlı olması deməkdir. İslamla [S-LM] eyni mənalı Yerusəlim [RS-LM] rəmzinin isə
Rus-Aləm [RS-LM] mənası da var ki, bu da “Osiri aləmi” mənasında Osirisin ölüm
şahlığının məhz İslam Eli olması deməkdir.
El [L] rəmzi mənbələrdə Alu
[L] kimi yazılaraq Albaniyaya aid edilir. Tarixçi M. Xorenskiyə görə, Alu –
Albaniyanın digər adıdır və böyük, adlı-sanlı tayfa olan Sisaka (Saxu), yəni
Gelarküni nəslinə vərəsəliklə verilmişdir (kit. II, böl. 8). Bunu “Ermənistan
tarixi” kitabında İ. Drasxanakertsi də təsdiqləyir
(böl. 2). M. Kalankatuasi (1,4) və digər müəlliflər də qeyd edirlər ki, “Sisaka
nəslindən, Yafət-Ərən törəmələrindən kiməsə Alban dağları və sahələri miras
kimi qalmışdır”. Bu isə o deməkdir ki, Allahın göydəki El-i, yəni mənbələrdə
Alu kimi də qeyd olunan Albaniya/Alvaniya ölkəsi, Yafət-Ərən törəmələrindən
olan Gelarküni, yəni Gelar nəslindən bir nəfərə miras qalmışdır. Belə çıxır
ki, Allahın, İbrahim və Yaqub oğullarına vəsiyyət etdiyi Din elə, Gelarküni
nəslinə əbədi verilmiş Albaniya dünyasıdır və Əli obrazı da bilavasitə bu nəslə
aiddir.
Ruhlar dünyasının varisə
verilməsi Quranda da xüsusi qeyd olunur. Burada bildirilir ki, Yer Allahındır
və Allah öz qullarından istədiyini Varis seçəcək və Torpağını vərəsəliklə Ona
verəcək (Quran, 2:30, 15:23, 7:128, 19:63, 21:105, 26:85). Tövrata görə də
Allah əhd edərək torpağı İbrahim, İsaq və
Yaqub nəslinə vərəsəliklə verəcəyini bildirmişdir (Библ.Исх.6:8).
Quranda
Allah eli eyni zamanda «əl-Mülk» adlanır və bildirilir ki, Allaha məxsus olan
bu Mülkü O, istədiyi şəxsə verir. Quranda, köhnəlib
xarab olmayan bu Mülk, əbədilik ağacı ilə əlaqələndirilir (Quran, 67:1, 3:26,
20:120). Mülk [MLK] rəmzinin mələk [MLK] və malik [MLK]
rəmzləri
ilə eyniliyi onu deməyə əsas verir ki, Allahın Mülkündə yaşayan mələklər nəsli
əsl hökmranlar nəslidir. Sufizmdə “mələk”
[MLK]
rəmzi - “Gelam” [GLM] rəmzi ilə də eyni məna
verir ki, bu da Gel elini, yəni Geliopolu qurub-yaradan Allahın rəmzidir. Deməli, Mülkün istədiyinə verilməsi, Ra-Amon
Allahın yaratdığı Mülkünün axirətdə ismaili mələklərinin nəslindən olan varisə
verilməsi deməkdir.
Xristian
yazılarından olan “Siluanın nəsihəti”nə görə də Allah Nuru olan Xristos, yəni
İsa peyğəmbər axirətdə Allahdan hər şeyi vərəsəliklə qəbul edəcək. Bu isə o deməkdir
ki, axirətdə gəlməli olan İsa obrazı elə imam Əlinin obrazıdır və bu obrazlar
Amon Allahının Ruhu mənasındadır.
Qeyd etdiyimiz kimi
Xristos, yəni Xoris/Xor/Qor qədim Misirin Qor Allahıdır. Qədim Misir yazılarına
görə axirətdə, ölmüş Oziri Allahını diriltmək üçün oğlu Qor, anası İsida ilə
birgə gəlir. Mətnlərdə, varis Qor rolunda gələn iddia edir ki, O Ra Allahının
şiridir və ona, sonsuz - əvvəli və axırı olmayan zaman verilmişdir və O
əbədiliyi vərəsə kimi qəbul edən, ölümsüzlüyü hədiyyə kimi alandır. Bu isə o
deməkdir ki, Qor Allahı axirətdə ruhlar dünyası ilə birlikdə əbədiliyi, yəni
ölümsüzlüyü Allahdan qəbul edəcək.
Qor rəmzi
mənbələrdə Qarni [QRN] kimi yazılır və bunu Quran [QRN] kimi də oxumaq olar.
Tarixçi M. Xorenski (I/12) Gel elini,
yəni Gelarkünini Qarni adlandırır. Bu isə o deməkdir ki, Misir yazılarında Qor
(ərəbcə Qərə) adlanan Allahın Göy dünyası məhz burada, Gelarkünidə - Allahın
«Kün» («Ol!») əmri ilə yaradılmışdır. Mənbələrdə kainatın nəhəng Qurana
bənzədilməsi, Quranın həyat verməsi, cənnətə və axirətə əmr etməsi, cəhənnəmin
atəşindən qoruması, məhkəmə günü onu oxuyanları himayə etməsi onu göstərir ki,
Quran rəmzi bilavasitə qədim Misirin Qor Allahının obrazıdır.
Qeyd
etdiyimiz kimi, mənbələrə görə Məhəmməd peyğəmbər imam Əlini “Danışan Quran”
adlandırmışdır. Əli rəmzi isə El, yəni Alu (Albaniya) rəmzi ilə eyni mənalıdır
və ifrat şiələr olan ismaili-deyləmləri imam Əlini Allah (“Əli-İlahi”) kimi
qəbul edirlər. Onların elmlərinə görə, axirətdə məhz Əli gələcək və yeni,
mahiyyəti yalnız kiçik bir qrup şeyx və dərvişlərə bəlli olan Quran
gətirəcəkdir. Onların “Əli-İlahi” təliminə görə, Məhəmməd peyğəmbər Əli
şəxsiyyətində təzahür etmiş carçı və xəbərçidir («Шииты, сунниты, дервиши:
вечные тайны ислама», M., 2005, səh.103).
Əli [L] rəmzinin
digər deyiliş forması olan El/Eliya/İliya [L] rəmzləri də yəhudilərdə və digər
xalqlarda Allah mənasını verir. Əhdi-Ətiqdə Niftalı
(Napat-Eli) boyundan və Qalaad (Qulat) elindən olan İliya - Aaron, yəni Ərən
evinin son hakimidir (Библ.3Цар,17:1). Əhdi-Ətiq peyğəmbərləri yazırlar ki,
axirətqabağı İliya peyğəmbər gələcək və xristianlar bunu Xristosun ikinci
gəlişi kimi qəbul edəcəklər.
Mənbələrdə İlyanın, yəni Əlinin ölümsüzlük qazanması, onun
göylərə”diri-diri” qaldırılması ilə əlaqələndirilir. İbn Ərəbi,
İlyanı Günəş Allahı kimi qeyd edir və bildirir ki, O, Göy kürəsinin
mərkəzindəki Günəş kürəsində dincəlir. İlya - Livan, yəni Alban dağında ilahi
oddan bir at yaradıb onu minmiş və Allaha çevrilmişdir (İbn Ərəbi, “Füsus ül
Hikəm”, 22). Əhdi-Ətiqə görə də atəşdən
olan at arabası göydən burulğanla gəlib İlyanı göyə aparacaq (Библ.4Цар.2:11). Bu
isə o deməkdir ki, İlya, yəni Əli obrazı burada, İlkin materiya ilə vəhdət
təşkil edən Amon Allahı mənasındadır.
İslama görə,
imam Əli Məhəmməd peyğəmbərin varisidir. Biz qeyd etdik ki, Qəzaliyə görə
Məhəmməd peyğəmbər kosmik insanın, yəni bədəni Edem cənnəti olan qədim Misirin
Atum Allahının obrazıdır. Əlinin varis kimi qəbul edilməsi, Məhəmməd
peyğəmbərin yerinə, yeni ruhlar Eli mənasında Əli obrazının gəlməsi deməkdir.
Ledun [L-DN] elmi də, göydə yaranacaq yeni Din Eli-nin [DN-L], yəni Nut göyünün
yaranması, göydəki ruhlar dünyasının varisə verilməsinin elmidir.
Bütün bunlar
haqqında daha geniş məlumat müəllifi olduğum “Batini-Quran” kitabında
verilmişdir.
Firudin Gilar
Bəg www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий