Firudin Gilar Bəg

среда, 6 марта 2013 г.

AZƏR ALLAHININ TARİXİ-2


Yazılanlara görə Yunan şahları öz kökünü Allahdan götürür və bu nəslin banisi Neoptolem, yaxud Pirr adlanırdı. Neoptolem adı Niftalı deməkdir. Onun Pirr olması, «Pir günəşi»” fikrini ifadə edir ki, bu da Allahlar Atası mənasındadır. Neoptolem Xillin oğludur və bu ad, Xillə, Xəlilulla mənasında Şirvan şahlarına aiddir. Xillə sözü sufiliyə görə «iki elin ağası»” fikrini ifadə edir. Neoptolemin anası Diademiya adlanır ki, bu da Dədəm sözü ilə eyni mənadadır. Qədim Misirdə bu söz iki tac mənasında iki dünyanın şahına işarədir. Deməli, Neoptolem, yəni Fəti eli, Pirlər nəsli olub, iki elin ağası, atası və şahıdir. Əgər biz qədim Misir yazısına nəzər salsaq görərik ki, həqiqətən Əman Allahına iki dünyanın atası, ağası və şahı deyirmişlər.
     Digər tərəfdən mənbələrdə Axillə «pontarx»”, yəni «pontun sahibi»” adı şamil edilir ki, bu onun Pont elində Qor Allahı rolunu oynaması ilə əlaqədarlır. Pirrin, yəni Neoptolemin anasının nəslinin Fessaliyadan olması və Ftiya adı ilə bağlılığı yazdıqlarımızın həqiqiliyini sübut edir. Pirr adının Pirra adı ilə eyniliyi onu göstərir ki, o, eyni zamanda bütün ellinlərin anası və Devkalionun arvadıdır. Bu isə o deməkdir ki, qədim Yunan rəvayətləri bu və digər formada birbaşa Əman Allaha, onun yaratdıqlarına və onun tarixinə aiddir. Devkalionun, yəni «qam gilan»ın” Prometeyin oğlu olması Midiyanın «Gel» eli, yəni «Ağa eli» olması deməkdir. Rəvayətlərdə Medeya, yəni Midiya eyni zamanda Kolxida şahı Eetanın qızıdır. Kolxida - GelXuda adının «Ağa elinin Allahı»” mənasında olması və onun şahınin Eeta, yəni Ata adlanması, bu elin «ad»”, «aid»” - ruhlar dünyası olması deməkdir. Çünki «aid»” eyni zamanda «kades”»dir. Eyni zamanda Ata/Ada adlı dağların Azərbaycanda olması alimlərə məlumdur. Yazılanlara görə İsgəndər (Aleksandr), yəni Paris doğulandan sonra İda dağlarına atılmış və onu ayı balası saxlamışdır. «Kitabı Dədə Qorqud»”da bu rolu Arzu oğlu Basat oynayır. Rəvayətdə Paris Priamın oğludur ki, burada Paris adı «Pir ruhu»” mənasındadır. Belə çıxır ki, Paris «Tövrat»dakı İsmaillə eynidir və o çox qədimdən yaranmış, göydə Xator oğlu Ağa, Məryəm oğlu İsa və s. obrazlarında axirətə qədər qalmışdır. Parisin, çay Allahı Kebrenin qızı Enona ilə evlənməsi, onun Qaba aləmin bütün Allahlarını təşkil edən Enneadanı özünə birləşdirməsi deməkdir. Nəhayət, Parisin, yəni İsgəndərin Yelenanı oğurlaması Troya müharibəsinə gətirib çıxarır ki, bu da «Kitabi Dədə Qorqud”»da «Salur Qazanın evinin yağmalandığı boy»la” eyni mənada olub, axirət günündə olacaq qırğına işarədir. İsgəndərin həm Dərbənd qapısını tikməsi və həm də axirət günü Paris rolunda Troya müharibəsinə səbəb olması, İsgəndərin Nuh kimi tək Allah və axırıncı peyğəmbər rolunda göstərilməsi deməkdir. N. Gəncəvi İsgəndəri «Ruhülqüds»” adlandırır ki, bu da «Kadus elinin ruhu”» fikrini ifadə edir. Deməli, İsgəndər, yunanların Kurios adlandırdıqları Allah, yəni Qor Allahıdır. Ruslar isə bu Allaha Qospod deyirlər ki, bu da həyat enerjisi” mənasında olan qos/ğuz və yuxarıda qeyd etdiyimiz Pta Allahının adı ilə əlaqədardır. Deməli, Qospod sözü «Oğuz Pta»” deməkdir. «Əhdi ətiq»”də yəhudilər Allaha Savaot deyirlər ki, bunun da tərcüməsi Səba Atadır. Savaot adı «Septuaqint»”də Pantokrator kimi tərcümə edilmişdir. Bu isə Səba elinin Pont eli olması, Allahın isə Qor Ata olması mənasındadır. Maraqlı haldır ki, qədim Misir yazılarında Əman Allahın baş məbədgahı Liviya vahəsi olan Siva/Savada yerləşir. Digər yerdə isə midiyalılar,  (qədim Misir yazılarında macaylar) Liviya tayfası hesab edilir. Səba elinin adı Azərbaycanda Savalan, Şabran, Sabail və s. adlarda qalmışdır və dilimizdə də Rəhman, yəni Ra-Əman Allah, Sühban Allahla eyni məna daşıyır. Bu isə o deməkdir ki, Liviya adı «vilayə», Baal, Albi adları kimi sufi dilində «əcdad eli»” deməkdir. Belə çıxır ki, Allahlar yurdu olan Pont həqiqətən Liviya vahəsi, yəni vilayəti Səbadır.
      Pont, Pind eyni zamanda Fessaliya, Makedoniya və Epir arasındakı dağdır. Pontun Allahlar yurdu olması haqqındakı ilk məlumat hələ qədim Misir yazılarında qeyd olunur. B.A.Turayev bildirir ki, bu yazılarda Allah torpağı əlçatmaz ölkə kimi göstərilir və bu haqda məlumatlar babaların nağılları ilə nəsillərə ötürülür. Deyr - əl - Bəhrin məbəd divarındakı yazıda Punta, yəni Ponta gölənə təəccüblə sual verilir: «Siz misirlilərin bilmədikləri bu ölkəyə necə gəldiniz? Siz bura göy yolu iləmi, yaxud Allah torpaqlarının dənizi ilə üzüb gəldiniz? Yaxud siz təntənə ilə Ra-nın yolu ilə gəldiniz?»”. Qədim Misir yazılarında Əman (Amon) Allahının, «Puntun saqqallı madayı» adlandırılması və onun hansısa bir şaha bütöv Puntu verməsi, Əmanın həqiqətən Allah olmasını sübüt edir. «İncil»də, axirət günündə gələn İsa peyğəmbəri, Ponti Pilat, yəni Pontun sahibi olan «Müdrik el Atası»”, bütöv xaç ağacına - ruhlar dünyası olan dünya ağacına bağlayır. Belə çıxır ki, Allah, «torpaqların dəyişdirildi»yi” vaxt Pontun taxtını İsa peyğəmbərə verir.
     Qədim yazılarda göydə yaradılmış ruhlar dünyasının bəzən mağaraya bənzədilməsi və eyni zamanda misirlilərdə «Ölülər kitabı»”, «Qapılar kitabı»” ilə yanaşı «Mağaralar kitabı”»nın olması, bizi digər abidələrdəki mağaralara da yeni məntiqlə yanaşmağa sövq edir. Strabon, Knidli Evdoksa əsaslanaraq yazır ki, «Qirkaniyada mağara var ki, oradan çaylar dənizə tökülür və yerli xalq ora qurban kəsməyə gəlir»”. Nizami Gəncəvi isə yazır ki, Dərbənd yaxınlığındakı Sərirdəki mağarada Key Xosrovun taxt-tacı yerləşir. «Quran»da 18-ci surə «Mağara” surəsi» adlanır və burada İsgəndərin Dərbənd səddini düzəltməsindən və o dünya ilə bağlı deyimlərdən söhbət gedir. «Tövrat»da qeyd olunur ki, Avraam Saranı Xaanan torpağında, Xevrondakı mağarada basdırır və s.(Bıtie 23.9; II, 17). Əvvəla qeyd edək ki, Key Xosrov da, İsgəndər də, Kir də, İbrahim də və s. qədim dühaların hamısı Əman Allahının obrazlarıdır. İkinci dünya, ümman dənizinin içində olduğuna görə mağaraya oxşayır ki, bu mağaranın qapısı da bilavasitə Kadus elindəki dağın altında 5000 il bundan əvvəl gizlədilmiş Babil qalasının qapısıdır. Göydəki elin Xaanan adlanması, işıq dənizinin, yəni Platon materiyasının qədim Misirdə «nun»” adlanması ilə əlaqədardır. Materiyanı özünə tabe edən Əman, göydəki elini xaanan, xunn adlandırır. Arran ərazisində Xunan şəhərinin olması mənbələrdən bizə məlumdur. Xaanan adı sonradan qunn, yəni hunn şəklinə düşmüşdür. Digər tərəfdən Xevron adı «Qaba ərən» fikrini ifadə edir ki, bu da Qaba elinin ərənləri mənasındadır. Mənbələrdə yazılır ki, yuxarı Mesopotamiyada, Xaburun Fərata töküldüyü yerdə kassitlərin Xaney şahlıqı mövcuddur və bu ətrafda idamares, orta Fəratda isə bini simi el, xaney və bini yamin tayfaları yaşayır. Xabur çayı Nil çayı timsalında, həyat enerjisi mənasındadır. Xaburun göydən yerə tökülməsi «Quran»da belə qeyd olunur: «Biz göydən yerə qədərincə su göndərdik və onu yerdə yerləşdirdik və biz bunu ləğv edə bilərik»” (23, 18). Kassi sözünün həyat enerjisi, yəni Platon materiyası olduğunu biz qeyd etmişik. Bini simiel adı səma övladları, bini yamin adı isə Yəmən, yəni Əmən övladları mənasını ifadə edir ki, bunlar da Allah nəsli olan Pir, gel, şıx və s. müqəddəsləridir.
     Tit Liviy yazır ki, Askaniy Albaniyanın ətrafında Albi-Lonqa şəhərini saldı. C.Frezer isə bildirir ki, Rim şəhəri Alban dağlarından köçüb gəlmiş Albi-Lonqa şəhərinin sakinləri tərəfindən tikilmişdir. Deyilənlərə görə Alba şəhərinin Silvi şahlarından biri özünü Allah hesab etmişdir. Bu nəslin banisi isə öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (C.Frezer «Zolotaya vetv» M.1986” s.147). Haşiyə çıxaraq məlumat verək ki, eyni süjetə biz Firdovsinin «Şahnamə»”sində də rast gəlirik. Cəmşid hansısa dənizi keçərək, göyə ilk ayaq açır. O, göydə kəyan taxtı qurub, fəzada günəştək qərar tutur. «Quran» ayələrinin birində deyilir: «Allah göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi, ayı özünə tabe etdi”» (13.2). Bu məzmunda daha maraqlı yazı isə Şərqi Türküstanın Turfan əyalətindən tapılmış Uyğur ədəbiyyat nümunəsində var: «Ey, igidlər, bu bir oyanan din, səadət tanrısı ki, sizin üzərinizdə göründü. Bu, canlı varlıq ki, sizin başınızın üstündə dayanıb, ona baxın, dua edin”» və s. Deməli, Alban şəhərinin üstündə qərar tutmuş Allah, hansısa xəyali bir şey olmayıb, konkret canlı varlıqdır.
       Silvlərin Alban dağları ətrafında yaşamaları haqqında Böyük Pliniy, Favst Buzand, Aqafanqel və s. tarixçilər yazmışlar. Silv adı Sel Abi fikrini ifadə edir ki, bu da «El ruhlu», əcdad” deməkdir. Biz qeyd etdik ki, «Kitabi Dədə Qorqud»da Qorqud «vilayət issi»”, yəni «issi el»” kimi adlandırılır. Deməli, sel sözü göydəki ruhlar ölkəsi deməkdir ki, qədim Azərbaycan və Yəhudi dillərində bu söz «şeol»” kimi işlənmişdir. Albi, yəni Baal sözünün vilayə/övliya sözü ilə eyni olub, ruhlar dünyası mənasını verməsi haqda artıq yazdıq. Buradakı Lonqa (Aluank) sözü isə qədim dilimizdə «öləng»” şəklində işlənmişdir. Dahi Azərbaycan mifoloqu M.Seyidov yazır: «öləng otlaq, su, çəmənlik deməkdir və eyni zamanda bu söz yaşıllıq ilahəsinə çevrilmiş və ailə qurmaq, nikahla əlaqələndirilir. Bu söz digər tərəfdən mahnı oxumaq və şerləşməyə də aid edilmişdir… Ölkə sözü də «öləng» sözündən yaranmışdır»”. Öləngin şer, mahnı, yəni söz qüvvəsi ilə assosiasiya olunması, onun söz qüvvəsinə tabe olması mənasındadır. Qədim Misirin məşhur «İlan adası»” nağılında ruhlar dünyası «böyük yaşıllıq»” adlandırılır ki, bu da öləng fikrini ifadə edir. Belə çıxır ki, Albi-Lonqa sözü, «vilayəti cənnət»” deməkdir. Çünki yalnız «cənnət»”, şerin əsasını təşkil edən söz qüvvəsini, həyat enerjisi mənasını verən nigahı və yaşıl ölkə mövhumunu özündə birləşdirir. Öləng sözü elimizdə «Əlincə»” qala adında, Lənkəran «öləng ərən”lər»i adında və s. qalmışdır. Deməli, Albanların Albi-Lonqa şəhərini salması, onların Taş Oğuzda İç Oğuzu yaratması mənasındadır.
     B.A.Turayev yazır ki, Assurbanipal kitabxanasından tapılan mətnlərdə Romul, Kir, Musa və Sarqonun oxşarlığını sübut edən çox maraqlı faktlar var. Persey, Odissey, Zeus, Oziri və s. bütün qəhrəmanların eyni obrazda çıxış etmələri, Platonun bütün rəvayətləri bir hadisə ilə bağlamağının sübutuna işarədir. Bütün bunlar o deməkdir ki, Rim haqqındakı yazılarda da söhbət, «Kitabi Dədə Qorqud»” abidəsindəki kimi, Azər oğlu Qorqud Allahının yaranmasından və onun tarixindən gedir.
      Misirin Naq Hammadi ərazisindən 1945-ci ildə tapılmış müxtəlif tip ilahiyyat, traktat, yevangel və nəsihət dolu kopt yazıları, bütün xristian aləminin qəbul etdiyi dini dünyagörüşünü alt-üst etmişdir. Çünki bu yazılarda İsa peyğəmbərin obrazında, Sif peyğəmbər, digər «mö”min müəllim»” və s. müqəddəslər çıxış edir. Burada Foma Psevdo-Matveyin «Yevangel»”i, eyni zamanda «Ərəb Yevangeli» adlanır. Misirlilərin «Yevangel»”i isə «Gözəgörünməz dahi ruhun müqəddəs kitabı” kəlamı ilə başlayır. Bu kitabların çoxunda, Sufilik təliminin banisi Sifdən söhbət açılır ki, burada Sif, göydən yerə göndərilib həqiqətləri xalqa çatdırır və nəhayət yenidən göyə qalxır. Deməli, bütün bu obrazlarda Sif də, «mömin müəllim» ”də İsa kimi peyğəmbər rolunda çıxış edir. Xristian alimləri 50 ildən artıq bir müddət keçməsinə baxmayaraq, tapılmış bu yazılara cavab verə bilmirlər və beləcə qəbul olunmuş adətləri davam etdirirlər.
        Xristianlığın yayıldığı ilk məkanlardan birinin Ermənistan olması onu göstərir ki, Yunanıstan ölkəsi kimi Ermənistan adı da ruhlar dünyası ilə bağlıdır. Hər şeydən əvvəl, xüsusi qeyd edək ki, indiki ermənilərin Qafqaz Ermənistanına və Qafqaza heç bir aidiyyəti yoxdur. 18-ci əsrə qədər Qafqazda erməni adlı millət olmamışdır. Onlar son iki əsrdə bura köçürülmüşlər. Alimlər bildirirlər ki, erməni ədəbiyyatı faktiki olaraq erməni dövləti mövcud olmadığı bir dövrdə yaranmışdır. Deməli, erməni dili də latın,şumer,assur və s. dillər kimi sufiliklə bağlıdır. Ərmən sözü Rəhman sözü kimi, sufilikdə Ra-Əman” mənasını verdiyi üçün müdriklər rəmzi mənada Əman Ra (Amon Ra) adını Ər-Əman kimi yazmış və bu ad altında, başı göylərə çatan Adəm-Atum Allahını nəzərdə tutmuşlar. Lakin Amon Ra-nın eyni zamanda Qor Allahı olması və bütün ölənlərin ruhunun onun bədəninə, yəni ruhlar ölkəsinə köçməsi, bu ruhların Qor Allahının ruhunda yaşaması deməkdir. Tövratda İbrahimin, İsaakın və s. müqəddəslərin ölümlərini qeyd etdikdə yazılır ki, «İbrahim öldü və öz elinə qovuşdu»” (Bıtie 35, 29). «Quran»da isə bu belə ifadə olunur: «Qorxun Allahdan və bilin ki, onda cəm olacaqsınız”» (2.203). Allaha qovuşmaq, onda cəm olmaq, Qor Allahının bədəninə köçmək deməkdir. Çünki Qor Allahı Adəm/Atum Allahı timsalında cəbərut və mələkütü özündə birləşdirir. Deməli, ikinci dünya olan Qorun bədəninə köçən hər bir ruh, yəni «iss»”, Qoriss/Xriss/Xristian adlanır. Belə çıxır ki, ən qədim yazılarda, xristian dedikdə, ruhlar dünyasında yaşayan ruh nəzərdə tutulmalıdır. Moisey Xorenski ölkəsində Ermənistana qədər olan hər şeyi Semiramidaya aid edir. Bu isə Semiramidanın Ermənistan olması deməkdir. Semiramidanın asma bağlarının cənnət, yəni ruhlar dünyası olduğunu nəzərə alsaq görərik ki, erməni yazıları da göydəki aləmə həsr olunmuşdur.
       İstəhri qeyd edir ki, «biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirib ona bir ölkə kimi baxırıq». Azərbaycanın Taş Oğuz, Ermənistanın isə İç Oğuz olduğunu qəbul etsək, onda Arran, yerdə və göydəki bu elləri özündə birləşdirmiş, «iki elin günəşi»” olan Əman Allahı mənasında olar. Deməli, əl Qəzəlinin dili ilə desək, Azərbaycan mülk, Ermənistan mələküt, Arran isə cəbərutdur. Nəzərə alsaq ki, ruhlar dünyası, eyni zamanda, başı göylərə çatan dünya ağacıdır, onda başa düşərik ki, bu dünya ağacının kökləri müqəddəslər nəsli, gövdəsi ruhlar dünyasının giriş qapısı, budaqları isə ruhlar dünyasıdır.
       Qədim Misir mətnlərindəki «Sinuxetin nağılı»n”da Puntun sahibəsinin Ureret, yəni Arrat/Ararat adlandırılması məhz bununla əlaqədardır. Arratın Xator, Balaat, Aşera və s. qadın allahları rolunda çıxış etməsi, onun Arranla eyniliyi deməkdir. Qeyd edək ki, dünyanın yaradılması prosesində qadın və kişi rolunun hər ikisində, Əman müxtəlif variantlarda çıxış etdiyi üçün, bütün obrazlar onundur. Burada «bənzər qanunu»”ndan istifadə isə Əman Allahın elinə və varlıqlara «həyat enerjisi”» verməsindən ötrüdür.
      Misirlilərin əzəmətli «Ramses şəhəri»” adlı qala tikintisi haqqındakı mənbədə deyilir: «Əlahəzrət özü üçün qala ucaltdı: onun adı onaxtu idi. O, Finikiya və Tameri arasında idi. O, Ermontun planı üzrə Memfis kimi uzunömürlü idi. Şu onun üfiqinə qalxır və ona daxil olurdu. Bütün insanlar öz şəhərini tərk edib, nəhayət, onun ərazisinə köçürlər» və s.” İnsanların öldükdən sonra köçdükləri son mənzilin ruhlar dünyası olduğunu nəzərə alsaq, qəbul edərik ki, bu ruhlar dünyası adi adam tərəfindən yox, məhz «Ra Amon Ata»”, yəni Ermont tərəfindən planlaşdırılmışdır. Ermont adı e. ə. VIII əsrə aid olan Assiriya yazısında Rimanuti kimi qeyd olunmuşdur. Lakin burada Rimanuti ölkəsi ilə yanaşı «şərqin ərəbləri»” ölkəsinin də adı çəkilir. E.ə. VIII əsrə aid mənbələrdə Midiya ərazisində, «dağ və səhralarda dolaşan qüdrətli midiyalı”lar»dan başqa, «şərqin ərəbləri”» ölkəsinin də mövcud olması onu göstərir ki, Midiya ərəblərinin Ərəbistan ərəblərinə dəxli ola bilməz. «Dağ səhralarda dolaşan qüdrətli midiyalılar»” dedikdə, təbii ki, yerdəki dağlara və ruhlar dünyası olan səhralara ekstaz vəziyyətində səyahət edən maq, pir, canlı işan, palçı, şaman və s. adlandırılan müqəddəslər nəzərdə tutulmalıdır. «Şərq ərəbi”» adı isə göydəki ruhlar dünyasının ərəbi deməkdir. Ərəblər öz ölkəsinə «Cəzirət - ül-ərəb”» deyirlər ki, buradakı «cəzirə»” sözü ərəbcə ada mənasındadır. Digər tərəfdən əgər «Kadus» eli Yunun mifologiyasına görə  ölüm şahlığı sayılırsa, burada «Ərəb»  – ölüm şahlığının yaradıldığı sahə, yəni  «xaos» mənasındadır. Sufi dilində cəzirət sözü «Xızır/Xəzər Ata»” mənasını verir ki, «Cəzirət-ül-ərəb»” sözü «göyün Xızır Ata eli»” fikrini ifadə edir. Bildiyimiz kimi, Xızır peyğəmbər dirilik suyu içib əbədiləşmiş, yəni Xıdır kimi  ölümsüzlük qazanmışdır.  M.Seyidov Xızırın həm yaşıllıq, öləng, həm də istilik  mənasını verməsini sübut etmişdir. Xıdırla əlaqədar isə Firuzabadi yazır: «Xıdır Əbül-Abbas ən-Nəbi Əleyhissəlam həzrətləridir. Deyirlər ki, adı Əhməd və yaxud Bilya (Vilayə - F.G.) idi. Gəzdiyi yerlər yaşıllıq olmuşdur. Elə buna görə də  Xıdır ləqəbini almışdır.     Tədqiqatçıların əksəriyyəti indi də onun diri olmasına işarə edirlər»”. Belə çıxır ki, «Cəzirət-ül-ərəb»” dedikdə, işıq dənizində yaradılmış ruhlar dünyası başa düşülməlidir. Ruhlar dünyasının adaya bənzədilməsi adi haldır. Qeyd edək ki, Bəlazuri Alban şahlığının paytaxtı olan Qəbələ şəhərini Xəzər adlandırır. Göydəki Qaba aləmin Xəzər, yəni Xızır adlandırılması, onun ruhlar dünyası olmasına işarədir. Bu isə o deməkdir ki, «Cəzirət-ül-ərəb»” sözü eyni zamanda «ərəblərin Xəzər ölkəsi»” fikrini ifadə edir. Əl Müqəddəsi Arran haqqında məlumat verərək yazır: «Arrana gəldikdə bu ərazi bütün vilayətin üçdə birini təşkil edir və dəniz ilə Araz çayı arasında bir yarım cəzirəyə bənzəyir. Malik çayı vilayəti uzununa iki yerə bölür”» (Əl Müqəddəsi 374). Yəqubi isə Arranı «Yuxarı Azərbaycan»” (Azərbaycan əl ülya) adlandırır (Yəqubi. «Buldan» səh. 271). Arranın Yuxarı Azərbaycan adlandırılması, onun yuxarı Mesopotamiya, yuxarı Misir və s. kimi göydəki ruhlar dünyası mənasında olması deməkdir. Malik çayı isə Nil çayı mənasında, yerdəki mülk elini göydəki mələküt aləmindən ayıran «ölülər çayı»”dır.
      Bildiyimiz kimi Azərbaycan əhalisinin bəzi hissələri özlərinin Yəməndən gəlmələrini qeyd edirlər. Alimlər Assiriya mənbələrindəki Yəmən adını təəccüblə Yunanıstanla, Kipr adası ilə əlaqələndirirlər. «Sağ tərəfdəki ölkə”» mənasını verən Yəmənə «xoşbəxt ölkə»” deyilməsi təbii ki, onun «ruhlar dünyası»” mənasını verməsinə işarədir. Çünki, qədim Misir mənbələrində ruhlar dünyası «xoşbəxt, rahatlıq ölkəsi”» adlandırılır. Ərəblər, ümumiyyətlə, Orta Asiyaya «çaydan o biri sahildə olan»” deyirlər ki, bu da o biri dünya mənasındadır. Yəmən ətrafında Ümman adlı ölkənin varlığı, Əqəba körfəzindən Mədinəyə gələn tək bir yolun isə xüsusi qeyd olunması onu göstərir ki, Qaba aləm burada Əqəba adı ilə, Midiya isə Mədinə kimi göstərilir.
      N. Gəncəvi «İsgəndərnamə»”də Yəməni İsgəndərin vətəni adlandırır və millətimizə İsgəndərin övladları deyir. Katib Çələbi isə qeyd edir ki, Zülqərneyn Makedoniyalı İsgəndər yox, Yəmənin Himyar şahıdır və İbrahim peyğəmbərin dövründə yaşamışdır. Əl Məsudi yazır ki, Misir piramidaları Yəmən tayfası sayılan Ad oğlu Şəddadın nəsli tərəfindən tikilmişdir. Qeyd edək ki, Himyar adı, Homer, yəni «Qamər»” fikrini ifadə edir ki, buradakı «Qam əri”», ruhlar dünyasını yaradan Əman mənasındadır. Deməli, Yəmənin Himyar şahı dedikdə «qamlar günəşi» Əman” fikri nəzərdə tutulmalıdır. Onun İbrahim peyğəmbərin dövründə yaşaması isə, Əmanın eyni zamanda «Əvrə-qam»”, yəni bütün seçilmişlər-yəhudilərin də «baş qamı”» olması deməkdir. Bütün bu məlumatlar onu göstərir ki, qədim yazıların hamısı Allaha həsr olunmuşdur və hər bir yazıda müxtəlif adlar altında Əman Allahı və onun bu dünyada gördüyü işlər rəmzləşdirilmişdir.
       İslama qədərki bütpərəstlik haqqında yazılmış üç kitabdan dövrümüzə gəlib çatmış Əl Kəlbinin «Bütlər haqqında kitab»a görə, Əl-Axqaf dağında Xadramaut vadisi yerləşir və bu dağda Ad tayfasının Xud peyğəmbəri yaşamışdır. Əl Kəlbi yazır ki, «möminlərin ruhu Əl-Cəbiyədə, Suriyada, çoxallahlıların ruhu isə Xadramaut vadisindəki Tina kəndinin yanındakı Baraxutda olur» (Əl Kəlbi. «Kniqa ob idolax»”. M, 84.s.34,48). Əl Kəlbinin ölənlərin ruhunun o dünyada hansı ərazidə yaşamasını qeyd etməsi, söhbətin ruhlar dünyasından getməsi deməkdir. Xadramaut sözü Xıdır-Maday fikrini ifadə edir ki, bu da qədim Misirin «Xator Maat”» Allahı deməkdir. Qədim Misirdə Xator Allahı həyat ağacı ilə assosiasiya olunaraq bərəkət rəmzində göstərilir. Eyni zamanda o, üstündə iki başı olan sütunla (Herakl sütunu - F.G.) eyniləşdirilir. Deməli, Xıdır, yəni Xator Allahı elə ikinci dünyanın qapısı, yəni yoludur. Bu yolun Qaf dağında olması haqda biz artıq yazmışdıq. Buradakı Ad tayfasının adı, Ada-Ata mənasındadır ki, şifahi xalq ədəbiyyatımızda Ada-Ada deyimləri qalmaqdadır. Dərbənd və Fessaliya ərazisində Ata-Eta dağ adınının olması da məhz bu mənadadır. Qədim Misirdə Ata sözü Allah, müqəddəs mənasında işlənmişdir. Digər xalqlarda Ad-Aid sözünün ölüm şahlığı, cəhənnəm mənasında olması da bununla əlaqədardır. Xadramaut vadisindəki Tina kəndinin adı qədim mənbələrdə Oten, Udin, Uti və s. kimi göstərilir ki, bunlar da Ermənistan və Alban kimi qəbul edilmiş Qaba Aləmin yer adı sayılır. Yəmənin Xuza tayfasının adı isə təbii ki, Oğuz fikrini ifadə edir. Əl Kəlbinin kitabının digər yerində qeyd olunur ki, cənubi Ərəbistanın Əl-Əşar tayfası Yəmənlə Bab-El-Mandeb arasında yerləşir. Bab-El-Mandeb qədim Misir mənbələrindəki Allahlar yurdu olan Punt ölkəsidir və bu ölkənin qapısı da Dərbənd qapısıdır. Əşar tayfası isə Assir/Aşur deməkdir ki, bu da ikinci dünyadakı el hesab olunmalıdır. Ksenofonta görə Assiriya Midiya ilə Kadus və saklar ölkəsi arasında yerləşir. Assiriya şahlarının «dünyanın dörd tərəfinnin şahı»”, «bütün canlıların şahı”» titullarını daşıması, onların Aşur/Aşirat, dənizin Aşiratı kimi kosmik Allahlarla eyniliyi deməkdir. Çünki yalnız təbiət üzərində hakim olan Azər Allahı bütün canlıların da şahıdır. Mənbələrin araşdırması onu göstərir ki, bizim Aşura adlı yas mərasimimiz ən qədim zamanda Babildə də eyni ilə keçirilirmiş. Lakin orada Həsən, Hüseyn əvəzinə Adonisin adı çəkilir. Maraqlıdır ki, bizim «ələm»” adlandırdığımız əl, mənbələrdə «Aşiratın barmaqları»” adlanır. Qədim Misirdə isə bir cüt əl, insanların qoruyucu ruhu olan «Ka»” (Ağa - F.G.) adlanır. Adonis allahının Oziri Allahı ilə eyniliyi onu göstərir ki, Aşura mərasimi qədim Misirdəki «Oziri Allahının ölüb-dirilməsi”» mərasimidir.
      Mövzudan kənara çıxaraq qədim Aşura mərasimi haqda bəzi faktlara təzər salaq. Məşhur bilici C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Siriya və s. ölkələrdə keçirilən mərasimlərin əksəriyyəti demək olar ki, eynidir. Belə ki, qədim Misirdə keçirilən «Oziri Allahının ölüb dirilməsi» mərasimi ilə digər  ölkələrdə keçirilən  Adonis, Attis, Ta-uz və s. Allahların ölüb dirilməsi mərasimi  eyni kökdəndir və bu mərasim sonralar xristianlıqda  İsanın ölüb dirilməsi  kimi qalmışdır. Məşhur Finikiya ibadətgahı olan Biblosun Astartasıda Adonisin ölümü  hər il xüsusi mərasimlə keçirilirdi.   Bu zaman insanlar  ah-zar edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis  həyata qayıdacaq və hamının gözü qarşısında göyə ucalacaq (C.Frezer «Zolotaya vetv» M86.s.316). Kibela və Attisin böyük yaz bayramının Rim, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən  nəfəs alətləri çalınırdı. «Qanlı»  üçüncü gün baş kahin öz venasını kəsir, aşağa təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin müşayəti ilə  başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına gələnl qədər fırlanırdılar.  Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri, özlərini axtalayır və bədən üzvünü  ilahə heykəlinin altına atırdı. Daha sonra isə onu yerdə basdırırdılar ki,  Attis Allahı qayıtsın. Qədim şərqin ən populyar yeri olan İerapolisdə, Astartanın  məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assiriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Baraban və qışqırıq səsilə, axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və ekstaz halına gəlirdilər. Rimdə «qanlı gün» baş kahin öz əllərini kəsikləyirdi (orada s.328,329, 332).
        Herodota görə, Oziri (Osiris) Allahının qəbri aşağa Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq gecələr Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. İldə bir dəfə keçirilən bu mərasimdə  Allahın ölməsinə münasibətini bildirərək  insanlsr hönkürtü ilə ağlayır və öz sinələrinə vururdular. Laktansiyanın   yazdığına görə  Oziri  bayramında bədənlərini qırxmış kahinlər ağı deyərək sinələrinə vurub, İsidanın Ozirisi diriltməsi üçün getdiyi yolu təsvir edirdilər. Qeyd edək ki,  «ölüb dirilən Attis Allahı»nın  mərasimi martın 24,25-də keçirilirdi ki, bu gün də eyni zamanda Xristosun ölüb dirilməsi günü  sayılırdı. Maraqlı faktdır ki, xristian və bütpərəstlərin  ölüb dirilən Allahlarının  mərasimi eyni ərazidə və eyni vaxtda keçirilirdi. C.Frezer  yazır ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Bütpərəstlər, xristianların  «ölüb dirilən Xristos»un mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (orada s.350,351, 339).            
        Bütün bu mərasimlərin kökü bilavasitə  qədim Misirin  «ölüb dirilən Oziri» Allahı haqqındakı  rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır. Bu qədim yazılara görə Oziri  eyni zamanda   dirilik suyu rəmzində göydən yerə axan həyatverici çaydır və bu çayı yerə gətirən qədim Misirin ilk  Pir-i (firon) olan Əman /Amon Allahıdır. Əman Allahının  7 günə göydə ruhlar dünyasını yaratması  va s. haqqında daha geniş məlumat, müəllifi olduğum «The Book of Gor or the deciphering of Torah»   (bax.internet:  http://hosting.bakinter.net/torah/index.html )  kitabında verilmişdir.                                                                                                                                               Bu hadisənin qısa məzmunu belədir; Təxminən 5500 il bundan  əvvəl  kainatın   sirlərini ilk dərk edən  Amon/Əman göydən yerə dirilik suyunu gətirmək üçün, dirilik suyunun özündən, yəni  Platon materiyasından   magik rituallar vasitəsilə  bir cüt    gözəgörünməz əl düzəldir və onu öz əllərinin kölgəsi adlandırır. Xristian   yazılarında «Aşiratın barmaqları» kimi qeyd olunan bu bir cüt əl, qədim Misir yazılarında  «Ka», yəni «Ağa» adlandırılır. Əman yerdə duluzçu dəzgahında gildən yeni «düşünən insan»ın bütünü düzəldib, ona rəmzi «ağıl» verir. Onun əllərinin hərəkətini təkrar edən göydəki «Aşiratın barmaqları» , yeni yaradılmış bu insanın ruhunu  da göydəki dirilik suyundan yaradır və s. Platon bu hadisəni «Timey» əsərində özünə məxsus variantda rəmzləşdirir (bax.Platon  «Timey» 41B,D,C).
      Mövzumuza qayıdaraq qeyd edək ki, ərəb dilinin sufi dili olmasını və onun göydəki elə aid olmasını çoxlu dəlillərlə sübut etmək mümkündür. Ərəblərin Məhəmməd peyğəmbərə qədərki allahlarının adları: Əl-Üzzə, Əl-Lat və Manat olmuşdur ki, buradakı Əl-Üzzə sözü «El issi”», yəni Məkkə elinin ruhu mənasındadır. Əl-Lat sözü Elin Atası, Manat isə «Əman Ata» deməkdir. Müsəlmanların rəvayətinə görə İbrahim peyğəmbər İsmayılı Saranın təkidi və Allahın məsləhətinə əsasən anası Aqara ilə Məkkəyə aparır. İsmayıl burada Kəbəni tikir və ərəblərin əcdadı olur. İsmayılın Aqaradan olması, onun Qor Allahının oğlu (Herakl / Koroğlu - F.G.) olması deməkdir. Çünki burada İsmayıl, Məryəm oğlu İsa, İsida oğlu Qor, Venera oğlu Amur və s. rolunda göstərilir. Tövrata görə Aqaranın uşağı kolun dalında qoyub getməsi isə İsmayılın ruhunun, dünyanın yaranmasının  4-cü günündə yaranmasına işarədir (Bax: F.G.«Kniqa Qora ili rasşifrovka Torı»). Allah dördüncü gün iki işıq yaradır ki, bunun böyüyü axirətə qədər olan dövr üçün, ikincisi isə axirətdən sonrakı dövr üçündür. Axirətdə gələn peyğəmbər öldükdən sonra bu işıqla birləşməli və Allahın taxtında oturmalıdır. Deməli, İsmayıl, yəni «Səma Eli»” obrazı axirətdə zühur etməlidir.  N. Gəncəvi Məhəmməd peyğəmbəri axırıncı peyğəmbər adlandırır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər yenidən zühur etməlidir. Çünki o qayıtdıqda axirət zamanı yetişməli və bununla da göydəki Əmanın torpağı Məhəmməd peyğəmbərin torpağı ilə əvəz olunmalıdır. Məhəmməd peyğəmbərin Mədinəyə köçməsi onun ruh şəklində yerə enib Midiyaya gəlməsi, yenidən Məkkəyə qayıtması isə artıq kamilləşib o biri dünyanın taxtına oturması deməkdir. «Quran»da qeyd olunur ki, «Kəbəni, o müqəddəs evi Allah insanlar üçün dayaq olaraq qurmuşdur”» (5.97). Buradan belə çıxır ki, müqəddəs qara daş olan Kəbə evdir və o insanlara ən çətin məqamda dayaqdır. Təbii ki, hansısa qara daş insanların evi ola bilməz və s. Kəbə dedikdə qədim Misirdə göydə yaradılmış Qaba El, yəni Qiblə nəzərdə tutulmalıdır ki, bütün ruhlar, insan öldükdən sonra ora köçür. Digər tərəfdən insanlar çətin məqamda əl qaldırıb göydəki elin ruhunu köməyə çağırsalar, «həyat enerjisi”» bazası olan, bu Allah yurdunun sahibi Əman ona köməklik göstərər. Deməli, Kəbə-Qaba Aləm deməkdir və «Quran»dakı: «İnsanlar üçün məkan və əmanət olaraq qalmaq üçün yer»” (6.98) də bu mənadadır.
       Ərəb mənbələrində Qafqaz dağlarına Kabx dağları deyilməsi məhz Qaba Aləmlə əlaqədardır. Məsudi yazır ki, Kabx dağlarında 72 millət yaşayır. Buradakı 72 rəqəmi, təbii ki, «Oziri və Set” nağılı» ilə əlaqədar xüsusi qeyd olunur. Qədim Misir yazılarında da Qafqaz dağları Kebex, yəni Kabx adlanır. Buxen məbədindəki III Tutmosa aid böyük yazıda deyilir: «... o bu torpaqları, cənubda, Kebex - Setə qədər öz nəzarətinə, şimalda Kebex - Xora qədər möhürləyərək öz mülkiyyətinə alır»”. Deməli, burada Allahın Qafqaz dağlarını və göydəki Qor elini öz təsirində saxlaması qeyd olunmuşdur.
       Yazdıqlarımızdan belə çıxır ki, ərəb adı da «Kitabi Dədə Qorqud”»dakı əvrən, yəni yəhudi sözü kimi Azəri xalqına məxsusdur. Ərəb geneoloqlarına görə indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik ad, samud, amalik, casim, cadis və s. tayfalardır ki, İslama qədər köçüb getmişlər (Təbəri I s. 215). Ad sözünün ata, samud sözünün səma ata, amalik sözünün - hökmran, casim - qasim/quz, cədisin-kadus olduğunu nəzərə alsaq görərik ki, bu adlar yəhudi, yunan və s. adları ilə eyni kökdəndir. Musanın öz elini Kades-Varni – «vəd olunmuş torpağ»a”, yəni yunanların «ölüm şahlığı»” olan Kadesə gətirməsi, Vər-Gədüz pirlərinin ruhlar dünyasını yaratması mənasındakı kimi başa düşülməlidir.
        Əl-İstəhri (IX əsr) yazır ki, Atropatenanın şahlığının sərhəddini Azərbad təyin etmişdir. İbn əl Müqəffa və Əl Həmədaniya görə Azərbaycan öz adını Azərbaz ibn əl İran ibn əs-Sud ibn əs Sam ibn Əl Nuh kəlməsindən götürmüşdür. «Quran»a görə Azər İbrahim peyğəmbərin atası olmuşdur. Digər tərəfdən türklərin İbrahim peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə Təbəri, ibn İbri, ibn əl Fakih və s. əsərlərində rast gəlinməsi fikrimizin doğruluğunu sübut edir. Alimlər ərəblərlə əvrənlərin qohumluğunu təsdiq edirlər. Lakin onlar bu qohumluğun Azərbaycan xalqı vasitəsi ilə olduğunu təsəvvür etmirlər. Əl Yəqubi yazır ki, Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır. Mütəxəssislər qeyd edirlər ki, qədim fars yazıları ilə ancaq şah yazıları və Persopoldakı yazılar yazılmışdır. Ümumi yazı dili isə Aramey və Elam yazılarıdır. Bu isə o deməkdir ki, Fars dili də, Latın, Erməni, Yunan, Assiriya və s. dilləri kimi sufilərin gizli «quş»” dilidir. Bu dili birbaşa yox, yalnız rəmzi mənada başa düşmək olar. Fars/pars sözünün «pir ruhu»” mənasını verməsi onu göstərir ki, burada da söhbət ruhlar dünyasından gedir. İran şahı Kirin Qor Allahı olmasını sübut etməyə ehtiyac yoxdur. Sadəcə istənilən şəxs «Kiropediya»”nı diqqətlə oxumalı və oradakı him və eyhamları birbaşa Kirə şamil etməlidir. «Əhdi-Ətiq»”də, İsayın kitabında Kirin axırıncı peyğəmbər kimi axirətdə gəlməsi yazdıqlarımıza danılmaz sübutdur (Isay 44.21-28).
       Rufiy Fest Avien (IV əsr) yazır ki, «Kaspi dənizi yaxınlığında döyüşkən skif, qəddar albanlar yaşayır. Buradakı daşlıq sahələri qaniçən kadus, cəld mərd, qirkan və apirlər yaşayırlar» (365. N4 s. 241-242). Kaspi dənizinin «həyat enerjisi»” mənasında ruhlar dünyası olduğunu nəzərə alsaq başa düşərik ki, skif və albanlar Qaba aləmdə yaşayırlar. Biz Kas/Quz sözünün «həyat enerjisi»”, yəni Platon materiyası olduğunu qeyd etdik. Skif sözü «müdrik ağa ruhu»”, sak sözü isə «ağa ruhu»” mənasındadır. Deməli, bu söz kassi, kaspi sözləri ilə eynidir. Skiflərə eyni zamanda «say»” da deyilməsi, onun həqiqətən «müqəddəs ruh»”, Allah” mənası verməsi deməkdir. Şifahi xalq ədəbiyyatımızda «say»” sözü «qoruyucu ruh»”, «elin ruhu”», Allah” fikrini ifadə edir. Sakların «paradriya»” qolu, «dənizdən o yanda» olan” mənasını verir ki, burada da ümman dənizinə işarə göz qabağındadır. B.A.Turayevin Assiriyanı isakların mərkəzi adlandırması yazdıqlarımıza sübut kimi qəbul olunmalıdır. Sakların digər qolu «tiqraxaud»” adlanır ki, bu da «Ata Qorqud»” deməkdir. Şkud” skifləri isə «issi xuda»” mənasında, «soqdi»” adı ilə birlikdə «kadus»” adının variantlarındandır. Yəhudi dilində müqəddəs sözü «kadoşim»” kimi tərcümə olunur ki, bu da müsəlmanların mü-qəddəs-i” ilə: yəni qades/kadus sözü ilə eyni mənadadır. Qeyd edək ki, Azərbaycanda orta əsrlərdə də kaduslara «kateş»” deyilirdi.
      Yazdıqlarımızın və ümumiyyətlə, əksər qədim kitabların qısa məzmunu belədir: 5507 il bundan əvvəl, Azəri,türk və digər müqəddəslərin əcdadı, Atası və Allahı olan Təktüz Əman kainatda ilk dəfə tam kamilliyə çatmış və ölümsüzlük qazanaraq dünyanın sahibliyini öz əlinə almışdır. O, fiziki öldükdən sonra onun ruhu, əvvəlcədən göydə yaratdığı Azər adlı kosmik təbiət enerjisi ilə birləşərək, yer kürəsini əhatə edən fövqəladə qüdrətə sahib Allaha çevrilmişdir. Əgər Əmana qədər insanlar heyvan kimi yaşayırdısa, Əman onları düşünən insanlara çevirmiş, öz elinə isə əlavə olaraq ölümsüzlük vermişdir. Bundan sonra Allah nəslinin nümayəndəsi öldükdə, onun ruhu göydə yaşamağı davam edir və yerlə əlaqə saxlayıb, ora təsir də edə bilirdi. «Quran»da məhz bu mənada deyilir ki, «Sizdən öncə heç bir insana ölümsüzlük vermədik»” (21.34). Beləcə bu nəslin övladları artdıqca bütün dünyaya səpələnərək, hər bir ölkənin sahiblərinə çevrildilər. Lakin müqəddəs ocaqda qalan Əman övladlarının nəsli olan pir,şıx,seyid və s. Azəri türkləri öz «cədd»”lərinin gücündən istifadə edib, yerdə özlərini Allah kimi aparmağa başladılar. Əman Atalarının adını belə yaddan çıxaran bu müqəddəslər, hərəsi bir ocaq yaradıb, xalqı ona inam gətirməyə təhrik etdilər. Bununla da onlar «Quran»ın yazdığı: «Allaha şərik qoşan böyük günah iş tutmuş olar və Allah onu bağışlamaz»” (4.48) ayəsinə əməl etmədilər. Qədim Misir yazılarında bu mənada yazılır: «Allah tək və yeganədir,  və onunla birgə heç kim mövcud deyil;  Hər şeyi yaradan Allah yeganədir» (U.Bac «Yeqipedskaya reliqiya.Y. maqiya» M2000 s.29). Allahı tamam unudan yalançı din xadimləri və elin başçıları Allah elini var-dövlətə, şan-şöhrətə satdılar. Axirətin yetişdiyini eşidəndə belə, öz əməllərindən əl çəkməyən xalq başa düşmədi ki, Allah verdiyi əmrə sadiq olandır.


                                            
                    Dədəm     Qorqud     qayıdır                                                                                             
        
 «Kitabi Dədə Qorqud»” abidəsindəki Dədə Qorqud, Oğuz, Bəkdüz Əmən, Qaba aləm və s. adlarla qədim Misir yazılarında qeyd olunan əsas adların eyniliyi haqqında yazdıq. Digər əsas məsələ odur ki, ” «Kitabi Dədə Qorqud»” abidəsinin mövzusu da məhz qədim Misirdən götürülmüşdür. Qədim yazıların əksəriyyəti kimi ”«Kitabi Dədə Qorqud”» abidəsi də Allahlar nəslinin tarixi haqqında qabaqcadan söylənilən deyimlərdir ki, bunların bir hissəsi həyata keçmiş, bir hissəsi isə gələcəkdə həyata keçəcəkdir. Bu kitab 12 boydan ibarətdir ki, bu boyların doqquzunun əsas mövzusu son peyğəmbərin gəlişi ilə əlaqədardır. Əgər kitabın girişinin ilk abzası Qorqud Atanın yaradılmasına və onun qüdrətinə həsr olunmuşdursa, girişin ikinci abzası olan: «Qorqud Ata ayıtdı: Axır zamanda xanlıq gerü-Qayıya dəgə, kimsənə əllərindən almıya» cümləsi axirət zamanı ilə əlaqədar deyimdir.
         «Dirsə xan oğlu Buğac boyu»”, «”Salur Qazan evinin yağmalandığı boy»”, «”Qazan  Bəg oğlu Uruzun dutsaq olduğu boy”», ”«Qazlıq Qoca oğlu Yegnək boyu”», ”«Basatın Dəpəgözi öldürdügi boy»”, ”«Bəkil oğlu Əmranın boyu»”, ”«Uşun Qoca oğlu Səgrək boyu”», ”«Salur Qazan dutsaq olub Uruz çıxardığı boy»” və ”«İç Oğuza taş Oğuz asi olub, Beyrəgin öldügi boy”»larında söhbət 5500 il bundan əvvəl qədim Misirdə yaradılmış Qor Allahının yerdəki eli ilə münasibətindən gedir. Bu mövzunun bilavasitə mənbəyi qədim Misirin ”Oziri” Allahı haqqında rəvayətdir ki, Assur və Babil yazılırı da, ”«Tövrat»” və Homerin «”Odisseya»”sı da bu mövzuya həsr olunmuşdur. Daha sonralar isə «Quran»”, Firdovsinin ”«Şahnamə”»si və Nizaminin «”Xəmsə»”si də bu mövzuya müraciət etmişdir. Bütün bu və digər qədim kitabların əsas süjeti məhz qədim Misirdən götürülmüşdür.
           Qədim Misirin fironlar, yəni Pirlər nəslinin banisi olan Təktüz Əman milyonlarla qurban və magik rituallar vasitəsi ilə göydə Oziri/Azər Allahını yaratmışdır. Özü fiziki öldükdən sonra onun ruhu, yəni Əsəd/İsida (Ata ruhu deməkdir) göydə yaranmış Oziri/Azər Allahı ilə birləşib, Qor Allahına, yəni Qorquda çevrilmişdir. Yaradılmış Qorqud Ata özünün yerdəki nəsli olan Pir, Əvrən, Seyid, Ağa və s. adlandırılan peyğəmbər və şahlar nəsli ilə müqavilə bağlayıb, yer kürəsindəki bütün ölkələrin şahlığını və öz qüdrətinin də bir hissəsini onlara vermişdir. Təqribən 5 min il bu nəsil, əcdadları (cədd) Qorqudla bağladıqları müqaviləyə əsasən yerdə ədalətlə hökmranlıq etmişlər. Lakin sonrakı dövrlərdə onlar öz əcdadlarının ruhu ilə bağladıqları müqaviləni pozub, ona dönük çıxdıqlarına görə Qorqud Ata öz elindən imtina edib onları tərk edir. Bundan sonra Oğuzun qara günləri başlayır və Qorqud Atanın Oğuz eli ölümə doğru gedir. Lakin Qorqud Ata elinin məhv olacağını görüb dözmür və yerə öz pak nəslindən peyğəmbər göndərir. Son peyğəmbər qədim sirləri açıb, əsil həqiqətləri xalqlara çatdırır və üz tutub Qorqud Atadan kömək istəyir. Dədə Qorqud öz sevimli övladının sözünü yerə salmır və qayıdır. Bu vaxt axirət günlərinin məhkəməsi başlanır və yer kürəsindəki hər bir adam öz etdiyi əməllərə görə cavab vermək üçün Qorqud Ata qarşısında məhkəməyə gəlir. Məhkəmə günü günahkarların hamısı qırılır və Qorqud Ata dünyada haqq-ədaləti bərpa edir. Sonrakı dövrlərdə artıq heç kəs 100 yaşına çatmamış ölmür. Qiyamət qopunca Qorqud Atanın şahlar nəsli dünyaya ləyaqətlə sahiblik edir.
       «”Kitabi Dədə Qorqud”» abidəsinin 12 boyunun 9-nun son peyğəmbərin gəlişinə həsr olunması, bu abidənin məhz axirət günü üçün yazılması mənasındadır. Qorqud elinin ölümə doğru getməsi, haqq-ədalətin itməsi,ölkənin faciə qarşısında qalması və s. mövzusu qədim Misir kitabələrində geniş şəkildə təsvir olunmuşdur. B.A. Turayevin ”«İstoriya drevneqo vostoka»” kitabında bu haqda geniş məlumatlar verilir:
   «Həqiqətən: Onun bənizi solmuş, sifəti qəzəblidir. Əvvəlcədən deyilmişlərin həyata keçməsi vaxtı çatmışdır. Ən yaxşı torpaqlar canilər dəstəsinin əlindədir. Heç yerdə keçmişin adamı yoxdur... hər yerdə oğrulardır. Hər bir adam deyir: ”Ölkədə nə baş verdiyini biz başa düşmürük”. Qadınlar sonsuzdurlar, onlar hamilə olmurlar. Adi adamlar qiymətli daş-qaş sahibinə çevrilmişlər. Özlərinə səndəl düzəldə bilməyənlər indi var-dövlət sahibi olmuşlar. Əsilzadələr dərd içindədir, adi adamlar isə sevinirlər. Ürəkli adamlar qorxudan quşa dönmüşlər. Qızıl, gümüş və s. qiymətli daş-qaşlar kənizlər boynuna taxılmışdır. Əsilzadə qadınlar ölkəni sərgərdan gəzirlər. Evin hökmüdar qadınları deyir: ”Əgər biz yeməyə bir şey tapa bilsəydik...”
        Baxın! Hər yad ölkə deyir: ”Bu bizim sudur, bizim sahədir”. Buna qarşı heç nə etmək mümkün deyil, axı hər şey tənəzzülə doğru gedir... Gülüş yaddan çıxmışdır. O heç yerdə eşidilmir. Ölkədə eşidilən yalnız fəryadla qarışıq olan ahu-zardır. Geridə olan adamlar əsilzadələr kimi olmuşlar, misirlilər isə yola atılmış gəlmələrə dönmüşlər. Hamının saçı tökülür. Atası olanlar yetimdən fərqlənmirlər. Böyük və kiçiklər deyir: ”Mən ölmək istəyirəm.” Balaca uşaqlar da deyirlər: ”O (atamız) mənə həyat verməsəydi ...” (yaxşı olardı). Əsilzadələr ac və ümidsizləşmişlər. Azğınlaşmış adamlar deyir: ”Allahın yerini bilsəydim ona qurban kəsərdim”. Həqiqətən! Hüququn yalnız adı qalmışdır. Adamlar Allah adı ilə yalan danışır və günahlar işlədirlər. İnsan öz dayısını öldürür. Adamlar kolluqda gizlənib, gecə yoldan keçənlərin mallarını alırlar. Kimin nəyi varsa tutub alırlar. Özlərini çubuqla döyüb, cinayətkarcasına öldürürlər. Qullar özləri qul sahibinə çevrilmişlər. Ağalar övladları küçəyə atılmışlar. Bilən adam bunu təsdiq edəcək, axmaq isə inkar edəcək, çünki cahillər üçün hər şey gözəl görünəcək.
         Baxın! Od yüksəyə qalxmışdır. Onun alovu ölkənin düşmənlərindən gəlir. Əmələ gələ bilməyən işlər həyata keçmişdir. Şah kasıblar əlindədir. Qartalla qəbirə qoyulmuşlar (şahlar) sadə əl arabasındadır. Piramidanın gizlətdikləri indi boşluğa dönmüşdür (şahın məqbərəsi boşalmışdır). İnsanlar iki dünyanı sakitləşdirən Ra-nın ilanına (gözünə) qarşı (Allaha) inqilab etmişlər. Yalnız yerə su tökənlər bədbəxtlik vaxtı güclənmişlər. Hamı vətəndaş müharibəsinə səsləyir. Onlara müqavimət göstərmək mümkün deyil. Alçaq adamlar güclülərin əmlakını alırlar. Özünə tabut düzəldə bilməyənlər, indi məqbərə sahiblərinə çevrilmişlər. Özünə koma tikə bilməyənlər, böyük imarətlər sahibidirlər. Əsilzadə qadınlar taxta daxmada yaşayırlar. Divar dibində yatmayanlar indi bir neçə nəfərlik yerlərə sahibdirlər. Var-dövlət sahibləri susuzluqla gecəni keçirirlər. Özlərinə qayıq düzəldə bilməyənlər, gəmilər sahibinə çevrilmişlər. Kasıblığından arvadsız yatanlar indi əsilzadə arvadlar tapırlar. Onun üzünə baxmayanlar, indi ayaq üstə durub hörmət edirlər. Ölkənin adi adamları indi var-dövlət sahibləridir.Idarə olunanlar indi idarə edirlər. Xidmətçilər indi xidmət olunana dönmüşlər. Saçının tökülməsinə qarşı öz dərmanı olmayanlar çəlləklərlə çoxlu şirniyyat sahibləridir. Öz sifətinə suda baxanlar indi güzgü sahibi olmuşlar. Daş-qaşlar sahibi olan böyük əsilzadələr nəslinin qadınları öz uşaqlarını kəniz verirlər. Qəssablar kasıbların heyvanlarını kəsirlər, çünki heyvanlar soyğunçular əlindədir. Gecəsini palçıq içində keçirənlər, indi özü üçün dəridən bir neçə nəfərlik taxt düzəltdirirlər. Adamı öz qardaşının yanında öldürürlər, o isə öz canını xilas etmək üçün qaçır. Qısa müddətə qul saxlaya bilməyənlər indi qullar nəsli saxlayır. Kübarlar indi göstəriş yerinə yetirirlər. Hər şey məhvə doğru gedir  və s.
         Bu vaxt əmr gəlir: ”Əsilzadələr paytaxtının düşmənlərini qırın və s. (bir neçə dəfə bu cümlə təkrar olunur) həqiqətən (Həyata keçsin)”.
  Mətnlərdə bundan sonra Ra Günəşi çağrılır: ”Ra Günəşinin gücü gəl, əmr... təriflənərək. O insanları...Allah tərəfindən öldürmək üçün qərbdən gəlir. O qorxağı cəsarətlidən seçmir. O istidən əziyyət çəkənlərə sərinlik gətirir. Deyirlər o hamının çobanıdır. Onun ürəyində pislik yoxdur və s.(t1.Leninqrad 1935.s236-241).
          Mətndə bundan sonra Allah, insanların hələ ilk dəfə günahlarına yol verdiyi üçün kədərlənir. Əgər o ilk dəfədən günahların qarşısını alsaydı... Ona əl uzadanı o əzərdi. O, onun nəslini və toxumunu kəsə bilərdi və s. Mətndə artıq ölkənin çiçəklənməsi qeyd olunur».
          Əvvəla qeyd etmək istərdik ki, bu mətnin bəzi hissələri rəmzi mənadadır. Müasir alimlər qədim həqiqətləri bidmədikləri üçün bu tip yazıları müxtəlif mənada yozmuşlar. Qədim Misir kitabələrindəki bu mətnlər çox mühüm rəmzi məna daşıdığından biz bunların hərfi tərcüməsini vermişik. Eyni məzmunlu digər yazıda Allah deyir:
        «Mənim adım, gündüz, isti havada quş zılı qədər üfunətlidir. Mənim adım isti havada, həmin gün tutulan balığın səbəti kimi üfunətlidir. Mənim adım, ərinə yalan danışan arvadın adı kimi üfunətlidir... Mən deyirəm: İndi bir nəfər də olsun vardırmı? Ürəklər pisləşmişlər, hamı öz yaxınını soyur. Kimə ümid olunursa, o insafsız çıxır. Həqiqət adamı yoxdur. Yer pislər misalıdır. Pislər yeri məhv edirlər və bunun da sonu yoxdur və s».
        «Bu gün ölüm mənim qarşımda, xəstənin sağalması kimi, uzun müddətdə əsirlikdə olanın öz evini görmək üçün hərbi gəmidə evə qayıtmaq kimi durmuşdur və s».
        «O dünyada olan, diri Allaha bərabər tutulacaq. O günəşin (Allahın) gəmisində duracaq və məbədə seçilmişləri verəcək. O müdrik olacaq və onun üçün maneələr olmayacaq»(t1.L1935.s.233).
        Bu mətndə də elin çətin vaxtında gələn peyğəmbərin haqq-ədaləti bərpa edib günahkarları cəzalandırması qeyd olunmuşdur. Başqa bir yazıda isə deyilir:  «Özgə ölkənin adamları Misir çayından su içəcəklər. Bu ölkə soyulacaq. Yaxşı şeylər gedəcək. Əvvəldən yazıldığı kimi ölkə məhv olacaq. Günəş bir saat görünəcək və vaxtın keçməsi bilinməyəcək. Ölkə bədbəxtlik içində olacaq”.
  Bu zaman Allah aşağını yuxarı edəcək. Kasıb xəzinə yığacaq. Qüdrətlilər heç nə olacaq. Jənubdan şah gələcək. O yuxarı Misirin tacını qəbul edəcək və aşağı Misirin də tacını da öz başına qoyacaq. Bundan sonra həqiqət öz yerini tapacaq, yalan qovulacaq. Şah yanında olanlar və gəlib-gedənlər sevinəcək. Müdriklər mənim dediyimin həqiqət olduğunu görüb mənim əvəzimə şərab nəziri verəcək».
           Digər bir yazıda isə qeyd olunur ki, bu çətin vaxtlarda ”Əməniyyə” adlanan ölkədən gələn və «Nəfərti”» adlanan bu müdrikin qılıncı, alovu və gücü qarşısında çoxları məhv olacaq. Nəhayət həqiqət qalib gələcək.
       Bütün bu yazıları başa düşmək üçün qədim Misirin baş Allahı olan Qor Allahının yaranması və onun sonrakı nəslinin tarixini bilmək vacibdir.
       Əvvəldə yazdığımız kimi Misirin ilk fironu olan Təktüz Əman göydə, həyat enerjisindən Oziri Allahını yaradır. Oziri/ Osiri adının mənbələrdə Oziris/Osiris kimi göstərilməsi səhvdir. ”Ruh” mənasını verən «”S»” samitinin Oziri/Osiri sözünə əlavə olunması təbii ki, sonrakı Yunan dilçiliyi ilə əlaqədardır. Həqiqətdə isə Oziri/ Osiri sözü elə ”günəş ruhu” mənasını verir ki, ikinci ruh sözü burada artıqdır. Oziri/Azər Allahı özlüyündə müxtəlif varlıqların ruhlarından ibarət 7 növ həyatverici enerjidir. Bu enerji həm o dünyada, həm də bu dünyada varlıqlara təsir edə bilən gücdür. Yaranmış Oziri/Azər Allahı bir müddət göydə ayrıca qalmış və 16 il sonra firon Əman öldükdən sonra onun ruhu göyə qalxıb yaranmış bu Oziri Allahı ilə birləşmişdir. Əmanın ruhu bundan sonra İsida Allahı sayılmağa başlanır. Oziri Allahının İsida ilə birləşməsi, bu ikisinin tamlığı timsalında Qor Allahının-Qorqudun yaranması deməkdir. Təktüz Əman Oziri Allahını yaratdıqdan sonra onun qüdrətindən öz nəslinə də vermişdir. ”«Tövrat»” kitabındakı «”Allah insanı öz simasında yaratdı»” deyimi məhz bu mənadadır. Deməli, Əman nəsli də, Qor Allahı-Qorqud kimi qeyri adi söz gücünə malikdir. Buna görə qədim Misir kitabələrində deyilir ki, ilk əvvəllər Oziri/Azər adı yalnız fironlara (Pir) deyilirdisə, sonradan bu ad bu nəslin törəmələrinə deyilməyə başladı. Bu isə o deməkdir ki, Azər adı elimizə, bizim Qor Allahının-Qorqud nəsli olduğumuz üçün verilmişdir. Deməli, Oziri/Azər sözü, qeyri-adi möcüzəvi söz gücünə malik müqəddəslərə; Pir, abdal, şıx, seyid, gel, ata, maxtum və s.adlandırılan Azər oğlu Qorqudun nəslinə aiddir. Buradan belə çıxır ki, qədim Misirin ”Oziri haqqındaki rəvayəti eyni zamanda Azər elinin əvvəlcədən yazılmış tarixidir”.
        Rəvayətə görə ilk yaranan Oziri çox gözəl və  istedadlı olur və o bütün dünyanın Allahı kimi doğulur. Lakin kiçik qardaşı Set ona paxıllıq edir və aldadaraq onu öldürür və tabutu çaya atır. İsida kiçik oğlu Qorla ərinin sümüklərini toplayıb onun bədənini dərmanla birləşdirir. Daha sonra oğlu Qor Setlə vuruşub onu əsir alır. Bu zaman onun öz gözü çıxır ki, Qor da öz gözünü atası Oziriyə verir. Oziri bu gözü udduqdan sonra dirilib ayağa qalxır və əvvəlki kimi qüdrətə malik olur. Bundan sonra o yerdəki şahlığını oğlu Qora verib, özü yenidən ruhlar dünyasındakı şahlığına qayıdır.
        Bu rəvayət müdriklər tərəfindən yazıldığı üçün burada bir neçə məna ifadə olunur. Belə ki, rəvayətdə Oziri Allahının ölüb yenidən dirilməsi prosesində firon Əmanın fiziki ölüb ruhən dirilməsi mənası ilə bərabər, burada Allahlar tarixində Oziri Allahının elinin tarix boyu ölməsi və axır zamana yaxın yenidən dirilməsi hadisəsi də göstərilir. Ölüb-dirilmə hadisəsini əbədi yaşatmaq üçün o dövrlərdən bu ənənə müxtəlif  bayram və rituallar vasitəsi ilə rəmzləşdirilmişdir. Bu mənada xristianların ”pasxa”, yəni Xristosun ölüb-dirilməsi bayramı, yəhudilərin ”purim/pirim” bayramı, qədim şərqin və s. ölkələrin ölüb-dirilən  ”Adonis”, ”Attis”, ”Dionis” və s. bayramlarıdır ki, bütün bu bayramlarda söhbət, bizim Novruz bayramındaki kimi Ozirinin ölüb yenidən dirilməsindən gedir. Eyni mənalı süjet qədim Assur və Babil ədəbiyyatında ”«günahsız azabkeş”» haqqındakı yazılarda göstərilir. Daha sonralar bu mövzuya Homerin «”Odisseya»” əsəri də həsr olunur ki, burada da Odissey öz şahlığını tərk edib gedir və onun taxtının yadlara qismət olacağı vaxt oğlu Telemaxla qayıdıb düşmənləri qıraraq həqiqəti bərpa edir. Qədim hind eposu olan «”Mahabharata”» və ”«Ramayana”» abidəsində də Allah nəsli sayılan həqiqi taxt-tac sahibləri müxtəlif şərait nəticəsində öz ellərindən didərgin düşürlər. Ayrılmış müddət bitdikdən sonra onlar yenidən öz taxt-taclarına qayıtmaq istərkən taxtın sonrakı sahibləri ilə böyük müharibə etməli olurlar. Həqiqi şahlar düşmənləri qırıb, yenidən dünyanı haqq-ədalətlə idarə edirlər. Bu mövzuya həsr olunmuş ən geniş material təbii ki, ”«Kitabi Dədə Qorqud»” əvrənlərinin ən müqəddəs kitabı olan ”«Tövrat» kitabında verilmişdir. Qeyd etmək istərdik ki, ”«Tövrat»” kitabını başa düşmək üçün müdrikliyin ali məqamı olan sufilik elmini bilmək lazımdır. Ən qədim sirləri rəmzi mənada ifadə edən sufiliyə  görə hər bir samit qədim Misir dilçiliyində olduğu kimi müəyyən bir məna ifadə edir. Deməli, ”«Tövrat» kitabında da mənaları, rəmzlərlə bərabər, adları bildirən samitlər daşıyır. Bütöv ”«Tövrat» kitabı, qədim Misirin ”Oziri” haqqındakı rəvayətinin, ”«Kitabi Dədə Qorqud”»da olduğu kimi bir neçə məna ilə müxtəlif variantlarda ifadəsidir. Bu mənada kitabda Adəm, Nuh, İbrahim, Yaqub, İsaq, Yusif və s. peyğəmbərlər faktiki olaraq Qorqud Allahı timsalında göstərilir.
        Oziri” haqqındakı rəvayətdə Nut göyü ilə Qaba aləmin Oziri, Qor və Set adlı oğlu olur. Burada Qor Allahı rəvayətin bu obrazında fəaliyyətsiz göstərilir. Digər tərəfdən Ozirinin özünün Qor adlı oğlu olur ki, onun dirilməsində bu oğlunun xüsusi rolu vardır. Deməli, Qor Allahı faktiki olaraq burada iki rol oynayır ki, bu da 5500 il bundan əvvəl bütün yer kürəsini sistemləşdirən Qor Allahı ilə, axirət zamanında peyğəmbər kimi gələn Qor Allahının oğlu mənasındadır. Belə çıxır ki, bu rəvayətdə son peyğəmbər kimi göstərilən oğul-Qor, ikinci dünyanı yaradan Ata-Qor allahının ruhudur.
       «Tövrat»” kitabında göstərilən ilk insan-Allah olan Adəm burada Ata-Qor mənasındadır ki, eyni zamanda oğul-Qor Allahı mənasında Nuh peyğəmbər kimi də göstərilir. Bu o deməkdir ki, ”işıq dənizində” ilk ölməzlik qazanan Ata-Qor, kitabda Adəmə görə oğul-Qor rolunu oynayır.
       Kitabda Adəmin iki oğlu olur ki, ikinci oğul Qabil həsəd aparıb, qurbanı qəbul olunmuş birincini, yəni Habili öldürür. Allah Qabili qarğayır. Adəmin üçüncü oğlu Sif doğulandan sonra onun bu günahsız nəslindən Nuh peyğəmbər yaranır. Bu zaman yer kürəsində Allah oğulları yer qızları ilə evlənirlər ki, onların sonrakı nəsli yer kürəsində pozğunluğun əsasını qoyur. Allah bundan qəzəblənib yerə fəlakət göndərir. Subasmada yalnız Nuh peyğəmbərin nəsli xilas olur. Kitabda insanların pozulması hadisəsi bilavasitə qadınla əlaqələndirilir: «O zaman Allah oğulları adi adamların gözəl qızlarını gördülər və onları özlərinə arvad etdilər. Kim – kimi istədi alırdı». Məhz bundan sonra insanlar pozulmağa başlayır. Bunu görən Allah məyus olur və insan yaratdığı üçün peşimançılıq çəkir. Nuh peyğəmbəri seçən Allah bütün bu əxlaqsızlığa görə insanları qırmaq qərarına gəlir.
       Qeyd etmək istərdik ki, «Kitabi Dədə Qorqud»un məhz Allah və son peyğəmbərə aid olan girişində qadınlar 4 qrupa bölünüb, onların yalnız birinin əsil olmasının nəzərə çatdırılması, dolayısı yolla pozğunluğun əsas səbəbinin məhz onlar sayılması deməkdir. Deməli, Allah elinin ölümə doğru getməsinin əsas səbəbi, Allah oğullarının adi adamların qızlarını alması və öz nəslini korlaması mənasındadır. «Tövrat» kitabının bu qısa rəvayətinin mənası odur ki, Allah öz nəslini günah işlətdikləri üçün fəlakətə düçar edir. Eyni zamanda öz əsil, günahsız nəsli olan Sifin nəslindən Nuh peyğəmbəri yaradır. Subasma zamanı bütün günahkarlar qırılır və dünyada həyat yenidən başlanır. Təbii ki, burada Adəm Ata – Qor Allahı, Nuh peyğəmbər isə oğul – Qordur və rəvayətdə göstərilən subasma hadisəsi də axirət zamanında olacaq məhkəmə günüdür.
Əgər Nuh peyğəmbər kitabda Adəmə görə oğul – Qor rolunu oynayırsa, subasmadan sonrakı hadisələrdə Nuh eyni zamanda ilk yaranışı tərənnüm edən Ata – Qor Allahı rolunu oynayır. Bu isə o deməkdir ki, «Tövrat» kitabında rəvayətlər bir neçə mənada göstərilir. Bunların da ikisi yaranışdan və subasmadan sonrakı dövrlərə aiddir. Məhz buna görə kitabda axirət zamanından sonrakı dövr, Nuhun dövründəki kimi, yəni Qor Allahının yaranışından sonrakı kimi «qızıl əsr» adlandırılır.
Eyni mənalı hadisələr İbrahim peyğəmbər haqqındakı rəvayətdə də göstərilir. İbrahim peyğəmbər burada yeri – göyü sistemləşdirən Ata – Qor Allahı mənasında göstərilir ki, eyni zamanda onun qardaşı oğlu Lot, oğul – Qor rolunu oynayır.
Allahın Sodom və Qomorra şəhərlərini yandırması hadisəsi də məhz axirət zamanındakı məhkəmə günü günahkarların qırılması mənasındadır. Digər tərəfdən bu rəvayətdə İbrahimin Saradan olan İsağın qurban mərasimi hadisəsi də, Musanın qurbanla yəhudiləri xilas etməsi kimi məhz axirət zamanındakı, günahkarlara öz günahını qurban vasitəsilə yumağının son şansı mənasındadır.
Ata – Qor Allahının haqq – ədaləti bərpa etməsi mövzusu «Tövrat» kitabında, Yusif haqqındakı rəvayətdə daha obrazlı şəkildə göstərilir. Ata – Qor Allahı mənasında göstərilən Yaqub oğlu Yusifə qardaşları həsəd aparır və onu satırlar. Bundan sonra hamı Yusifi ölmüş bilir. Firon köməkçisi, yəni günəşdən sonra ikinci varlıq mənasında göstərilən Yusif burada, ən ali təbəqəyə qalxmış sufi kimi nəzərə çatdırılır. Yuxuyozma hadisəsindən sonra ailəsinin, yəni elinin ən çətin vaxtlarında o, öz doğma qardaşı Bənyəmini görmək şərtilə elini xilas edir. Burada oğul - Qor mənasında göstərilən son peyğəmbər, qədim Misir yazılarındakı kimi Bənyəmin, yəni Yəmən övladı adlandırılır.
Musa peyğəmbər haqqındakı rəvayətdə də, qeyd etdiyimiz kimi bir obrazda Ata – Qor Allahının və ikinci dünyanın yaranması prosesi və oğul – Qor Allahının axirət zamanında öz elini xilas etməsi prosesi rəmzi mənalarla nəzərə çatdırılır. Elin faciəsinə son qoymaq üçün məhkəmə günü keçirilən qurban mərasimi burada da son şans kimi göstərilir. Kitabda qeyd olunan bir çox qədim sirlərin açılmamasına rəmzi işarələri nəzərə alıb, ümumi məzmunu bildirməklə kifayətlənək.
Axır zamanı ilə əlaqədar «Əhdi – ətiq»də Əyyubla bağlı rəvayət vardır ki, burada Allah Əyyubun bədənini öz eli, ruhunu isə son peyğəmbər kimi göstərir. Allah öz günahsız övladı olan Əyyub peyğəmbəri imtahana çəkmək qərarına gəlir və onun bədəninə xəstəlik göndərir. Bəlaya düçar olan Əyyub ümidini itirmir və deyir: «Mən bilirəm ki, mənim xilaskarım yaşayır və o nəhayət yer üzərində duracaqdır». Etdiyi günahlara görə Allah Əyyubun dostlarına əmr edir ki, öz canlarını xilas etmək üçün qurban kəssinlər və Əyyubdan onlar üçün dua etməyi xahiş etsinlər. Çünki, o yalnız Əyyubun duasını qəbul edəcəkdir. Dostlar Allahın göstərişini yerinə yetirirlər. Allah Əyyubu yüksəldərək onu yuxarı başa qoyur.
     «Əhdi–ətiq»in «Zəbur» kitabı ümumilikdə axirət zamanına və son peyğəmbərin gəlişinə həsr olunmuşdur. Burada Davud adlandırılan son peyğəmbərin gəlişi, onun Allaha yaxınlığı, Allahın onu yüksəltməsi və məhkəmə günündə həqiqətin bərpası haqqında deyimlər göstərilmişdir.
Əgər «Tövrat» kitabında axirət dünyası və son peyğəmbərin gəlişi haqqındakı yazılar rəmzi mənada deyilirdisə, peyğəmbərlər şahı sayılan Yeşayın (Isay) kitabında bütün bu hadisələr daha açıq və geniş yazılır: «Yer-göy qulaq as, çünki Allah deyir: mən oğul böyüdüb ucaltmışam, onlar isə mənim üzümə ağ olublar. Camış da, uzunqulaq da öz yiyəsini tanıyır. İzrail məni tanımır, mənim xalqım ağıllaşmır. Əfsus, haqsızlığa düçar olmuş günahkar xalqım Allahdan dönüb geri qayıdıbdır. Sizin tərsliyinizə görə daha nədən ötrü sizi döyüm. Sizin başınızdan tutmuş bütün bədəninizdə salamat yer yoxdur. Torpaqlarınız boşaldılıb, şəhərləriniz odla yandırılıb, sahələrinizi gözünüz qarşısında özgələri yeyir»(«Bibliya» İsay 1:2-7).
Mövzudan qırağa çıxaraq qeyd etmək istərdik ki, «Tövrat» kitabında İzrail kimi göstərilən ad, bilavasitə Oziri Allahının eli mənasında olduğu üçün Ozirel (Azər elI F.G.) kimi oxunmalıdır və bu el iki mənadadır. Əgər son peyğəmbərin dövründəki İzrail adı indiki Azər elinə aiddirsə, ən qədim dövrlərdəki İzrail adı yuxarı Misir, yəni göydəki Səba, Napat ərazisi sayılan Yəmən mənasındadır. Deməli, İzrail (Azər) elinə eyni zamanda Yəmən eli olan Səba şahlığı da aiddir.   
      Yeşay yazır: «Allahın sözünə qulaq asın Sodom şahzadələri, Allah qanununu başa düşün Qomorra xalqı! Sizin heç bir qurbanınız mənə lazım deyil. Sizin bayram yığıncaqlarınıza, mənim həyətimə (Allah evi) gəlməyinizə mən dözə bilmirəm. Siz əlinizi açıb mənə yalvaranda, mən sizə gözümü yumuram, məni çağıranda mən eşitmirəm, çünki sizin əliniz qanlıdır. Yuyunun, təmizlənin, mənim gözüm qarşısındakı pislikləri atın, qurtarın pislikləri. Yaxşılıq etməyi öyrənin, həqiqəti axtarın, əzilənlərə gömək edin, yetimi müdafiə edin, dullardan ötrü dillənin. Ondan sonra gəlin, sizi bağışlayım. Tərslik etsəniz, qılınc sizi yeyəcək. Sizin şahzadələriniz qanuni cinayətkarlar və oğrular həmkarlarıdır. Onlar hədiyyəni çox sevirlər və pul dalınca qaçırlar…(10,20). Savaof Allahı deyir: Mən yenə əlimi sizə tərəf aparacağam və əvvəlki kimi sizə hakim qoyacağam. O vaxt sizin haqqınızda «Həqiqət şəhəri, düzlük paytaxtı» deyəcəklər…».
Axır zamanda Allah evi ən yuxarı başda olacaq və bütün xalqlar ona tərəf axıb gələcəklər. O vaxt xalqlar deyəcək: gedək Allahın dağına, Yaqubun evinə qalxaq, o öz yolunu bizə öyrətsin… Vaxt gələcək ki, xalq içində adamlar bir – birinə zülm edəcək. Cavanlar qocaların, adi adamlar əsilzadələrin üzünə ağ olacaq… Günahkarlar öz günahlarını gizlətməyərək, açıq deyəcəklər. Vay onların halına. O zamanlar adamlar öz atasının ailəsində, qardaşından yapışıb deyəcək: sənin paltarın var, bizim başçınız ol, qoy bu xarabalıq sənin əlin altında olsun. O isə and içərək deyəcək: «Cəmiyyətin yarasını sağalda bilmirəm: mənim də evimdə nə çörək nə də paltar var, məni başçı seçməyin». O zaman yeniyetmə, uşaqlar hökmranlıq edəcək. Xalq içində biri digərinə, hərə öz yaxınına zalımlıq edəcək, cavan həyasızcasına qocadan, adi adam kübardan üstünlüyünü göstərəcək. O zaman Allah məhkəməyə gələcək. Allah öz xalqının başçılarını və şahzadələrini mühakimə edəcək. «Siz mənim üzümlüyümü boşaltmısınız. Xalqdan soyduqlarınız sizin evinizdədir». Savaof Allahı deyəcək: «Mənim xalqımı niyə sıxırsınız, kasıbları əzirsiniz». O zaman varlanmışların arvadlarının daş – qaşından tutmuş hər şeyi Allah alacaq, ərləri qılıncdan məhv olacaq. Yeddi arvad bir kişidən yapışıb deyəcək: Öz çörəyimizi yeyib, öz paltarımızı geyəcəyik, ancaq ki sənin adını daşıyaq və bu ləkəni bizdən götür… (3:4-25). O vaxt Allah oğlu gələcək. Davud, Yaqub nəslindən olan bu peyğəmbərdə Allah ruhu, müdriklik və ağıl ruhu olacaq. O yoxsulları ədalətlə mühakimə edəcək. Yer üzərində zülm çəkənlərin işlərini həqiqətlə həll edəcək. Yeri dəyənəklə vurar kimi ağzı ilə vuracaq. Ədalət onun qurşağı, sədaqət onun belini sarıyan kəmər olacaq. O zaman qurd – quzu ilə birgə yaşayacaq, bəbir – çəpişlə yan-yana uzanacaq…».
«O vaxt əlindən tutduğum yeniyetmə, seçilmiş, ürəyimə yatan övladım gələcək. Ruhumu ona verəcəm və o xalqlara məhkəməni xəbər verəcək. O çox xalqları heyrətə gətirəcək və şahlar onun qarşısında ağızlarını bağlayacaqlar. Çünki, onlar bu peyğəmbərdən eşitmədiklərini və bilmədiklərini öyrənəcəklər. O, üzərinə bizim günahlarımızı götürmüş, acılarımızı aparmışdır. Biz isə elə fikirləşdik ki, o Allah tərəfindən vurulmuş, cəzalandırılmış və əzaba salınmışdır. Lakin o, bizim günahlarımıza görə yaralanmış, bizim təqsirimizə görə cəfalanmışdır: bizə salamatlıq gətirən cəzanı o çəkdi. Onun yediyi zərbələrlə biz sağaldıq. Hamımız qoyun kimi azmışdıq. Allah isə bizim təqsirimizi onun üstünə qoydu. O, zülm və cəfaya məruz qaldı. Lakin ağzını açmadı…».
«Onun nə görkəmi, nə də şöhrəti olmayacaq və biz onu adam yerinə qoymayaraq, ondan üz döndərəcəyik. Lakin onun nəfəsi Allah nəfəsi olduğu üçün, o korların gözünü açacaq və xalqlara məhkəməni xəbər verəcək. O yer kürəsində həqiqət məhkəməsi quracaq və onun qanunlarına çoxları bel bağlayacaq. «Qurumuş» hesab edilən son peyğəmbərin nəsli yenidən hakimiyyətə qayıdacaq və qiyamətə qədər onun nəsli dünyaya sahiblik edəcək…».
«Allah özü sizə işarə verəcək. Qız (Əman və bürc mənasında) oğlan doğacaq və onun adına Emmanuil deyəcəklər. Allah sənə, sənin xalqına və sənin atanın xalqına, Əfraimin Yaxudadan qopmasından sonra olmamış günlər göstərəcək, Assiriya şahın gətirəcək. O gün olacaq ki: Allah, Misir çayının mənsəbində olan milçəyə, Assiriya torpağında olan arıya işarə verəcək. Onlar uçub gələrək boşaldılmış qaya yarğanlarına, tikanlı kollara və s. ağaclara qonacaq. O gün Allah, Assiriya şahı tərəfindən, çayın o sahilində kirə edilmiş ülgüclə, başı, ayaqdakı tükü qırxacaq və hətta saqqalı da tutub alacaq. Və o gün olacaq ki, inək və iki qoyun saxlayanın bollu südü, yağı olacaq, bu torpaqda qalan hamı yağ – balla dolanacaq. O gün olacaq ki, Assiriya şahı bütün şan – şöhrətilə çayları daşdıracaq və sahilləri aşıracaq…(7:10-17)».
«Əvvələr alçaldılmış Zavulon (Savalan) və Niftalı torpaqlarını, Qaliley dilli, Zaiordan ölkəsinin sonradan dənizkənarı yollarını ucaldacaq. Qaranlıqda gəzən xalq, böyük işıq görəcək, ölüm kölgəsində yaşayanlar üçün işıq parlayacaq. Xalqı ölümə apardığı üçün, kasıb, yetim və dullara rəhm etmədiklərinə, yalan danışdıqlarına görə, Allahın qəzəbi və əli ilə, Allah İzrailin baş və quyruğunu kəsdiyi kimi, bu elin başçılarını və yalançı din xadimlərini məhv edəcək…»(9:1).
«O, Assur, mənim qəzəbimin əsası (əl ağacı). Onun əlindəki qamçı mənim qəzəbimdir. Mən onu qəzəbimin ölkəsi olan günahkarlar üzərinə göndərəcəyəm, ona talanlar etdirəcəyəm və onları küçədəki zibil kimi tapdalatdıracağam. Gün gələcək ki, İzraildən qalanlar və Yaqub evinin xilas olanları, onları vurmuşlara ümid etməyəcəklər, təmiz qəlblə müqəddəs İzrailin Allahına ümid bağlayacaqlar. Yaqubun qalanları güclü Allaha dönəcəklər. Ancaq sənin, dəniz qumu qədər olan İzrail xalqından yalnız qalanlar dönəcək. Qırğın çoxlu həqiqətlə yazılmışdır. Çünki Savaof (Səba Piri F.G.) Allahı bu dünyada müəyyən qırğın edəcəkdir. Buna görə Savaof Allahı deyir: Sionda yaşayan mənim xalqım, Assurdan qorxma. O səni əsa ilə vuracaq, Misir kimi əl ağacını sənə qaldıracaq…».
«Gün olacaq ki, xalqlar üçün bayrağa dönmüş Yessey kökünə bütpərəstlər dönəcəklər, şöhrət onun sakitliyi olacaq. O gün onun sağ qalmış xalqı olan Assur üçün, İzrail üçün, Misirdən çıxdığı vaxtdakı kimi böyük yol olacaq. O gün deyəcəksən: Eşq olsun sənə Ya Allah: sən mənə qəzəblənmişdin, ancaq qəzəbini söndürdün və mənə təsəlli verdin. Eşq olsun sənə Allah, onun adını çağırın: onun işlərini xalqlara deyin: yada salın ki, onun adı Böyükdür. Allah üçün oxuyun, çünki o böyük işlər gördü, qoy bunu bütün dünya bilsin…»(10,11,12:1-5).
«Onun günləri yaxındır və o günlər gecikmir, çünki Allah Yaqubu bağışlayıb və yenə İzraili sevəcək: onları öz torpaqlarına köçürəcək və onlara yadlar da qoşulacaq, Yaqub evinə yapışacaqlar. Xalqlar onları götürüb öz yerlərinə aparacaqlar və İzrail evi, onları Allah torpağında qul – qaravaş kimi mənimsəyəcəklər. Onları əsir alanları əsir alacaqlar və onlara zülm edənlərin üzərində hökmranlıq edəcəklər. Savaof Allahı andla deyir; Mən necə fikirləşmişəm elə də olacaq, mən necə təyin etmişəm, elə də yerinə yetəcək. Assuru mənim torpağımda məhv etmək, onu mənim dağlarımda dağıtmaq: onun çiynindən ağır yük götürüləcək və əsarəti qurtaracaq. Bütün dünya haqqında belə müəyyənləşdirilmişdir və bu əl bütün xalqlar üzərinə uzanmışdır. Çünki Savaof Allahı belə təyin etmişdir və kim onu dəyişə bilər? Onun əli uzanmışdır – kim onun qarşısını ala bilər…».
«O gün Misirdən Assiriyaya böyük yol olacaq və Assurlar Misirə, Misirlilər Assiriyaya gələcəklər və Misirlilər Assurlarla Allaha xidmət edəcəklər. O gün İzrail, Misir və Assurla üçüncü olacaqdır. Savaof Allahının vermək istədiyi uğur, xeyir – dua torpağın ortasında olacaq və o deyəcək: Mənim xalqım olan misirlilər, mənim əlimin bəhrəsi olan assiriyalılar və mirasım olan İzrail xoşbəxt və uğurludur..».
«Budur Allah torpaqları boşaldır, onu bərəkətsiz edir, onun görkəmini dəyişir və onun üzərində yaşayanları dağıdır. Xalqın başına nə gələcəksə din adamının da, qulun da, ağanın da, satanlırın və alanların da və s. hamısının başına o gələcəkdir. Axırda torpaq boşaldılacaq, talan ediləcək. Çünki Allah bu sözü demişdir. Torpaq məyus olub şikayətlənir, kainat məyus olmuşdur. Torpağın xalqlarının yüksəlmişləri, əyilmişlər. Torpaq, üzərində yaşayanlar tərəfindən murdarlanmışdır, çünki onlar qanunu aşmışlar, nizamnaməni dəyişmiş, əbədi vəsiyyəti pozmuşlar. Ona görə də qarğış torpağı yeyir, üzərində yaşayanlar cəzalandırılır: torpağın əhalisi yandırılmış və az adam qalmışdır. Şənlənənlərin səs – küyü yox olmuş, hər şey sakitləşmişdir. İçki acılaşmışdır, artıq mahnı ilə içki içilmir. Boşalmış şəhər dağılmışdır, bütün evlər bağlıdır. Küçədə günahkarlar üçün ağlayırlar, hər bir şənlik qəmlidir, torpağın bütün şənliyi qovulmuşdur. Şəhər boş qalmış, darvazalar aşmışdır. Torpağın ortasında, xalqlar içində isə, üzümlüyü dalladıqdan sonra nə qalırsa elə olacaqdır. Onlar öz səslərini qaldıracaq və Allahın böyüklüyünə sevinəcəklər. O vaxt günahkarlar üçün dəhşət, quyu və kəndir olacaq. Qorxudan qaçanlar quyuya düşəcəklər, quyudan çıxanlar isə kəndirdən asılacaqlar, çünki göyün pəncərəsi açılacaq və yerin özəyi titrəyəcək. Yer devriləcək, yer dağılacaq, yer dəhşətə gələcək. O gün olacaq ki, təntənəli hərb allahı yuxarıda, yerdə yer şahlarına baş çəkəcək. Onlar məhbuslar kimi bir yerə yığılıb zirzəmiyə salınacaq və bir çox günlər sonra cəzalındıralacaq. Onda Savaof Allahı Yerusəlimdə, sion dağında şahlığa qayıtdıqda ay qızaracaq, günəş utanacaq, ağsaqqallar qarşısında o şöhrətlənəcək…».
«Ey tanrı, sən  mənim Allahımsan, səni  tərifləyirəm, sənin  şöhrətinə alqış deyirəm, çünki  sən  heyrətli işlər  gördün, qədimdən  yazılmışlar  həqiqətdir. Amin. Sən şəhəri  daş yığnağına çevirdin, möhkəm qalanı dağıtdın, şəhərdəki yadların  saraylarını yox etdin, onlar  əsrlərlə olmayacaqlar. Buna görə səni  güclü  xalqlar   alqışlayacaqlar, dəhşətli millətlərin  şəhərləri səndən qorxacaq. Çünki sən kasıbın  ümidgahı, yoxsulun  ən çətin vaxtında mənzili  olmusan…»(24,25).
«O gün  olacaq ki, Allah  böyük çaydan tutmuş Misir axınına qədər  hamını silkələyəcək və siz İzrail oğulları bir yerə yığılacaqsınız. Gələcək o gündə: böyük suur (truba) çalınacaq və Assiriya torpağında azmış, Misir torpaqlarına qovulmuşlar  gələrək  Yerusəlimdə, müqəddəs  dağda Allaha baş əyəcəklər. İndi isə Yaqubu yaratmış, İzraili yoluna qoymuş Allah deyir: Qorxma, çünki mən  səni  bağışladım, səni  öz adınla çağırdım. Sən mənimsən. Sən  sular  üstən  keçəndə də mən  səninlə  olacağam, çay üstdən keçəndə də, o səni  batırmayacaq,  odun  içindən  keçsən  də yanmayacaqsan, odun alovu səni alışdırmayacaq. Çünki mən Allaham, sənin Allahınam  müqəddəs İzrail (Azərel F.G.), sənin xilaskarınam, girov kimi  sənin əvəzində Misir, Efiopiya və Səbanı sənin əvəzində verirəm. Çünki, sən  mənim gözümdə  əzizimsən, qiymətlisən və mən səni sevdim, sənin  əvəzində başqalarını verəcəm, sənin ruhun üçün xalqlar verəcəm. Qorxma, çünki mən səninləyəm, şərqdən sənin  xalqını gətirəcəm və qərbdən səni yığacam. Allah deyir: Misirlilərin əməyi, Efiopların ticarəti və Səbalılar, ucaboy adamlar, sənin tərəfə keçəcəklər və sənin olacaqlar, onlar sənin dalınca gedəcəklər, zəncirdə gələcəklər, sənin qarşında yıxılacaqlar və sənə yalvararaq deyəcəklər: «Allah yalnız səndədir və başqa Allah yoxdur…».
Allah elinin faciələrə düçar olması hadisəsi müqəddəs Yezekiilin kitabında da rəmzi mənada göstərilir: Allah Yezekiilə, böyük sahəyə səpələnmiş quru sümükləri göstərib soruşur:"Bu sümüklər dirilərmi?" Yezekiil ona cavab verir ki, "Böyük Allah bunu sən bilərsən". Bu zaman sümüklər bir – birinə yaxınlaşıb birləşirlər və üzərlərində dəri əmələ gələrək meyidə dönürlər. Allah onlara ruh verir və onlar dirilib ayağa qalxırlar. Allah Yezekiilə deyir: "Gördüyün bu qurumuş sümüklərə can verdiyim kimi, öz xalqım olan İzrailə də can verəcəyəm. Qəbirləri açıb sizi oradan çıxaracağam və öz torpağınız olan İzrailə aparacağam"...(37:1-14). Qeyd edək ki, müqəddəs kitablarda, axirət günündə ölülərin dirilib Allah qabağında imtahan verməsi mövzusu da, məhz buradan götürülmüşdür.
Xristianların «İncil" kitabında axır zaman və son peyğəmbər haqqındakı deyimlər, müqəddəs Mattanın, Lukanın və s. peyğəmbərlərin kitablarında geniş təsvir olunur. Əvvəla qeyd etmək lazımdır ki, İsa – İisus adı qədim dilçiliyə görə "issi" – ruh mənasındadır. Xristos sözü isə özlüyündə "Xor" və "ist" - İsida Allahlarının adından götürülmüşdür ki, bu da "Qor Allahının ruhu" deməkdir. Deməli, İisus Xristos sözü, "müqəddəs Qor Allahını ruhu" mənasını ifadə edir. İsa peyğəmbər bakirə Mariyadan olmuşdur ki, buradakı bakirəlik, digər varlığın təsiri olmadan, yəni öz – özünü yaratması mənasındadır. Bildiyimiz kimi Oziri – Qor Allahını, firon Əman öz beynində yaratmış və "ruh" kimi beynindən ayırmışdır. Yaranmış uşağın "Emmanuil" adlandırılması da onun, yaradan Əmana – onun sonrakı elinə işarə mənasındadır. Kitabdakı hər addım başı deyilən "Amin" sözü də məhz firon Əmana işarədir.
Bakirəlik mövzusu ilə əlaqədar qeyd edək ki, Friqiyanın Attis Allahı da, Yunan Allahları Dionis və Persey də, Siriya Allahı Adonis də, hindlilərin Buddası və s. qədim Allahlar da bakirə qızdan olmuşlar ki, bu da göydə yaradılmış Qor Allahına işarədir.
«İncil"də, insan öldükdən sonra onun ruhunun işıqda parçalanması və ilk dəfə İsanın xilas olması hadisəsi, rəmzi mənada, şahın iki yaşına qədər olan uşaqları qırdırması kimi göstərilir. İsanın Mariya ilə, ilk əvvəl Misirə, daha sonra isə Nazaret şəhərinə köçməsi onu göstərir ki, burada da bir obrazda iki məna verilir. İsanın ilk əvvəl Misirə köçməsi, Oziri Allahını göydə yaratmış Əmanın, Yəmənin Savə vahəsinə, yəni göydəi ruhlar dünyasına köçməsi deməkdir. Nazaretə köç isə Əman övladı olan son peyğəmbərin yerə köçü mənasındadır. Nazaretə köçmüş İsa sonradan nazoreyli çağrılır.
Bildirmək istərdik ki, "Tövrat" kitabında, həyatını Allaha həsr etmiş adamlara nazoreylər deyirlər. Onlar içki içmir, saçlarını qırxdırmır, ölüyə toxunmurlar. Nazoreylər müvəqqəti və həmişəlik olurlar. Onlar qeyri-adi istedada malik olub, hər şeyi bilirlər. ”«Əhdi-Ətiq»”-də Samson, Samuil və s. kimi peyğəmbərlər nazoreyli kimi göstərilirlər. Qədim Misir dilçiliyində «”N»” samiti su, nəmlik, yəni qadın başlanğıjı mənasını verdiyi üçün məna ifadə etmir, yalnız bitkinlik mənasında işlədilirdi. Misal üçün qeyd edək ki, əgər ər sözü günəş mənasını ifadə edirsə, ərən sözü, yerdəki günəş, yəni materiallaşmış, su qarşığı birləşməsi olan deməkdir ki, bu da yerdəki  günəş övladları fikrini ifadə edir. Eyni ilə gel-gilan, oğuz-oğuzan və s. sözləri də qeyd etmək olar. Bu mənada nəzir-nəzər sözü də materiallaşmış, yerdəki Oziri /Azər fikrini ifadə edir ki, bu da Oziri /Azər Allahının övladları mənasını bildirir. Deməli, nəzərlilər Oziri/ Azər Allahı kimi qeyri-adi söz gücünə malik Azər övladlarına deyilir ki, bunlara Pir, seyid, ata, gel və s. müqəddəslər aiddir. Pirlərə, seyidlərə nəzir boyun alma, onlara nəzir vermə ifadəsi də məhz bu mənada nəzirin, onların ulu əcdadları olan Oziri/Azər Allahına şamil edilməsi deməkdir. Pir, seyid müəyyən bir şey dilədikdə, onların "cədd" adlandırdıqları ulu əcdadı olan Oziri/Azər Allahı, bu diləyin həyata keçməsinə, öz həyat enercisi olan "Ğuz" vasitəsi ilə kömək edir. Bu köməkliyin əvəzində də, onların ruhuna qədimdə adətən qurban, dua və s. rituallar keçirilirdi. Dilimizdə yüksək rütbə mənasını verən nazir sözü də məhz buna görə alilik deməkdir. Dahi Firdovsi "Şahnamə" əsərində Cəmşid taxtının qoruyucuları kimi, Katuzilərlə bərabər Nisarilərin də adını xüsusi qeyd edir ki, burada Nisari sözü nəzərli-nazorey mənasındadır.
Deməli, İsa peyğəmbərin nəzərli adlandırılması heç də təsadüfi deyildir. Nazaret şəhər adı da burada Azər Ata mənası verir ki, bu gün də Azərbaycanda bu məzmunda Nəzərabad, Nəzəralılı, Nəzəroba, Nəzirli, Zarat, Zerti, Zərdab, Zərdəbərə, Zərdoni və s. onlarla yaşayış məntəqəsinin adı vardır. Belə çıxır ki, Nazaret dedikdə söhbət Azəri elindən, yəni Azərbaycandan gedir. Nəzərə olmaq lazımdır ki, qədim Mannada da Zirtu/İzirtu adda şəhər olmuşdur. Z.Bünyadovun "Azərbaycan 7–9-cu əsrlərdə" kitabında faktlara istinadən yazılır ki, Abbasilər hakimiyyətə gəlməzdən əvvəl Azərbaycana Rəbiə və Mudar nizarilərini köçürdülər. Azərbaycanın birinci Abbasi hakimi Yəzid ibi Xatəm ül – Mükəlləbi isə yəmənliləri Azərbaycanda elə yerləşdirdi ki, burada nizarilərdən heç kim qalmadı. Daha sonralar: "Xuzeyfə ibn Hazimin yerinə Harun ər – Rəşid, Yusif ibn Rəşid əs – Sulamini (Arran hakimi) təyin etdi. Onun da hökmranlığı dövründə nizarilərin sayı xeyli artdı, halbuki bundan əvvəl burda yəmənlilər çox idi"(s.163-168.B.1989).
Rəmzi mənada yazılmış bu yazılardan göryndüyü kimi, adı hələ ilk dəfə "Tövrat" kitabında çəkilən nizarilərin Azərbaycana köçürülməsi heç də təsadüfi deyildir. Çünki əsil yəmənlilər kimi nizarilər də qədim Misirin baş Allahı olan Oziri/Azər Allahının nəslidirlər.
Digər tərəfdən İsa peyğəmbər Qalileyin Nazaret şəhərindən idi ki, buradakı Qaliley sözü Xəliliyyə kimi oxunmalıdır. Azəriyyə, Yəzidiyyə, Səməriyyə və s. adlardakı "iyyə" sözü, iki dünyanın yiyəsinin çağırış forması olub, elin müqəddəsliyini bildirən artırmadır. Qalil sözü isə dilimizdə Xəlil /Cəlil/ Xillə və s. kimi qalmış qədim Misirin Qor Allahının Gel eli məcnasındadır. Qeyd etmək istərdik ki, A. Bakıxanov Azərbaycanı nəzərdə tutan "Gülüstani - İrəm" dedikdə, Gelistan, yəni Gel elini nəzərdə tutmuşdur. Gülməmməd, Güləli, Güloğlan və s. adlardakı gül sözü də təbii ki gel mənasındadır. «İrəm" sözü ilə o, Əman Allahının göydə yaratdığı «İrəm bağı" mənasında, yerdəki Allah elinə işarə edir.
Bütün bunlar o deməkdir ki, ilk yaraldılmış Azər Allahı və son peyğəmbər mənasında göstərilən İsa, məhz biz Azəri türklərinə aiddir. Qəbul olunmuş 2 min ilə yaxın olan İsa peyğəmbərin tarixi isə rəmzidir. "Kitabi Dədə Qorqud", "Tövrat" və s. müqəddəs kitablar kimi «İncil" (angel/gilan – gel F.G.) kitabı da Azər oğlu Qor Allahına həsr olunmuş kitabdır. Bu kitabda da bütün yazılanlar rəmzi mənada Qor Allahının yaradılışına və son peyğəmbərin gəlişinə həsr olunmuşdur. Eranın I əsrinə aid ədəbiyyatlarla tanış olan istənilən adam yazdıqlarımızı təsdiq edə bilər. Ümumiyyətlə qeyd etmək lazımdır ki, digər bütün yazıların rəmziliyi kimi, İsa peyğəmbərin də çarmıxa (krest) çəkilməsi rəmzi mənadadır. Bildiyimiz kimi qədim Misir və digər ərazilərdə çarmıx kimi göstərilən xaç işarəsi bütün yaranmışların mayası sayılan "həyat enerjisi" mənasını verir. Deməli, xaç elə qədim Misirdə "Ğuz /Kuz" – həyat enerjisi mənasında olan Oziri/Azər Allahı deməkdir. İsa peyğəmbərin çarmıxa vurulması isə burada, firon Əmanın öləndən sonra ruhunun, Oziri/Azər Allahı ilə birləşib; Qorqud Allahına çevrilməsi mənasını ifadə edir. Eyni zamanda burada axirətdə zühur edəcək mehdinin də dünya ağacına bağlanması rəmzləşdirilmişdir. Bu isə o deməkdir ki, çarmıxa çəkilib öləndən sonra yenidən dirilən İsa, həqiqətən müqəddəs əbədi ruh olan Qor Allahıdır.
Iisus Xristosa, yəni Qor Allahının ruhuna həsr olunmuş Matta, Mark, Luka və Yəhyanın «İncil" kitablarında Ata və Oğul Qor Allahlarının birləşmiş personajlarının rəmzləşdirilmiş forması, Musa peyğəmbərin "Tövrat" kitabındakı ilə eynidir. Gələcəkdə yəqin ki, biz ”«Əhdi – ətiq» və «Əhdi – cədid» kitablarında göstərilən  hadisələrin tam elmi açmasını kitab şəklində verəcəyik. Bu kitabda isə «İncil" kitablarının daha məzmunlusu olan Yəhyanın «İncil"inin araşdırdığımız mövzu ilə bağlı hissəsinə baxaq. Kitab bu sözlərlə başlanır: «İlk əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi. O əvvəl də Allahda idi. Hər şey onunla yaranmağa başladı, ondan sonra olan ondan əvvəl yox idi".
Bu cümlədə ilk əvvəl sözün olması, firon Əmanın göydə Oziri Allahını yaratmağa başladıqda söylənilən mantra, alqışlar mənasındadır. Bu mantraları söyləyən Əman özü sonradan Allah hesab edildiyi üçün o da Allah adlanır. Əmanın mantra və ritualları hesabına göydə yaradılan Oziri 7 enerjiyə malik həyatverici gücə çevrildikdən sonra o da Allah hesab edildi. Deməli, bu ilk sətirlərdə göydə yaradılan Oziri Allahı da, onu söz və rituallarla yaradan Əman da Allah adlandırılır ki, həqiqətən qədim Misir yazıları başdan ayağa müxtəlif adlarla bu Allahlara həsr olunmuşdur.
Kitabda bizim açmasını verəcəyimiz əsas boy "Lazarın dirilməsi" boyudur. Qeyd etmək istərdik ki, burada Lazar kimi göstərilən ad digər mənbələrdə Azər kimi göstərilmişdir. Xəstə Lazarın Mariya və  Marfa adlı bacıları olur ki, burada Mariya İsaya qulluq etmiş, yaxın adam sayılır. Bu epizodda Mariyanın İsaya qulluq etməsi, rəmzi mənada İsanın anası Mariyaya işarə ilə bu ailənin məhz İsanın nəsli olması mənasındadır. Bacılar İsaya Lazarın xəstələndiyini xəbər göndərəndə İsa deyir: "Bu xəstəlik ölümlə nəticələnməz, bu Allahın şöhrəti üçündür, Allah oğlu bununla şöhrət qazanar". Bu cümlə, Yezekiilin kitabındakı, Allahın öz eli olan İzrailə can verib, qəbirdən çıxardığına işarədir ki, burada əvvəlcədən Allahın bununla şöhrətlənəcəyi bildirilir. Nəzərə alaq ki, Lazar (ElAzər) adı ilə, İzrail kimi oxunan Azərel adı eyni mənalı sözlərdir. Çünki "L" samiti qədim Misirdən bu günədək "El - Elat" mənasını bildirir.
Lakin İsa yubandığına görə Lazar ölür və onu basdırırlar. İsa gəldikdə Lazarın bacısı ona deyir: "Sən burda olsaydın o ölməzdi və mən bilirəm ki, sən Allahdan nə istəsən o verəcək". İsa isə ona cavab verir: "Qardaşın diriləcək…Dirilmə və həyat mənəm, mənə iman edən ölsə də yaşayar: və kim yaşayıb mənə iman edərsə, əsla ölməz". Buradan aydın görünür ki, İsa həm son peyğəmbər kimi Allahdan nə istəsə o verir və eyni zamanda həyat verən də, yəni Allah da o özüdür. Bundan sonra İsa 4 gün əvvəl qəbirə qoyulmuş Lazar üçün dua etməyə başlayır:"Ey Ata, məni eşitdiyin üçün sənə minnətdaram. Əlbəttə məni həmişə eşidəcəyini bilirdim: amma bunu ətrafında duran xalq üçün söylədim ki, məni sən göndərdiyinə inansınlar". Bunu deyib o qışqırır:"Lazar, çölə çıx!". Lazar da əlləri və üzü, ayaqları sarğılarla bağlanmış çıxır. İsa dedi:"Onu açın və buraxın getsin". Göründüyü kimi burada da İsa məhz son peyğəmbər kimi öz xalqının dirilməsində müstəsna rol oynayır. Qeyd edək ki, bu hadisə "Əhdi - ətiq"də, "Hökmüdarlar 3 kitab"da İlyas peyğəmbərin Sidon yaxınlığında Sarefat şəhərində dul qadının uşağını diriltməsi hadisəsi kimi, "Hökmüdarlar 4-cü kitab"da, "Yelisey və Sonamityalı qadın" bölümündə Yeliseyin ölünü diriltməsi hadisəsi kimi göstərilmişdir. Eyni epizod "Kitabi Dədə Qorqud"da, "Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım hey" boyunda Boz atlı Xızır – İlyasın Buğacı ölümdən xilas etməsi kimi göstərilmişdir.
Bütün bunlar o deməkdir ki, müasir alimlərin "Tövrat" kitabındakı Allah elinin adını İzrail kimi oxumaları düzgün deyildir. Çünki bütün mənbələrdə söhbət məhz Azər elindən gedir və buradakı samitlərin yerdəyişməsini alimlər səhv başa düşmüşlər.
"Azəriyyə" adı ilə bağlı olan "Əhdi - ətiq" in "2-ci Paralipomenon və ya xəstə" kitabındakı bölümdə də söhbət Allahla Azər eli arasında olan münaqişədən gedir: "Onda Oded (Dədə F.G.) oğlu Azariyaya (Azəriyyə F.G.) Allah ruhu daxil oldu. Və o Asanın (ruh mənasında) qarşısına çıxıb dedi: mənə qulaq asın, Asa və bütöv Yaxuda (Ya Xuda F.G.) və Benyamin eli: Siz Allahla olanda, o da sizinlə olur: Əgər onu axtarsanız taparsınız: Əgər unutsanız, o da sizi unudar. Uzun müddət İzrail əsil Allahdan, öyrədən kahindən və qanundan uzaq olacaq. Lakin dar vaxtında o Allaha, İzrailin Allahına dönəndə onu tapacaq, o özünü tapdıracaq. O zamanlar gəlib gedənlərə sülh olmayacaq, çünki torpaqların əhalisində böyük həyəcan olacaq. Xalq xalqla, şəhər şəhərlə vuruşacaq. Çünki Allah müxtəlif bədbəxtliklərlə onları iztiraba düçar edəcək. Lakin siz bərkiyəcəksiniz və qoy sizin əlləriniz  zəifləməsin, çünki sizin işinizə görə qisas olacaq". Göründüyü kimi bu yazılar bilavasitə Azəriyyə ilə əlaqədar olduğu üçün burada faktiki rəmzi mənalarla Azəri elinin başına gələnlər qeyd olunmuşdur.
Qeyd etmək istərdik ki, Mattanın «İncil"ində axır zamanda gələn peyğəmbər, Süleyman peyğəmbərin Yəmən kraliçasından olan nəsli hesab edilir. Lukanın «İncil"ində isə deyilir: "Zaman gələcək ki, İnsan oğlunun bir gününü görmək istəyəcəksiniz, lakin görə bilməyəcəksiniz. Əvvəllər əziyyət çəkən İnsan oğlu eli tərəfindən qəbul edilməyəcək. Nuhun, Lotun dövründəki kimi gün gələcək. İnsanlar yeyib, içib, kef çəkəcəklər, bədbəxtlik gəlib günahkarları aparacaq. O zaman iki nəfər yatacaq, biri qalxıb, o biri qalacaq. Sahədə işləyən iki nəfərdən biri xilas olacaq, o biri isə xilas ola bilməyəcək".
        Axirət zamanı ilə bağlı məhkəmə günü və ümumilikdə Oziri haqqındakı rəvayət Zərdüştilikdə də rəmzi mənada qeyd olunmuşdur. M. Boys "Zoroastriysı" kitabında mənbələrə istinadən yazır ki, məhkəmə günü Əryəmən Allahı Atar Allahı ilə günahkarları mühakimə edəcəklər. Atar Allahı zərdüştilikdə eyni zamanda Axura Mazda kimi də göstərilir ki, bu da məzmununa görə müqəddəs Qor Allahına işarədir. Belə çıxır ki, Axura sözü burada Qor, Mazda sözü isə Məsi Ata, yəni peyğəmbər mənasındadır. Hindlilərin «Riqveda»” kitabında «asura»” adlandırılan qədim Misirin Oziri/Osiri Allahı iran - ərənlərin «Avesta»”sında Zərdüşt kimi göstərilir. Deməli, Zərdüşt /Zoroastr adı, Oziri/Azər və İstar/İsida ər sözlərindən yaranmışdır ki, bu da ” «Günəş Atanın ruhu» olan Azər” Allahı deməkdir. ”«Yasna»”ların birində Zərdüşt deyir:” «Buna görə də ilk dəfədən mən sənin oldum»”. Zərdüşt/Oziri Allahının, Axura Mazda /Qor Allahına bu sözü deməsi təbii ki, göydə yaradılmış Oziri Allahının, onun və İsidanın birləşməsi mənasını verən Qor Allahına məxsusluğu deməkdir. Herodot yazır ki, Dionis Allahını buduna tikdikdən sonra Zevs Allahı Efiopiyaya, yəni Yəmənə köçür. Təbii ki, burada Zevs – Əman Allahı, Dionis isə Oziri Allahı kimi göstərilir ki, alimlər də bunu qeyd etdiyimiz kimi eyniləşdirirlər. O eyni zamanda qeyd edir ki, Meroy/Yəmən əhalisi yalnız iki Allahı – Zevs/Əman və Dionis/Oziri Allahlarını qəbul edirlər. Bütün bunlar o deməkdir ki, Qor Allahı/Qorqud, ”Ğuz” – həyat enerjisi sayılan Zərdüşt/Oziridən və İsida mənasında, Zərdüştü - Ozirini yaradan Təktüz Əmanın ruhundan ibarətdir. Sadə dildə desək Qorqud/Qor Allahı, göydə yaranmış və fiziki gücə malik həyat enerjisindən və bu enerjini idarə edən Əmanın ruhundan ibarətdir.
«”Kitabi Dədə Qorqud»”da ”«əvrən»” kimi qeyd olunan, ”«günəş övladı»” mənasını verən söz, Zərdüştilikdə ”Varuna”- Allah adı kimi göstərilir və ona «”Napat övladı»” deyilir. Digər tərəfdən Axura Mazdaya, yəni müqəddəs Qor Allahına aid olunan ” «spenta”» sözü (Issi Punt – Punt ruhu) onu göstərir ki, Qor Allahı həqiqətən Yəmənin Punt, Napat elinin ruhudur. Təsadüfi deyildir ki, qədim Misir kitabələrində Misirin ilk fironu olan Təktüz Əmana (Amon), Napatlı Amon (Əman) deyirlər. ”«Tövrat» kitabında isə Napat eli – Niftalı adı kimi göstərilir.
Iranın Pasarqad şəhərindəki bir sətirlik yazıda qeyd olunur ki, «”Kiruş – haxamanişi şahıdır»”. Günəş mənasını verən ”Kiruş – «Qor issi”» sözünün yəni Qor ruhunun, ”Haxamanişi- «Haqq Əman issi”» olması təbii ki, qədim Misir Allahı olan Qor Allahının, onu yaradan Misir fironu Təktüz Əmanın ruhu olması mənasındadır. Deməli, yazıda ”Kir Əhəməni şahıdır” sözləri yox, göydəki Qor Allahı ruhunun, onu yaradan Misir şahı Əmanın ruhu olması yazılmışdır.
Xüsusi qeyd etmək istərdik ki, Əl Yəqubinin Azərbaycan əhalisini Əl Azəriyyə və Əl Cavidaniyyə parsları adlandırması təsadüfi deyildir. Çünki Pars sözü qədim Misirdən bu günə kimi Pir (Yunanca firon) ruhu mənasını verir. Bu isə Azərbaycan əhalisinin Oziri Azər Allahının Pirlər nəsli olması deməkdir. Bu gün də Udmurt və Mordvin dillərində azor/azır/uzır sözü cənab, ağa, sahib, Allah mənasında işlədilir.
Yazdıqlarımızdan belə çıxır ki, Zərdüşt adlandırdığımız peyğəmbər həqiqətdə qədim Misirin Oziri, yəni Azər allahıdır. Axura Mazda (Yunanlarda Hermes) isə Oziri və İsida Allahının oğlu olan Qorqud/Qor Allahıdır. Bütün bu yazılar müdriklər tərəfindən yazıldığı üçün rəmzləşdirilmişdir. Qeyd edək ki, iranlıların ”Bag”, xristianların isə Allah mənasını verən ”Boq” sözü, «”Kitabi Dədə Qorqud»” da ”Bəg” kimi göstərilmişdir ki, bu da qədim Misir dilçiliyinə görə ”«Ağa övladı»” mənasındadır.
Axirət mövzusuna müraciət edən dahilərdən biri də Firdovsidir. Rəmzi mənalarda yazılmış «”Şahnamə”» əsərinin həqiqət olduğunu xüsusi qeyd edən Firdovsi, Qorqud Allahını kitabda Cəmşid kimi göstərmişdir. Yerin – göyün sirlərini açan Cəmşid ilk dəfə göydə taxt qurur və divin çiynində göydəki Kəyan taxtına çıxıb, fəzada günəş kimi qərar tutur. Lakin bir müddət sonra ərəb Zöhhak onu taxtdan salır. Zöhhak haqqında Firdovsi yazır: «İş o yerə çatmışdır ki, dəvə südü içmiş, kərtənkələ əti yemiş ərəb, Kəyan taxtını arzu edir. Tfu sənə ey çərxi – fələk, tfu…» Daha sonra isə Cəmşid əsilli Fəridun, atasının qisasını Zöhhakdan alıb taxt – tacı əbədi öz nəslinə qaytarır. Nizami də öz ”«Xəmsə»”sini bilavasitə bu mövzuya həsr etmişdir ki, burada hadisələr rəmzi mənada daha geniş və ətraflı təsvir olunmuşdur. O da Firdovsi kimi «”Xəmsə”»də Qorqud Atanı Cəmşid, son peyğəmbəri isə Fəridun adlandırır.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, ən qədim zamanlardan orta əsrlərədək bu dünyada yazılmağa layiq yalnız bir mövzu olmuşdur ki, bu da Qorqud Allahının yaranması, onun hökmranlığı, bu hökmranlığın müvəqqəti itirilməsi və son nəticədə yenidən öz taxt – taclarına qayıtması mövzusudur. Qədim dövrün bütün yazıları müdriklər tərəfindən yazıldığı üçün bunların hamısı rəmzi mənalarda bu mövzuya həsr olunmuşdur. Yunan, Hind, Çin və s. qədim dünyanın bütün mifologiyaları, ”«Min bir geçə»” nağılı, «”Sindbadın səyahətləri»”, ”«Bağdad oğrusu»”, və s. əfsanələr də, elimizin «”Koroğlu»” və ”«Oğuz”» dastanları da, «”Məlikməmməd”», «”Qərib cinlər diyarında», «Bir qalının sirri» və s. nağılları da məhz Qorqud Atanın 5000 il bundan əvvəl yazdığı, yerdəki həyatın sonuna qədər olan tarixinə həsr olunmuşdur.
Dədə Qorqud elinin məhz Azərbaycan eli olmasını sübüt etmək üçün bəzi əlavə məlumatları qeyd etmək düzgün olardı.
        İbn Əl Müqəffa, Əl Həmədani və s. tarixçilərin  yazdıqlarına görə Azərbaycan adı elimizə Azər ibn Əl İran ibn Əs-Sud ibn Əs-Sam ibn Əl Nuhun şərəfinə olaraq verilmişdir. Peyğəmbərlər nəslinin şəcərəsinə görə bu ad İbrahim peyğəmbərin atası Azərin adına uyğun gəlir. Yazılanlara görə Azər büt düzəldən olmuşdur və Allahlıq iddiası etmişdir. Müqəddəs ”«Tövrat»” kitabında Azər, EliAzər, Azəriyyə və s. adların olması bu yazıların həqiqiliyinə işarədir. İlk kitabımızda yazdığımız kimi İbrahim - Avraqam peyğəmbərin adının açması  «əvrələrin qamı», şamanı mənasındadır ki, ümumilikdə bu söz, günəş övladlarının, seçilmişlərin baş kahini, Allahı deməkdir. Digər tərəfdən bütün müasir alimlər də təsdiq edir ki, «”Tövrat»” kitabı rəmzi mənada yazılmış əsərdir. Əgər bu belədirsə onda İbrahim peyğəmbərin atası Azərlə bağlı bu yazılar hansısa daha qədim bir hadisə ilə bağlıdır. «”Tövrat» kitabında İbrahim peyğəmbərin Virsaviyaya (Əvrə Sava F.G.) köçməsi və orada yaşaması qədim əvrələrin Səba şahlığına işarədir. Bildiyimiz kimi Yəmənin Səba şahlığı özündə cənubi Ərəbistanı və Misirin Napat, Kuş və s. ərazilərini birləşdirir. Yəmən əsilli Makedoniyalı İskəndərin Misirin Səba vahəsinə gəlib, öz əcdadı olan qədim Misirin baş Allahı Amonın (Əman) məbədgahını ziyarət etməsi, Səbanın Əman eli olması deməkdir. «”Tövrat» kitabında Allahın ”Savaof” adlandırılması da məhz onun Səba elinin Piri – fironu sayılması mənasındadır. Yəhudi şahlarının əcdadlarının Bənyəmin, yəni Yəmən övladları olması dediyimizə daha bir sübutdur. Ən qədim dövrlərdə «”Tövrat»” kitabı məhz Misir və Yəməndə xüsusi gücə malik olmuşdur. Deməli, İbrahim ibn Azərlə bağlı həqiqətlər də Yəmənlə, Misirlə əlaqədardır.
        Yuxarıda yazdığımız kimi Azər adı qədim Misirin Oziri /Oziris Allahının adı kimi məlumdur ki, qədim Misirdə saitlər yalnız dəyişə bilən bağlayıcı kimi işləndiyi üçün bu ad ”«Günəş ruhu”» mənasını verir. Ruhlar dünyasının Allahı olan Oziri Allahının və İsidanın Qor adlı oğlu vardır ki, bu da qədim və indiki mənbələrdə Qorqud kimi yazılmışdır. Deməli, İbrahim/Avraqam peyğəmbər həqiqətdə qədim Misirin baş Allahı olan Oziri oğlu Qor Allahıdır ki, dilimizdə bu adlar Azər oğlu Qorqud kimi qalmışdır. Bu isə o deməkdir ki, «”Tövrat»” kitabında Qor Allahının elinin adını bildirən samitlər İzrail kimi yox, Azərel kimi oxunmalıdır. ”«Kitabi Dədə Qorqud”»da Azər adı Aruz kimi göstərilir ki, bu da məna etibarı ilə eyni sözdür. Kitabda Aruzun ”at ağızlı” olması, yunan, hind və s. mifologiyalarda ”kentavr” kimi göstərilən at bədənli insan olması mənasındadır ki, burada yer kürəsi magiyanın qanunlarına əsasən atın bədəni təcəssümündə Aruza tabedir. Bu isə o deməkdir ki, Aruzun ağzından çıxan hər bir söz qədim Misir Allahlarının, Pir – seyidlərin sözü kimi həyata keçməlidir. Bu haqda daha geniş məlumat müəllifi olduğum «”Qor Əman»” adlı kitabda verilmişdir. Deməli, bütün qədim rəvayətlərdə yarıinsan – yarıat kimi göstərilən varlıqlar Oziri/Azər Allahının övladlarıdır. Qeyd edək ki, Oziri oğlu Qor Allahı qədim kitablarda ”Ağa” adlandırılır.
Buradan belə çıxır ki, Oziri/Azər sözü, qeyri – adi, möcüzəvi söz gücünə malik müqəddəslərə, Pir, abdal, şıx, seyid, gel, ata, maxtum və s. adlandırılan Azər oğlu Qorqudun nəslinə aiddir. Qədim Misir kitabələrində deyilir ki, əgər ilk əvvəllər Oziri/Azər adı yalnız fironlara deyilirdisə, daha sonralar bu ad bu nəslin törəmələrinə də deyilməyə başladı. Digər qədim Misir yazılarının birində oxuyuruq: «Osiris və İsida, Əmən Tərüsdən olan, Zəkərərdən yaranan Təktüz Əmanı qoruyun»”. Burada qeyd olunan Təktüz Əman adı ”«Kitabi Dədə Qorqud»”da «bığı qanlı Bəkdüz Əmən»” kimi göstərilmişdir. Əmənin bığının qanlı olması onun ruhlar dünyasını yaratması prosesində kəsdiyi milyonlarla qurbana işarədir.
Bu gün Azərbaycan ad və toponimlərində Azərlə bağlı Əsər adının qalması, eyni zamanda ”«Tövrat»” və digər müqəddəs kitablarda Əsər/Aşur/Assur tayfasının «əvrələr» hesab edilməsi onu göstərir ki, qədim Misirdə ”ruh” mənasını verən «”s»” samitinin «”z»” samitinə və əksinə keçməsi adi haldır. Ümumiyyətlə, təkrarən qeyd etmək istərdik ki, qədim Misir dilçiliyində sözün mənasını yalnız samitlər daşıyırdı ki, saitlər burada bağlayıcı kimi istifadə olunur. Bəzi samitlər isə tələffüzünə görə ona yaxın olan samitlərə asanlıqla keçə bilir. Buna görə də Oziri/Azər adı mənbələrdə Osiri/Əsər kimi də yazılır. Belə çıxır ki, qədim Assur, İzrail və Azəri xalqları öz köklərini məhz Yəmən elinin baş Allahı olan Qorqud/Qor Allahından götürmüşlər. Deməli, qədim Assiriyanın, yəni Azəriyyənin Assur Allahı, faktiki qədim Misirin Oziri/Azər Allahıdır. Nəzərə alsaq ki, Assur Allahlarının Misirdən gəlmələri bütün alimlər tərəfindən də təsdiqlənir, onda yazdıqlarımızın həqiqiliyinə heç kimdə şübhə qalmaz.
Məhəmməd peyğəmbərin hədislərin birindəki:” «Mən Rəhmanın (Allahın) nəfəsini Yəməndən duyuram”» deyimi fikrimizin doğruluğuna daha bir sübutdur. Buradakı Allah mənasını verən ”Rəhman” sözü həqiqətdə ”Rə’Man” kimi oxunmalıdır ki, bu da Əman Allahına işarə mənasında Əman-Ra / Amon-Ra deməkdir. Araşdırmalar göstərir ki, qədim Assur, İzrail adları, toponimləri ilə Azərbaycan ad və toponimləri arasında heç bir fərq yoxdur. Maraqlı haldır ki, bu gün də yəhudilərdə ən geniş yayılmış Elazar/Eliazər və Benyamin/Bəniyəmən adlarıdır.        
Bütün bu yazdıqlarımızdan belə nəticə çıxarmaq olar ki, dünya tarixi iki hissəyə bölünməlidir. Birinci hissəyə ”canlılar tarixi” adı altında günəş sisteminin 5500 il bundan əvvələ kimi təbii inkişafı aid olunmalıdır. İkinci hissə isə 5500 il bundan əvvəl ilk  Allah olan ”Azər”dən sonra yaranmış ”Allahlar tarixi” adlanmalıdır. ”Allahlar tarixi” özü də müqəddəs kitablara əsasən 3 hissəyə bölünməlidir ki, birinci hissəyə Allahın ”yaranışı” və ondan sonrakı dövr, ikinci hissə ”ölüm”, yəni Allahlar nəslinin ölümü dövrü, üçüncü hissə isə ”dirilmə”, yəni ilk Allah olan Azər oğlu Qorqud Allahının ruhunun qayıdışı və Allahlar nəslinin dirilməsi dövrü adlandırılmalıdır. Bütün qədim yazıların məntiqi izahları və digər elmi araşdırmalar göstərir ki, biz bu gün ”ölüm” dövrü ilə ”dirilmə” dövrünün keçidində yaşayırıq. Bu keçid müqəddəs kitablarda axirət zamanında olan ”məhkəmə günü” kimi də məhşurdur.
Müqəddəs ”«Tövrat»” kitabının, Nostradamusun və s. yazılarına görə ”ölüm” dövrü ilə ”dirilmə” dövrü arasında olan məhkəmə günü rəmzi 7 il”  çəkəcək və bu zaman Qorqud Allahı hakim sifətində oğlu ilə gələcək. Nostradamusun yazdığına görə 21-ci əsrin əvvəllərinə qədər ”göydən «odla gələn»” dünyaya hakimlik edəcək. Adətən Allah məhkəməsi insan öləndən sonra 42 hakimin iştirakı ilə o dünyada keçirilirdisə, ”məhkəmə günü” o dünyada olan bütün müqəddəslər, yəni yunanların ”«titan”» adlandırdığı ”«Dədə»”lər yer kürəsinin əhalisin elə yerdəcə mühakimə edəcəklər. Mənbələrin yazdığına görə “7 il” ərzində dünya əhalisinin üçdə birinə qədəri (Zəkəriyyəyə görə üçdə ikisi) qırılacaq və dünyada yalnız yaxşılar qalacaq. O zaman ”yaranış” dövründəki kimi ”qızıl əsr” başlayacaq, heç kim 100 yaşına çatmamış ölməyəcək. Allahın qorxusundan heç kim zülmkarlıq edə bilməyəcək. Oğurluq, cinayətkarlığa son qoyulacaq. Çünki 7 enerjiyə sahib Allah nəsli hər şeyi əvvəldən söyləyəcək.
Lakin ”məhkəmə günü”ndən əvvəl Allah oğlu sirləri açıb insanları tövbəyə çağıracaq və onlara verilən son şansı bildirəcək. Bu axırıncı ”günahları yumaq” imkanına görə, hər bir haram iş görmüş, cinayət etmiş insan ümumi var – dövlətinin üçdə birinin qiyməti qədər Allah üçün atdan, öküzdən, qoçdan qurban kəsməli və xalqa paylamalıdır. Təbii ki, bu son imtahandan inamla çıxanlar, İbrahim kimi öz övladlarının canını qurbanla xilas edəcəklər. Var – dövləti özlərindən və Allahdan üstün tutan haram iş görmüşlərin isə təbii ki, “7 il” müddətində nəsli kəsiləcək.

                                                                       Firudin Gilar Bəg

Комментариев нет:

Отправить комментарий