Bu gün bütün dünyanın
mömin insanları axirətin və zamanın sahibinin gəlməsini gözləyirlər. Bu gəlişi
dərk etmək ücün hər şeydən əvvəl qədim yazıların gizli mənalarını başa düşmək
vacibdir. Çünki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və onları yalnız rəmzləri
oxuya bilənlər, yəni Quranda “anlayan qövm”, “anlayan tayfa” adlandırılan müjdəçilər
nəslinin nümayəndəsi aça bilər.
“Kitabi-Dədə Qorqud”
abidəsinin ilk sətirlərində Qorqut ata bildirir ki, axır zamanda xanlıq Qayı
tayfası olan Osman nəslinə qayıdacaq və qiyamətə qədər heç kəs onlardan ala
bilməyəcək. Qorqut atanın sözlərindən belə çıxır ki, axirətdə, yəni zamanın
sahibi gəldikdən sonra, hökmranlıq ən qədim dövrlərdəki kimi yenidən Qayı
tayfasına dönəcək. Qayı [QY] rəmzi iran mənbələrində Key [KY] (Key Xosrov, Key
Kavus və s.) kimi, yunanlarda Axayi [XY], yəhudi mənbələrində Qoyi [QY] və s.
kimi yazılır.
İran mənbələrində Key rəmzi
Kəyan taxtı ilə bağlı olub, İran şahlarına aid rəmz sayılır. Firdovsi “Şahnamə”sində
bildirir ki, Cəmşid bir dənizi keçib Göyə ayaq açır və göydə Kəyan taxtı qurub,
divin çiynində taxta çıxaraq fəzada günəştək qərar tutur. Kəyan rəmzi sufilikdə
okean rəmzi ilə eyni mənalıdır və işıq okeanı mənasında ilkin materiyanı, yəni
göyləri bildirir. Bu isə o deməkdir ki, Cəmşid obrazı qədim misir yazılarında
günəş Allahı Ra-ya (Azər) çevrilmiş Əman Allahının (Osman) obrazıdır. Məşhur
araşdırıcı C. Frezer isə bu obrazı Silvi şahlarının banisi kimi qeyd edir ki, o
da öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar
tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М., 1986, səh.147).
Əbu Reyhan Biruni
bildirir ki, Kəyanilər İraqa gələndən sonra Məqrib sakinləri onlari xaldey
adlandırdılar. Xaldey [XLD] rəmzi Gel rəmzindən yaranmışdır və “Gel-Ata” [GL-T]
fikrini ifadə edir. Bu rəmz mənbələrdə Gilad/Xilat/Kelt/Qalut/Qalaad və s.
kimi, ərəb mənbələrində isə rəmz Cil/Calut və s. kimi qeyd olunur. İslamda bu rəmz
Qulat kimi də məlumdur və ifrat şiələrə aid edilir. Sahib əz-Zaman əvəzinə İmam
Əli ibn Əbu Talibi gözləyən bu ifrat şiələr nəsli mənbələrdə Əlinin qardaşı
Akilin, yəni Agelin (Gel) nəsli hesab edilir. Buxarinin hədisinə görə isə Məhəmməd
peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Akilə [KL], yəni Gelə [GL] çatmış
evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər Gel rəmzi ilə, yəni qədim
Geliopol şəhəri ilə bağlıdır. Məhəmməd rəmzi sufilikdə “Midiya maqı” fikrini
ifadə edir ki, bu rəmz həm “dünya”nı yaradana, həm axirətdə gələn Mehdiyə aid
edilməlidir. Əgər nəzərə alsaq ki, hələ e. ə. VIII əsrə aid Assuriya
yazılarında Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri»)
ölkəsinin adı çəkilir, razılaşarıq ki, mənbələrdə Ərəb ölkəsi deyəndə, indi özlərini
pir, şıx, seyid və s. adlandıran Azəri türklərinin Midiya ölkəsi başa düşülməlidir.
Ərəb rəmzinin “arap” [RP] kimi yazılışı isə onu göstərir ki, bu rəmz məhz “pir”
[PR], yəni Misir fironlarının nəslinə aid edilməlidir. Çünki qədim Misirdə müqəddəslər
nəsli pir (pirao) adlandırılırdı ki, bu rəmz indi də Azəri müqəddəslərinə aid
edilir.
Strabona görə qədim dövrdən
Gel şəhərində, yəni Geliopol məhəlləsində fəlsəfə və astronomiya ilə məşğul
olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М.,
1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib
olunmuşdur (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005,
səh.310). Əflatuna görə isə dövləti xoşbəxtliyə yalnız Gel filosofları çatdira
bilər. Mənbələrdə qeyd edilir ki, Mesapotamiya və xaldey astroloqları maqlar
hesab olunur və ən qədim dövrlərdən onlar Midiya və Fars ölkəsinin kahin təbəqəsinin
nümayəndələri sayılır.
Lakin Gel evı erməni
tarixçisi M. Xorenatsiyə görə eyni zamanda Yerusəlim şəhəridir ki, peyğəmbər məhz
bura merac etmişdir. Yerusəlim şəhərinin digər adınin Qüds olması isə onu göstərir
ki, bu beyt bilavasitə müsəlman və yəhudi müqəddəslərinin eli olan kaduslar
(kuddus/əqdəs/kodeş) elində, yəni Azərbaycan ərazisindəki Gel yurdunda yerləşir.
Kadus [KDS] rəmzinin yunanlarda ölüm şahlığı olan Qades [QDS] rəmzi ilə
eyniliyi o nəticəyə gətirib çıxarır ki, müqəddəslər nəslinin nümayəndəsi olan Məhəmməd
peyğəmbər - Geliopoldan ərşə yüksəlmiş Ra-Amon, yəni Rəhman Allahın obrazıdır.
Yunan mifologiyasina görə
Gelə gələn Herakl burada yarı-ilan, yarı-qadın olan Yexidna ilə cütləşir və
ondan “əjdahadan doğulmuşlar” (Ağafirs, Gelon və Skif ) yaranır. Qədim mənbələrdə
ilandan, yəni “əjdahadan doğulmuşlar” dedikdə bilavasitə midiyanın marlar və
Allahlar nəsli nəzərdə tutulur. Mar rəmzi ən əski dövrlərdən əjdahalar (ilan) nəslinə
aid edilmişdir ki, erməni tarixçisi Təbrizli Arakel “əjdahadan doğulmuş” Midiya
maqlarını “Osman şahlarının nəsli” adlandırır (А. Даврижеци «Книга историй», М., 1973, böl. 51). Bu isə o deməkdir ki, Gel eli elə qədim Misir Allahlarinin vətəni olan
Geliopol şəhəridir və bura eyni zamanda Osman şahlarının vətənidir. Qədim Misir
mənbələrində açiq yazılır ki, Allahların vətəni, Günəş Allahının (Ra) doğulduğu
yerdə (Şərqdə - Albaniyada), yəni İran dağlarında yerləşir ki, buranın digər
adı da Ta-Meri (Mar-Tu - Misir) – marlar (midiyalılar) diyarıdır. Buna görə də
Qədim misir yazılarında Şərq - Böyük Allahın, əsasən də Geliopol, yəni Gel şəhərinin
baş Allahı Ra-Xaraktinin (Ər-Qorqut) sevdiyi yer olmuşdur.
Heraklın məhz Gelə gələrək
burada ilkin materiya ilə təmasda olması o deməkdir ki, mənbələrdəki
Herakleopol, yəni Heraklın (Qor-Gel rəmzi) şəhəri də elə Geliopol şəhəridir.
Misir mənbələrinə görə Allah ilk dəfə ilkin sulardan, yəni ilkin materiyadan
quruya məhz Herakleopolda çıxmışdır. “Dünya”nın yaradılmasına başlandığı ilkin
Benben təpəsi (Kitabi-Dədə Qorqudda - Bambam) də “Ra günəşinin məbədgahı olan
Geliopol”da, yəni “Ra-Gel”-də yerləşir ki, mənbələrdə bu rəmz Gelar kimi də
qeyd olunur. Belə çıxır ki Allah “dünya”nı, Məhəmməd peyğəmbərin evi sayılan
Gel evində, yəni Geliopolda (Gelar) yaratmışdır.
Erməni mənbələrində xüsusi
olaraq nəzərə çatdırılır ki, Gelə gələn Gelam bura Gelarküni adını verir və məhz
burada doğulmuş Sisaka (sak, skif rəmzləri) nəslindən olan ərə (axirətdə gələn
Mehdiyə) Alban torpaqları əbədi verilmişdir. Qədim Misir mətnlərinə görə də Sax
(sak) ilahəsi məhz İunu-da, yəni Geliopolda – Gel şəhərində yaşayır.
Küni [KN] rəmzinin
sufilikdə Kean [KN] kimi oxunuşu və Gelar-küni rəmzinin digər yerdə “Gelaküni dənizlə
birgə” kimi qeyd olunması o deməkdir ki, göy okeanı məhz burada yerlə birləşmişdir
və Kəan/Kəyan [KN] taxtı burada qurulmuşdur. Başqa sözlə, “göyü saxlayan”
Herakl sütunu buradan ucaldılmiş, Quranda qeyd olunan iki dənizin arasındakı Bərzax
(Ba-Arsax rəmzi) keçidi burada yaradılmışdır və s.
Digər tərəfdən, qədim
Misirin “Ölülər kitabı”nın 152-ci (“Evi necə yerdə tikmək lazımdır”) bölümündə
Beytin bilavasitə İunu, yəni Geliopol - Gel şəhərində tikilməsi qeyd olunur. Bu
kitaba görə qocalmış Ra günəşinin evi İunudadır. Məhz bu Geliopol şəhərindəki
saraydan çıxan Ptah (Yafət) Allahı indi də yaşayır. Mətnlərə görə Osiris/Oziri
Allahının da bədəni İunu, yəni Geliopol şəhərində uyuyur. Axirətdə isə
Osiris/Ozirinin ruhu (Azər) Geliopola gətiriləcək və burada əvvəlcədən
yaradılmış bədəni ilə birləşib Qor Allahına çevriləcəkdir. Yəni, Sahib əz-Zaman
Mehdi axirətdə məhz buradan Qor Allahı timsalında zühur edəcəkdir.
M. Xorenatsinin
Gelarkünini eyni zamanda Qarni [QRN] adlandırması o deməkdir kı, Quran [QRN] rəmzi
də bilavasitə Gel eli ilə bağlıdır (M. Xorenatsi, kitab I/12). Araşdırıcıların
kainatı nəhəng Qurana bənzətməsi, Quranın eyni zamanda Cəbərutda yerləşməsi,
onun həyat verməsi, axirətə əmr etməsi və s. rəmzlər göstərir ki, Quran məhz Qərəə,
yəni Qor Allahı mənasında yaranışda iştirak etmiş və axirətdə gələn qədim Misir
Allahının, yəni Rəhmanın obrazıdır. Quranın “əl-Qariə” surəsinin – “ürəkləri dəhşətə
salan qiyamət” mənasında olması, onun həqiqətən də axirətdə Qor Allahının
timsalında gəlməsi deməkdir. Deməlı, axirətdə zühur edəcək Mehdi, “dünya”nın
yaradıldığı zaman yaradılmış Qor Allahının obrazıdır və o məhz Geliopolda, yəni
Gelarkünidə zahir olacaqdır. Bu isə o deməkdir ki, Mehdi - qaibdən, yəni gizli
vəziyyətdən zahir olmuş (zühur etmiş) insan simasında “danışan Quran”dır.
Mənbələrdə Qor/Xor rəmzi
Xürrəmi kimi də yazılır və Babəkə aid edilir. Mətnlərdə Cavidanın ruhunun Babəkə
keçməsi, Babəkin ölümsüz adlandırılması, Mehdinin zühurunun məhz buradakı Bəzzeyn
dağlarından gözlənilməsi və s. faktlar onu göstərir ki, Babək burada imam Mehdi
rolunda çıxış edir və o qədim Misirin axirətdə gələcək Qor/Xor Allahının
obrazıdır.
Xristian yazilarına görə
axirətdə Nazaretli, yəni nizari İisus Xristos - İsa Məsih zühur edəcəkdir.
Buradakı Xristos/Xrist rəmzi məhz “Xor-issi” mənasında axirətdə gələn peygəmbərin
Xor, yəni “Qor Allahının ruhu” olması deməkdir. Qor/Qoris/Xoris [QRS] rəmzi
Buddanın təlimində Krişna [KRŞ] kimi, İslamda isə Qüreyiş [QRŞ] kimi göstərilir.
Hədislərdə Məhəmməd peyğəmbərin öz nəslinə – “mənimlə hovuz yanında görüşənədək
dözün” deməsi, peyğəmbərin axirətdə gələcəyinə işarədir.
Peyğəmbərin öz nəsli ilə
hovuz yanındakı görüşü, Tövratda Musa və Yaqub peyğəmbərə aid edilir. Madiama,
yəni Midiyaya gələn Musa peyğəmbər buradakı su quyusunun yanında Keneyalı
Raquilin sürüsünü suvarır (Tövr. II kitab 2:15-18). Yaqub peyğəmbər isə Şərq
oğullarının torpağına gələrək, Lavanın (Alban) qızı Raxil üçün su quyusunun
ağzından daşı götürür və sürünü su ilə təmin edir (Tövr. I kitab.29:9,10).
Buradakı “Raquil” [R-QL] və “Raxil” [R-XL] rəmzləri sufilikdə “Ra-Gel” [R-GL] mənasinda
Gelar [GL-R] elinə aiddir ki, Raquilin Keneyalı olması, onun GelarKüni bəgi
olması deməkdir. Tarixçi Sebeoc isə “İmperator İraklın tarixi” (III/XXXIII)
kitabında İraklı [R-KL], yəni Ra-Gel obrazını İsa peyğəmbər rolunda göstərir.
Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbərin öz nəsli ilə hovuz yanındakı görüşü,
Midiya maqı olan Rəhman Allahın axirətdə İsa Məsih obrazı ilə görüşməsi mənasındadır.
Mənbələrə görə Yaqub
peyğəmbərin ailəsinə verilmiş Gel şəhəri Aşağı və Yuxarı hissələrə bölünür ki,
bu da (İç Oguz, Tış Oguz) Allahın göydəki (cənnət) və yerdəki eli mənasındadir.
Əhdi-Ətiqdə, Yezekiil peyğəmbərin kitabında Misir və Assur rəmzləri dünya ağacı
timsalında Allahın ilkin materiyadaki, yəni göydəki eli mənasında göstərilir (Əhdi-Ətiq,
Yezek.31:3,4,7). Misir rəmzinin M-Əsər, yəni “Əsərdən doğulmuş” mənasını nəzərə
alsaq, razılaşarıq ki, Misir, Aşşur/Assur/Assuriya rəmzləri bilavasitə Azər
elinə aid rəmzlərdir ki, mənbələr onu Azəriyyə (Assiriya) kimi də qeyd edirlər.
Erməni mənbələrində Azər (Azarapet – Azər-Yafət) rəmzi digər yerdə Xəzər
(Xazarapet – Xəzər-Yafət) kimi yazılır və Yafət-Aran rəmzinə aid edilərək
bilavasitə Gelarküni, yəni Gel eli ilə əlaqələndirilir.
M. Xorenatsinin Yafət-Ərən
rəmzini Gel eli ilə əlaqələndirməsi o deməkdir ki, dünyanın sahibləri ən qədim
dövrdən Gelar/Gilar bəgləri olmuşlar. Çünki Kitabi-Dədə Qorqudda məhz bu bəg-ərənlər
- “Dünya mənim” deyərək öyünmüşlər: «Hanı ögdügümüz bəg ərənlər, Dünya mənim
deyənlər. Əcəl aldı, yer gizlətdi, fani dünya kimə qaldı?” (“Kitabi-Dədə
Qorqud”, B.,1988, səh.122). Sahib [SHB] rəmzi sufilikdə “sax-aba” [SXB] kimi də
oxunub - saklar, yəni Sisaka eli olan Gelarküniyə aid edilməlidir. Lakin bu rəmz
eyni zamanda Məhəmməd peygəmbərin “əshabə”lərinin rəmzidir. Bu rəmzin digər sufi oxunuş variantı Baxus [BXS] variantıdır ki, bu da Osiris, Dionis, Adonis və s. Allahlara aiddir. “Bəg-issi” [BG-SS], yəni “bəg ruhu” mənasını verən Baxus [BX-S] rəmzi Misir mətnlərində Sebek [S-BK] kimi də yazılır və axirətdə gəlməli olan Sahib əz-Zaman obrazında göstərilir. Mətnlərin birində Osiris-Nu obrazının, yəni Nizar Allahının – “Mən Sebek Allahı kimi diriləcəyəm” deməsi, onun məhz Mehdi rolunda olması deməkdir. Bütün bunlar onu göstərir ki, qədim dünyanın sahibləri, mənbələrdə yəhudi (Ya-Xuda nəsli) adlandırılan Xəzər/Azər türk bəgləri olmuşlar.
Sebek [SBK] rəmzi mənbələrdə Assasin ordeninin banisi Həsən ibn Sabahın [SBH] (fars. Həsən-i Sabbah) adı kimi qalmışdır. XIII əsr mənbələrinə görə Həsən ibn Sabah İranın Ələmut qalasında məlahidlər, yəni mələklər dövləti yaratmışdır ki, bu dövlətin adı “Kuhistan” olmuşdur. Sufilikdə “Kuh” [KH] rəmzi “Haq” [HQ], yəni Allah mənasında olduğu üçün, “Kuhistan” rəmzi də “Haq ölkəsi” fikrini ifadə edir. Mənbələrə görə, Həsən ibn Sabah ölümündən əvvəl Ələmut dövlətini öz xələfinə o vaxta qədər tapşırmışdır ki, vaxtı çatanda “imam öz dövlətinin başına keçəcək”. Başqa bir nizari rəvayətinə görə isə, birinci “gizli imam” - Nizarın nəvəsi olmuşdur ki, yetim qaldıqda nizarilər onu Ələmut qalasına aparmış, burada onu Həsən ibn Sabah gizli tərbiyə etmişdir («Шииты, сунниты, дервиши: вечные тайны ислама», М., 2005, səh.159). “Gizli tərbiyə almış imam” rəmzinin məhz Sahib əz-Zaman olduğunu nəzərə alsaq razılaşarıq ki, burada söhbət Mehdinin zühur dövrünə qədər gizli qalmasından gedir və s.
Sahib əz-Zaman ifadəsindəki “əz-Zaman” [ZMN] rəmzi sufilikdə eyni zamanda Osman [SMN] kimi oxunur ki, bu halda “Sahib əz-Zaman” ifadəsi “Sahib Osman” mənasını verir. Bu isə o deməkdir ki, axirətdə gələn həqiqətən də Osman şahlarının nəslindən olacaqdır. Bu rəmzin digər oxunuş variantlarını nəzərə alsaq, “Sahib əz-Zaman”ın gəlişini – “Osman saklarının (şah rəmzi), yəni Gelarküni elinin Sisaka nəslindən olan bəgin gəlişi” kimi başa düşmək lazımdır.
Gelarküninin Sisaka rəmzini M. Xorenatsi eyni zamanda Sisakan [SSKN] (Sünik) kimi də yazır ki, bu rəmz İslamda (Quranda) Sakin [SKN] kimi qeyd olunur. “Allahın sakinliyi”, yəni “ilahi od”un – “ilkin materiyanın müəyyən varlıqda təzahürü” mənasında olan bu rəmz Tövratda “Skiniya” [SKN] (“Vəhy çadırı”) kimi qeyd olunur. Musa peyğəmbərin göydən gətirdiyi İlahi od, Tövrata görə bu “Vəhy çadırı”nda (“Skinya”) yerləşdirilir ki, bu çadır Tövratda yerdən göyə ucaldılmış “ruhlar dünyası” mənasında göstərilir. Deməli, Sakin [S-KN] rəmzi – İlahi odun mövcud olduğu ərazi, müəyyən varlıq mənasındadır. Bəglər nəslinin Sisakan adlanması isə o deməkdir ki, məhz bu insanlarda Allah nuru mövcuddur. Yəni, onlar ilkin materiyadan yaradılmış kosmik insanın insaniləşmiş variantıdır. Mənbələrdə bu rəmz “Sünik” [S-NK] kimi də yazılır və Gelarküni bəglərinə Allah tərəfdən əbədi verilmiş Albaniya “torpağı” mənasında işlədilir. Xristian yazılarında Sakin rəmzi – “Allahın insan bədənində təzahürü” adlanır və bilavasitə İsa peyğəmbərə aid edilir. İslamda bu rəmz “bəqa”, “xulul”, “ittihad” və s. kimi qeyd olunur və insanla Allahın vəhdətini bildirir.
Sufiliyə görə türk (türük), tərikə silsiləsinin pillələrini qalxdıqca kamilləşir və nəhayət mütləq reallıq olan Həqiqət, yəni “Əsil miskinlik və tam yox olma vadisi” pilləsinə qədəm qoyur. Sufilikdə bu pillə özlüyündə iki fazadan – “fəna” (itirilmə) və “bəqa”, yəni bəglik (əbədi mövcudluq) fazasından ibarətdir. Fəna fazasında türk özü-özünün bu dünyadakı mövcudluğunu hiss edərək Allaha, yəni İlahi mühitə (ilkin materiya) qovuşur. Bəqa (baka) fazasında, yəni bəglik səviyyəsində isə o əbədi Allahda olur. Bu səviyyədə o ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Belə çıxır ki, bəglik – insanın, bütün yaranışın və inkişafin səbəbi olan ilkin materiya ilə vəhdətidir. Bu isə o deməkdir ki, iranlıların Allah mənasını verən “baqa”, rusların isə “boq” sözləri məhz sufilərin bəg, yəni bəqa rəmzidir. Sufinin məhz bu vəziyyəti “İlahinin sakinliyi” (Allahın iştirakı) adlanır.
İslamda, insanla Allahın vəhdəti (“Vəhdət əl Vücud”) deyəndə “xulul” rəmzi nəzərdə tutulur. Əsasən ifrat şiələrin, yəni Gel (Qalut/Qulat) bəglərinin üstünlük verdikləri xulul (xala) rəmzi Allah ruhu olan ilkin materiyanın bir varlığa keçməsi (axirətdə Mehdiyə) mənasındadır. “Tənasüh” adlanan bu keçidə inananlar “əshab ət-tənasüh” və “əshab əl-xulul” adlanır. Xulul rəmzi mənbələrdə xəlil kimi də yazılır və Xəlilullah nəslinə, yəni peyğəmbərlər nəslinə aid edilir. Mənbələrdə bu rəmz Xallux kimi də göstərilərək karluk şahlarına mənsub sayılır. Karluk [K-RLK] rəmzi sufilikdə Gelar [GLR - Ğ] (Gelar-Ağa) rəmzinin variantıdır ki, bu şahlar nəslinin ali titulu “yabqu” (baqa) , yəni “Ya-Bəg” olmuşdur. Lakin Xəlil [XLL/HLL] rəmz eyni zamanda “Allah” [LLH] rəmzinin yazılış formasıdır ki, ən qədin mənbələrdə bu rəmz Luqal, Ekallum, Axill və s. variantlarda yazılaraq məhz “Gel-eli”nə aid edilir.
Xulul rəmzi İslamda “ittihad”, yəni “birləşmə”, “axma” mənasını verən rəmzlə də eyni mənalıdır ki, bu da ilkin materiyanın insan bədəninə “axması”, onunla “birləşməsi” deməkdir. İslamda İlahi mahiyyətin insanla birləşməsi “ittihad əl-ləhut bi-n-nasut” adlanır ki, bu da xristian termini sayılan nasut (insani) və laxut (ilahi) rəmzlərindən yaranmışdır və Allahın insanda təcəssümü mənasındadır. Deməli, xulul deyəndə - Allaha çevrilmiş, yəni ilkin materiyanı öz istədiyi kimi idarə etməyi bacaran insan təsəvvür olunmalıdır. Belə insan isə mənbələrə görə, Gelə, yəni Xelata (Xald/Gilad) gələn türk məmlükü Sökmən, yəni Sak-Əman olmuşdur. Xelata gələn Sökmən (Nəsirəddin Mühəmməd Sökmən II) burada özünü Şahi-Ərmən adlandırır ki, bu da Ər-Əman, yəni Ra-Amon deməkdir (K. Гандзакеци, «История Армении», М., 1976, səh.282). Faruq Sümərə görə türk məmlüklərinin nəsli olan bu Ərmənşahın ölümündən sonra Xilat (Xald/Gelad) Azərbaycan atabəglərinin malikanəsinə çevrilir («Историческая география Азербайджана», Б., 1987, səh.95). Atabəg rəmzi – Allahla vəhdət təşkil edənlərin, yəni Allaha çevrilmişlərin atası mənasındadır ki, bu rəmz ən qədim misir yazılarında bütün Allahların atası olan Amon-Ra – ya (Ra-Əman – Rəhman) aid edilir. Erməni mənbələrində bu bəglər
“paron”, “paronter” adlanır ki, bu da firon, Allah-firon deməkdir.
Gelə gələn Sökmənin məmlük [MMLK] olması, onun mələk
(malik) [MLK] obrazında olması deməkdir. Məqalələrimizdə qeyd etdik ki, Qəzaliyə
görə mələklər üç növ olur ki, bu da Yer, Göy və Allahın taxtını daşıyan mələkləridir.
Tarixçi M. Xorenatsinin «türk» rəmzini («Tork-Anqelea» - Türk-Mələk) «mələk» rəmzi
ilə eyniləşdirməsi onu göstərir ki, mənbələrdə yer mələkləri deyəndə sufiliyin
tərikə silsiləsini keçmiş türklər başa düşülməlidir. İsmailiyə türklərinin mənbələrdə
mələhi, məlahi, əl-mülhid, əl-məlahid və s. adlandırılması isə o deməkdir ki,
İbrahim Xəlilullahın oğlu İsmailin mələklər nəsli, Azəri torpağında yaradılmış
Mələküt aləmindən, yəni göydəki dünyadan enmişlər. Bu Mələküt aləminin yolu isə
ismailiyə türk bəglərinin qalası olan Ələmut (Muta eli – Midiya qalası)
qalasındandır.
Qurana görə Allah peyğəmbərləri məhz mələklər nəslindən,
yəni Gel elindən göndərir: “Allah elçiləri mələklərdən və insanlardan seçir. Həqiqətən
Allah eşidən və biləndir” (Quran, 22:75). Burada elçinin mələklərdən seçilməsi
dedikdə, onların məhz Gel (angel) bəglərindən olması nəzərdə turulur. Məhz buna
görə İslamda 12-ci imamın gəlişi ilə bağlı olan təlim - gel rəmzi mənasında
xiliazm/xiliizm adlanır. Xristian yazılarinda qeyd olunan Arxangel [RXN-GL], yəni
baş mələk rəmzi sufilikdə Gelarküni [GL-RKN] rəmzi ilə eynidir. Həqiqətən də
Gelə gələn Gelam-ın [GLM] rəmzi, sufilikdə mələk [MLK] rəmzi ilə eynidir. Gel/Gelam
rəmzlərinin bilavasitə mələk rəmzi ilə əlaqəsi onu göstərir ki, Gelarküni bəgləri
həqiqətən də peyğəmbərlər, mələklər nəslidir. Bu isə o deməkdir ki, axirətdə gəlməli
olan Qor Allahı, yəni Sahib əz-Zaman - bütün qədim Allahların, o cümlədən qədim
Misirin baş Allahı və Allahların atası olan Ra-Əmanın (Rəhman) doğulduğu
Gelarkünidə zühur etməlidir.
Lakin bu zühurdan əvvəl, Sahib əz-Zamanın ruhu İsa Məsih
obrazında, yəni insan simasında yerdə doğulacaq və bütün dinlərin eyni kökdən
olduğunu sübut edən kitab gətirəcəkdir. Haqsızlıqlara məruz qalan və əziyyətlər
çəkən Məsihin ölümündən sonra isə onun ruhu bütün dünyanı əhatə edən kosmik
insanın ruhuna çevrilərək Ra-Əman Allahın ərşdəki taxtında əyləşəcəkdir. Bununla
da 5514 il ömür sürmüş birinci Adəmin [DM] yerində ikinci Atum [TM] Allahı – Adəm
gələcək ki, bundan sonra yerdə haq-ədalət üzərində bər-qərar olan qızıl əsr
başlayacaqdır.
Bunlar haqda daha geniş məlumat, yeni çapdan çıxmış
«Batini-Quran» kitabında verilmişdir.
Firudin Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий